Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   2   3   4   5   6   7   8   9   ...   48

7
(i)  Onlar  dayanıqlı  inkişaf  kontekstində  həyata  keçirilən  ölkə  üzrə  müvafiq  azaldılma 
tədbirlərdir. 
(ii)  Onlar  texnologiyanın  ötürülməsi,  maliyyələşdirmə  və  bacarıqların  artırılması  vasitəsilə 
dəstəklənə bilər. 
(iii) Onlar  Fəaliyyətin  Adi  Qaydada  İcrası  (BAU)  Ssenarisindən  fərqli  olaraq  2020-ci  ildə 
İEYQ-ların emissiyasının azaldılmasına tövhə verəcəkdir. 
(iv) Azaldılma tədbirlər ölçüləbilən, yoxlanılabilən və hesabatı veriləbilən tədbirlərdir.  
11. Nəhayət, TA 8119-un bir hissəsi olaraq iqlim dəyişmələrinin təsirlərinin azaldılması ilə bağlı 
üç investisiya qeydi işlənib hazırlanmışdır. İnvestisiya konsepsiyaları NAMA-lar ilə əlaqəlidir və 
ayrı-ayrın NAMA-ların spesifik komponentlərini dəstəkləmək üçün tərtib olunmuşdur.  
12.  Azərbaycanla  bağlı  NAMA  və  investisiya  konsepsiyası  kənd  təsərrüfatı  sektorunda 
bərpaolunan enerjiyə həsr olunur. Qazaxıstan bütün sektorlarda nəqliyyat və enerji səmərliliyini 
artırmaq məqsədilə təbii qazın təşviqi üçün NAMA təklif etmişdir. Özbəkistan isə kiçik-miqyaslı 
hidro  elektrik  qurğularına  investisiyaların  təşviqi  üçün  NAMA  işləyib  hazırlamışdır.  Bu  Texnki 
Yardım  Layihəsi  çərçivəsində  hazırlanan  NAMA  konsepsiyası  UNFCCC-nin  (
BMT  İqlim 
Dəyişiklikləri haqqında Çərçivə Konvensiyası
) NAMA Reyestrinə
4
 təqdim olunmaq üçün hazırdır. 
NAMA  Reyestri  açıq  onlayn  platforma  olub  planlaşdırılan  NAMA-lar  və  maliyyə  məbələri 
arasında  tərəfdaşların  axtarışını  asanlaşdırır.  Reyestr  habelə  ölkələr  üçün  öz  təsir  azaldılma 
təşəbbüslərini tanıtmaq üçün məkan rolunu oynayır.  
13.  Bacarıqların  artırılması  proqramı  milli  mütəxəssislərin  bilik  və  bacarıqlarının  artırılmasına 
həsr  olunur.  Bu  proqram  çərçivəsində  milli  mütəxəssislər  səmərəli  NAMA  tədbirləri  və 
investisiya  təklifləri  hazırlamaqla,  eləcə  də  İEYQ  və  digər  azaldılma  tədbirlərinin  təsirlərinin 
ölçülməsini həyata keçirməklə iqlim dəyişmələrinin təsirlərinin azaldılmasının xərc və faydalarını 
qiymətləndirmək  bacarıqlarına  malik  olacaqlar.  Proqrama  habelə  enerji  və  nəqliyyat 
sektorlarında  azaldılma  tədbirlərlərin  xərc-gəlir  təhlillərinin  aparılmasına  dair  ölkə  və  regional 
səviyyələrdə  təlimlərin  təşkili  daxilidir.  Belə  təhlillər  zamanı  RETA  8119  layihəsi  çərçivəsində 
hazırlanmış milli LEAP modellərindən praktiki nümunələr istifadə edilmişdir. Bura eyni zamanda 
NAMA  tədbirlərinin  tərtibinə,  İEYQ-ların  emissiyasının  hesablanmasına,  eləcə  də  azaldılma 
tədbirlərinin  nəticələrinin  ölçülməsi  və  monitorinqinə  dair  təlimlərin  təşkili  də  daxildir.  Bugünə 
qədər  üç  regional  və  yeddi  ölkə  səviyyəli  seminarlar  zamanı  254  milli  qərarvericiləri  təlim 
keçmişdir. Təlim keçmiş mütəxəssislərdən 89 nəfərini (və ya 35%-ni) qadınlar təşkil etmişdir. 
C. 
İcmal və Tövsiyələr  
14. Texniki  yardım  çərçivəsində  aparılan iqtisadi  təhlillər  göstərdi ki,  ciddi  tədbirlər  görülməsə, 
Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  enerji  təchizatında  yenə  də  köhnədən  qalma 
yanacaq  vasitələrinə  müraciət  etməkdə  davam  ediləcəkdir.  Bu  isə,  öz  növbəsində  iqtisadi  və 
əhali  artımı  gözləntilərinə  görə  2050-ci  ilə  qədər  İEYQ  emissiyalarının  artmasının  davam 
etməsinə  gətirib  çıxaracaqdır.  Lakin  Texniki  yardım  layihəsinin  Azərbaycan,  Qazaxıstan  və 
Özbəkistanın  Enerji  və  Nəqliyyat  Sektorlarında  İEYQ  Emissiyalarının  İqtisadi  Aspeltlərinə  dair 
Hesabatı müəyyən etmişdir ki, hər üç ölkə üçün xarakterik olan milli azaldılma tədbirlərlə bağlı 
iqtisadi baxımdan səmərəli variantlar vardır. Bu variantlar hər üç ölkəyə hazırda üstünlük təşkil 
edən ənənəvi yanacağa əsaslanan iqtisadiyyatdan yaxa qurtarmaqda kömək  edəcəkdir. Bütün 
bunlar  bu  hesabatın  III.B  fəslində  verilmişdir.  Fəsil  III.B.4-də  bir  sıra  önəmli  faydalardan  bəhs 
olunur ki, həyata keçirildiyi təqdirdə bu təsir azaltma tədbirlərinin cəlbediciliyini artıracaqdır. 
4
NAMA Reyestri. 2015.
http://unfccc.int/cooperation_support/nama/items/7476.php


8
15.  Mini-ssenarilərdə  birləşdirildikdə,  bütün  ölkə  üzrə  müəyyən  edilmiş  və  bu  tədqiqatın 
mövzusu olan azaldılma tədbirlərin 2030-cu ilə qədər İEYQ-ların proqnozlaşdırılan emissiyasına 
əhəmiyyətli  təsirləri  vardır.  Lakin,  onlar  uzun  müddətli  perspektivdə  İEYQ-ların  emissiyasının 
artmasının  qarşısını  ala  bilməyəcəkdir.  Fəsil  III.B-7-də  göstərildiyi  kimi,  uzun  müddətli 
perspektivdə  emissiyaları  azaltmaq  üçün  (məsələn,  2030-2050-ci  illər)  binalar,  sənaye  və 
nəqliyyat  sahələrində  istifadə  üçün  nəzərdə  tutulan  əlavə  tədbirlərin  görülməsi  və  hazırda 
modelləşdirilən  ssenarilərdən  daha  səmərəli  addımların  atılması  tələb  olunacaqdır.  Bundan 
başqa, daha az karbon daşıyan mənbələrə, məsələn elektrik enerjisi, bio-yanacaq və hidrogenə 
müraciət  edilməsi,  daha  məntiqli  karbon  qiymətlərinin  tətbiq  edilməsi,  eləcə  də  yaşayış 
yerlərində  daha  inteqrə  edilmiş  torpaqdan  istifadə  planlarının  icrası  tələb  olunur.  Enerji 
sektorunda əlavə dekarbonlaşmaya ehtiyac vardır. Bu yanaşmalar çox xərcli, eyni zamanda çox 
ambissiyalıdır, lakin yalnız beynəlxalq maliyyə və texniki əməkdalığın dəstəklənməsi nətivəsində 
reallaşa bilər.  
16.  Azərbaycanda,  Qazaxıstanda  və  Özbəkistanda  qurumların  və  bacarıqların  artırılması  və 
möhkəmləndirilməsi  iqlim  dəyişmələrinin  maliyyələşdirilməsi  imkanlarına  çıxış  baxımından  çox 
vacibdir.
Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  İqlim  Dəyişmələrinin  İqtisadi  Aspektlərinə 
dair Hesabatda; Ölkə üzrə Müvafiq Təsir Azaldılma Tədbirlərinə (NAMA) dair Hesabatda təsvir 
olunduğu kimi,
5
 iqlim dəyişmələri sahəsində maliyyə ayıran qurumlar əsasən verilmiş resursların 
İEYQ  emissiyalarının  azaldılmasında  ölçüləbilən  nəticələrə  nail  olunmasına  diqqət  verirlər. 
Nəticədə,  hər  üç  tədqiqat  ölkəsi iqlim maliyyələşdirmələrinin izlənilməsi üçün  aydın  çərçibə  və 
prosedurlar  yaratmalı  olacaqdır.  NAMA  haqqında  hesabatda  hər  ölkə  üzrə  NAMA-lar  üçün 
institutional struktura dair cari vəziyyət təsvir olunur. 
17.  Gələcək  İEYQ  emissiyası  trayektoriyalarının  və  emissiyanın  potensial  olaraq  azaldılması 
yollarının kəmiyyət etibarilə qiymətləndirilməsinə diqqət artmaqdadır. Bu, 2015-ci ilin dekabrında 
Parisdə  UNFCCC-yə  Tərəf  olan  Ölkələrin  Konfransından  (COP  21)  əvvəl  Milli  Səviyyədə 
Müəyyən  edilməsi  Planlaşdırılan  Töhvələrə  dair  sənədin  hazırlanması  üçün  beynəlxalq 
təlimatda  da  öz  əksini  tapmışdır.  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistan  hökumətləri  Texniki 
yardım layihəsi çərçivəsində həyata keçirilən modelə uyğun milli İEYQ modelinin qurulması işini 
davam etdirməlidirlər. 
18. Təsirlərin azaldılmaı tədbirləri və NAMA tədbirlərini həyata keçirmək üçün ənəvi sektorlarla 
və  sahə  nazirlikləri  ilə  işə  ehtiyacı  nəzərə  alaraq,  belə  səyləri  əlaqələndirmək  məqsədilə 
qurumlar-arası  komitələrin  yaradılmasına  ehtiyyac  vardır.  Bu,  ölkələrin  Təmiz  İnkişaf 
Mexanizmləri  naminə  institusional  baxımından  təsisatlanmasında  sonra  modelləşdirilə  bilər. 
Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda Ölkə  üzrə  Müvafiq  Təsir  Azaldılma  Tədbirlərinə 
(NAMA) dair Hesabatda
  təklif  olunduğu  kimi,  belə  bir  mexanizm  bir  çox  qurumlar  arasında 
əməkdaşlığın təşviq olunması baxımından çox effektiv olmuşdur. 
19.  Nəhayət,  iqlim  məsələlərin  beynəlxalq  maliyyəni  effektiv  qaydada  cəlb  etmək  üçün 
Azərbaycan  iqlim  fondlarını  cəlb  edə  və  ya  onlara  təsir  edə  bilən  yerli  maliyyə  institutlarının 
inkişaf etdirilməsinə ehtiyyac vardır. Bura beynəlxalq maliyyə fondlarına çıxış üçün milli maliyyə 
təşkilatları ilə iş və təmiz enerji və nəqliyyat tədbirləri üçün yerli resurslarla təminat daxildir.  
5
 Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, və Nazar Biznes və Texnologiya MMC (2015a)  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə