5
Bank olmayan kredit təşkilatı -öz vəsaiti və/və ya cəlb
edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul
formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
Bank lisenziyası - Qanunla müəyyən edilmiş qaydada
verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər
qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər
vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə
köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata
keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq
qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə)
və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya
təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin
şə
rtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı
öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla
və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər
hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı
digər hüquq da kredit anlayışına aiddir.
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komis-
yon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanət-
çilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini
nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və
ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
Ə
halinin əmanətləri – əhalinin əmanət və kommersiya
banklarındakı əmanətlərinin artımını, istiqraz vərəqələrinin və
digər qiymətli kağızların alınmasını, habelə əhalidə olan nağd pul
qalığının dəyişməsini (artmasını və ya azalmasını) özündə əks
etdirir. Onlar əhalinin pul gəlirləri ilə pul xərcləri arasındakı fərqlə
müəyyənləşdirilir. Buna görə də bu göstəricinin mahiyyəti milli
hesablar sisteminin oxşar kateqoriyasından fərqlənir. Əhalinin
ə
manətlər şəklində banklara cəlb edilən vəsaiti müəyyən vaxt
ə
rzində banklara daxil olmuş vəsaitin məbləğini göstərir. Əhalinin
banklardakı əmanətlərinin qalıqları isə müəyyən tarixə olan
6
vəziyyətə görə əmanət və digər banklarda əhalinin əmanətlərinin
qalıqlarıdır.
Ə
manət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli
və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya
müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri. Əmanətçi
bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya müqaviləyə
ə
sasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.
Ə
manətlərin Sığortalanması Fondu – əhalinin kommersiya
banklarına qoyduğu əmanətlərin mümkün risklərdən sığortalanma-
sı üçün formalaşdırılan fondlardır. Azərbaycanda artıq əmanətlərin
sığortalanması məqsədləri üçün Əmanətlərin Sığortalanması
Fondu yaradılıb. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatı-
dır və öz əmlakının mülkiyyətçisidir.
Nağdsız hesablaşma – pul nişanlarından istifadə etmədən
ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişdir.
Ödəniş sənədi – nağdsız qaydada pul vəsaitinin kredit
təşkilatı (bundan sonra “bank” adlanacaq) vasitəsi ilə ödənilməsi
barədə yazılı şəkildə kağız üzərində (kağız daşıyıcı) və ya elektron
formada (elektron daşıyıcılarda) rəsmiləşdirilən sərəncamdır.
Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə
hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə
ə
sasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul
edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və
ya dolayı yolla sahiblikdir.
İ
nzibatçı - bankın Müşahidə Şurasının, Audit Komitəsinin
və Idarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat
xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank
filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş
mühasibləri.
İ
nvestisiya (investment) – gəlir (mənfəət) və ya sosial
səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri
obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və
intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli
bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağız-
7
lar və s. aiddir. İnvestisiya fəaliyyəti investorların investisiya qo-
yuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin
məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli
kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəs-
sisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar
ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir.
Banka aidiyyatı olan şəxslər - bankın inzibatçıları, struktur
bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən
digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində
olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının
valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən,
qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs
və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin
hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu
cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra
orqanlarının rəhbərləri.
Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə
iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına
verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan
tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya
bir xalis öhdəliyə çevrilməsi prosesidir.
Kredit təşkilatı - bank, xarici bankın yerli filialı və ya bank
olmayan kredit təşkilatdır.
Kapitalın adekvatlıq əmsalları - birinci dərəcəli kapitalın
və məcmu kapitalın ayrılıqda risk də rəcəsi uzrə olculmuş aktivlərə
olan nisbəti.
Kredit derivativləri - bir və ya bir necə kredit mu qaviləsi
uzrə kreditlərin riskdən mudafiəsi məqsədilə istifadə olunan
torəmə maliyyə aləti. Bu alət debitorun kredit riskini umumi ba zar
riskindən ayırmaq ucun yara dılmışdır. İstiqrazın alıcısı istiqrazın
debitor defoltu riskini qarşılamaq ucun kredit derivativini alır. Kre
dit derivativinin satıcısı defolta qarşı effektiv sığorta siyasətini hə
yata kecirir. Kredit derivativləri xəzinə istiqrazının gəlirlilik
Dostları ilə paylaş: |