Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri
Plan
1.
Tərbiyənin yaranması və inkişafı.
2.
İbtidai icma quruluşunda tərbiyə sistemi.
3.
Quldarlıq cəmiyyətində tərbiyə və məktəb
4.
Qədim Yunanistanda tərbiyə sistemi
5.
İslamiyyətdə tərbiyə
6.
Azərbaycanda məktəblər. Nizamiyyə mədrəsəsi
7.
Feodalizm cəmiyyətində tərbiyə və məktəb
8.
İntibah dövründə məktəb və pedaqoji fikir tarixi
Tərbiyə insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəxsiyyətin formalaşması
prosesi
omuşdur. Sözün lüğəti mənası – bəsləyib yetişdirmə, qidalandırma, böyütmə, alışdırma, vərdişetdirmə deməkdir.
Bu məna tərbiyə prosesinin mahiyyətini, bəsit şəkildə olsa da, düzgün əks etdirir. Həmin anlayışların hər birində
iki tərəfin fəaliyyəti nəzərdə tutulur: kimsə kimi isə bəsləyib yetişdirir, qidalandırıb böyüdür,
kimsə kimi isə
müəyyən işə, fəaliyyətə, keyfiyyətə alışdırır, vərdiş etdirir.
Tərbiyə sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökündən əmələ gəlib. Rəbb Allahın 99 adından biri
olub.Quranda da ALLAH sozündən sonra sonra ən çox (935)işlənən sözdü. Mənası “
tərbiyə edən
” , “
maddi
və mənəvi kamilliyə doğru
yönəldən
”,”
ərsəyə çatdırma”
deməkdir.Şəxsiyyətin təşəkkül tapıb
formalaşmasında digər amillərlə yanaşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu
vardır.Peyğəmbərimiz Hz. Məhəmməd (s.a.s)buyururdu ki, “
tərbiyə valideynin öz övladına verdiyi ən
böyük hədiyyədir
”.Hər bir insan daim tərbiyəyə möhtacdır.
Tərbiyənin meydana gəlməsini, onun necə
təşəkkül etdiyini ilk dəfə Marks və Engels düzgün izah etmişlər. F.Engels “Təbiətin dialektikası” əsərində
insanın formalaşmasında əməyin əsas amil olduğunu qeyd edərək yazır: “Əmək bütün insan həyatının
birinci
əsas şərtidir, həmdə o dərəcədə belə bir əsas şərtdir ki, biz müəyyən mənada deməliyik: insanın
özünü əmək yaratmışdır” Deməli tərbiyənin meydana çıxmasında əmək fəaliyyətinə
və əmək alətlərinə
yiyələnmək tələbatı ciddi rol oynamışdır.İngilis filosofu Con Lokk göstərirdi ki, insanlar arasında
fərqi
məhz tərbiyə yaradır.