Texniki Yardım üzrə Hesabatı


c.  Bacarıqların Artırılması Proqramı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

13
c. 
Bacarıqların Artırılması Proqramı  
36.  TY-da  bacariqlarin  artırılması  komponenti  də  vardır  ki,  məqsədi  modellərdən  istifadə  və 
NAMA  və  investisiya  konsepsiyasının  icrası  zamanı  zəruri  olan  biliklərin  inkişaf  etdirilməsində 
aidiyyəti tərəflərə kömək etməkdir. Bacarıqların artırılması fəaliyyətinə bir neçə milli və regional 
səviyyəli təlim seminarlarının keçirilməsi daxildir. Bu proqram çərçivəsində milli mütəxəssislər (i) 
səmərəli  NAMA  tədbirləri  və  investisiya  təklifləri  hazırlamaql,  (ii)  İEYQ  və  digər  azaldılma 
tədbirlərin  təsirlərinin  ölçülməsini  həyata  keçirmək,  və  (iii)  iqlim  dəyişmələrinin  təsirlərinin 
azaldılması  və  LEAP  alətindən  istifadənin  xərc  və  faydalarını  qiymətləndirmək  bacarıqlarına 
malik olacaqlar.
3. 
Tədqiqat Qrupu 
37.  Texnki  Yardım  layihəsi  ABŞ-ın  Məsləhətçi  Firması  olan  Abt  Associates  (beynəlxalq 
səviyyədə  cəlb  edilmişdir)  tərəfindən  Stokholm  Ətraf  Mühit  Məsələləri  İnstitutu  (SEİ)  (İsveçin 
ABŞ-da  mənzillənən  qeyri-hökumət  təşkilatı)  və  Özbəkistanda  yerləşən  Nazar  Biznes  və 
Texnologiya  (NBT)  MMC  ilə  birgə  həyata  keçirilmişdir.  Beynəlxaq  qrupa  iqlim  dəyişmələrinin 
təsirlərinin azaldılması üzrə mütəxəssis, iqtisadçı və azaldılma tədbirlərə investisiya qoyuluşları 
üzrə mütəxəssis daxil edilmişdir. Üç milli qrupa iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə 
mütəxəssis,  enerji  və  nəqliyyat  üzrə mütəxəssis və  azaldılma tədbirlərə investisiya  qoyuluşları 
üzrə  mütəxəssislər  daxil  edilmişdir.  İşlər  44068-012  saylı,  13  May  2013  tarixli  layihə 
çərçivəsində həyata keçirilmişdir. 
4. 
Tərəfdaşlar 
38.  Y  layihəsinin  incrası  AİB-nın  Mərkəzi  və  Qərbi  Asiya  Şöbəsi,  eləcə  də  Azərbaycan, 
Qazaxıstan və Özbəkistandakı tərəfdaşlar və aidiyyəti qurumlar tərəfindən təlimatlandrılmışdır. 
TY  layihəsinin  incrası  üçün  milli  tərəfdaş  təşkilatlar  Cədvəl  4-də  təsvir  olunur.  TY  layihəsinin 
incrası  müddətində,  bu  tərəfdaşlar  işlərin  analitik  istiqamətinin  müəyyən  edilməsində,  aidiyyəti 
təşkilatların  verdiyi  tövhənin  əlaqələndirilməsində  və  müvafiq  məlumatların  toplanması  və 
tədqiqində əhəmiyyətli dəstək vermişdir. 
Cədvəl 4: 
Azərbaycan, Qazaxıstan və Özbəkistan üzrə Milli Tərəfdaşlar
Ölk
ə
Qurum
İ
qlim D
əyişmə
l
ərinin Milli Planlaşdırılmasına cə
lb olunma
Az
ə
rbaycan
Alternativ və 
Bərpaolunan Enerji 
Mənbələri üzrə Dövlət 
Agentliyi (ABEMDA)
ABEMDA Azərbaycanda bərpaolunan enerji və enerji səmərəliliyinin 
planlaşdırılması və tənzimlənməsi, eləc ədə tariff siyasəti və müvafiq 
prosedurların işlənib hazırlanması və icrasına nəzarət üzrə məsul olan 
dövlət orqanıdır. Bura enerji əldə edən qurğuların tikib-quraşdırılması 
üçün dövlət və özəl müəsissələrə icazələrin verilməsi daxildir.  
ABEMDA eyni zamanda, Azərbaycanın 2020-ci ilə qədər 20% 
bərpaolunan enerji hədəflərinin həyata keçirilməsində aparıcı 
təşkilatdır. Bu hədəf hökumətin az karbonlu  iqtisadiyyata doğru 
irəliləməsində təməldaşı rolunu oynayır. ABEMDA-nın İnvestisiya və 
Layihə İdarəçiliyi Şöbəsi RETA 8119 üçün təxirəsalınmaz əlaqə 
nöqtəsi rolunu oynayır. 
Qaza
xıstan
Energetika Nazirliyi (EN) 
Energetika Nazirliyi Qazaxıstanda UNFCCC-lə əlaqələndirici qurum 
rolunu oynayır və Qazaxıstanı iqlim dəyişmələrinə dair beynəlxalq 
danışıqlarda təmsil edir. Nazirlik habelə Qazaxıstan iqlim dəyişmələri 
siyasətinin əlaqələndirilməsi və İEYQ-ların emissiyasının yeni ticarət 
sisteminin icrası üçün məsuliyyət daşıyır. 
İqlim Dəyişmələri Şöbəsi RETA 8119 layihəs ilə əlaqələndirici idarə 
rolunu oynayır.  Nazirliyin tədqiqat təşkilatı olan “Zhasyl ASC” iqtisadi 
modelin hazırlanmasında texniki ekspert və təlimatlarla təminatı yerinə 


14
yetirmişdir.  
Özb
ə
kistan
İqtisadiyyat Nazirliyi (İT) 
Özbəkistan 
Respublikasının Nazirlər 
Kabineti yanında 
Hidrometeoroloji Xidmət 
Mərkəzi (Uzhydromet) 
İqtisadiyyat Nazirliyi Özbəkistand RETA 8119 layihəsinin icrası üçün 
aparıcı tərfdaş qurumdur. İqtisadiyyat Nazirliyi enerji və nəqliyyat 
sahələrində iqtisadi siyasətə dair istiqamətləri müəyyən edir. Kənd 
təsərrüfatı və Su Təsərrüfatı Şöbəsi RETA ilə əlaqələndirici qurum 
rolunu oynayır. 
Uzhydromet İqlim Dəyişmələri üzrə UNFCCC-in Əlaqələndirici 
Qurumudur və Özbəkistanda İEYQ emissiyasının ölkə üzrə 
qiymətləndirilməsi və milli kommunikasiya üçün məsuliyyət daşıyır. 
Uzhydromet RETA 8119-un icrası üçün texniki istiqaməti müəyyən 
edir.
Mənbə
:
Dərci gözlənilir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji və nəqliyyat sektorlkarında İEYQ-ların 
emissiyasının azaldılmasının iqtisadi aspektləri: Variantlar və Xərclər. Manila: AİB. 
5. 
Yekun Hesabatın strukturu  
39.  Yekun  Hesabat  beş  bölmədən  ibarətdir. 
Error! Reference source not found.
  Bölmədə 
Nəticə 1 və Nəticə 2 üzrə əldə olunan nəticələrin xülasəsi, o cümlədən Azərbaycan, Qazaxıstan 
və Özbəkistanda İEYQ emissiyasının azaldılmasının iqtisadi əsaslarına dair regional hesabat və 
NAMA tədbirlərinə dair regional hesabat öz əksini tapmışdır. Burada habelə NAMA tədbirlərinə 
dəstək  olaraq  hazırlanmış  və  investisiya  məsələsini  əhatə  edən  konspesiya  qeydləri  təqdim 
edilmişdir. Bu qeydlər tam şəkildə Əlavə 2:  də verilmişdir. IV Bölmədə TY layihəsi üçün Tərtibat 
və Monitorinq Çərçivəsinə  uyğun olaraq nəticələr və yekunlar müzakirə olunur. V Bölmədə isə 
öyrənilmiş dərslər və növbəti addımlara dair tövsiyyələr təqdim olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə