Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

Əlavə 2
91
zaman,  bu  komponentin  xərcini  qrant  şəklində  əldə  olunan  vəsaitə  uyğun  olaraq  azaltmaqla 
maliyyə modelində dəyişiklik etmək asandır. 
224.  Yumşaq  komponentlərə  invesitisiya  yatırmadan,  10  CNG  doldurma  məntəqəsinin  ümumi 
kapital  xərci  təxminə  18.9  milyon  ABŞ  dollarına  bərabərdir.  Yumşaq  komponentlər  daxil 
edildikdə, ümumi tələb olunan vəsait təxminə 25.4 milyon ABŞ dollarıdır. NAMA-nın Faza 1 və 2 
üzrə  maliyyələləşdirmə  müraciətlərini  nəzərə  alaraq,  sponsorlar  tərəfindən  kreditlərin  ümumi 
xərclərə arzu olunan nisbəti (Cədvəl 3
:
) 62.5%-dir. Buna görə də, layihə sponsorları 15.9 milyon 
ABŞ dolları həcmində (yumşaq komponentlər tam daxil edilməklə) və ya 11.8 milyon ABŞ dolları 
həcmində (yumşaq komponentlər daxil edilmədən) 15 il müddətinə, 5 illik güzəşt müddəti (grace 
period) ilə kredit axtarırlar. CNG avadanlığının ömrü təxminə 15 ilə qədər məhdudlaşdığından, , 
KazTransGas Onimderi layihənin ümumi müddətinin 15 il olmasını nəzərdə tutur. 
Cədvəl 3: KazTransGas tərəfindən NAMA-nın 1-ci və 2-ci Fazalar üçün Maliyyələşdirmə 
Müraciətləri 
Faza
İl 
Təsviri 
Ümumi Xərc 
($)
O cüml
ə
d
ə
n
Dövl
ə
t
büdcəsi ($) 
Şə
xsi capital
($)
Beyn
ə
lxalq
donorlar ($)
1
2014–
2015
Pilot bazara çıxış  
10,425,000
180,000
6,890,000
3,255,000
2
2016–
2018
CNG-nin orta və 
kiçik kommesiya
subyektləri üçün  
genişləndirilməsi  
30,500,000
250,000
7,930,000
22,320,000
Source: Abt Associates analysis.
225. Hər bir ərazidə CNG tarifləri və təbii qazın satış qiymətləri ilə bağlı KazTransGaz ASC-nin 
proqnozlarından  istifadə  etməklə,  kreditlər  üçün  nağd  pul  dövriyyəsinin  təhlili  (inflyasiya 
proqnozuna  uyğun  olaraq,  2026-cı  ilə  qədər  spesifik  rəqəmlər  və  7%  artım  dərəcəsi)  29.86% 
daxili  gəlir  dərəcəsi  və  3.307.706  ABŞ  Dolları  həcmində  Xalis  Gəlirin  əldə  olunacağını  ortaya 
qoyur.  Bu  zaman  KazTransGaz  Onimderinin  orta  capital  xərci  olan  11.5%  endirim  dərəcəsi 
nəzərə alınır. Hər iki sadə və endirilmiş ödəmə müddətə dörd ildən az dövrü əhatə edir. Nominal 
və endirilmiş məbləğdə toplanmış nağd dövriyyə Şəkil 3-də verilmişdir.  


92
 
Əlavə 2 
Şəkil 3: 10 CNG Doldurma Stansiyasının Toplanmış Nağd Dövriyyəsi (Tam şəkildə 
kreditlə alınan Yumşaq Komponentlər daxil olmaqla)
Mənbə: Abt Associates tərəfindən aparılan təhlil. 
226.  Əyrinin  qeyri-adi  forması,  2024  və  2026  –  2028-ci  illərdə  toplanmış  artımla,  eləcə  də 
nisbətən qısa müddətli ödəmə müddəti və Xalis Əldə olunan Gəlir arasında uyğunsuzluq CNG 
tarifləri  və  TransKazGas  tərəfindən  istifadə  olunan  təbii  qazın  xərci  ilə  bağlı  proqnozların 
özünəməxsusluğunu əks etdirir.  
227. Əgər kreditlər  yumşaq komponentlərin  bir  hissəsini  və  ya  heç  bir hissəsini  əhatə  edərsə, 
layihənin iqtisadi səmərəliliyi pisləşəcək. When the project is forced to cover full cost of the soft 
component from its cash flow, the IRR decreases to 12.93% and NPV to $ 594,656 (see the
cumulative cash flow in Figure 4). Simple payback period becomes more than 9 years, while the
discounted payback is over 14 years.
228. Alternativ olaraq, əgər yumşaq komponentlərin tam xərci üçüncü tərəflər (qrantlar, texniki 
yardım)  tərəfindən  əhatə  olunarsa,  layihənin  iqtisadi  göstəriciləri  radikal  şəkildə  yaxşılaşır.  Bu 
halda, daxili gəlir dərəcəsi 43.37%, xalis  gəlir 3.6 milyon ABŞ Dolları olacaqdır, və həm sadə, 
həm də endirilmiş ödəmə müddəti üç ildən bir qədər çox olacaqdır (bax: nağd pul dövriyyəsi,  
 Şəkil 5). 


Əlavə 2
93
Şəkil 4: 10 CNG Doldurma Stansiyasının Toplanmış Nağd Dövriyyəsi 
(Yumşaq komponentlərə çəkilən xərc üçün hər hansı kredit nəzərdə tutulmadıqda) 
Mənbə: Abt Associates tərəfindən aparılan təhlil. 
Şəkil 5: CNG Doldurma Stansiyasının Toplanmış Nağd Dövriyyəsi  
(Tam şəkildə üçüncü Tərəflər tərəfindən maliyyələşdirilən Yumşaq Komponentlərlə)
Mənbə: Abt Associates tərəfindən aparılan təhlil. 


94
 
Əlavə 2 
H. 
Həssaslıq təhlili və Risklərin idarə olunması  
229. Shymkent, Kyzyl-Orda, və Actobadan əldə olunan məlumatların təhlili göstərir ki, yanacaq 
doldurma məntəqələrinin iqtisadi nəticələri satılan CNG-nin həcmində dəyişiklik edilməsinə daha 
çox həssasdır. Bu tapşırıqlar, təəssüf ki, yanacaq dolduram operatorlarının birbaşa nəzarətində 
deyidir. Lakin, onlar müəyyən dərəcədə bir-birinə qarşı balanslaşdırıla bilər. Satış qiyməti aşağı 
olarsa,  tək  avtomobilin  yanacaqla  doldurulmasından  əldə  olunan  gəlir  azalır.  Lakin, 
uzunmüddətli  perspektivdə,  CNG  qiymətlərinin  daha  aşağı  olması  təbii  qaz  nəqliyyat 
vasitələrinə  (NVG)  tələbatı  artıracaqdır.  Nəticədə  isə  əhali  və  müəssisələrin  böyük  əksəriyyəti 
avtomobillərini  təbii  qaza  keçirirlər  ki,  bu  CNG  yanacaq  doldurma  məntəqələrinin  bazarda 
irəliləməsini təmin edəcəkdir. 
230. CNG doldurma məntəqələrinin mənfəətliliyi təbii qazın topdansatış qiymətinə də həssasdır. 
Digər  parametrlərin,  məsələn  elektrik  enerjisinin  qiymətinin  layihənin  iqtisadi  baxımdan 
mümkünlüyünə təsirləri daha kiçikdir.   
I. 
İcra ilə bağlı təşkilati məsələlər 
231. Layihənin icra müddəti 15 ildir və 2016-cı ildə başlayır. Təklif olunan kredit ayırma sxeminə 
görə  ilk  üç  yanacaq  doldurma  stansiyası  2016-cı  ildə  tikiləcəkdir,  növbəti  beçi  2016-2017-ci 
illərdə, və sonuncu ikisi isə 2017-2018-ci illərdə tikiləcəkdir. 
232. KazTransGas Onimderi LLP, NAMA-da təbii qaz üzrə icraçı agentlik kimi layihənin icrası, 
hesabatının  verilməsi,  icraçı  tərəfdaşlar  arasında  fəaliyyətlərin  əlaqələndirilməsi  üçün 
məsuliyyət daşıyacaqdır. KazTransGas Onimderi LLP-nin heyəti birbaşa KazTransGas ASC ilə 
ümumi  idarəetmə  və  nəzarət,  maliyyə  vəziyyətinə  baxış  və  invesitisiyalarının  təsdiqi  kimi 
məsələlərdə işləyəcəkdir.  
233. KazTransGas Onimderi LLP JSC KazTransGaz üçün monitorinq hesabatını hazırlayacaq, 
daha sonra aşağıdakı aidiyyəti tərəflərə təqdim edəcəkdir: 
(i)  Dövlət Büdcəsindən vəsaitlərin istifadəsi ilə bağlı Maliyyə və İqtisadiyyat Nazirliklərinə  
(ii)  UNFCCC-yə hesabatlar üçün beynəlxalq donorlara və Energetika Nazirliyinə  
(iii) Nəqliyyat  sektorunda  enerji  səmərəliliyinin  yaxşılaşdırılması  ilə  bağlı  İnnovasiyaların 
İnkişafı Nazirliyinə və “Enerjinin İnkişafı və Enerjiyə Qənaət İnstitutuna”.  
J. 
Digər 
234.  Bu  investisiya  imkanı  əsasən  yanacaq  doldurma  infrastrukturunun  qurulmasına  və 
bacarıqların artırılmasına həsr olunur. Ona görə də o, birbaşa İEYQ emissiyalarının azalmasına 
gətirib çıxarmır. Bu investisiya imkanı, dolayı olaraq nəqliyyat sektorunda təbii qazdan istifadəni 
sürətləndirmək  üçün  NAMA-nın  icrasını  dəstəkləyir  ki,  bunun  da  nəticəsində  İEYQ  emissiyası 
2025-ci  ilə  qədər  hər  il  üçün  135,315  tСO
2
e-dan  1,766,574  tСO
2
e-a  qədər  azalacqdır  (əldə 
olunan NAMA dəstəyindən asılı olaraq). Bu azalma əsasən dizel mühərrikli avtobusların və yük 
avtomobillərinin  və  benzin  mühərrikli  sərnişin  avtomobillərinin  CNG-dən  istifadəyə  keçməsinin 
nəticəsində  yaranıb.  Emissiya  azalmaları  RETA  8119-un  1-ci  Nəticəsi  üzrə  Qazaxıstan  üçün 
hazırlanmış  milli  enerji  və  nəqliyyat  modellərində  hesablanmışdır.  Bu  hesablama  üçün 
metodologiya və emissiya faktorları Azərbaycan, Qazaxıstan və Özbəkistanda NAMA-lara dair 
TY-nın Hesabatında sənədləşdirilmişdir
.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə