Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   40   41   42   43   44   45   46   47   48

98
 
Əlavə 2 
Resursları  Nazirliyinin  (KTSRN)  nəzarətində  və  yurisdiksiyasında  olan  “Uzsuvenergo”  xüsusi 
müəssisəsi.  Uzbekenergo  təbii  su  axınları  və  su  anbarları  üzərində  olan  bütün  hidroenerji 
qurğuları  üçün  cavabdehlik  daşıyır.  Uzsuvenergo  ASC-yə  suvarma  kanalları  və  digər  kənd 
təsərrüfatı infrastrukrunda hidroenerji qurğularının tikintisi və fəaliyyəti tapşırılmışdır.  
240.  2015-ci  ilin  may  ayının  5-də  Özbəkistan  Prezidenti  İ.Kərimov  “2015-2019-cu  illər  ərzində 
İqtisadi  və  Sosial  sferada  Enerji  intensivliyinin  aşağı  salınması  və  Enerji  baxımdan  səmərəli 
texnologiya  və  sistemlərin  həyata  keçirilməsinə  dair  Tədbirlər  Proqramı”  haqqında  2343  saylı 
Qərar  imzalamışdır.  Qərarın  birinci  paraqrafında,  bərpaolunan  enerjinin  əhəmiyyəti  vurğulanır. 
İkinci  paraqrafda,  33  tədbirlə  bağlı  Yol  Xəritəsi  təsdiq  olunur.  Yox  xəritəsinin  20-ci  bəndində 
İqtisadiyyat,  Maliyyə,  Kənd  təsərrüfatı  və  Su  Resursları,  Uzbekenergo  və  “Hidrolayihə” 
İnstitutuna  2016-2020-ci  illər  üçün  Hidroenerjinin  İnkişafına  dair Dövlət Proqramını  hazırlamaq 
tapşırılır.  Proqram  2015-ci  ilin  üçüncü  rübünə  qədər  təsdiqlənməlidir.  Proqramın  Uzbekenergo 
tərəfindən hazırlanmış mövcud layihəsində ümumi gücü 2,512 MV-a bərabər olan 76 yeni Hidro 
enerji  qurğularının  tikintisi  və  mövcud  potensialı  1,973  MV-a  çatdıra  biləcək  33  mövcud 
hidroenerji qurğularının rehabilitasiyası nəzərdə tutulur.  
241.  Bu  yaxınlarda  Kənd  təsərrüfatı  və  Su  Resursları  Nazirliyi  tərəfindən  2015-2030-cu  illər 
üçün Kiçik Hidroenerji qurğularının inkişafına dair yeni proqram işlənib hazırlanmışdır. Proqram 
hazırda  Hökumət  daxilində  müvafiq  qurumları  rəyinin  əldə  edilməsi  prosesindədir.  Bu  yeni 
proqram ümumi gücü 210 MV-a bərabər olan 19 kiçik hidroenerji qurğularının quraşdırılmasını 
nəzərdə  tutur  ki,  bunun  üçün  də  727.2  milyon  ABŞ  dolları  investisiya  tələb  olunur.  2343  saylı 
qərarın  qəbul  olunması  və  Yol  xəritəsinin  təsdiqlənməsi  ilə,  bu  proqram  2016-2020-ci  illərdə 
hidroenerjinin inkişafına dari daha geniş proqramın bir hissəsi olacaqdır. 
D. 
Kiçik Hidroenerji qurğularının tikintisini sürətləndirmək üçün təklif olunan NAMA 
242.  Özbəkistanın  kiçik  hidroenerji  qurğularının  təşviqinə  və  bərpaolunan  enerji  təchizatına 
təkrar  önəm  verməsinə  dəstək  olaraq,  Asiya  İnkişaf  Bankı  (AİB)  İqtisadiyyat  Nazirliyi,  Kənd 
Təsərrüfatı  və  Su  Resursları  Nazirliyi,  Uzbekenergo  və  digər  tərəfdaşlarla  NAMA-ların  tərtib 
olunması  istiqamətində  birgə  işləmişdir.  Bu  əməkdaşlıq  Özbəkistanda  kiçik  hidroenerji 
qurğularının tikintisinin sürətləndirilməsinə kömək edəcəkdir.   
243.  Bu  NAMA-nın  məqsədi  invesitisiyaların  artırılması,  bacarıqların  inkişaf  etdirilməsi  və 
institusional  rolları  aydınlaşdırılması,  eləcə  də  hüquqi  və  tənzimləyici  normaların 
təkmilləşdirilməsi  ilə  hökumətin  kiçik  hidro  enerji  qurğularının  tikintisi  və  rehabilitasiyası 
təşəbbüslərini  dəstəkləməkdir.  NAMA  onun  icrasına  mane  olan  boşluqları  təhlil  və  ətraflı 
müəyyən  etməklə  hökumətin  planlarını  tamamlayacaqdır.  Bura  kiçik  hidro  qurğuların 
qiymətləndirilməsi,  planlaşdırılması  və  tikintisi  üçün  tələb  olunan  texniki  bacarıqların 
yaxşılaşdırılması,  eləcə  də  dövlət  və  özəl  kapitaldan  planlaşdırılan  hidroenerji  potensialının 
istifadə olunmasını sürətləndirmək üçün müvafiq tədbirlərin icrası daxildir  
244.  Bu  NAMA-nın  2030-cu  ilə  qədər  İEYQ  emissiyasını  hər  il  üçün  təxminən  862,529  tCO
2
e
azaldacağı gözlənilir.  
E. 
İnvesitisya İmkanlarına dair qısa məlumat 
245.  Tuyabuguzskaya  SHP  üçün  bu  konsepsiya  qeydində  təsvir  olunan  investisiya  imkanı 
NAMA  çərçivəsində  təklif  olunan  investisiya  proqramının  bir  hissəsidir.  Təklif  olunan 
Tuyabuguzskaya  SHP  KTSRN-nin  yurisdiksiyasına  aiddir  və  Uzsuvenegronun  ən  əsas 


Əlavə 2
99
prioritetlərində biridir. Beləliklə, onun 2016-2020-ci illərdə Hidro Enerjinin İnkişafına dair Dövlət 
Proqramına daxil edilməsi demək olar ki, qətiləşmişdir.   
246.  Tuyabuguzskaya  SHP-yə  investisiya  Tuyabuguzskaya  SHP-nin  tikintisi  üçün  texniki  və 
maliyyə yardımını təmin edəcəkdir. Layihə pilot araşdırma rolunu oynayacaq və digər kiçik hidro 
qurğuların tikintisi və planlaşdırılmasında faydalı olacaqdır.  
F. 
Texniki Parametrlər  
247.  SHP  üçün  təklif  olunan  yer  Daşkənd  Oblastının  Srednechirik  rayonunda  Tuyabuguz  Su 
Anbarıdır. Bu yer Daşkəndin cənubunda 20 mil məsafədə yerləşir (bax Şəkil 1).  
248. Tuyabuguzskaya SHP “bənddən aşağı” yanaşmasına uyğun olaraq inşa olunacaqdır, yəni, 
enerji  mərkəzi  mövcud  bənddən  aşağıda  tikiləcəkdir.  Bəndin  başı  26  metr  olacaq,  nominal  su 
axını  isə  55  m
3
/saniyə  təşkil  edəcəkdir.  Bu  isə  12.5  MV  gücündə  SHP-nin  tikintisinə  icazə 
verəcəkdir.  SHP  hər  biri  6.25  MV  enerji  istehsal  etmək  gücündə  olan  iki  eyni  vahiddən  ibarət 
olacaqdır.  
249.  SHP  Tuyabuguz  Su  Anbarı  yaxınlığındakı  suvarma  üçün  buraxılan  sudan  istifadə 
edəcəkdir.  Bununla,  enerji  qurğusunun  işi  suvarma  sisteminə  ehtiyaca  görə  müəyyən 
ediləcəkdir.  Gözlənilən  orta  yük  faktoru  il  ərzində  3,322  saat  təşkil  edir  və  orta  illik  enerhi 
istehsalı 41.8 milyon kVs olacaqdır. 
250. Zəruri tikinti və bənd modifikasiya işləri aşağıdakılardır: 
(i)  Su qapılarının yığılması  
(ii) Turbin
(iii) Enerji mərkəzi 
(iv) Su buraxma kanalı  
(v)  Nəzarət avadalığına malik kənar blok  
(vi) Paylayıcı şəbəkəyə birləşmələr 
Şəkil 1: Tuyabuguz Su Anbarı 
Qeydlər:  Aşağıda  sağdakı  şəkildə  əsas  kanal  və  sağda  (kiçik)  suvarma  sistemini  qidalandıran  su  buraxılan  hissəs 
göstəliri. Bu su buraxılan hissə SHP-nin tikintisi üçün istifadə olunacaqdır. 
Mənbə: Uzsuvenergo 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə