Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

19
Cədvəl 10: 
Təbii Yanacaq Ehtiyyatları
Ölkə 
Ehtiyyatlar, 2011-ci il
ə
olan m
ə
lumat
Xam neft
(milyard barel)
T
ə
bii qaz
(trilyard m
3
)
Kömür
(milyard ton)
Azərbaycan 

0.9 
yoxdur 
Qazaxıstan 
28.6 
1.3 
35 
Özbəkistan 
0.6 
1.1 
1.9 
Mənbə: BP (2014); Qazaxıstan Sənaye və Yeni Texnologiyalar Nazirliyi (2014); ABŞ Enerji İnformasiya 
Administrasiyası (2014).
(2014).
Cədvəl 11: 
Bərpaolunan Resurslardan Enerji Əldə olunması Potensialı 
Ölkə 
İllik İstehsalat (milyard kv/s)
Böyük Su
Elektrik
stansiyaları 
Kiçik Su
Elektrik
stansiyaları  
Gün
əş 
enerjisi
Kül
ə
k
enerjisi
Biokütl
ə
Azərbaycan 
11 

39.6 
86.4 
0.77 
Qazaxıstan 
51 
11 

930 
yoxdur   
Özbəkistan 
20.9 
2,055 
4.6 
3.5 
Mənbələr: AİB (2014); Hidrometeoroloji Xidmət Mərkəzi (2008); Azərbaycan Respublikası Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi (2012); Qazaxıstan Respublikası Ətraf Mühit və Su Mühafizəsi Nazirliyi (2013); Mitsubishi Ağır 
Sənaye et al. (2014); Suleymenov (2014b); UNFCCC TİM İcra İcraedici Şurası (2012b).
B. 
İqlim  Dəyişmələrinin  Təsirlərinin  Azaldılmasının  Xərcləri  və  Faydaları: 
Nəticələrin Xülasəsi (Nəticə 1) 
51. Azərbaycan, Qazaxıstan və Özbəkistanda təbii yanacaqdan ciddi asılılığı nəzərə alaraq, 
enerji və nəqliyyat sektorlarında İEYQ emissiyasını azaltmaq və aradan qaldırmaq üçün bir 
sıra  yollar  ola  bilər. TY layihəsində Nəticə  1-ə  əsasən  hər iki  sektorda iqlim dəyişmələrinin 
təsirlərinin azaldılmasının xərc və gəlirlərinin qiymətləndirilməsi aparılmışdır. Bölmə B-də bu 
qiymətləndirmənin  nəticələrinin  icmalı  verilmişdir.  İlk  olaraq,  qiymətləndirmədə  istifadə 
olunan metodlar və  əhatə  dairəsi müzakirə  olunur.  Daha  sonra,  2050-ci ilə  qədər  emissiya 
proqnozlarının nəticələri, eləcə də ayrı-ayrı təsir azaltma variantlarının xərc-gəlir baxımından 
qiymətləndirilməsi  verilir.  Əlavə  sənədlər  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  İqlim 
Dəyişmələri
:
Enerji  və  Nəqliyyat  Sektorlarında  İEYQ  emissiyasının  azaldılmasının  İqtisadi 
Aspektlərinə dair TY-nin Hesabatında verilmişdir.
15
 Azərbaycan, Qazaxıstan və Özbəkistanın 
Enerji və Nəqliyyat Sektorlarında İstilik Effekti Yaradan Qaz Emissiyalarının Azaldılması
16
1. 
Modelin əhatə dairəsi və Sərhədləri 
52. Hər üç ölkənin enerji və nəqliyyat sistemlərinin, İEYQ və hava çirkləndirici qazların 
emissiyalarının, İEYQ emissiyasının təsirlərinin azaldılması potensialının və azaldılma 
tədbirlərin birbaşa xərc və faydalarının modelləşdirilməsi iki mərhələdə həyata keçirilmişdir. 
Birinci mərhələdə LEAP sistemindən istifadə etməklə 2050-ci ilə qədər emissiyaların 
proqnozlaşdırılması və təsirlərin azaldılması tədbirlərinin birbaşa xərc və faydalarının təhlili 
aparılmışdır. İkinci mərhələdə isə təsirlərin azaldılması tədbirlərinin birgə faydlarının təhlili 
aparılmış və aşağıdakı qaydada hazırlanmışdır: 
  LEAP sistemindən istifadə etməklə havanın çirklənməsinin azaldılması; 
  LEAP  sisteminin  kəmiyyət  nəticələri  əsasında  azaldılma  tədbirlərinin  insan 
sağlamlığına təsirləri ayrıca vərəqədə hazırlanmışdır; və 
  LEAP  sisteminin  kəmiyyət  nəticələri  əsasında  enerji  təhlükəsizliyi  ilə  bağlı  faydalar 
müəyyən edilmişdir. 
53. Bu təhlilin xülasəsi aşağıda Cədvəl 12-də verilmişdir. 
15
 Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b) 
16
 Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b). 


20
Cədvəl 12: Əhatə dairəsi və Analitik Yanaşma 
Alt-sektor
LEAP-də 
modelləşdi
rilən 
birbaşa 
xərc və 
faydalar
Ümumi faydalar
Hava
çirklənmə
lərinin 
azaldılma
sı  
İnsan 
sağlamlığı 
(yəni., ölüm 
hallarının 
azalması) 
Enerji t
ə
hlük
ə
sizliyi
Yanaca
ğa 
qənaət 
Enerji
intensivliyi
Karbon
intensivliyi
Enerji
təchizatında 
bərpaolunan 
enerjinin
faizlə payı 
Elektrik
enerjisi
generasiyas
ı 







İstilik 
enerjisi
generasiyas
ı 






Nəqliyyat 






Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b)
a. 
Birbaşa xərc və faydaların modelləşdirilməsi 
54.  Məsləhətçilər  hər  hansı  azaldılma  tədbiri  həyata  keçirilmədən  2050-ci  ilə  qədər 
emissiyaları proqnozlaşdırmaq və ayrı-ayrı azaldılma ssenarilərinin xərc və faydalarını təhlil 
etmək  üçün  LEAP  (Enerji  Alternativlərinin  Uzunməqsədli  Planlaşdırılması)  sistemindən 
istifadə etmişdir. Bu fəaliyyət Azərbaycan, Qazaxıstan və Özbəkistan üçün ayrıca milli LEAP 
modelinin qurulması ilə həyata keçirilmişdir. Bu milli modellər enerji, nəqliyyat və qeyri-enerji 
mənbələrindən  İEYQ  emissiyalarını,  eləcə  də  enerji  istehsalı  nəticəsində  yaranan  mühim 
hava  çirkləndiricilərinin  yaratdığı  emissiyaları  hesablayır.  Cədvəl  13  –də  İEYQ-lar  və  digər 
hava çirkləndirmələri sadalanır. 
55. LEAP sistemində ayrı-ayrı çirkləndiricilərin kütləsi (məsələn, metanın tonu) və ya CO
2
e
şəklində  İEYQ  emissiyalarının  hesablanması  verilir.  CO
2
e  –yə  keçmə  (konversiya)  20,  100 
və ya 500 illik qlobal istiləşmə potensialından (QİP) istifadə etməklə həyata keçirilə bilər. Bu 
TY üçün, CO
2
e-nin  bütün  miqdarları  İqlim  Dəyişmələrinə  dair  Hökumətlərarası  Panelin 
(IPCC)
İkinci  Qiymətləndirmə  Hesabatındakı
17
 100  illik  QİP-dan  istifadə  etməklə 
hesablanmışdır.  
Cədvəl 13: Milli Xərc-Gəlir Modellərində Əhatə olunan İEYQ-lar və Hava 
Çirkləndiriciləri 
İstilik Effekti Yaradan Qazlar
Hava Çirkl
ə
ndiricil
ə
ri
-
Karbon dioksid
-
Metan

Oksidləşmiş Azot 
-
Hidroflüorkarbon, perftorkarbon, kükürd heksaftorid,
və digər yüksək QIP (qlobal istiləşmə potensialına) 
malik qazlar
-
Karbon monoksid
-
Azot oksid

Qeyri-metan uçan üzvi birləşmələr 

Bərk hissəciklər  
-
Kükürd dioksid
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).  
56.  Modellər  enerji  və  nəqliyyat  sistemlərinin  və  azaldılma  tədbirlərin  birbaşa  xərc  və 
faydalarının  hesablanmasını  özündə  birləşdirir.  Bu  xərc  və  faydalar 
sosial
  xərc  və 
faydalardır,  yəni  onlara  bütövlükdə  ictimai  prizmadan  yanaşılmış  və  bu  zaman  sırf  logistik 
(kimin ödəməsi və kimin qazanc əldə etməsi) tərəflər nəzərə alınmamışdır.  Dörd əsas növü 
göstərilmişdir: 
(i)  Kapital (avadanlıq) xərcləri 
(ii)  İşlətmə və texniki qulluq xərcləri 
17
 Houghton, John Theodore, və İqlim Dəyişmələrinə dair Hökumətlərarası Panel, nəşr. 1996. İqlim Dəyişmələri 
1995: İqlim Dəyişmələri Elmi. Kembric ; Nyu-York: Cambridge University Press. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə