Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

Əlavə 2
95
235.  Təklif  olunan  investisiya  imkanlarının  reallaşdırılması  aşağıdakı  faydalara  gətirib 
çıxaracaqdır: 
(i)  Hava çirklənməsinin azalması nəticəsində sağlamlıq vəziyyətinin yaxşılaşması 
(ii) Enerji təhlükəsizliyinin artırılması  
(iii) Gəlir və iş yerlərinin yaradılması  
(iv) Yanacaq xərclərinin azalmasına görə gəlirlərin artması  
(v) Yanacaq  dəyişikliyi  və  nəqliyyat  vasitələrində  dəyişikliklə  bağlı  sahələrdə  özəl  sektorun 
cəlbi və inkişafı  
(vi) Köhnəlmiş nəqliyyat parkının  sürətli yenilənməsi və original avadanlıq istehsalçısından 
təbii qaz nəqliyyat vasitələrinin idxal olunması. 
(vii) Nəhayət, yerli təbii qaz nəqliyyat vasitələrinin istehsalı potensialının, o cümlədən ixrac 
məqsədləri üçün, inkişaf etdirilməsi. 


96
Əlavə 2
RETA 8119 Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişmələrinin 
İqtisadi Aspektləri: Təsirlərin Azaldılması Komponenti 
İnvestisiyaya dair Konsepsiya Qeydi  
Tuyabuguzskaya SHP-nin (kiçik hidroenerji qurğusu) tikintisi
NAMA çərçivəsində: 
“ÖZBƏKİSTANDA KİÇİK HİDROENERJİ QURĞULARININ 
QURAŞDIRILMASININ SÜRƏTLƏNDİRİLMƏSİ”
ABREVİATURA VƏ AKRONİMLƏR 
AİB  
Asiya İnkişaf Bankı 
HPP    
Hidro Enerji Qurğusu 
IRR  
 
Daxili Gəlir Dərəcəsi 
İEYQ   
İstilik Effekti Yaradan Qaz 
İN 
 
İqtisadiyyat Nazirliyi 
KTSRN  
Kənd təsərrüfatı və Su Resursları Nazirliyi 
MN 
 
Maliyyə Nazirliyi 
MHY   
Monitorinq, Hesabatvermə, və Yoxlama 
NAMA   
Ölkə üzrə Müvafiq AzaldılmaTədbirləri 
NPV 
 
Xalis Cari Dəyər 
ÖH 
 
Özbəkistan Hökuməti 
RETA   
Regional Texniki Yardım  
SHP 
 
Kiçik Hidroenerji Qurğusu 
tCO
2
e
Karbon Dioksid Ekvivalentinin tonu
ÜƏET   
Ümumi Əsas Enerji Təchizatı 
VALYUTA EKVİVALENTİ 
(15/6/2015 tarixinə məlumat) 
1 ABŞ$ = 2536.82 SUM  


Əlavə 2
97
ÖZBƏKİSTANDA İNVESTİSİYA İMKANLARI 
A. 
İnvestisiya imkanları 
236.  Bu  konsepsiya  qeydində  təsvir  olunan  investisiya  imkanları  NAMA  çərçivəsində  təklif 
olunan  investisiya  proqramının  bir  hissəsini  təşkil  edir.  NAMA  çərçivəsində  təklif  olunan 
investisiya  proqramının  məqsədi  Özbəkistanda  kiçik  miqyaslı  hidro-enerjinin  tətbiini 
sürətləndirməkdir. Bu hesabatda, kiçik hidroenerji qurğuları dedikdə ümumi quraşdırılmış gücü 
30MV-dan az olan hidro qurğular nəzərdə tutulur. İnvestisiya Tuyabuguzskaya Kiçik Hidroenrji 
Qurğusunun (SHP) tikintisi üçün texniki və maliyyə  yardımını təmin edəcəkdir. Bu qurğu Kənd 
təsərrüfatı  və  Su  Resursları  Nazirliyinin  (KTSRN)  yurisdiksiyasında  olacaq  və  “Uzbekenergo” 
tərəfindən idarə olunacaqdır. 12.5 MV-lıq yeni SHP hər biri 6.25 MV generasiya tutumuna malik 
iki eyni vahiddən ibarət olacaqdır. 
B. 
Qısa Məlumat 
237.  Özbəkistanın  əhəmiyyətli  dərəcədə  yanacaq  ehtiyyatları  vardır.  Lakin,  təbii  qaz  və  neftin 
ixrac resursları kimi potensial dəyərini nəzərə alaraq, ölkə enerji generasiyasında bərpaolunan 
enerjiyə  keçid  üçün  səylər  göstərir.  Cədvəl  1-də  göstərildiyi  kimi,  Özbəkistanın  əhəmiyyətli 
bərpaolunan enerji ehtiyyatı, xüsusilə günəş və hidro enerji ehtiyyatları vardır. Bu qurğuların az 
xərclə, ətraf mühitə az təsir göstərməklə, xüsusilə yüksək keyfiyyətli enerji təchizatının problemli 
olduğu ucqar rayonlarda elektrik enerjisi istehsal etmək potensialı vardır.  
Table 1: Özbəkistanda Potensial Bərpaolunan Enerji Resursları İstehsalı 
Resurs
Annual Yield (billion kWh)
Biokütl
ə
a
3.5
Hidroenerji
a
20.9
Gün
əş ene
rjisi
a
2,055
Külək enerjisi 
a
4.6
2010-cu ildə Ümumi Əsas Enerji Təchizatı 

ƏET
)
b
492
Mənbələr:  
a Hidrometeoroloji Xidmət Mərkəzi. 2008. BMT-nin İqlim Dəyişmələrinə dair Çərçivə Konvesiyası çərçivəsində 
Özbəkistan Respublikasının İkinci Milli Kommunikasiyası. 
http://unfccc.int/resource/docs/natc/uzbnc2e.pdf
b
 Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
238. Hazırda, hidroenerji ümumi elektrik enerjisi generasiyasının 15%-dən azını təşkil edir. Kiçik 
hidro  enerji  qurğuları  ümumi  hidro  elektrik  enerjisi  istehsalının  15%-dən  az  hissəsini,  ümumi 
enerji istehsalının isə 1.5%-dən az hissəsini təşkil edir. Özbəkistanda hidroenerji istehsalı üçün 
texniki potensial illik təxminən 20.9 milyard kvs müəyyən edilmişdir. Hazırda, bu rəqəmin yalnız 
dörddə birində istifadə olunur. İstifadə olunmayan potensialın təxminən üçdə biri kiçik hidroenerji 
qurğularının uyğun həll variant hesab olunduğu kənd təsərrüfatı infrastrukturu ilə bağlıdır (yəni, 
suvarma kanalları və su saxlama qurğuları). Ən azı 1,100 kiçik çay üzərində, 42 su anbarında 
və 98 əsas suvarma kanallarında iqtisadi baxımdan səmərəli kiçik hidro enerji qurğuları qurmaq 
üçün potensial vardır.
1
C. 
Kiçik hidroenerji qurğuları üçün siyasət, institusional və tənzimləyici baza 
239. Hidrpenerji generasiyası ilə iki dövlət qurumu məşğul olur: Özbəkistan Hökumətinin birbaşa 
nəzarətində  olan  “Uzbekenergo”  Dövlət  Açıq  Səhmdar  Cəmiyyəti  və  Kənd  təsərrüfatı  və  Su 
1
 UNESCO, 2010. Mərkəzi Asiyada Bərpaolunan Enerji Mənbələrindən İstifadə
.
http://www.un.org.kg/index2.php?option=com_resource&task=show_file&id=14722


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə