70
169. Azərbaycanda az xərc tələb edən tədbirlərdən biri subsidiyaların ləğvidir ki, bu da
emissiyalarda yüksək azalma potensialına malikdir. Qazaxıstanda təbii qaz enerjisi hədəfləri,
alternativ enerji hədəfləri, CO
2
–nin maksimal həddə qədər generasiyası, ETS, və enerji
səmərəliliyi ilə bağlı daha bir neçə tədbirlər az xərc tələb edən tədbirlərdir icra olunduğu təqdirdə
emissiyaların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaqdır. Emissiyaların az xərc sərf
etməklə azaldılması potensialını nəzərə alaraq, Qazaxıstan Hökuməti Yaşıl Artım
Konsepsiyasını həyata keçirir. Bu konsepsiyada qeyd olunan tədbirlərin icrasının ümumi
çərçivəsi müəyyən edilir. Azərbaycan və Özbəkistan təmiz enerji və nəqliyyat tədbirlərinin
tətbiqinə mane olan mövcud əngəlləri, məsələn bərpaolunan enerji üçün əlverişsiz tarifləri
yenidən nəzərdən keçirməli və bu hesabatda təhlil olunan azaldılma variantları tam şəkildə
həyata keçirməlidir. Bu hesabata əlavə olunmuş investisiya konsepsiyasında göstərildiyi kimi,
Azərbaycanda günəş və biokütləyə əsaslanan investisiya layihələri və Özbəkistandakı kiçik
hidro enerji qurğularının tikintisi, hətta RETA 8119 çərçivəsində hazırlanan modellər onların
sosial xərclər baxımından cəlbedici olduğunu göstərdiyinə baxmayaraq, mövcud tariff
strukturlarına görə iqtisadi baxımdan həyata keçiriləbilən deyil.
170. Mini ssenarilərdə birləşdirildikdə, ölkə üzrə müvafiq azaldılma variantların orta müddətli
perspektivdə (məsələn, 2030-cu ilə qədər) İEYQ-ların proqnozlaşdırılan emissiyasına
əhəmiyyətli təsirlərinin olduğu görünür. Lakin, onlar İEYQ emissiyasının əhəmiyyətli
azaldılmasını uzun müddətli perspektivdə təmin etmək iqtidarında olmayacaqdır. Bunun səbəbi
yaşayış binalarında, sənayedə, nəqliyyat və az da olsa enerji istehsalında təbii yanacaqdan
fundamental asılılığın olmasıdır. Enerjinin səmərəliləşdirilməsi tədbirləri və təbii qaza keçid qısa
müddətli perspektiv üçün həll yoludur, lakin proqnozlaşdırılan əhali və iqtisadi artım şəraitindən
qeyd olunan tədbirlər köhnəlmiş hesab olunur. Bu faktorlar hələ də karbondan asılı enerji və
nəqliyyat sistemlərində enerjiyə daha çox tələb olunmasına gətirib çıxarır.
171. Uzun müddətli perspektiv üçün (məs. 2030-2050) binalarda, sənayedə və nəqliyyatda
hazırda modelləşdiriləndən daha səmərəli modellərin tətbiqi olunmasının nəzərdən keçirilməsi
tələb olunur. Habelə az karbon buraxan məbbələrə, məsələn elektrik enerjisi, bioyanacaq və
hidrogenə keçidə, məntiqəuyğun karbon qiymətlərinin tətbiqinə və şəhər yerlərində nəqliyyat
vasitələrindən istifadə azaltmaq üçün inteqrə edilmiş ərazi planlaşdırılmasına ehtiyac vardır.
Enerji sektorunda əlavə de-karbonlaşdırmaya ehtiyac vardır. Azərbaycan, Qazaxıstan və
Özbəkistanda Qlobal 2˚ C ssenarisinə tövhə verilirsə, dəyişikliklər şübhəsiz olaraq vacibdir. Belə
bir yol daha xərcli və çox ambisiyalı hesab olunur və yalnız beynəlxalq maliyyə və texniki
əməkdaşlıq çərçivəsində dəstək olarsa reallaşa bilər.
172. Azərbaycan, Qazaxıstan və Özbəkistanda iqlim sahəsi üzrə maliyyəyə çıxış əldə etmək
üçün qurumların və təcrübənin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə ehtiyac vardır. İqlim
dəyişmələri sahəsində maliyyə ayıran qurumlar əsasən verilmiş resursların İEYQ
emissiyalarının azaldılmasında ölçüləbilən nəticələrə nail olunmasına diqqət verirlər. Nəticədə,
hər üç tədqiqat ölkəsi iqlim maliyyələşdirmələrinin izlənilməsi üçün aydın çərçivə və prosedurlar
yaratmalı olacaqdır. Nəhayət, hökumət hazırda 2014-2020-ci illər üçün Azərbaycan Ətraf
Mühitin vəziyyətinin yaxşılaşdırılması üçün yeni Tədbirlər Planı və 2015-2020-ci illər üçün Enerji
Səmərəliliyinə dair yeni Dövlət Proqramını işləyib hazırlayır. Bu proqramların 2015-ci ilin sonuna
qədər qəbul edilməsi gözlənilir. Aternativ və bərpaolunan enerjilərin inkişafı hər iki sənədin
layihəsinin mətnində əks olunur. İqlim dəyişmələrinin təsirlərinin azaldılması, alternativ və
bərpaolunan enerjinin inkişafı ilə bağlı strategiyalar və NAMA-lar bu sənədin mətn layihəsində
öz əksini tapmışdır.
173. İkincisi, gələcək İEYQ emissiyası trayektoriyalarının və emissiyanın potensial olaraq
azaldılması yollarının kəmiyyət etibarilə qiymətləndirilməsinə diqqət artmaqdadır. Bu, 2015-ci
71
ilin dekabrında Parisdə UNFCCC-yə Tərəf olan Ölkələrin Konfransından (COP 21) əvvəl Milli
Səviyyədə Müəyyən edilməsi Planlaşdırılan Töhvələrə dair sənədin hazırlanması üçün
beynəlxalq təlimatda da öz əksini tapmışdır. Bu o deməkdir ki, Azərbaycan, Qazaxıstan və
Özbəkistan hökumətləri TY layihəsi çərçivəsində həyata keçirilən modelə uyğun milli İEYQ
modelinin qurulması işini davam etdirməlidirlər. Qazaxıstan artıq akademik qurumlar, məsələn
Nazarbayev Universiteti vasitəsilə oxşar modelləşdirmələri aparmaq üçün təcrübəsini inkişaf
etdirmişdir.
174. Üçüncüsü, azaldılma tədbirləri və NAMA tədbirlərini həyata keçirmək üçün ənəvi
sektorlarla və sahə nazirlikləri ilə işə ehtiyacı nəzərə alaraq, belə səyləri əlaqələndirmək
məqsədilə qurumlar-arası komitələrin yaradılmasına ehtiyyac vardır. Bu, ölkələrin Təmiz İnkişaf
Mexanizmləri naminə institusional baxımından təsis edilməsindən sonra modelləşdirilə bilər.
Belə bir mexanizm bir çox qurumlar arasında əməkdaşlığın təşviq olunması baxımından çox
effektiv olmuşdur.
175. Nəhayət, iqlim məsələlərin beynəlxalq maliyyəni effektiv qaydada cəlb etmək üçün
Azərbaycan iqlim fondlarını cəlb edə və ya onlara təsir edə bilən yerli maliyyə institutlarının
inkişaf etdirilməsinə ehtiyyac vardır. Bura beynəlxalq maliyyə fondlarına çıxış üçün milli maliyyə
təşkilatları ilə iş və təmiz enerji və nəqliyyat tədbirləri üçün yerli resurslarla təminat daxildir.
176. Azərbaycan, Qazaxıstan və Özbəkistan iqlim dəyişmələri ilə bağlı layihələrin
maliyyələşdirilməsini həyata keçirmək və icraçı qurumların işini əlaqələndirmək səriştəsinə malik
dövlət orqanları formalaşdırmalıdır. Bura məsələn, Yaşıl İqlim Fondundan vəsait əldə etmək
üçün Milli Qurumun yaradılması aid ola bilər (artıq Qazaxıstan və Özbəkistan hökumətləri
tərəfindən elan olunmuşdur). Eyni zamanda iqlim dəyişmələrinin təsirlərinin azaldılması ilə bağlı
imkanlara dair layihələri hazırlamaq, həyata keçirmək məqsədilə müvafiq nazirliklərin
bacarıqlarının artırılması vacib olacaqdır.
Dostları ilə paylaş: |