Texniki Yardım üzrə Hesabatı


II.  GİRİŞ VƏ QISA MƏLUMAT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   2   3   4   5   6   7   8   9   ...   48

9
II. 
GİRİŞ VƏ QISA MƏLUMAT  
A. 
Layihə haqqında qısa məlumat və məqsədləri 
20. Asiya İnkişaf Bankı (AİB) az karbon emissiyası yanaşmasına diqqəti artırmaq üçün Mərkəzi 
və Qərbi Asiya ölkələrinə yardım edilməsində vacib rol oynayır. Bu dəstəyin bir hissəsi olaraq, 
AİB Azərbaycan, Qazaxıstan və Özbəkistanda İEYQ-ların emissiyasını azaltmaq istiqamətində 
müəyyən variant və xərclərə dair daha çox məlumatların   olmasını təmin etmək üçün 
Regional
Texniki Yardım (RETA) 8119 – Mərkəzi və Qərbi Asiya regionunda İqlim Dəyişmələrinin İqtisadi 
Aspektləri  –  Azaldılma  Tədbirlər  Komponenti  layihəsini  tərtib  etmişdir.  Qeyd  olunan  ölkələrdə 
enerji  və  nəqliyyatın  İEYQ  intensivliyini  artırmaq  üçün  əhəmiyyətli  imkanlar  vardır.  Bu 
məlumatlara  çıxış,  hər  üç  ölkədə,  prioritet  hesab  olunan  azaldılma  tədbirlərinin  həyata 
keçirilməsində  dövlət  və  özəl  sektor  maliyyələşdirmələrinin  artmasına  gətirib  çıxaracaqdır. 
RETA  8119  AİB  idarə  heyəti  tərəfindən  2012-ci  ilin  iyul  ayında  təsdiq  edilmiş  və  Asiya  Təmin 
Enerji  Fondu  (Təmin  Enerjini  Maliyyələşdirmə  Tərəfdaşlığı  Aləti  çərçivəsində)  və  İqlim 
Dəyişmələri  Fondu  tərəfindən  birgə  maliyyələşdirilir.  RETA  8119-un  Azaldılma  Tədbirlər 
Komponenti 2013-cü ilin mayında başlamış və 2015-ci ilin avqustunda tamamlanacaqdır.  
21. Təsirlərin azaldılması komponentinə aşağıdakı nəticələr daxildir:  
Nəticə 1: Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji və nəqliyyat sektorlarında iqlim 
dəyişmələrinin  təsirlərinin  azaldılmasının  xərcləri  təqribi  hesablanmışdır.  Təsirazaltma 
tədbirlərinə təmiz enerji texnologiyalarının, elecə də az karbon buraxan sənaye istehsalı 
üçün  tələb  olunan  siyasət  və  tədbirlərin  tətbiqi  daxildir.  Məsləhətçilər  ölkələr  üzrə 
keçirilən 
seminarlar, 
regional 
seminarlar, 
və 
ayrı-ayrı 
tərəflərlə 
aparılan 
məsləhətləşmələr  nəticəsində  enerji  və  nəqliyyat  emissiyaları  haqqında  məlumatları 
toplamışdır. Nəticə 1-in tərkib hissəsi kimi, məsələhətçilər (i) ayrı-ayrı ölkələr üzrə İEYQ-
la  bağlı  baza  vəziyyəti  və  2050-ci  il  üçün  proqnozlaşdırılan  vəziyyəti  işləyib 
hazırlamışdır;  (ii)  emissiyaların  azaldılmasına  dair  xərc  əyrisinin  təhlili  əsasında  İEYQ 
emissiyaların azaldılması variantlarını və hədəflərini müəyyən etmişdir; (iii) iqlim siyasəti 
və  planlarında  boşluq  və  ehtiyyacları  müəyyən  etmişdir;  və  (iv)  təsirazaltma 
variantlarının  ümumi  faydalarını  hesablamışdır.  Nəticələr  hər  üç  hədəf  ölkədə  İEYQ 
emissiyalarının  azaldılmasının  iqtisadi  aspektlərinə  dair  regional  seminarda  təqdim 
edilmişdir.  Tədqiqat  bacarıqların  inkişaf  etdirilməsinə  dair  ikillik  proqramın  icrası  ilə 
tamamlanmışdır. Bacarıqların azaldılması proqramı İEYQ-ların ölçülməsi və hesabatının 
hazırlanması  üçün  təsirazaltma  tədbir  və  sistemlərinin  iqtisadi  təhlilinin  aparılmasına 
qərar verən şəxslərin təlimləndirilməsini nəzərdə tutumuşdur. 
Nəticə  2:  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  iqlim  dəyişmələrinin  təsirlərinin 
azaldılmasına investisiya qoyuluşu imkanları.  Məsləhətçilər dörd NAMA (Aidiyyəti Ölkə 
üzrə Təsirazaltma Tədbirləri) hazırlamışdır. Hər dörd sənəd daha sonra NAMA-lara dair 
regional  hesabatda  birləşdirilmişdir.  Nəticə  2-yə  habelə  investiya  qoyuluşuna  dair 
konsepsiya  qeydinin  hazırlanması  da  daxildir.  Bu  sənəddə  NAMA  üzrə  ayrı-ayrı  layihə 
komponentlərinin  həyata  keçirilməsinin  dəstəklənməsi  nəzərdə  tutulur.  İnvestisiya  ilə 
bağlı konsepsiya qeydi bu Yekun Hesabat Layihəsinə əlavə olunur. 
22.  Texniki  Yardım  layihəsində  gözlənilən  nəticə  nəticə  Azərbaycan,  Qazaxıstan  və 
Özbəkistanda  iqlim  dəyişmələrinin  təsirlərinin  azaldılması  istiqamətində  tədbirlərin  həyata 
keçirilməsidir.  Əsas  nəticə  hər  üç  ölkədə  iqlim  dəyişmələrinin  xərcləri  barədə  daha  yaxşı 
anlayışların olmasıdır. Tərtibat və Monitorinq Çərçivəsi Əlavə 1-də verilmişdir.  


10
B. 
Tədqiqatın aparılması 
1. 
Yanaşma   
23. Nəticə 1 üzrə xərc və gəlirləri qiymətləndirmək üçün, məsləhətçilər ölkələr üzrə məlumatlar 
və  inkişaf  prioritetləri  əsasında  üç  ölkə  miqyaslı  iqtisadi  modellər  qurmuşdur.  Azərbaycan, 
Qazaxıstan  və  Özbəkistandakı  aidiyyəti  tərəflər  istərdilər  ki,  bu  yanaşmalar  mövcud 
məlumatlarda  və  onların  keyfiyyətindəki  fərqləri,  eləcə  də  enerji  və  nəqliyyat  sistemlərinin 
strukturundakı və ayrı-ayrı ölkələr üzrə təsir azaldılma tədbirləri strategiyalarındakı fərqləri əks 
etdirsin.  Hər  üç  model  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  İqlim  Dəyişmələrinin  İqtisadi 
Aspektləri:  Nəqliyyat  və  Enerji  sektorlarında  İEYQ  emissiyasının  Azaldılmasının  İqtisadi 
Aspektlərinə dair layihənin hesabatında
6
 daha ətraflı təsvir olunur
.
24.  Məsləhətçilər  qrupu  hər  bir  ölkə  üzrə  müxtəlif  təsir  azaltma  tədbirlərinin  və  emissiya 
ssenarilərinin birbaşa xərc və faydalarını və qiymətləndirmək üçün iqtisadi modellərdən istifadə 
etmiş  və  emissiyaların  azaldılmasına  dair  xərc  əyrisini  (MACC)  işləyib  hazırlamışdır.    MACC 
bütün təsir azaltma variantlarının icra olunduğu təqdirdə İEYQ-ların azaldılması potensialını və 
xərcini əks etdirir. Təhlil olunmuş birbaşa xərc və faydalara capital, əməliyyat və texniki qulluq, 
yanacaq  və  digər  icra  xərcləri  daxildir.  Bunlar  social  xərc  və  faydalardır  və  ona  görə  də  onlar 
üçün kimin
 ödəniş etdiyi ilə bağlı yaranan paylayıcı təsirləri nəzərə almır. Məsləhətçilər, habelə 
modelin  nəticələrindən  təsirlərin  azaldılmasının  yaratdığı  dolayı  faydaları  (məsələn,  ümumi 
faydaları)  hesablamaq  üçün  istifadə  etmişdir.  Texniki  yaradım  layihəsində  təhlili  aparılmış 
ümumi faydalara aşağıdakılar  daxildir: hava çirklənmələrinin azaldılması, hava çirklənmələrinin 
azaldılmasının sağlamlıq üçün faydaları, yanacağa qənaət, və enerji təhlükəsizliyinin artırılması. 
25.  Texniki  yardım  layihəsi  tamamlandıqdan  sonra,  hər  üç  model,  o  cümlədən  istifadə  olunan 
məlumatlar  və  mülahizələr  milli  tərəfdaşlara  təhvil  veriləcəkdir.  Onlar  habelə  AİB-in  internet 
səhifəsində yerləşdiriləcək və bununla da aidiyyəti tərəflər üçün modelləri gələcəkdə yeniləməyi 
asanlaşdıracaqdır.  
26.  Nəticə  2-yə  dəstək  məqsədilə,  məsləhətçilər  dörd  müxtəlif  NAMA  konsepsiyası  işləyib 
hazırlamışdır.  Bu  konsepsiyalar  ölkələrin  prioritetlərini  və  təsirlərin  azaldılması  strategiyalarını 
əks etdirir. Konsepsiyaların xülasəsi Cədvəl 3 –də və Azərbaycan, Qazaxıstan və Özbəkistanda 
İqlim  Dəyişmələrinin  İqtisadi  Aspektləri:  Ölkə  üzrə  Müvafiq  Təsirlərin  Azaldılması  Tədbirlərinə 
(NAMA)  dair  Texniki  Yardım  layihəsinin  Hesabatında
7
 verilmişdir.  NAMA  inkişaf  etməkdə  olan 
ölkələr  tərəfindən  dayanıqlı  inkişaf  kontekstində  həyata  keçirilən  könüllü  tədbirlərdir.  Məqsəd 
inkişaf etməkdə olan ölkələrdə emissiya tendensiyasını dəyişmək və ölkəkələrə öz təsir azaltma 
tədbirlərinə görə tanınmaq üçün imkanlar verir və onların icrası üçün beynəlxalq dəstək axtarır. 
NAMA  milli  hökumətin  təşəbbüsünün  məhsulu  olmalı  və  iqtisadi  sektorda  köklü  dəyişikliklərə 
yönəlik  siyasətləri  formalaşdırır.
8
 Azərbaycanla  bağlı  NAMA  kənd  təsərrüfatı  sektorunda 
bərpaolunan enerjiyə həsr olunur. Qazaxıstan bütün sektorlarda nəqliyyat və enerji səmərliliyini 
artırmaq məqsədilə təbii qazın təşviqi üçün NAMA təklif etmişdir. Özbəkistan isə kiçik-miqyaslı 
hidro elektrik qurğularına investisiyaların təşviqi üçün NAMA işləyib hazırlamışdır.  
27. Bu Texnki Yardım Layihəsi çərçivəsində hazırlanan NAMA konsepsiyası UNFCCC-nin (BMT 
İqlim  Dəyişiklikləri  haqqında  Çərçivə  Konvensiyası)  NAMA  Reyestrinə
9
 təqdim  olunmaq  üçün 
6
 Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b)  
7
 Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b) 
8
UNFCCC.
FOCUS: Təsirlərin azaldılması – NAMA, Ölkə üzrə Müvafiq Təsirlərin Azaldılması Tədbirləri. 
http://unfccc.int/focus/mitigation/items/7172.php
9
NAMA Reyestri. 2015.
http://unfccc.int/cooperation_support/nama/items/7476.php


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə