119
Milli ədəbiyyat
110
illiyi
Məmməd Rahim
1907-1977
APREL
Məmməd Abbas oğlu Hüseynov
(Məmməd Rahim) 1907-ci il aprel ayı-
nın 20-də Bakıda anadan olmuşdur.
İbtidai təhsilə Bakıdakı 5-ci rus-tatar
məktəbində başlamış, sonra təhsilini
23 saylı məktəbdə davam etdirmişdir.
1928-ci ildə Azərbaycan Pedaqoji İns-
titutunun şərqşünaslıq fakültəsinə da-
xil olmuş, institutu bitirdikdən sonra
bir neçə il Bakının orta məktəblərində
müəllimlik etmişdir.
Şeir yazmağa hələ orta məktəbdə
oxuduğu illərdə başlamışdır. Şairin
“Gördüm” adlı ilk şeiri 1926-cı ildə
“Gənc işçi” qəzetində, sonra isə “Gənc
qızıl qələmlər” adlı məcmuədə dərc ol-
muşdur. 1930-cu ildə “Arzular” adlı ilk
şeirlər kitabı, 1937-ci ildə isə “İkinci ki-
tab”, “Partizanın tüfəngi” “Nübar”, “İl-
dırımın kitabı”, 1942-ci ildə “Vətən sev-
gisi”, 1943-cü ildə “Şəhərin nəgməsi”,
1946-cı ildə “Ölməz qəhrəman”, 1948-
ci ildə “Xəzər sahillərində” əsərləri,
1949-cu ildə “Leninqrad göylərində”,
1954-cü ildə “İşıq”, “İki qardaş”, “Ögey
ana” və s. poemaları, 1955-ci ildə “Sev-
gi”, “Balaca bağbanlar”, 1957-ci ildə
“Məhəbbətin baharı” kitabları çap olun-
muşdur.
Şairin 1955-1957-ci illərdə ikicildlik
“Seçilmiş əsərləri” Azərnəşr tərəfindən
nəşr edilmişdir.
60-70-ci illəri M.Rahimin yaradıcı-
lığında daha məhsuldar dövr adlandır-
maq olar. Həmin illərdə bir neçə poema,
yüzlərlə şeir yazmış, 10-dan çox kitabı-
nı: “Şeirlər və poemalar”, “Arzular gül
açanda”, “Tonqal başında”, “Dayağım”,
“Məhəbbət dastanı” və s. çap etdirmiş-
dir. Görkəmli şairin bir çox əsərləri baş-
qa xalqların dillərinə tərcümə olunmuş-
dur.
“Leninqrad göylərində” poeması
şairə ümumittifaq şöhrəti qazandırmış-
dır. 1948-ci ildə çap olunmuş poema
Azərbaycan ədəbiyyatında xüsusi yer
tutan əsərlərdəndir. Poemada olduqca
mənalı bir motiv vardır, o da Vətən yo-
lunda həlak olanların ölməzliyidir. Onun
“Moskva”, “Satqınlara cavab” şeirləri
bilavasitə sülh uğrunda mübarizəyə,
müharibə qızışdıranların ifşasına həsr
edilmişdir. Satira və yumor M.Rahim
yaradıcılığında aparıcı xətt olmasa da,
hər halda özünəməxsus yer tutur.
Şair 1940-cı ildə Azərbaycanın
“Əməkdar incəsənət xadimi” fəxri adı-
na, 1948-ci ildə “Leninqrad göylərində”
poemasına görə Stalin mükafatına la-
yiq görülmüş, 1950-ci ildə “Lenin” ,
1957-ci ildə “Qırmızı əmək bayrağı”
ordenləri ilə təltif olunmuşdur. 1964-
cü ildə Azərbaycanın “Xalq şairi” fəxri
adını almışdır. 1967-ci ildə ikinci dəfə
“Lenin”, 1977-ci ildə “Oktyabr inqila-
bı” ordenləri ilə mükafatlandırılmışdır.
Məmməd Rahim 1977-ci il may ayı-
nın 6-da Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: iki
cilddə /M.Rahim;
tərt. ed.: S.Quliyeva,
İ.Əliyeva.- Bakı: Avrasiya
Press, 2006.- C.I.- 272 s.
Seçilmiş əsərləri: iki
cilddə /M.Rahim;
tərt.: ed.: S.Quliyeva,
İ.Əliyeva.- Bakı: Avrasiya
Press, 2006.- C.II.- 368 s.
Məmməd Rahim - 100
/topl. tərt. ed. və ön
söz. müəl. S.Xəyal; red.
T.Həsənzadə.- Bakı:
[MBM], 2012.- 131, [1] s.
Rəfili, O. M.Rahimin
“Leninqrad göylərində”
poemasında Hüseynbala
surəti //Rəfili O. Fələstin
çoxbucaqlısı.- Bakı,
2014.- S.181-183.
Yusifli, V. “Yarat, sən
köçəndə ellər söyləsin”:
Aprelin 20-də Xalq şairi
M.Rahimin doğum günü
idi /V.Yusifli //Ədalət.-
2015.- 22 aprel.- S.7.
20
Şair
120
Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq
110
illiyi
İsmаyıl Ахundоv
1907-1969
APREL
İsmayıl Hüseyn oğlu Axundov 1907-
ci il aprel ayının 15-də Bakının Maştağa
qəsəbəsində doğulmuşdur. 1921-ci ildə,
kənd məktəbini bitirdikdən sonra Bakı
Pedaqoji Texnikumuna daxil olmuş,
1924-cü ildən eyni zamanda rəssamlıq
məktəbində oxumuşdur. 1928-ci ildə
Bakı Rəssamlıq Məktəbini bitirdikdən
sonra Moskva Poliqrafiya İnstitutunun
nəşriyyat şöbəsində təhsil almışdır.
1932-ci ildə təhsilini başa vurduqdan
sonra təyinatla Bakıya göndərilmiş və
Azərnəşrdə kitab qrafikası sahəsində
işləyərək bir sıra Azərbaycan ədəbiyyatı
klassiklərinin əsərlərinə tərtibat və il-
lüstrasiyalar vermişdir. Öz məsuliyyəti
və işgüzarlığı ilə rəhbərliyin diqqətini
çəkmiş, qrafika bölməsinə rəhbər təyin
edilmişdir.
1937-ci ildən 1940-cı ilə qədər
Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinin direktoru, 1940-cı ildən Ni-
zami adına Ədəbiyyat Muzeyinin direk-
toru və baş rəssamı olmuşdur.
1937-ci ildə rejissor Ədil
İsgəndərovdan Akademik Milli Dram
Teatrına dəvət almış və onun quruluş
verdiyi Mirzə İbrahimovun “Həyat”,
1938-ci ildə Mirzə Fətəli Axundzadənin
“Hacı Qara”, Əbdürrəhim bəy Haqver-
diyevin “Pəri cadu” (həmçinin 1940
və 1957-ci il quruluşlarında), Cabbar
Məcnunbəyovun “Yanar dərə”, Səməd
Vurğunun “Vaqif” tamaşalarında geyim
üzrə rəssam olmuşdur.
1938-ci ildə rejissor Məcid Zey-
nalovun hazırladığı “Müsyö Jordan
və dərviş Məstəli şah” (Mirzə Fətəli
Axundzadə) tamaşasında ilk tərtibatçı
rəssam kimi işləmişdir. Sonralar
AMDT-də 1939-cu ildə Onore de Bal-
zakin “Ögey ana”, Mehdi Hüseynin
“Şöhrət”, Cəlil Məmmədquluzadənin
“Ölülər”, 1943-cü ildə Aleksandr
Ostrovskinin “Tufan”, 1945-ci ildə
Məmməd Səid Ordubadinin “Dumanlı
Təbriz”, 1948-ci ildə Aleksandr Ost-
rovskinin “Günahsız müqəssirlər”,
Mirzə Fətəli Axundzadənin “Lənkəran
xanının vəziri”, 1949-cu ildə Sabit
Rəhmanın “Aydınlıq”, Cəfər Cabbarlı-
nın “Solğun çiçəklər”, 1952-ci ildə Kar-
lo Haldoninin “Mehmanxana sahibəsi”,
1956-cı ildə Hüseyn Cavidin “Şeyx
Sənan” əsərlərinin tamaşalarına həm
monumental-romantik, həm də realist
səpkilərdə səhnə tərtibatları vermiş-
dir. Böyük Vətən müharibəsi illərində
“Agit-pəncərə” üçün 100-dən artıq an-
tifaşist plakat çəkmişdir.
“Kirpi” jurnalının tanınmasında və
populyar olmasında İsmayıl Axundovun
xidmətləri danılmazdır. O, bir neçə il
Azərbaycan Rəssamlar İttifaqının sədri
və məsul katibi vəzifəsində çalışmış,
Bakı Şəhər Sovetinin, Azərbaycan SSR
Ali Sovetinin deputatı olmuşdur.
Təsviri incəsənət sahəsindəki
xidmətlərinə görə 1940-cı ildə
Azərbaycan SSR-in “Əməkdar incəsənət
xadimi” fəxri adı almış, 1944-cü ildə
SSRİ Dövlət mükafatı laureatı olmuş,
1960-cı ildə Azərbaycan SSR-in “Xalq
rəssamı” fəxri adına layiq görülmüş,
“Şərəf nişanı” və 1967-ci ildə “Qırmızı
Əmək Bayrağı” ordeni ilə təltif olun-
muşdur.
Görkəmli fırça ustası İsmayıl Axun-
dov 1969-cu il sentyabr ayının 13-də
vəfat etmişdir.
Ə d ə b i y y a t
Fərəcov, S. Güldürən
və düşündürən rəssam:
“Kirpi” jurnalının po-
pulyarlaşmasında Xalq
rəssamı İsmayıl Axundo-
vun mühüm xidmətləri
olub /S.Fərəcov
//Mədəniyyət.- 2015.-15
aprel.- S.15.
Ахундова, Н.Р.
К вопросу
историографии
проблемы вклада
художественной
интеллигенции
Азербайджана в победу
в войне 1941-1945 гг.
/Н.Р.Ахундова
//Azərbaycan 1941-1945-
ci illər müharibəsində:
məqalələr toplusu
/AMEA, A.Bakıxanov ad.
Tarix İn-tu; elmi red.:
N.G.Qədirova və b..-
Bakı, 2008.- S.121.
Исмаил Ахундов
//Сталинские
премии: две стороны
одной медали:
Сб. документов и
художественно-
публицистических
материалов
/cост.: В.Ф.Свиньин,
К.А.Осеев.-
Новосибирск, 2007.-
С.393.
İ n t e r n e t d ə
https://ru.wikipedia.org/
wiki/Ахундов,_Исмаил_
Гусейн_оглы
15
Rəssam
APREL
1