Tətbiqi etika


Sarğıların  növləri,  onların



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə82/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   78   79   80   81   82   83   84   85   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Sarğıların  növləri,  onların

 

qoyulması  qaydaları

Yaraların 



yoluxmasının  və  ağırlaşmasının  qarşısını  almaq  üçün  görülən  ilk  profilaktik 

tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır.  




56 

Bütün  yaralara  steril  (mikrobsuz,  təmiz)  sarğı  qoyulur.  Sarğı  yaranın 

üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə 

sarğı  qoymaq  deyilir.  Sarğı,  yaraya  mikrob  düşməsinin  qarşısını  alır, 

qanaxmanın  dayanmasına  kömək  edir,  ağrıları  azaldır.  Sarğı  iki  hissədən: 

yaraya  toxunan  daxili  hissədən  və  sarğıya  bərkidib  onu  yaranın  üstündə 

saxlayan  xarici  hissədən  ibarət  olur.  Sarğılar  yumşaq  (tənzif,  parça,  sintetik 

material  sarğılar),  bərkiyən  (gips,  nişasta  sarğılar),  sərt  (müxtəlif 

materiallardan  hazırlanmış  şin  sarğılar),  sıxıcı  sarğılar,  yapışqan  sarğılar  və 

digər  növləri  olur.  Yumşaq  sarğılar  yarada  bərkidilməsi  üsuluna  görə  bint 

sarğılar,  ləçək  sarğılar,  sapandvan  sarğılar  və  s.  növlərə  ayrılır.  Birinci  dəfə 

qoyulan sarğı ilk steril sarğı adlanır. Yaraya steril sarğı qoyarkən nəzərə almaq 

lazımdır  ki,  hətta  ən  kiçik  yara  belə,  zədələnmiş  adamın  həyatı  üçün  təhlükə 

törədir,  çünki  o,  cürbəcür  mikroblarla  yoluxma  mənbəyinə  çevrilə  bilər.  İlk 

sarğı  qoymazdan  əvvəl,  yaranı  çirkləndirmədən  və  yaralıya  əlavə  əziyyət 

vermədən,  yara  yerini  açmaq  lazımdır.  Yaranın  xarakterindən,  havadan  və 

yerli  şəraitdən  asılı  olaraq  üst  paltarları  ya  soyundurulur,  ya  da  tikiş  yeri  ilə 

kəsib çıxarılır. Paltarı əvvəlcə sağlam sonra isə zədələnmiş ətraflardan (qol və 

qıçlardan)  çıxarırlar.  İlin  soyuq  vaxtında  soyuqlamanın,  qarşısını  almaq 

məqsədilə, habelə təcili surətdə ilk  yardım göstərilən  hallarda  ağır yaralıların 

paltarlarını  yara  yerinin  ətrafında  kəsirlər.  Yaraya  yapışmış  paltarı  dartıb 

qoparmaq olmaz; belə paltarı yaranın kənarı boyu ehtiyatla qayçılamaq, sonra 

isə  sarğı  qoymaq  lazımdır.  Çıxarılmış  paltarı  əks  ardıcıllıqla,  yəni  əvvəlcə 

yaralı, sonra isə sağlam ətraflara geydirirlər. Sarğı qoyarkən çalışmaq lazımdır 

ki, bu, yaralıda əlavə ağrı törətməsin. Bədənin sarğı qoyulan hissəsi tərpənməz 

halda  olmalıdır.  Yaranın  üzərinə  əvvəlcə  steril  tənzif,  sonra  isə  pambıq 

qoyurlar. Binti sağ əldə saxlamaq, sol əllə sarğını tutmaq və bintin dolaqlarını 

düzəldib  hamarlamaq  lazımdır.  Bintin  yumağını  sarğı  yerindən 

uzaqlaşdırmadan,  binti  soldan  sağa  doğru  elə  sarıyırlar  ki,  onun  hər  qatı 

(dolağı)  əvvəlki  qatın  eni  boyunca  yarısını  əhatə  etsin  (ikinci  qatdan  başqa; 

sarğı  sürüşməsin  deyə,  adətən,  ikinci  qatı  birinci  qatın  üstundən  dolayırlar). 

Dolaqlar arasında boşluq qalmamalıdır. Sıxıcı sarğı tələb olunmayan hallarda 

binti çox bərk dartar ki, qan dövranı pozulmasın, lakin elə bərkidirlər ki, sarğı 

boşalıb  özü-özünə  açılmasın.  Əl  və  ayaqları  onların  uclarından  başlayaraq 

sarıyırlar, bu zaman barmaqların ucları açıq qalmalıdır. Sarğının son dolağını 



57 

təhlükəsiz  sancaqla  (ingilis  sancağı)  bərkidir  və  ya  bintin  ucunu  ortadan  iki 

hissəyə bölərək düyünləyirlər. Düyün yaranın üstünə düşməməlidir.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə