Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

23
emissiyalarla  bağlı  tendensiyanın  mövcud  qaydada  davam  etdiyi  gələcək  dövrü  nəzərdə 
tutur.  Başqa  sözlə,  bu  ssenariyə  görə  keçmiş  gələcək  üçün  əsas  etibarlı  bələdçi  rolunu 
oynayır.  Bir  neçə  halda,  hökumətlərin  İEYQ  emissiyalarını  azaltmaq  üçün  bu  yaxınlarda 
gördükləri  tədbirlər  “No  action”  ssenarisindən  çıxarılmışdır.  Əvəzinə,  onlar  azaltma 
potensialını və səmərəliliyini müəyyən etmək üçün bir azaltma variant kimi təhlil olunmuşdur. 
Cədvəl  15-də  “No  action”  ssenarisindən  çıxarılmış  və  əvəzində  təsir  azaldılma  tədbiri  kimi 
təhlil olunan hər bir ölkə üzrə hədəf və siyasətlər sadalanır. 
Cədvəl 15: No Action ssenarisində əksini tapmayan Mövcud Siyasət və Hədəflər  
Az
ə
rbaycan
Qazaxıstan
Özb
ə
kistan

Bərpa olunan enerji hədəfi 

Yoxsulluğun azaldılması 
və Dayanıqlı İnkişaf üzrə 
Dövlət Proqramı 

Avro-4 nəqliyyat vasitələri 
standartlarının tətbiqi 

Nəqliyyat vasitələrinin erkən 
istismardan çıxarılması  

Ticarət sisteminin emissiyası  

Alternativ enerji hədəfi 

Təbii qaz enerji hədəfi 

Yaşıl artım strategiyası 

Avro-5 nəqliyyat vasitələri 
standartlarının tətbiqi 

Yaşayış binalarının 
səmərəliliyinə dair standartlar 

Hidroenerjinin inkişafı Dövlət 
Proqramı 

Günəş enerjisi yol xəritəsi 
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b). 
68.  “No  action”  (hər  hansı  azaldılma  tədbirinin  görülmədiyi  ssenari)  ssenarisi  həm  tarixi 
məlumatları, həm də 2050-ə qədər olan dövr üçün proqnozu özündə əks etdirir, və azaldılma 
tədbirlərin təhlili üçün baza vəziyyəti rolunu oynayır. Bütün azaldılma ssenarilərin ölçülməsi 
bununla  müqayisədə  həyata  keçirilir.  Bu  ssenarinin  işlənib  hazırlanmasında  aşağıdakı 
metodlar tətbiq olunur: 
(i)  Hər bir modeldə enerjidən istifadə, İEYQ emissiyaları və hava çirkləndiricilərlə bağlı 
məlumatlar ölkələr üzrə tarixi məlumatlardan əldə olunur. Enerji tələb və təklifi tarixi 
enerji  balansı vasitəsilə müəyyən  olunub  və  enerji və  nəqliyyat  ilə  bağlı emissiyalar 
yanacağın miqdarını emissiya faktorlarına vurmaqla hesablanmışdır    
(ii)  Enerji  və  nəqliyyat  sistemləri  üçün  proqnozlar  enerji  tələbi  və  təklifinin 
proqnozlaşdırılması  ilə  başlayır.  Yekun  tələb  birinci  müəyyən  olunur,  daha  sonra 
təklif tələblə tutuşdurulur. Enerji ilə bağlı emissiyalar tarixi dövrlər üzrə eyni qaydada 
hesablanır: yanacağın miqdarını emissiya faktorlarına vurmaqla.  
(iii) Birbaşa  xərc  və  faydalar  avadanlıq,  fəaliyyətlər  və  yanacağın  vahidinin  qiymətini 
müəyən  etməklə  və  onları  avadanlıq  tələblərinə,  fəaliyyət  səviyyəsinə  və  yanacaq 
istehlakına vurmaqla hesablanıb  
(iv) Hər  bir  milli  modeldə  kənar  faktorlarla  müəyyən  edilmiş  yanacaq  qiymətlərindən 
istifadə  olunur.  Qiymətlərin  tarixi  ilə  bağlı  məlumatlar  milli  mənbələrdən  götürülmüş 
və  gələcək  qiymətlər  tarixi  tendensiya  əsasında  proqnozlaşdırılmışdır.  Azərbaycan, 
Qazaxıstan  və  Özbəkistanda  qiymət  rejimlərinin  yüksək  dərəcədə  tənzimləndiyinə 
görə,  beynəlxaq  qiymət  proqnozları  ilə  indeksləşdirmə  əvəzinə  bu  yanaşmadan 
istifadə  olunmuşdur.  Nəticədə,  ayrı-ayrı  yanacaq  növləri  üçün  proqnozlaşdırılan 
qiymətlər  ölkələr  üzrə  fərqlənir.  Beynəlxalq  mənbələrə  görə,  subsidiyalar  hər  üç 
ölkədə  yanacaq,  xüsusilə  neft  və  neft  məhsulları  üçün  sosial  xərcləri  artıracaqdır. 
Lakin,  aidiyyəti  tərəflər  aralıq  seminar  zamanı  subsidiyalarla  bağlı  beynəlxalq 
dəyərləndirməyə  skeptik  yanaşdığından,  bu  məlumatlar  bu  təhlillərə  əlavə 
edilməmişdir.
22
 Xalis  nəticə  təsirlərin  azaldılmasının  daha  çox  mühafizəkar 
qiymətləndirilməsindən ibarətdir. 
69.  Milli  modellərdəki  enerji,  nəqliyyat  və  qeyri-enerji  sahələrinin  proqnozlaşdırılmasına  bir 
neçə mühim kəsişən  dəyişənlər  təsir  edir.  Bunlar  əhali,  ÜDM  və  əlavə  dəyər məsələləridir. 
Hər  üçü  modelə  ekzogen  məlumatlar  kimi  daxil  edilmişdir.  Bunlar  üçün  proqnozlar  Cədvəl 
16-da  təsvir  edilən metodlardan istifadə  etməklə  işlənib  hazırlanmışdır. Şəkil  3, Şəkil  4,  və 
Cədvəl 17-də “No Action” (heç bir təsir azaldılma tədbirinin görülmədiyi ssenari) ssenarisində 
22
Azərbaycan modelində Subsidiyaların Ləğvi ssenarisindən başqa. 


24
əhali və ÜDM ilə bağlı proqnozların nəticəsi verilmişdir. Rəqəmlərdən göründüyü kimi, əhali 
və  real  şəxsi  gəlirlərin  artacağı  proqnozlaşdırır.  Ən  çox  artım  Özbəkistan  və 
Qazaxıstandadır, lakin bütün ölkələrdə kifayət qədərdir. 
Cədvəl 16: Əhali, ÜDM və Əlavə Dəyər üçün Proqnozlaşdırma Metodu 
Ölk
ə
D
əyişə
n
Proqnozlaşdırma Metodu
Azərbaycan 
Əhali 
2000=2010-cu illər arasında orta illik 1.14% artım tempi müşahidə olunmuşdur. 
ÜDM
Beynəlxalq Valyuta Fonduna (2014) görə qısa müddətli illik 4.3% artım (2013 - 
2019); 2019-dan sonra, orta illik 3.6% artım tempi müşahidə olunacaq - 2010–
2019 üçün.
Əlavə Dəyər 
ÜDM-in sectoral əlavə dəyər üzrə payının artması formasında hesablanmışdır; 
tarixi məlumatlarda payların orta illik % tempi ilə artımı müşahidə olunmuşdur.
a
Paylar payların cəmlənməsi ilə normallaşdırılmışdır = 100%. 
Qazaxıstan 
Əhali 
Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinə görə 2050-ci ilə qədər orta 
illik 1.13% artım proqnozlaşdırılır (2014). 
ÜDM
news@mail.ru (2015) saytında 2015-ci ildə 1.5%, 2016-cı ildə 2.3% və 2017-ci 
ildə 3.4% real artım proqnozlaşdırılır; 2017-ci ildən sonra, Qazaxıstan 
Respublikası Prezidentinə görə 4% illik artım gözlənilir (2014). 
Əlavə Dəyər 
ÜDM ilə eyni % tempində artım. 
Özbəkistan 
Əhali 
BMT-nin İqtisadi və Sosial İşlər Şöbəsinə görə 2050-ci ilə qədər illik 0.64% əhali 
artımı proqnozlaşdırılır (2012). 
ÜDM
Özbəkistan Respublikası İqtisadiyyat Nazirliyinə verdiyi məlumata görə və enerji 
sektoru ilə bağlı hədəflərin BMT-nin İnkişaf Proqramı tərəfindən təhlilinə (2015) 
uyğun olaraq, 2014-2030-cu illərdə orta illik 8.2% artım 2050-ci ilə qədər 5%-ə 
qədər enəcəyi proqnozlaşdırılır (2015) 
Əlavə Dəyər 
ÜDM-in sectoral əlavə dəyər üzrə payının artması formasında hesablanmışdır; 
tarixi məlumatlarda payların orta illik % tempi ilə artımı müşahidə olunmuşdur.
a
Paylar payların cəmlənməsi ilə normallaşdırılmışdır = 100%.. İstisna: sənayə 
əlavə dəyəri üçün qısa müddətli proqnoz (2019-cu ilə qədər), Özbəkistan 
Respublikası Prezidentinə əsasən (2015). 
a
 uzun müddətli dövr üçün ağlabatmayan inkişafı nəzərə almamaq üçün dəyişikliklər bir il üçün bir qədər az faizə 
endirilmişdir. 
 Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b)


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə