Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   2   3   4   5   6   7   8   9   ...   48

F.
Texniki Parametrlər 
88
G.
Maliyyə parametrləri 
88
H.
Həssaslıq təhlili və Risklərin idarə olunması 
94
I.
İcra ilə bağlı təşkilati məsələlər 
94
J.
Digər 
94
ÖZBƏKİSTANDA İNVESTİSİYA İMKANLARI 
97
A.
İnvestisiya imkanları 
97
B.
Qısa Məlumat 
97
C.
Kiçik hidroenerji qurğuları üçün siyasət, institusional və tənzimləyici baza 
97
D.
Kiçik Hidroenerji qurğularının tikintisini sürətləndirmək üçün təklif olunan NAMA98
E.
İnvesitisya İmkanlarına dair qısa məlumat 
98
F.
Texniki Parametrlər 
99
G.
Maliyyə parametrləri 
100
H.
İcra ilə bağlı məsələlər 
102
I.
Həssaslıq təhlilləri və Risklərin İdarə olunması 
103
J.
Digər 
104
ƏLAVƏ 3: İSTİNADLAR 
105


1
I. 
QISA XÜLASƏ 
A. 
Giriş 
1.  Asiya  İnkişaf  Bankı  (AİB)  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  istilik  effekti  yaradan 
qazların (İEYQ) emissiyasının azaldılması üçün mümkün variant və xərclərə dair məlumatların  
artırılması məqsdəilə Regional Texniki Yardım (RETA) 8119 – Mərkəzi və Qərbi Asiyada İqlim 
Dəyişmələrinin  İqtisadi  Aspektləri  –  Təsirlərin  Azaldılması  Komponenti  Layihəsini  işləyib 
hazırlamışdır.  Qeyd  olunan  ölkələrin  enerji  və  nəqliyyat  sektorlarında  İEYQ-ların  intensivliyinin 
artırılması  üçün  əhəmiyyətli  imkanlar  mövcuddur.  RETA  8119  Layihəsi  çərçivəsində  iki  əsas 
nəticəyə nail olunmuşdur:  
Nəticə 1: Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji və nəqliyyat sektorlarında iqlim 
dəyişmələrinin  təsirlərinin  azaldılmasının  təqribi  xərcləri    hesablanmışdır.  Təsirazaltma 
tədbirlərinə təmiz enerji texnologiyalarının, elecə də az karbon buraxan sənaye istehsalı 
üçün  tələb  olunan  siyasət  və  tədbirlərin  tətbiqi  daxildir.  Məsləhətçilər  ölkələr  üzrə 
keçirilən 
seminarlar, 
regional 
seminarlar, 
və 
ayrı-ayrı 
tərəflərlə 
aparılan 
məsləhətləşmələr  nəticəsində  enerji  və  nəqliyyat  emissiyaları  haqqında  məlumatları 
toplamışdır. Nəticə 1-in tərkib hissəsi kimi, məsələhətçilər (i) ayrı-ayrı ölkələr üzrə İEYQ-
la  bağlı  baza  vəziyyəti  və  2050-ci  ilə  qədər    proqnozlaşdırılan  vəziyyəti  işləyib 
hazırlamışdır;  (ii)  emissiyaların  azaldılmasına  dair  xərc  əyrisinin  təhlili  əsasında  İEYQ 
emissiyaların azaldılması variantlarını və hədəflərini müəyyən etmişdir; (iii) iqlim siyasəti 
və  planlarında  boşluq  və  ehtiyyacları  müəyyən  etmişdir;  və  (iv)  təsirazaltma 
variantlarının  ümumi  faydalarını  hesablamışdır.  Nəticələr  hər  üç  hədəf  ölkədə  İEYQ 
emissiyalarının  azaldılmasının  iqtisadi  aspektlərinə  dair  regional  seminarda  təqdim 
edilmişdir.  Tədqiqat  bacarıqların  inkişaf  etdirilməsinə  dair  ikillik  proqramın  icrası  ilə 
tamamlanmışdır.  Bacarıqların  artırılması  proqramı  İEYQ-ların  ölçülməsi  və  hesabatının 
hazırlanması  üçün  təsirazaltma  tədbir  və  sistemlərinin  iqtisadi  təhlilinin  aparılmasına 
qərar verən şəxslərin təlimləndirilməsini nəzərdə tutumuşdur. 
Nəticə  2:  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  iqlim  dəyişmələrinin  təsirlərinin 
azaldılmasına  investisiya  qoyuluşu  imkanları.    Məsləhətçilər  dörd  NAMA  (  Ölkə  üzrə 
Məqbul  Təsirazaltma  Tədbirləri)  hazırlamışdır.  Hər  dörd  sənəd  daha  sonra  NAMA-lara 
dair  regional  hesabatda  birləşdirilmişdir.  Nəticə  2-yə  habelə  investiya  qoyuluşuna  dair 
konsepsiya  qeydinin  hazırlanması  da  daxildir.  Bu  sənəddə  NAMA  üzrə  ayrı-ayrı  layihə 
komponentlərinin  həyata  keçirilməsinin  dəstəklənməsi  nəzərdə  tutulur.  İnvestisiya  ilə 
bağlı konsepsiya qeydi bu Yekun Hesabat Layihəsinə əlavə olunur.  
B. 
Yanaşmalar və Nəticələr  
2.  Məsləhətçilər  RETA  8119  layihəsini  aşağıdakılar  vasitəsilə  həyata  keçirmişdir:  (i)  iqtisadi 
modelləşdirmə,  NAMA  tərtibi  və  investisiya  imkanları  üçün  tədqiqat  və  təhlil,  (ii)  aidiyyəti 
tərəflərlə məsləhətləşmələr, və (iii) təlim və seminarlar vasitəsilə bacarıqların inkişaf etdirilməsi. 
Enerji  Alternativlərinin  Uzunməqsədli  Planlaşdırılması  (LEAP)  sistemindən  istifadə  etməklə  üç 
ölkə miqyaslı iqtisadi modellər qurulmuşdur.  
3.  Ölkələr  üzrə  yaradılmış  modellərin  nəticələri  göstərir  ki,  əhali  və  gəlirlərin  artımı  sayəsində 
karbon  tərkibli    enerjiyə  artan  tələbat  2050-ci  ildə  hər  üç  ölkədə,  xüsusilə  də  Qazaxıstan  və 
Özbəkistanda  İEYQ-ların  emissiyasının  artmasına  gətirib  çıxaracaqdır  (Şəkil  1).  Gəlirlər  və 
iqtisadi fəaliyyətlər artdıqca, insanlar daha çox avtomobil alır, daha çox ev tikir və müəssisələr 
məhsul  və  xidmətlərə  artan  tələbatı  ödəmək  üçün  daha  çox  enerji  sərf  edirlər.  Azərbaycan, 


2
Şə
kil 1
: Proqnozlaşdırılan İEYQ Emissiyası (Heç bir tə
dbirin görülm
ə
diyi
ssenari)
Mənbələr
:
Stokholm Ətraf Mühit İnstitutu və Abt Associates (2015a; 2015b; 2015c). 
Qazaxıstan  və  Özbəkistanın  enerji  və  nəqliyyat  sistemləri  indiki  qaydada  intensiv  karbon 
emissiyasına  əsaslanarsa,  o  zaman  İEYQ  emissiyasında  əhəmiyyətli  artım  baş  verəcəkdir. 
Lakin,  bu  vəziyyət  özü  özlüyündə  yeni  imkanların  yaranmasına  səbəb  olur:  ehtiyyatların  və 
enerji variantlarının təkrar nəzərdən keçirilməsi və az iqlim təsirlərinə malik inkişafa əsaslanan 
yaşıl-artım  strategiyalarının  həyata  keçirilməsi.  Xərc  baxımdan  səmərəli  təmiz  enerji 
texnologiyalarının,  eləcə  də  yeni  yanacaq  növləri  ilə  işləyən  və  az  karbon  buraxan  nəqliyyat 
vasitələrinin istismarı bu məqsədlərə nail olunmasında önəmli rol oynaya bilər. Bu yanaşmaların 
potensialının  düzgün  qiymətləndirilməsi  prioritet  müəyyən  edilmiş  təsir  azaltma  tədbirlərinə 
dövlət və özəl yatırımların cəlb edilməsi prosesinə təkan verəcəkdir. 
4.  Şəkil  1-də  emissiyaları  azaltmaq  üçün  hər  hansı  əhəmiyyətli  addımlar  atılmadığı  və  hər  üç 
ölkənin  (Azərbaycan,  Qazaxıstan  və  Özbəkistan)  enerji  və  nəqliyyat  sektorlarında  əsasən 
ənənəvi yanacaq növlətindən asıllığının olduğu təqdirdə  İEYQ emissiyalarının proqnozlaşdırılan 
vəziyyəti  göstərilmişdir.  2010  və  2050-ci  illər  arasında  karbon  emissiyasının  Azərbaycanda 
78%-ə  qədər,  Qazaxıstanda  118%-ə  qədər  və  Özbəkistanda  243%-ə  qədər  artacağı 
proqnozlaşdırılır.
1
 Bu  artımlar  səmərəli  istifadə,  yanacağın  dəyişdirilməsi  və  digər  vasitələrlə 
azaldılma tədbirlərin həyata keçirilməsini zəruri edir. 
5.  Hər  üç  ölkədə  İEYQ  emissiyalarının  azaldılması  üçün  tədbirlər  həyata  keçirilir  və  müvafiq 
qiymətləndirmələr  aparılır.  Məsləhətçilər  təsirazaltma  təhlilinə  daxil  etmək  üçün  hər  üç  ölkənin 
aidiyyəti  qurumları  ilə  prioritet  təsirazaltma  tədbirinin  seçilməsi  istiqamətində  məsləhətləşmə 
aparmışdır.  Bu  məsləhətləşmə  zamanı  əsas  diqqət  həmin  tədbirlərin  milli  inkişaf  prioritetlərinə 
verə  biləcəyi  dəstəyə  və  eləcə  də  xərc  və  təsirazaltma  potensialı  ilə  bağlı  məlumatların 
mövcudluğuna  verilmişdir.  Cədvəl  1  və  Cədvəl  2  –də  İEYQ-ların  azaldılması  potensialı  və  bu 
təsirazaltma varianları üçün tələb olunan xərclər (karbon dioksid ekvivalentinin bir tonuna görə 
emissiyaların azaldılması xərcinin artan sırası ilə) verilmişdir. Ölkələr arasında müqayisə üçün, 
1
 Milli  modellərdəki  enerji,  nəqliyyat  və  qeyri-enerji  sahələrinin  proqnozlaşdırılmasına  bir  neçə  mühim  kəsişən 
dəyişənlər  təsir  edir.  Bunlar  əhali,  ÜDM  və  əlavə  dəyər  məsələləridir.  Hər  üçü  modelə  ekzogen  məlumatlar  kimi 
daxil  edilmişdir.  Bunlar  üçün  proqnozlar  Cədvəl  16-da  təsvir  edilən  metodlardan  istifadə  etməklə  işlənib 
hazırlanmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə