100
Əlavə 2
G.
Maliyyə parametrləri
251. Layihənin ümumi dəyəri 19.8 milyon ABŞ Dollarıdır ki, bunun da 9.84 milyon dollarını
avadanlıq xərcləri təşkil edir.
2
252. Uzsuvenergo bu xərcin 85%-ni (16.8 milyon ABŞ dolları) kredit şəklində götürməyi
nəzərdən keçirir. Nəzərə alsaq ki, Uzsuvenergo bu yaxınlarda oxşar şərtlərlə AİB-dan maliyyə
əldə edib, o zaman 5 illik güzəşt müddəti (grace period) və 3% və ya bir qədər çox faiz
dərəcəsinə malik 15 illik kredit götürə bilər. Bu isə, bütün zəruri haqqları və maliyyə xərclərini
hesabladıqdan sonra 4.31% faiz dərəcəsi deməkdir.
253. Uzsuvenergo üçün mövcud elektrik enerjisi tarifləri ilə (0.038 ABŞ $), layihə iqtisadi
baxımdan özünü doğrultmayacaq. Bu tarifdə elektrik enerjisi satışından əldə olunan ümumi
gəlir, itki və fəaliyyət xərclərini hesablamandan, 1.54 milyon ABŞ$-a bərabər olur. Lakin, təkcə
kreditin ödəmə məbləği (yenə, faiz və digər maliyyə xərclərini hesablamadan) 1.68 milyon
ABŞ$-dır. Layihəni iqtisadi baxımdan mümkün etmək üçün, NAMA çərçivəsində həlli nəzərdə
tutulan əngəllərin bəziləri yerinə yetirilməlidir. Ən önəmlisi, tariflər qaldırılmalıdır. Bu, birdəfəlik
və ya kreditlərin ödənişi zamanı (2030-cu ilə qədər) yerinə yetirilə bilər.
254. Şəkil 2-də göstərilən ssenari 1-də 2018-2030-cu illər ərzində eyni tariflərin 0.09/kVs ABŞ $-
a qədər artırılması verilir. Bu ssenaridə cədvəl üzrə və layihənin ümumi ödəmə müddəti üzrə
ödənişlər 12.5 il təşkil edir.
255. Şəkil 2-də göstərilən 2-ci ssenaridə yalnız xərclərin ödənilməsi üçün normalaşdırılmış
tariflərin ödənişi göstərilir. Bu halda, kreditin ödənməsindən sonra uzunmüddətli tariff mövcud
səviyyədən aşağı salına bilər (0.015/kVs ABŞ $-a qədər). Lakin, bu ssenaridə tariff ilk illərdə 1-
ci ssenaridəki kimidir və layihənin icrasından hər hansı gəlir əldə olunmur
256. 1-ci ssenariyə və 30 illik layihə müddətinə əsasən, Tuyabuguzskaya SHP-nin daxili gəlir
dərəcəsi (İRR) 11.86%-dir. 10% endirilmiş dərəcələrlə, Xalis Əldə olunan Gəlir 0.675 milyon
ABŞ $-a bərabər olur.
2
Nominal xərclər formasında ifadə olunub.
Əlavə 2
101
Şəkil 2: Tuyabuguzskaya SHP üçün tarif ssenariləri
Mənbə: Abt Associates tərəfindən aparılmış təhlil.
257. Tuyabuguzskaya SHP-nin iqtisadi səmərəliliyini artırmaq üçün bu ssenariyə bəzi potensial
düzəlişlər edilə bilər:
(i) Hazırki maliyyə təhlili SHP-nin orta işləmə xərclərinin və KTSRN tərəfindən kiçik
hidroenerji qurğularında istifadə olunan elektrik enerjisinin təxmini hesablanmasına və
ekspertlər tərəfindən əlavə xərclərin hesablanmasına əsaslanır. Hər bir xərc
kateqoryasında ayrı-ayrı sahələrin xərclərini təhlil etmək üçün texniki-iqtisadi
əsaslandırmaya və optimallaşdırma və xərclərin azaldılması imkanlarının olub-
olmadığını müəyyənləşdirməyə ehtiyac olacaqdır.
(ii) Tuyabuguzskaya SHP-nin əldə olunan enerjinin bir MV-na qoyulan investisiyanın
məbləğinə görə təxmini hesablanmış xərci KTSRN-nin Kiçik Hidro Enerji Qurğuları
Proqramında göstərilən bütün kiçik hidro enerji qurğularının ən aşağı xərcinə bərabərdir
(yəni, 1.6 M/MV ABŞ $). Beynəlxalq xərclərə əsasən (2 M/MV $ - 4 M/MV $ arasında
dəyişir (İƏİT/BEA, 2010) bu rəqəm aşağıdır.
3
Lakin, mövcud bənd və hidro-texniki
infrastrukturu özündə əks etdirən və yeni tikinti və ya düzəlilər üçün məhdud ehtiyaca
malik olan xüsusi layihə sahəsi üçün az xərcli texniki həll variant uyğun olardı və təhlil
olunmalıdır.
(iii) The Tuyabuguzskaya SHP kiçik müəssisə hesab olunur və sadələşdirilmiş vergi
sxeminə cəlb edilmişdir. Yəni, satılan məhsullardan əldə olunan ümumi gəlirə qarşı 5%
həcmində vahid vergi çıxılır (elektrik enerjisi ilə bağlı). Bu xüsusi vergi növü
Tuyabuguzskaya SHP üçün faydalı olmaya bilər, çünki belə vergi əsasən kiçik
müəssisələr üçün nəzərdə tutulur və bir neçə ildən sonra kreditlər ödənəndə, SHP çox
az və ya heç bir mənfəət olmadan işləyəcək, ona görə də gəlir vergisinin tutulmasına
3
İƏİT/BEA, 2010. Bərpaolunan Enerjinin Əsasları: Hidroenerji.
http://www.iea.org/publications/freepublications/publication/hydropower_essentials.pdf
102
Əlavə 2
cəlb edilməyə bilər. Tuyabuguzskaya SHP habelə köhnəlmə və digər xərcləri çıxa bilər.
Əgər kiçik müəssisə təyinatı seçim variantlarından biri olarsa, və Tuyabuguzskaya SHP-
nin vergi rejimlərindən birini seçmək imkanı olarsa, bu seçim nağd dövriyyə təsir edəcək
və ona görə də optimallaşdırılmalıdır.
(iv) Tuyabuguzskaya SHP-nin hesablanmış illik fəaliyyət xərcləri (1.2 milyon ABŞ dolları)
inkişaf etməkdə olan ölkələr üçün səciyyəvi olan kiçik hidro enerji qurğularının orta
xərcindən (1 milyon ABŞ Dolları) bahadır (İƏİT/BEA, 2010).
4
Tam texniki-iqtisadi
əsaslandırma və NAMA-nın icrası nəticəsində heyətin təlimləndirilməsi bu fəaliyyət
xərclərinin nisbətən az hesablanmasını ortaya qoya bilər.
258. 1-ci ssenari çərçivəsində Layihənin nağd pul dövriyyəsi Şəkil 3-də verilmişdir.
Şəkil 3: Tuyabuguzskaya SHP üçün toplanmış Nağd Pul Dövriyyəsinin Proqnozu
Mənbə: Abt Associates tərəfindən aparılmış təhlil.
H.
İcra ilə bağlı məsələlər
259. KTSRN-nin kiçik hidro enerji qurğularının təşviqi proqramında 2015-ci il layihənin icrası
üçün birinci il kimi seçilmişdir. Lakin realistik olaraq, kreditlərin ayrılması və real tikinti və
quraşdırma işləri ən tex halda 2016-cı ildə başlaya bilər. SHP ilk dəfə 2019-cu ildə şəbəkəyə
qoşulacaq və elektrik enerjisini satmağa başlayacaq. Bu tarixdən əvvəl, layihəyə hər hansı gəlir
gəlməyəcək. Layihə 30 illik müddətə nəzərdə tutulub və 2046-cı ildə bitəcək.
260. Layihənin icrası onu daha sonra idarə edəcək Uzsuvenegro tərəfindən həyata
keçiriləcəkdir. Yekun dizayn və düzəlişlər Hidrolayihə dizayn institu tərəfindən yerinə
yetiriləcəkdir. Bu institute Kiçik Hidro Enerji Qurğularının Tətbiqi Proqramının hazırlanmasında
iştirak etmişdir.
4
İƏİT/BEA, 2010. Bərpaolunan Enerjinin Əsasları: Hidroenerji.
http://www.iea.org/publications/freepublications/publication/hydropower_essentials.pdf
Dostları ilə paylaş: |