Təsərrüfat uçotu haqqinda anlayiş, onun inkişafı və bazar iqdisadiyyatı şəraitində mahiyyəti və əhəmiyyati


YERÜSTÜ AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN MƏQSƏD VƏ METODLARI , TƏTBİQ OLUNAN ƏSAS YANAŞMALAR



Yüklə 0,52 Mb.
səhifə3/5
tarix14.09.2018
ölçüsü0,52 Mb.
#68409
1   2   3   4   5

YERÜSTÜ AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN MƏQSƏD VƏ METODLARI , TƏTBİQ OLUNAN ƏSAS YANAŞMALAR.
“Azərbaycan Respublikası Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən məcburi qaydada ANV-nin qiymətləndirilməsinin məqsədləri aşağıdakılardan ibarətdir :

1.Dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə.

2.Dövlət əmlakının dəyəri özəlləşdirmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə.

3.Dövlət və bələdiyyə əmlakı girov məqsədilə istifadə olunduqda.

4.Boşanan ər-arvaddan birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda.

5.Vərəsəlik məsələləri ilə bağlı mübahisələrin həlli zamanı.

6.Mülkiyyətçilərin əmlakı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuşhallarda və şərtlərlə dövlət ehtiyyacları üçün alındıqda.

7.Etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişdirilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda..

Ümumiyyətlə təcrübədə ANV-nin qiymətləndirilməsi məqsədləri daha genişdir.Hal-hazırda bu növ aktivlərin qiymətləndirilməsi aşağıdakı hallarda həyata keçirilir :


  • avtomobilqayırmanın biznes-planlarının işlənməsi və avtomobillərin istehsalı məqsədilə.

  • vergitutma məqsədilə

  • gömrük məqsədilə

  • özəlləşdirmə prosesində

  • sığortalama məqsədilə

  • cinayət və mülki işlərin məhkəməsində

  • alqı-satqı

  • icarə və lizinq məqsədilə

  • nigah müqavilələri bağlandıqda

  • nəqliyyat vasitələrinin müsadirə edilməsi , inventarlaşdırılması , balansdan silinməsi , utilləşməsi və ləğv edilməsi məqsədilə qiymətləndirmə aparıldıqda.

“Azərbaycan Respublikası Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən avtomobil nəqliyyatı vasitələrinin qiymətləndirmə məqsədləri üçün dəyərin əsas növü bazar dəyəridir. Qeyd etmək lazımdır ki , bir sıra normativ hüquqi aktlarda bazar dəyərinin təyin edilməsi müəyyən dərəcədə fərqlənir. Bu da metodoloji problemlər yaradır və qiymətləndirmənin kəmiyyətinə təsir edir. ANV-nin qiymətləndirilməsi zamanı istifadə edilən əsas dəyər növləri aşağıdakılardır :



  • NV-nin bazar dəyəri – rəqabət şəraitində açıq bazarda sövdələşmənin tərəflərin düşünərək hərəkət etdiyi , lazım olan bütün informasiyalara malik olduğu və həmçinin sövdələşmə qiymətinə hər hansı bir fövqalədə öhtəlik təsir etmədikdə , NV-nin satışının ən çox ehtimal olunan qiymətidir.

  • Məhdudlaşdırılmış bazarda NV-nin dəyəri - açıq bazarda satışı mümkün olmayan və ya NV-nin açıq satışının müraciəti üçün lazım olan xərclərlə müqayisədə əlavə xərclər tələb edən NV-nin qiymətidir.

  • Mövcud istifadəsinə görə NV-nin dəyəri – nv-nin dəyəri onun istifadə edilmə məqsədlərindən və mövcud şəraitindən asılı olaraq təyin edilir. Bu metod əsasən nadir NV-nin qiymətləndirilməsi üçün istifadə olunur.

  • NV- ləğvetmə dəyəri – müəssisənin balansında olan və onun ləğvi prosesində reallaşan NV-nin dəyəridir.

  • NV – util dəyəri – aldığı zədələnmələrdən sonra bərpa edilməsi mümkün olmayan NV-nin dəyəridir.







  • Nəqliyyat vasitələrinin dəyərinin xüsusi növləri

  1. NV-nin gömrük dəyəri – ixrac edən ölkələrdən Azərbaycan Respublikasının gömrük ərazisinə qədər çatdırma xərclərini , həmçinin nəqliyyat vastələrinin alınması üçün komisson haqqı istisna olmaqla alıcının komissiyona və brokerə verdiyi xəcləri nəzərə almaqla NV-nin bazar dəyəridir.

  2. NV-nin sığorta dəyəri – NV-nin sığortalanması zamanı müqaviləsinin bağlanması anında hesablanan bazar dəyəridir.

  3. NV-nin təmir və ya bərpa dəyəri – NV-nin zədələnməsinin aradan qaldırılması dəyəri əmək və material xərclərinin , vergiləri və digər məcburi ödəmələri və həmçinin mənfəəti özündə birləşdirir.

  4. NV-yə zədələnmədən dəyən zərərin dəyəri – zədələnmiş NV-nin texniki cəhətdən əvvəlki vəziyyətə gətirmək üçün onun təmirinə çəkilən məsrəflər və ya zədələnmələr nəticəsində təmir üzrə ayrı-ayrı növ işlərin aparılması zamanı dəyən xüsusi zərəri nəzərə almaqla onun dəyərinin ucuzlaşdırılmasının miqdarıdır.

  5. NV-nin əmtəə dəyərinin itirilməsi - təmir üzrə ayrı-ayrı işlər aparıldıqdan sonra NV-nin həndəsi parametrlərinin , konstruksiya materiallarının , fiziki-kimtəvi xassələrinin və iş proseslərinin xarakteristikalarının bərpa olunmaz dəyişməsi ilə müşaiyət olunan dəyər itkisinin miqdarıdır.

  6. NV-nin kostruksiyasının dəyişməsinə sərf olunmuş dəyər – NV-nin konstruksiyasının dəyişməsinə sərf edilmiş dəyər özündə əmək material xərclərini , vergiləri və digər məcburi ödəmələri , həmçinin mənfəəti birləşdirir.

Əgər ANV-nin qiymətləndirilməsi müxtəlif təchizat şərtləri ilə əlaqədar olarsa , onda dəyərin alinan qiyməti üçün təchizat şərtini göstərmək lazımdır. Bu ilk növbədə ANV-nin idxalı və ixracına aiddir. Təchizat şərtlərinin beynəlxalq sistemi mövcuddur. Beynəlxalq ticarətdə daha çox istifadə olunan təchizat şərtlərinin aydınlaşdırılması məqsədilə “ İnkoterms “ - beynəlxalq unifikasiya edilmiş qaydalar yaradılmışdır. “ İnkoterms – 90 “ – a uyğun olaraq əmtəənin əsas təchizat şərtləri aşağıda verilmişdir :




  1. EXW ( Franko zavod Ex – Works ) şərti. Bu şərtə görə satıcı öz müessisesində əmtəəni alıcıya təhvil verərək öz öhtəliyini yerinə yetirmiş olur.

  2. FCA ( Franko – yük daşıyan ) şərti. Bu şərtə görə satıcı əmtəəni daşıma üçün gömrük rüsumlarını ödədikdən sonra razılaşdırılan məntəqədə yük daşıyana təhvil verir və öz öhtəliyini yerinə yetirmış olur.

  3. FAS ( free alongside ship ) şərti. Bu şərtə görə satıcı əmtəəni limanda gəmi boyunca yerləşdirməlidir. Bu andan sonra satıcı öz öhtəliyini yerinə yetirmiş olur.

  4. FOB ( free on board ) şərti. Bu şərtə görə satıcı limanda əmtəə daşıyan gəmini boşaltmağa təhvil verdiyi andan öz öhtəliyini yerinə yetirmiş hesab edir.

  5. CFR ( cost and freight ) şərtinə görə sarıcı göstərilən təyinat limanına əmtəənin təchizatı üçün lazım olan məsrəfləri və fraxtı ödəməlidir.

  6. CİF ( insurance , freight ) şərti CFR şərtində verilən öhtəlikləri və daşınma zamanı əmtəənin zədələnmələrdən və ya zay olmadan risklərin dəniz sığortalanmasını təmin edir.

  7. CPT ( carriage paid to ) şərtinə görə satıcı göstərilən təyinat terinə qədər əmtəəni daşəmağa görə fraxt ödəyir. Əmtəənin yük daşıyana təhvil verildikdən sənra xərclərin istənilən artımı ilə bağlı risklərə görə öhtəlik satıcıdan alıcıya keçir.

  8. DEQ ( delivered ex quality ) şərtinə görə liman körpüsündə təchizat şərtinə görə satıcı razılaşdırılmış təyinat limanının körpüsündə daşınması zamanı gömrük rüsumlarından təmizlənmiş əmtəələrin alıcıya təhvil verdiyi andan təchizat üzrə özünün öhtəliyini yerinə yetirilmiş hesab edir.

Qiymətləndirmə fəaliyyətində 3 yanaşma mövcuddur.



  1. xərc ( məsrəf ) yanaşması

  2. müqayisə yanaşması

  3. gəlir yanaşması

Qiymətləndiricilərin əksər hissəsinin fikrincə NV-nin qiymətləndirilməsi zamanı elə bu 3 klassik yanaşma metodundan istifadə edilir.

Qiymətləndirmə yanaşmaları sırasında xərc (məsrəf) yanaş­ması mühüm əhəmiyyətə malikdir. Bu yanaşmadan obyektlərin sığorta, vergitutma məqsədləri üçün qiymətləndirilməsi, habelə ixtisaslaşdırılmış obyektlərin, yeni və uzun müddət aparılan tikililərin qiymətləndirilməsi, torpaqdan istifadənin ən yaxşı və ən səmərəli variantlarının müəyyənləşdirilməsi, bina və qurğuların dəyərinin torpağın dəyərindən ayrı hesablanması tələb olunan hallarda, eləcə də passiv əmlak bazarı zamanı istifadə olunur. Xərc yanaşmasının çatışmazlığı ondan ibarətdir ki, heç də bütün xərclər cari vaxt anlarında qiymətdə ifadə edilmir. Keçmiş sovetlər ittifaqında o , cümlədən Azərbaycan Respublikasında bazar islahatlarına qədər bütün qiymətlər ancaq xərc yanaşması metodu ilə müəyyənləşdirilirdi. Dəyərin xərc yanaşması metodu ilə qiymətləndirilməsi zamanı , bazar dəyəri ilk növbədə onun istehsalına və reallaşdırılmasına çekilən xərclərlə müəyyən edilir. Başqa sözlə , qiymətləndirilən NV-nin dəyəri kimi onun istehsalına və satışına çekilən xərclər qəbul edilir. ANV seriyalarla istehsal olunduğundan əksər hallarda xərc yanaşması əlverişsizdir. Dəyərə həmçinin ANV-nin keyfiyyeti , yararlılığı və rəqabət qabiliyyətliliyi də təsir edir. Elə hallar olur ki , xərc yanaşması metodunun tətbiqi nəinki özünü doğruldur , hətta yeganə metod sayılır. ANV –nə YNH və digər səbələr nəticəsində dəyən zərərin qiymətləndirilməsi , onların təmirinin dəyərinin və ya istismar prosesində nəqliyyat vasitəsinin konstruksiyasında edilən dəyişikliklərin dəyərinin qiymətləndirilməsində xərc yanaşması metodundan istifadə daha məqsədəuyğundur



Qiymətləndirmə fəaliyyətində müqayisə yanaşmasının özü­nə­məxsus rolu və yeri vardır. Bəzən bu yanaşmaya «bazar satışlarının müqayisəsi» və yaxud da, «müqayisəli yanaşma» da deyirlər. Müqayisə yanaşması normal bazar şəraitində oxşar ob­yekt­lər haqqındakı sövdələşmələrə və satışa aid məlumatlara isti­nad edərək, qiymətləndirmə obyektinin dəyərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsinə müqayisə mövqeyindən yanaşmaya qiymətləndirilən obyektin analoqları ilə aparılmış alqı-satqı əməliyyatları barədə kifayət qədər bazar məlumatları olduğu hallarda istinad olunur. Yəni satışların müqayisə olunması yolu ilə qiymətləndirmə zamanı qiymətləndirilən obyektlə müqayisə oluna bilən analoji obyektlərin satışları barədə məlumatlardan istifadə edilir. Qiymətləndirmə obyektinin satışları barədə bazar məlumatları qiymətləndirilən obyektin analoji obyektlərdən fərqli xüsusiyyətlərini dəqiq müəyyən etməyə və nəzərdən keçirilən obyektin bazar dəyərini qiymətləndirməyə imkan verir. Müqayisə yanaşması hər bir qiymətləndirmə obyektinin dəyərinin onun qiymətləndirilməsi tarixinə qədər dövriyyədə olan (bu zaman yalnız bazar dövriyyəsi nəzərdə tutulur) müvafiq analoji obyektlərin kəmiyyət və keyfiyyətlərini, onların mühüm fiziki və iqtisadi xassələrini, aparıcı dəyər amillərini özündə əks etdirən göstəricilərə əsasən müəyyən edilməsi deməkdir. Müqayisə yanaşması metodu inkişaf etmiş təkrar bazarı olan nəqliyyat vasitələri , maşın və avadanlıqların dəyərinin qiymətləndirilməsi zamanı daha çox istifadə edilir. Bu metod NV-nin cari vəziyyətdə qiymətini adekvat əks etdirən bazar qiymətinə əsaslanır. Onun əsas prinsipi aşağıdakı ardıcıllıqla müqyisə etməkdir :

  • təkrar bazarda satılan analoqu ilə ;

  • eyni analoqu olmadığına görə təshihedici düzəlişlər aparmaqla təkrar bazarda satılan təxmini analoqu ilə ;

  • təkrar bazarı olmadıqda aşınmaya görə düzəlişlər aparmaqla təzə analoji NV ilə

Müqayisə metodu qiymətləndirilən NV-ni oxşar və ya analoji NV ilə müqayisə etməklə dəyərinin kəmiyyətini müəyyənləşdirir. ANV –nə müqayisə yanaşmasının tətbiqi zamanı əsas məsələ müqayisə obyektinin düzgün seçilməsidir. Qiymətləndirmənin aparilması üçün seçilən ANV-nin qiyməti və həmçinin texniki istismar xarakteristikaları haqqında informasiya tələb olunur. Hal – hazırda ANV –nin qiyməti haqqında daha çox informasiya mənbələrini avtomobil zavodlarından , qəzet və jurnallarda çap olunan qiymət cədvəllərindən və internet saytlarından əldə etmək olar. Xüsusi olaraq nəzərə çatdırmaq lazım gəlir ki, həm dünya miqyaslı qloballaşma və həm də bazar münasibətlərinin genişlənməsi, habelə ölkəmizdə iqtisadi demok­ra­tiyaya, müstəqil intellektual sahibkarlıq fəaliyyətinə geniş mey­dan verilməsi əmlak bazarında da sistemli yanaşmaların istifa­dəsinə üstün şərait yaradır. Qiymətləndirmənin gəlir yanaşması isə bu tələblərin tam təmin edilməsi baxımından daha önəmlidir. Çünki müasir qiymətləndirmə təcrübəsində qiymətləndirmə obyektinin dəyəri onun sahibkarına fayda gətirmək xassəsi ilə müəyyənləşdirilir. Deməli, gəlirlilik mövqeyindən yanaşma, bir qayda olaraq, gəlir gətirən əmlakın qiymətləndirilməsi prosesində tətbiq olunur. Bu zaman aparılan iqtisadi təhlilin və ya gəlirin təhlilinin əsas məqsədi qiymətləndirmə obyektindən gözlənilən faktiki mənfəətin müəyyənləşdirilməsindən ibarətdir. Gəlir yanaşması həmin obyektdən gəlirlərin proqnozlaşdırılması və kapitallaşdırılmasının nəzərə alınması ilə şərtlənir. Gəlir yanaşması qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanmaqla, obeyktin qiymətlən­diril­məsi üzrə mövcud olan metodların məcmusunu özündə əks etdirir. Bəzi hallarda ANV –nin qiymətləndirilməsi zamanı glir yanaşmasından istifadə edilir. Ancaq nadir , xüsusi təyinatlı nəqlyyat vasitələrinin qiymətləndirilməsi zamanı , qiymətləndirilən ANV sahibinə gəlir gətirdiyi halda xərc və gəlir yanaşması metodları ilə birlikdə gəlir yanaşma metodundan istifadə etmək mümkündür. Anv-nə dəyən zərərin qiymətləndirilməsində gəlir yanaşmasını tətbiq etdikdə NV –yə əmtəə kimi dəyən zərərdən başqa onun sahibinin təmir və ya bərpa dövründə itirdiyi gəlirinəzərə almaq lazımdır. Gəlir yanaşması özündə aşağıdakı metodları birləşdirir :

  1. Pul axınlarının diskontlaşdırılması metodu - NV – nin cari dəyəri proqnozlaşdırılan dövrdə ondan istifadı etməklə gələcək gəlir və proqnozlaşdırılan dövrdən sonra onun satılmasından əldə edilən mədaxillər kimi hesablanır.

  2. Gəlirin birbaşa kapitallaşdırılması metodu - bu metod ANV – nin gıtirdiyi gəlirin qiymətləndirilməsi vı qiymətləndirmə anında onun dəyərinin kapitallaşdırılmasını nəzərdə tutur.

  3. Bərabər səmərəli funksional analoq metodu - bu metod xalis gəliri hesablamadan , qiymətləndirmə obyektinin köməyilə qiyməti məlum olmayan aralıq işləri yerinə yetirməklə dəyərin qiymətləndirilməsinə imkan verir.


ZƏDƏLƏNMİŞ AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.

ANV – nə o , cümlədən yol qurğularına , ətraf mühitə və digər hərəkət iştirakçılarına dəyən zərər yol – nəqliyyat hadisələri nəticəsindəbaş verir. Yol – nəqliyyat hadisələri müxtəlif əlamətlərə görə qruplaşdırılır :



  • başvermə mexanizminə görə

  • nəticənin ağırlığına görə

  • başvermə yerinə görə və s.

Başvermə mexanizminə görə yol – nəqliyyat hadisələri aşağıdakı qruplara ayrılır :

  • sərnişinlərin yıxılması

  • mal-qaranın vurulması

  • dayanmış NV-nin vurulması

  • piyadaların vurulması

  • NV-nin toqquşması

  • NV-nin aşması və s.

Nəticənin ağırlıgına görə YNH-i aşağıdakı qruplara ayrılır :

  • maddı zərərlə nəticələnən

  • insanların yaralanması ilə nəticələnən

  • ölümlə nəticələnən

Başvermə yerinə görə YNH – i aşağıdakı qruplara ayrılır :

  • ümumdövlət əhəmiyyətli yollarda

  • ölkə və vilayət mərkəzlərində

  • digər şəhərlərdə

  • rayon , qəsəbə , kənd əhəmiyyətli yollarda və s.

YNH – si baş verdikdən sonra dıyın zərərin qiymətləndirilməsi məqsədilə aşağıdakı amillərə xüsusi diqqet yetirilməlidir :

  • deformasiyaların ölçüləri

  • NV – nin zədələnən yerləri

  • NV – nin kostruktiv və istismar xüsusiyyətlərində baş verən dəyişikliklər

Qəzaların , zədələrin və xəsarətlərin sayı aşağıdakı əsas amillərlə düz mütənasibdir :

  • şəhərdəki NV – nin sayı

  • şəhər əhalisinin sayı

  • yolların , yol avadanlıqlarının vəziyyəti

  • NV – dən istifadə əmsalı

  • NV – nin texniki vəziyyəti

YNH –nin səbəbi 2 qrupa bölünür :

  • Subyektiv - sürücü , piyada , sərnişinlər

  • Obyektiv - yolun vəziyyəti , NV-nin texniki vəziyyəti , atmosfer şəraiti və s.

2009 –cu ildə Respublikada qeydə alınmış yol-nəqliyyat hadisələri.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş  profilaktik  tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır.

Hesabat dövrü ərzində Respublika ərazisində 2792 YNH-si qeydə alınmış, nəticədə 930 nəfər həlak olmuş, 3044 nəfər yaralanmışır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 178 (5,9%), 122 (11,6%) və 188 (5,8%) azalmışdır.

DİN BDYPİ Yol Patrul Xidməti Alayının  xidmət ərazisində hesabat dövründə 488 YNH-i qeydə alınmış, nəticədə 240 nəfər həlak olmuş, 544 nəfər  yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 122 (20%), 101 (19,6%) və 172 (24%) azalmışdır.


Bakı şəhəri ərazisində 1159 YNH-si qeydə alınmış və bunların nəticəsində 325 nəfər həlak olmuş, 1241 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin həlak olanların və yaralananların sayı uyğun olaraq  233 (16,7%), 27(7,7%) və 293 (19,1%) azalmışdır.

Respublika üzrə qeydə alınmış YNH-nin 43,5%-i (1214) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (680) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,7%-i (186) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1%-i (87) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 39,6%-ni (1106), Bakıda isə 51,9 %-ni (602) piyadaların vurulması təşkil etmiş, nəticədə 349 piyada həlak olmuş, 837-i yaralanmışdır. Ötən illə müqayisədə bu kimi YNH-nin sayı respublika üzrə 2,3 % (28), Bakı şəhəri üzrə 7,6 % (56) azalmışdır.  151 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 54 nəfər uşaq və yeniyetmə həlak olmuş, 221 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş  930 nəfərdən 728-i kişilər, 202-i qadınlar, xəsarət almış 3044 nəfərdən isə 2300-ni kişilər, 744-nü qadınlar təşkil etmişlər.



2009-cu il ərzində respublika ərazisində 20 nəfərin həlak olması və 74 nəfərin yaranlanması ilə nəticələnmiş 90 YNH-si bağlı qalmışdır

Yol - nəqliyyat hadisələri

 

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

Yol-nəqliyyatı hadisələrinin sayı

1 987

1 985

2 196

2 311

2 388

3 179

3 197

3 104

2 970

Ərazi üzrə

 

 

 

 

 

 

 

 

 

Avtomagistral yollarda

582

975

741

837

868

1 035

712

645

644

Yaşayış məntəqələrində

1 405

1 010

1 455

1 474

1 520

2 144

2 485

2459

2 326

Yaşayış məntəqələrinin hüdudlarından kənarda

-

-

-

-

-

-

-

-

1

Aylar üzrə

 

 

 

 

 

 

 

 

 

Yanvar

128

141

141

146

135

194

208

192

146

Fevral

130

124

116

138

130

141

139

158

142

Mart

124

122

128

133

136

159

164

201

205

Aprel

128

119

135

114

156

200

232

219

207

May

163

153

153

137

159

231

207

219

234

İyun

169

178

161

191

183

256

305

273

272

İyul

185

179

221

216

226

267

295

281

298

Avqust

201

194

217

223

256

284

364

306

297

Sentyabr

184

189

194

263

250

325

266

266

191

Oktyabr

205

207

227

253

241

326

330

349

333

Noyabr

189

199

236

237

265

373

328

293

332

Dekabr

181

180

267

260

251

423

359

347

313

Həftənin günlərinə görə

 

 

 

 

 

 

 

 

 

Bazar ertəsi - Cümə axşamı

1 087

1 113

1 249

1 287

1 322

1 765

1 738

1 751

1 613

Cümə

274

287

322

300

359

473

440

431

440

Şənbə

323

268

308

347

349

465

513

432

468

Bazar

303

317

317

383

358

476

506

490

449

İşıq şəraitinə görə

 

 

 

 

 

 

 

 

 

Gündüz vaxtı

882

881

942

1 006

1 025

1 365

1 315

1 242

1 267

Toran vaxtı

402

339

388

375

434

522

575

560

529

Gecə vaxtı

703

765

866

930

929

1 292

1 307

1 302

1 174

Yol örtüyünün vəziyyətinə görə

 

 

 

 

 

 

 

 

 

Quru yol örtüyü

1 758

1 804

1 928

2 020

2 157

2 852

2 729

2 750

2 663

Digər (yaş,buz və s)

229

181

268

291

231

327

468

354

307

Tiplər üzrə yol-nəqliyyat hadisələri - cəmi

1 987

1 985

2 196

2 311

2 388

3 179

3 197

3 104

2970

Nəqliyyat vasitələri və piyadaların

 

 

 

 

 

 

 

 

 

iştirakı ilə

1 038

1 014

1 098

1 145

1 097

1 467

1 403

1 344

1242

Bir nəqliyyat vasitəsinin iştrakı ilə

356

363

401

401

428

618

624

622

614

Bir neçə nəqliyyat vasitələrinin

 

 

 

 

 

 

 

 

 

iştrakı ilə

593

608

697

765

863

1 094

1 170

1 138

1114

arxadan vurulma və toqquşmalar

87

86

96

85

106

151

146

161

159

yolların kəsişdiyi yerdə

143

128

121

131

133

201

186

185

191

qarşıdan toqquşmalar

316

350

433

513

563

684

772

725

694

Yol- nəqliyyat hadisələrində həlak

 

 

 

 

 

 

 

 

 

olanların sayı

596

559

642

724

811

1 065

1 027

1 107

1052

o cümlədən yaş qrupları üzrə:

 

 

 

 

 

 

 

 

 

9 yaşdan kiçik

41

48

58

58

53

55

32

32

49

10-14 yaşında

31

28

31

31

35

49

36

26

36

15-17 yaşında

10

16

22

22

18

24

19

34

30

18-20 yaşında

19

23

17

18

21

45

44

28

42

21-24 yaşında

34

29

40

64

56

88

98

110

93

25-64 yaşında

424

340

409

451

540

668

662

738

693

65 və çox

37

75

65

80

88

136

112

109

109

Yaralananların sayı

2 199

2 228

2 486

2 691

2 766

3 668

3 606

3 432

3232

o cümlədən yaş qrupları üzrə:

 

 

 

 

 

 

 

 

 

9 yaşdan kiçik

152

139

148

125

106

140

77

86

143

10-14 yaşında

107

130

104

127

125

157

154

139

124

15-17 yaşında

76

73

87

110

97

139

146

137

105

18-20 yaşında

81

100

155

138

147

214

221

185

196

21-24 yaşında

159

221

277

249

321

453

440

387

378

25-64 yaşında

1 510

1 467

1 595

1 826

1 836

2 388

2 349

2 295

2144

65 və çox

114

98

120

116

134

177

183

148

142






© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Yol – nəqliyyat hadisəsi və digər səbələr nəticəsində zədələnən ANV –nin dəyərinin , azalması , başqa sözlə nəqliyyat vasitələrinin bərpa edilməsi hallarında dəyən zərərin miqdarı aşağıdakı kimi hesablanır :



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə