Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   2   3   4   5   6   7   8   9   10   ...   48

11
hazırdır.  NAMA  Reyestri  açıq  onlayn  platforma  olub  planlaşdırılan  NAMA-lar  və  maliyyə 
məbələri  arasında  tərəfdaşların  axtarışını  asanlaşdırır.  Reyestr  habelə  ölkələr  üçün  öz  təsir 
azaldılma təşəbbüslərini tanıtmaq üçün məkan rolunu oynayır. 
Cədvəl 3: Təklif olunan NAMA-lar və İnvestisiyalara dair Konsepsiya Qeydləri
Az
ə
rbaycan
Qazaxıstan
Özb
əkistanın
NAMA
Konsepsiyası 
Bərpaolunan enerji əsasında 
aqro-enerji komplekslərinin 
inkişafı 
Nəqliyyat sektorunda təbii 
qazdan istifadənin 
genişləndirilməsi  
Enerji səmərəliliyinin 
dəstəklənməsi üzrə milli 
sistemin yaradılması 
Kiçik miqyaslı hidro-enerji 
qurğularının 
quraşdırılmasının 
sürətləndirilməsi 
İnvestisiyaya 
dair
Konsepsiya
Qeydl
ə
ri
Samux Aqro-Enerji Yaşayış 
Kompleksində günəş enerjisi 
ilə işləyən foto-elektrik və 
bioqaz qurğularının qurulması  
10 sıxılmış təbii qaz doldurma 
stansiyası şəbəkəsinin tikintisi  
Tuyabuguzskaya kiçik hidro-
enerji qurğusunun qurulması  
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
28. Texnki Yardım layihəsi çərçivəsində iqlim dəyişmələrinin təsirlərinin azaldılması ilə bağlı üç 
investisiya  qeydi  işlənib  hazırlanmışdır.  İnvestisiya  konsepsiyaları  NAMA-lar  ilə  əlaqəlidir  və 
Cədvəl 3-də təqdim olunduğu kimi, ayrı-ayrı NAMA-ların spesifik komponentlərini dəstəkləmək 
üçün tərtib olunmuşdur. 
29.  Texniki  yardım  layihəsi  çərçivəsində  iqtisadi  təhlil  və  NAMA  hazırlanması  fəliyyəti  iki-illik 
bacarıqların  artırılması  proqramı  ilə  birləşdirilmişdir.  Proqrama  habelə  enerji  və  nəqliyyat 
sektorlarında  azaldılma  tədbirlərlərin  xərc-gəlir  təhlillərinin  aparılmasına  dair  ölkə  və  regional 
səviyyələrdə  təlimlərin  təşkili  daxilidir.  Bura  eyni  zamanda  NAMA  tədbirlərinin  tərtibinə,  İEYQ-
ların emissiyasının hesablanmasına, eləcə də azaldılma tədbirlərinin nəticələrinin ölçülməsi və 
monitorinqinə dair təlimlərin təşkili də daxildir. 
2.
Metodologiya
30.  Texniki  yardım  layihəsinin  1-ci  və  2-ci  Nəticələrinin  tərtibatı  və  icrası  aidiyyəti  tərəflərin 
mütəmadi  tövhəsini  tələb  edir  ki,  bu  da  ölkələr  üzrə  hazırlanmış  təsirlərin  azaldılması 
tədbirlərinin  (NAMA)  iqtisadi  təhlillərə  və  investisiya  konsepsiyalarına  əlavə  olunmasını  təmin 
edir. Məsləhətçilər qrupu Texniki Yardım Layihəsini aşağıdakıların kombinasiyası şəraitində icra 
etmişdir: (i) iqtisadi modelləşdirmə, NAMA tərtibi və investisiya imkanları üçün tədqiqat və təhlil, 
(ii) aidiyyəti tərəflərlə məsləhətləşmələr, və (iii) təlim və seminarlar vasitəsilə bacarıqların inkişaf 
etdirilməsi.  
a. 
Nəticə 1  
31.  Nəticə  1  üzrə  aparılmış  iqtisadi  təhlillərin  nəticəsi  olaraq  əldə  olunmuş  alət  və  biliklərin 
dayanıqlılığını  təmin  etmək  məqsədilə  Enerji  Alternativlərinin  Uzunməqsədli  Planlaşdırılması 
(LEAP)  sistemində  üç  ölkə  miqyaslı  iqtisadi  modellər  işlənin  hazırlanmışdır.  LEAP  enerji  və 
nəqliyyat  siyasətinin  inteqrasiyalı  təhlili  və  iqlim  dəyişmələrinin  təsirlərinin  azaldılmasının 
qiymətləndirilməsi  üçün  Stokholm  Ətraf  Mühit  Məsələləri  İnstitutu  SEI  (SEI,  2015)  tərəfindən 
yaradılmış,  geniş  istifadəyə  və  yüksək  çevikliyə  malik  proqram  təminatıdır.  Alətin  əsas 
xüsusiyyətlərinə  model  daxilində  müxtəlif  ssenarilərin  yaradılmasının  dəstəklənməsi,  eləcə  də 
məhdud məlumatlar şəraitində konkret ölkə və regiona uyğunlaşdırıla bilən hesablama sistemi 
(enerji  və  nəqliyyat  sektorları  üçün)  çərçivəsində  çoxlu  modelləşdirmə  metodologiyalarının 
dəstəklənməsi  daxildir  (Bhattacharyya,  2011).  LEAP  sisteminin  əsas  önəmi  onun  çox  az  ilkin 


12
məlumat tələbinə malik olması və məlumatların məhdud olduğu ölkələrdə istifadəsinin mümkün 
olmasıdır. LEAP aləti özünün çevik məlumat tələblərinə görə bu regional təhlil üçün seçilmişdir. 
Buna  görə  də  UNFCCC  ondan  iqlim  dəyişmələrinə  dair  UNFCCC-yə  milli  kommunikasiyanın 
hazırlanması  üçün  İEYQ  emissiyalarına  dair  ssenarilərinin  təhlilində  istifadə  etməyi  tövsiyyə 
edir.
10
 Dünyanın  190  ölkəsindən,  o  cümlədən  keçid  iqtisadiyyatına  malik  ölkələrdən  minlərlə 
qurum LEAP sistemindən istifadə etmişdir. LEAP inkişaf etmiş ölkələrinin hökumət və akademik 
təşkilatlarına pulsuz təqdim edilir ki, bunun da nəticəsində, hər üç tədqiqat ölkəsində TY layihəsi 
çərçivəsində  hazırlanmış  modellərdən  az  və  ya  heç  bir  xərc  sərf  etmədən  istifadə  etmək  və 
yeniləmək mümkün olacaqdır. 
32.  TY-ın  hazırlıq  mərhələsində,  Avropa  Komissiyası  Qazaxıstan  və  Azərbaycanda  iqlim 
dəyişmələrinin  təsirlərinin  azaldılması  və  siyasət  portfeinin  inkişafını  dəstəkləmək  məqsədilə 
LEAP  ilə  işləmişdir,
11
 və  Özbəkistanda  Uzhydromet  öllkənin  UNFCCC  ilə  kommunikasiyasına 
hazırlıq üçün müstəqil şəkildə LEAP-dən istifadə etməyə başlamışdır. Hər üç ölkədəki aidiyyəti 
tərəflər  daxili  bacarıqları  artırmaq  məqsədilə  LEAP-dən  istifadəyə  dair  təlimlərin  əldə 
olunmasına böyük maraq ifadə etmişdir.
12
33.  Qarşılıqlı  faydaların  təhlili  LEAP  sistemindən  ayrı  aparılmışdır.  Bu  qarşılıqlı  faydalara 
havanın  çirklənməsinin  dayandırılması,  havanın  çirklənməsi  nəticəsində  insan  sağlamlığının 
yüksəldilməsi  və enerji təhlükəsizliyi vəziyyətinin  yaxşılaşdırılması daxildir. İnsan  sağlamlığı ilə 
bağlı  qarşılıqlı  faydaların  təhlili  zamanı  azaldılma  variantlar  vasitəsilə  hava  çirklənməsinin 
azalmasının  insanlara  müsbət  təsirləri  təhlil  olunmuşdur.  Bu  yanaşma  Texniki  Yardımın  (TY) 
Aralıq Hesabatında sənədləşdirilmişdir.
13
b. 
Nəticə 2 
Bu TY layihəsi üçün dörd NAMA konsepsiyasının seçilməsi aidiyyəti tərəflərlə məsləhətləşmələr 
zamanı  müəyyən  edilmiş  və  Nəticə  1-də  ətraflı  təsvir  olunan  iqtisadi  təhlillər  (azaldılma 
variantların)  vasitəsilə  dəstəklənmişdir.  Bu  seçim  zamanı  ən  vacib  factor,  NAMA-ların  İEYQ-
ların  emissiyasının  qarşısının  alınmasına  olan  tövhələri  ilə  yanaşı  onların  milli  inkişaf 
prioritetlərinə  uyğun  olması  idi.  Seçim  zamanı  digər  bir  əsas  factor  isə  ayrı-ayrı  qurumların 
NAMA  prosesi  üzrə  işləməkdə  olduqca  maraqlı  olmaları  və  onların  icrası  üçün  tələb  olunan 
məlumatları təqdim etməyə hazır olmaları idi.  
35. Aidiyyəti  tərəflərlə məsləhətləşmələr  və  onların münasibətlərinin  öyrənilməsindən sonra  üç 
investisiya  qeydi  işlənib  hazırlanmışdır.  Bu  halda,  aidiyyəti  tərəflər  hər  bir  NAMA  çərçivəsində 
layihə fəaliyyətlərini prioritetləşdirmişdir ki, bu da icra olunması üçün dövlət büdcəsindən başqa 
digər mənbələrdən maliyyə yardımı tələb edəcəkdir. 
10
Abt Associates, 2014b.
RDTA–8119  REG:  Mərkəzi  və  Qərbi  Asiyada  İqlim  Dəyişmələrinin  İqtsadi  Aspektləri—
Təsirlərin Azaldılması Komponenti. Hazırlıq Mərhələsinin Hesabatı
. Bethesda, 2014.
11
 Avropa  Birliyi,  2015.  Yekun  Hesabatın  Xülasəsi  -  PROMITHEAS-4  (Təsir  azaltma/Uyğunlaşdırma  Siyasəti 
portfelinin 
hazırlanması 
üçün 
bilik 
transferi 
və 
tədqiqat 
ehtiyacları).
http://cordis.europa.eu/result/rcn/153387_en.html
12
 Abt Associates. 2014. Seminar Xülasısi: Azərbaycan üzrə Milli Hazırlıq Seminarı. Bakı, Azərbaycan. Yanvar 2014. 
RETA 8119:
Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişmələrinin İqtsadi Aspektləri—Təsirlərin Azaldılması Komponenti
.
Vaşinqton, D.C.; Abt Associates. 2014. 
13
Abt Associates, 2014c.
RDTA–8119  REG:  Mərkəzi  və  Qərbi  Asiyada  İqlim  Dəyişmələrinin  İqtsadi  Aspektləri—
Təsirlərin Azaldılması Komponenti. Aralıq Hesabatı
. Bethesda, 2014.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə