Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə27/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

67
Müəssisənin rəhbərliyi ehtiyat təşkil edən iş vaxtı fondundan istifadə edə bil-
mədiyinə görə, il ərzində  8326,8 : 224,2=37  fəhləni əlavə işə cəlb etmək məc bu-
riyyətində qalmışdır.
İş vaxtı itkilərinin cəmi miqdarı hesabat dövründə təyin olunmuş vaxt ər zin-
də bütün fəhlələr tərəfi ndən işlənilmiş vaxtın miqdarından fəhlələrin faktiki sa-
yı na  görə təzədən hesablanan məhsul (iş və xidmət) buraxılışına dair olan plan 
tapşırığını yerinə yetirmək üçün iş vaxtının miqdarını çıxmaqla da təyin  edi  lir.
İdarəetmədə analitik işləri yaxşı qurulmuş müəssisələrdə iş vaxtı itkilərinin 
hesablanmasını asanlaşdırmaq üçün aşağıdakı formullardan istifadə edilir:-
İC = (F
1
 –  İ
0
) – (FS
0
 – F
0
 × F
1
)
İC = FS
1
 – (FS
0
 : F
0
 × F
1
)
Bu göstəricini (İC) faktiki işlənmiş vaxtdan fəhlələrin faktiki sayına görə 
kor rektə edilmiş plan iş vaxtını çıxıb, alınan nəticəyə iş vaxtından əlavə işlənmiş 
saatların miqdarını  əlavə etməklə  də  təyin etmək olar. Bu halda formula belə 
olur:
İC = FS
1
 – (FS
0
 : F
0
 × F
1
) + İ
1
İş vaxtı itkilərinin cəmini bir fəhləyə düşən faktiki iş vaxtı itkisini fəhlələrin 
faktiki sayına vurub, alınan nəticəyə iş vaxtından əlavə iş saatlarının miqdarını 
əlavə etməklə də hesablamaq olar. Bu halda formula aşağıdakı kimi olur:
İC = F

– (F
0
 : F
0
 – F
1
)
Burada: İC – cəmi iş vaxtı itkisi – plan və faktiki;
F

, F
1
 – fəhlələrin orta siyahı sayı;
FS
0
-FS
1
 – bütün fəhlələr tərəfi ndən işlənmiş cəmi iş 
saat larının planı və fak tiki miqdarı;
İ
0
 – iş vaxtından əlavə işlənmiş vaxtın faktiki miqdarı;
F – bir fəhlə tərəfi ndən işlənmiş vaxt, saat hesabı;
İ
1
 – qeyri-məhsuldar iş vaxtı;
§18. İş vaxtından istifadə edilməsinə təsir edən amillərin təhlili
Tikinti müəssisələrində iş vaxtından istifadə edilməsinə təsir göstərən amil-
lərin təhlili bir sıra göstəricilər üzrə aparılır. Bunlardan vacibləri işlənmiş adam-
günləri, adam-saatları, fəhlələrin orta siyahı sayı, bir fəhləyə düşən orta adam 
gün lərin sayı, iş günlərinin orta uzunluğu göstəriciləri hesab olunur. 
İş vaxtından səmərəli istifadə edilməsi mühüm əhəmiyyətə malikdir. Burada, 
birinci növbədə, hər adama düşən işlənmiş adam-günlərin sayına fi kir vermək 
la zımdır. Belə bir təhlil fəhlələrin il boyu işlə təmin olunması barədə təsəvvür 
yaratmaqla istehsalın mövsümilik vəziyyətini xarakterizə edir. İş vaxtının səmə-
rəli istifadəsi daha geniş mənada nəzərdən keçirilməlidir. İş vaxtının istifadəsinə 
xammal və materialın istifadəsi kimi baxılmamalıdır. Xammal və materialları 
an barlarda  toplayıb saxlaya biliriksə, bunu iş vaxtına tətbiq etmək olmur. 


68
De məli, itən vaxt həmişəlik  əldən gedir. İş vaxtından səmərəli istifadə etmək 
üçün iş vaxtı itkisini müəyyən etməklə hər bir iş prosesinin nə dərəcədə səmərəli 
ye ri nə yetirilməsini öyrənmək lazımdır. Təcrübə göstərir ki, eyni iş prosesi 
müx təlif fəhlələr tərəfi ndən müxtəlif vaxt məsarifi  dairəsində yerinə yetirilir. Bu 
o deməkdir ki, iş vaxtının ehtiyatı bu istiqamətdə də axtarılmalıdır.
İş vaxtının istifadəsi iki istiqamətdə təhlil edilməlidir. Bunlardan birincisi iş 
vaxtının itkisi, digəri isə iş vaxtının qeyri-məhsuldar istifadə edilməsidir. İş vax-
tı nın itkisinə boşdayanmalar, iş vaxtının qeyri-məhsuldar istifadəsinə isə zay 
məh sulun istehsal edilməsi aiddir. İş vaxtının qeyri-məhsuldar istifadəsi üzrə 
vax tı müəyyən etmək üçün zay məhsulun dəyərini plan üzrə bir saata düşən məh-
sulun dəyərinə bölmək lazım gəlir. İş vaxtından istifadənin təhlilində bila vasitə 
işlənmiş adam-günlərin sayı vacib amillərdən biridir. İşlənmiş adam-gün lə rinə 
əsas etibarilə iki amil təsir göstərir. Bunlardan birincisi işcillərin orta illik sa yı, 
digəri isə hər işçiyə düşən adam-günlərin miqdarıdır. Göstərilən amillərin tə sir 
dərəcəsini müəyyən etmək üçün aşağıdakı cədvəlin rəqəmlərinə nəzər sa laq.
Cədvəl 20
Ümumi adam-günlərinə təsir edən amillər
Göstəricilər
Ölçü vahidi
Plan
Fakt  Kənarlaşma
1. İşlənmiş adam-günlərin cəmi min 
adam-günlə
21,5
22,5
+1,02
2. İşçilərin orta illik sayı
adam
121
124
+3
3. Hər işçiyə düşən adam-günlərinin sayı
adam-gün
177
181
+4
Cədvəldən görünür ki, işlənmiş adam-günlərin sayı bir min adam-gün çoxal-
mış dır.
Təsir göstərən amilləri müəyyən edək:
1. İşçilərin orta illik sayının dəyişməsinin təsiri:
+3 × 177 = +531 və yaxud +0,5 min adam-gün.
2. Hər işçiyə düşən adam-günlərin dəyişməsinin təsiri:
+4 × 124 = +496 və yaxud +0,5 min adam-gün təsir göstərmişdir.
Cəmi min adam-gün (0,5+0,5) təşkil edir.
İşlənmiş adam-günləri təhlil etdikdə iş gününün uzunluğu, gündəlik nor ma-
ların yerinə yetirilməsi, iş vaxtından səmərəli istifadə göstəriciləri mühüm əhə-
miy yət kəsb edir.
Əmək məhsuldarlığının artırılmasının müəssisədaxili mühüm ehtiyat mən-
bələrindən biri iş vaxtı itkilərinin azaldılmasıdır. İş vaxtı itkiləri iki növə bütün 
günü və növbədaxili iş vaxtı itkilərinə ayrılır. Bütün günü iş vaxtı itkilərinə aşa-
ğıdakılar aiddir:
– xəstəlik üzündən;
– müdiriyyətin icazəsinə görə;
bütün günü boşdayanma;
– üzrsüz səbəbdən işdən yayınma.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə