Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   40   41   42   43   44   45   46   47   48

100
 
Əlavə 2 
G. 
Maliyyə parametrləri  
251.  Layihənin  ümumi  dəyəri  19.8  milyon  ABŞ  Dollarıdır  ki,  bunun  da  9.84  milyon  dollarını 
avadanlıq xərcləri təşkil edir.
2
252.  Uzsuvenergo  bu  xərcin  85%-ni  (16.8  milyon  ABŞ  dolları)  kredit  şəklində  götürməyi 
nəzərdən keçirir. Nəzərə alsaq ki, Uzsuvenergo bu  yaxınlarda oxşar şərtlərlə AİB-dan maliyyə 
əldə  edib,  o  zaman  5  illik  güzəşt  müddəti  (grace  period)  və  3%  və  ya  bir  qədər  çox  faiz 
dərəcəsinə  malik  15  illik  kredit  götürə  bilər.  Bu  isə,  bütün  zəruri  haqqları  və  maliyyə  xərclərini 
hesabladıqdan sonra 4.31% faiz dərəcəsi deməkdir. 
253.  Uzsuvenergo  üçün  mövcud  elektrik  enerjisi  tarifləri  ilə  (0.038  ABŞ  $),  layihə  iqtisadi 
baxımdan  özünü  doğrultmayacaq.  Bu  tarifdə  elektrik  enerjisi  satışından  əldə  olunan  ümumi 
gəlir, itki və fəaliyyət xərclərini hesablamandan, 1.54 milyon ABŞ$-a bərabər olur. Lakin, təkcə 
kreditin  ödəmə  məbləği  (yenə,  faiz  və  digər  maliyyə  xərclərini  hesablamadan)  1.68  milyon 
ABŞ$-dır.  Layihəni  iqtisadi  baxımdan  mümkün  etmək  üçün,  NAMA  çərçivəsində  həlli  nəzərdə 
tutulan  əngəllərin  bəziləri  yerinə  yetirilməlidir. Ən  önəmlisi, tariflər  qaldırılmalıdır. Bu,  birdəfəlik 
və ya kreditlərin ödənişi zamanı (2030-cu ilə qədər) yerinə yetirilə bilər.  
254. Şəkil 2-də göstərilən ssenari 1-də 2018-2030-cu illər ərzində eyni tariflərin 0.09/kVs ABŞ $-
a  qədər  artırılması  verilir.  Bu  ssenaridə  cədvəl  üzrə  və  layihənin  ümumi  ödəmə  müddəti  üzrə 
ödənişlər 12.5 il təşkil edir.  
255.  Şəkil  2-də  göstərilən  2-ci  ssenaridə  yalnız  xərclərin  ödənilməsi  üçün  normalaşdırılmış 
tariflərin  ödənişi  göstərilir.  Bu  halda,  kreditin  ödənməsindən  sonra  uzunmüddətli  tariff  mövcud 
səviyyədən aşağı salına bilər (0.015/kVs ABŞ $-a qədər). Lakin, bu ssenaridə tariff ilk illərdə 1-
ci ssenaridəki kimidir və layihənin icrasından hər hansı gəlir əldə olunmur 
256.  1-ci  ssenariyə  və  30  illik  layihə  müddətinə  əsasən,  Tuyabuguzskaya  SHP-nin  daxili  gəlir 
dərəcəsi  (İRR)  11.86%-dir.  10%  endirilmiş  dərəcələrlə,  Xalis  Əldə  olunan  Gəlir  0.675  milyon 
ABŞ $-a bərabər olur.  
2
 Nominal xərclər formasında ifadə olunub. 


Əlavə 2
101
Şəkil 2: Tuyabuguzskaya SHP üçün tarif ssenariləri 
Mənbə: Abt Associates tərəfindən aparılmış təhlil.
257. Tuyabuguzskaya SHP-nin iqtisadi səmərəliliyini artırmaq üçün bu ssenariyə bəzi potensial 
düzəlişlər edilə bilər: 
(i)  Hazırki  maliyyə  təhlili  SHP-nin  orta  işləmə  xərclərinin  və  KTSRN  tərəfindən  kiçik 
hidroenerji  qurğularında  istifadə  olunan  elektrik  enerjisinin  təxmini  hesablanmasına  və 
ekspertlər  tərəfindən  əlavə  xərclərin  hesablanmasına  əsaslanır.  Hər  bir  xərc 
kateqoryasında  ayrı-ayrı  sahələrin  xərclərini  təhlil  etmək  üçün  texniki-iqtisadi 
əsaslandırmaya  və  optimallaşdırma  və  xərclərin  azaldılması  imkanlarının  olub-
olmadığını müəyyənləşdirməyə ehtiyac olacaqdır.  
(ii)  Tuyabuguzskaya  SHP-nin  əldə  olunan  enerjinin  bir  MV-na  qoyulan  investisiyanın 
məbləğinə  görə  təxmini  hesablanmış  xərci  KTSRN-nin  Kiçik  Hidro  Enerji  Qurğuları 
Proqramında göstərilən bütün kiçik hidro enerji qurğularının ən aşağı xərcinə bərabərdir 
(yəni,  1.6  M/MV  ABŞ  $).  Beynəlxalq  xərclərə  əsasən  (2  M/MV  $  -  4  M/MV  $  arasında 
dəyişir  (İƏİT/BEA,  2010)  bu  rəqəm  aşağıdır.
3
 Lakin,  mövcud  bənd  və  hidro-texniki 
infrastrukturu  özündə  əks  etdirən  və  yeni  tikinti  və  ya  düzəlilər  üçün  məhdud  ehtiyaca 
malik  olan  xüsusi layihə  sahəsi  üçün  az  xərcli texniki  həll  variant  uyğun  olardı  və təhlil 
olunmalıdır. 
(iii) The  Tuyabuguzskaya  SHP  kiçik  müəssisə  hesab  olunur  və  sadələşdirilmiş  vergi 
sxeminə cəlb edilmişdir. Yəni, satılan məhsullardan əldə olunan ümumi gəlirə qarşı 5% 
həcmində  vahid  vergi  çıxılır  (elektrik  enerjisi  ilə  bağlı).  Bu  xüsusi  vergi  növü 
Tuyabuguzskaya  SHP  üçün  faydalı  olmaya  bilər,  çünki  belə  vergi  əsasən  kiçik 
müəssisələr üçün nəzərdə tutulur və bir neçə ildən sonra kreditlər ödənəndə, SHP çox 
az  və  ya  heç  bir  mənfəət  olmadan  işləyəcək,  ona  görə  də  gəlir  vergisinin  tutulmasına 
3
 İƏİT/BEA, 2010. Bərpaolunan Enerjinin Əsasları: Hidroenerji.
http://www.iea.org/publications/freepublications/publication/hydropower_essentials.pdf


102
 
Əlavə 2 
cəlb edilməyə bilər. Tuyabuguzskaya SHP habelə köhnəlmə və digər xərcləri çıxa bilər. 
Əgər kiçik müəssisə təyinatı seçim variantlarından biri olarsa, və Tuyabuguzskaya SHP-
nin vergi rejimlərindən birini seçmək imkanı olarsa, bu seçim nağd dövriyyə təsir edəcək 
və ona görə də optimallaşdırılmalıdır.  
(iv) Tuyabuguzskaya  SHP-nin  hesablanmış  illik  fəaliyyət  xərcləri  (1.2  milyon  ABŞ  dolları) 
inkişaf  etməkdə  olan  ölkələr  üçün  səciyyəvi  olan  kiçik  hidro  enerji  qurğularının  orta 
xərcindən  (1  milyon  ABŞ  Dolları)  bahadır  (İƏİT/BEA,  2010).
4
Tam texniki-iqtisadi
əsaslandırma  və  NAMA-nın  icrası  nəticəsində  heyətin  təlimləndirilməsi  bu  fəaliyyət 
xərclərinin nisbətən az hesablanmasını ortaya qoya bilər. 
258. 1-ci ssenari çərçivəsində Layihənin nağd pul dövriyyəsi Şəkil 3-də verilmişdir. 
Şəkil 3: Tuyabuguzskaya SHP üçün toplanmış Nağd Pul Dövriyyəsinin Proqnozu 
Mənbə: Abt Associates tərəfindən aparılmış təhlil. 
H. 
İcra ilə bağlı məsələlər 
259.  KTSRN-nin  kiçik  hidro  enerji  qurğularının  təşviqi  proqramında  2015-ci  il  layihənin  icrası 
üçün  birinci  il  kimi  seçilmişdir.  Lakin  realistik  olaraq,  kreditlərin  ayrılması  və  real  tikinti  və 
quraşdırma  işləri  ən  tex  halda  2016-cı  ildə  başlaya  bilər.  SHP  ilk  dəfə  2019-cu  ildə  şəbəkəyə 
qoşulacaq və elektrik enerjisini satmağa başlayacaq. Bu tarixdən əvvəl, layihəyə hər hansı gəlir 
gəlməyəcək. Layihə 30 illik müddətə nəzərdə tutulub və 2046-cı ildə bitəcək. 
260.  Layihənin  icrası  onu  daha  sonra  idarə  edəcək  Uzsuvenegro  tərəfindən  həyata 
keçiriləcəkdir.  Yekun  dizayn  və  düzəlişlər  Hidrolayihə  dizayn  institu  tərəfindən  yerinə 
yetiriləcəkdir. Bu institute  Kiçik  Hidro  Enerji Qurğularının  Tətbiqi Proqramının  hazırlanmasında 
iştirak etmişdir. 
4
 İƏİT/BEA, 2010. Bərpaolunan Enerjinin Əsasları: Hidroenerji.
http://www.iea.org/publications/freepublications/publication/hydropower_essentials.pdf


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə