Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

74
Əlavə 2
ƏLAVƏ 2: AZƏRBAYCAN, QAZAXISTAN VƏ ÖZBƏKİSTANDA İQLİM DƏYİŞMƏLƏRİNƏ 
DAİR İNVESTİSİYA KONSEPSİYALARI 


Əlavə 2
75
RETA 8119 Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişmələrinin 
İqtisadi Aspektləri: Azaldılma Tədbirlər Komponenti  
İnvestisiyaya dair konsepsiya qeydi  
Samux Aqro-Enerji Yaşayış Kompleksində  
Günəş Foto-elektrik və Bioqaz Qurğularının tikintisi  
NAMA çərçivəsində: 
“Azərbaycanda Bərpaolunan enerjiyə əsaslanan  
Aqro-enerjinin inkişafının təşviq olunması”  
ABERİVİATURA VƏ AKRONİMLƏR 
ABEMDA 
Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 
AİB  
Asiya İnkişaf Bankı 
CO
2
Karbon Dioksid
IPCC 
İqlim Dəyişmələrinə dair Hökumətlərarası Panel 
IRR 
Daxili Gəli Dərəcəsi 
İEYQ  
İstilik Effekti Yaradan Qazlar 
İƏİT 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 
MHY 
Monitorinq, Hesabatvermə, və Yoxlama 
NAMA 
Ölkə üzrə Müvafiq Azaldılma Tədbirlər 
NPV 
Xalis əldə olunan Gəlir  
OFAT 
Faktorların ayrı-ayrılıqda tədqiqi 
tCO
2

Karbon dioksid Elvivalenti ilə ton  
UNDP  
BMT-nin İnkişaf Proqramı 
UNFCCC 
BMT-nin İqlim Dəyişmələrinə dair Çərçivə Konvensiyası 
ÜDM 
Ümumi Daxili Məhsul 

ABŞ Dolları 
VALYUTA EKVİVALENTİ  
(6/15/2015-ci il tarixinə) 
1 AZN = 1.04883 ABŞ DOLLARI 
1 AZN 2007 = 1.2703 ABŞ DOLLARI 2015 


76
 
Əlavə 2 
AZƏRBAYCANDA İNVESTİSİYA İMKANLARI 
A. 
İnvestisiya imkanları 
177.  Bu  konsepsiya  qeydində  təsvir  oluan  investisiya  imkanları  ABEMDA  tərəfindən  kənd 
təsərrüfatı sektorunda bərpaolunan enerjinin inkişafını sürətləndirmək üçün təklif olunan Nama-
nın  bir  hissəsidir.  İnvestisiya  imkanları  ABEMDA-nın  səlahiyyətlərinə  aiddir  və  Samux  Aqro-
Enerji  Kompleksinin  1-ci  mərhələsində  aşağldakılar  daxil  olmaqla  enerji  qurğularının 
maliyyələşdirilməsini nəzərdə tutur: 
(i)  3.2 MVt gücündə günəş fotoelektrik (PV) enerji qurğusu. 
(ii)
0
.75 MVt-lıq bioqaz enerjisinin və 0.6 MV-lıq geo-istilik və 6 MV-lıq günəş istilik enerjisi 
qurğusu. 
B. 
Qısa MƏLUMAT  
178.  2010-cu  ildə,  Azərbaycanın  əsas  enerji  təchizatının  98.8  faizi  təbii  yanacaq  növləri  ilə 
ödənmişdir. O zamandan bir neçə yeni bərpaolunan enerji qurğuları istifadəyə verilmişdir (Şəkil 
1),  lakin  yenə  də  ölkənin  elektrik  istehsalı  potensialının  25%-dən  azı  bərpaolunan  enerji 
mənbələrindən  formalaşır.  Ölkənin  bütün  istilik  enerjisi  potensialı  təbii  yanacaq  növlərinə 
əsaslanır. (Cədvəl 1).   
Şəkil 1: Azərbaycanda mövcud və planlaşdırılan Bərpaolunan Enerji Mənbələrindən 
elektrik enerjisinin istehsalının faiz göstəricisi, 2000-2050 
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
Cədvəl 1: Potensial Bərpaolunan enerji istehsalı 
Resurs
İllik
istehsal
Biokütlə 
0.77 milyard kvts 
Böyük hidro enerji qurğuları 
11 milyard kvts 
Kiçik hidroenerji qurğular
5 milyard kvts
Günəş enerjisi 
39.6 milyard kvts 
Külək enerjisi 
86.4 milyard kvts 
Mənbə: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2012). 
Forecast
Historical
data


Əlavə 2
77
C. 
Bərpaolunan enerji üçün Siyasət, İnstitusional və Tənzimləyici baza  
179. Azərbaycan Hökuməti ölkə iqtisadiyyatını şaxələndirmək və qeyri-neft sektorunda istehsalı 
stimullaşdırmaq  üzərində  işləyir.  Bura  bərpa  olunan  enerjiyə,  regionların  inkişafına  və  kənd 
təsərrüfatında  yüksək  texnologiyaya  əsaslanan  istehsala  yatırımlar  daxildir.  Hökumət 
bərpaolunan  enerjini  təşviq  etmək  üçün  bir  neçə  strategiya  və  məqsədlər  müəyyən  etmişdir. 
Bərpaolunan  və  Alternativ  Enerji  Mənbələri  üzrə  Dövlət  Proqramında  (2008-2015)  2020-ci  ilə 
qədər  alternativ  və  bərpaolunan  enerji  hədəfləri  20%  həcmində  müəyyən  edilmişdir.  Bu 
proqrama  dəstək  olaraq,  hökumət  alternativ  və  bərpaolunan  enerji  mənbələrini  artırmaq  və 
iqtisadiyyatı  şaxələndirmək  istiqamətində  məqsədləri  həyata  keçirmək  üçün  Alternativ  və 
Bərpaolunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyini  (ABEMDA)  yaratmışdır.  2011-ci  ildə 
Prezidentin  yeni  Sərəncamı  ilə  alternativ  və  bərpaolunan  enerji  hədəfi  müəyyən  edilmiş  və 
ABEMDA-ya  bu  hədəfi  yerinə  yetirmək  üçün  tapşırıqlar  verilmişdir.  Müəyyən  edilmiş  hədəfə 
görə  2020-ci  ilə  qədər  elektrik  enerjisi  istehlakının  20%-I  bərpaolunan  enerji  mənbələrindən 
təchiz  edilməlidir.  Bundan  başqa,  2020-ci  ilə  qədər  ümumi  enerji  istehlakının  9.7%-i  bərpa 
olunan  enerji  mənbələri  vasitəsilə  təmin  edilməli  və  2,000  MV  həcmində  bərpaolunan  enerji 
potensialı quraşdırılmalıdır.
1
180. 2014-cü ilin dekabrında, ABEMDA özünün 2015-2018-ci illər üçün strateji planını açıqladı. 
Planda  bərpaolunan  enerji  həcminin  artırılması  strategiyası  müəyyən  edilir.  Strateji  plana  özəl 
sektorda  bərpaolunan  enerjinin  inkişafına  stimul  yaratmaq  üçün  mövcud  norma  və  qaydaların 
(normativ-hüquqi  aktların)  yenilənməsi  nəzərdə  tutulur.  Bundan  başqa,  strateji  planda  güzəştli 
kreditlərin  verilməsi,  texniki  bacarıqların  artırılması,  bərpaolunan  enerji  avadanlıqlarına  tətbiq 
olunan  idxal  rüsumlarının  aradan  qaldırılması,  bərpaolunan  enerjinin  izlənməsi  və 
qiymətləndirilməsini  dəstəkləyə  bilən  təşkilati  strukturun  yaxşılaşdırılması,  maarifləndirmə 
işlərinin görülməsi, və s. daxildir. Strateji plana əsasən, ABEMDA 2015-2018-ci illər ərzində 187 
MV  gücdə  külək,  369  MV  həcmdə  günəş,  63  MV  həcmdə  bioenerji  və  116  MV  gücdə  hidro 
enerji potensialını quracaqdır. Hamısı bir yerdə, plana görə 735 MV həcmdə yeni alternativ və 
bərpaolunan enerji əldə olunacaqdır.
2
 Bərpaolunan enerjinin daha da dəstəklənməsi məqəsdilə, 
ABEMDA bərpaolunan və alternativ enerji üçün yeni tariff metodologiyasını araşdırır və günəş 
enerjisi üçün yeni tariff 2015-ci ilin sonuna qədər müəyyən ediləcəkdir. 
D. 
Bərpaolunan enerji əsasında Aqro-enerjinin inkişafını təşviq etmək üçün NAMA 
181.  Azərbaycanın  hökumətinin  məqsədlərinə  dəstək  olaraq  bərpaolunan  enerjidən  istifadənin 
artırılması  məqsədilə,  AİB  ABEMDA  ilə  birlikdə  NAMA  konsepsiyasını  işləyib  hazırlamaq 
istiqamətində  tərəfdaşlıq  etmişdir.  Bu  konsepsiya  çərçivəsində  kənd  təsərrüfatı  sektorunda 
bərpaolunan enerjinin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. NAMA tədbirləri  bərpaolunan 
enerji  sahəsini  tənzimləyən  hüquqi  və  tənzimləyən  normaları  təkmilləşdirilməsi  istiqamətində 
hökumətlə işləyərək bərpaolunan enerjiyə maneələri aradan qaldırmaq üçün tərtib olunmuşdur. 
NAMA  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  NAMA-lara  dair  TY-nin  hesabatında
3
daha
ətraflı şəkildə təsvir olunur.   
182.  NAMA  çərçivəsində  habelə  Samux  Aqro-Enerji  Yaşayış  Kompleksinin  tikintisi  və  həyata 
keçirilməsi dəstəklənir. Samux Aqro-Enerji Yaşayış Kompleksi bərpaolunan enerji ilə işə salınan 
müasir  çoxsahəli  kənd  təsərrüfatı  və  qida  emalı  mərkəzidir.  Bütün  bunlar  hamısı  ictimai  və 
1
 Azərbaycan Respublikası Prezidentinin Alternativ və Bərpaolunan enerjidən İstifadəyə dair 2010-2020-ci illər üçün 
Milli Strategiyanın hazırlanmasına dair Sərəncamı 
http://www.abemda.az/uploads/ABEMDA%20prezintation.pdf
2
 Azərbaycan Respublikasının Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət  Agentliyi. 2014. 
Strateji Plan
(2015-2018). http://area.gov.az/strateji-plan-2015-2018/
3
 Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b)  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə