Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

21
(iii) Yanacaq xərcləri 
(iv) Azaldılma  tədbirlər  üçün  digər icra  xərcləri (məs.,  hökumət  proqramının inzibatçılığı 
xərcləri) 
57.  Azaldılma  tədbirlər  nəticəsində  bu  xərclərdən  hər  hansı  birində  azalma  –  məsələn, 
səmərəli tədbirlər nəticəsində yanacaq xərclərinin azalması fayda hesab oluna bilər.  Bütün 
birbaşa  xərclər  və  faydalar  modellərdə  real  ifadə  ilə  (sabit  valyuta  ili)  ifadə  olunur.
18
Xərclərdə azalmaya baxdıqda, 7%-lik real azalma (endirim) dərəcəsindən istifadə olunur. 
58.  Milli  modellərdə  həm  tarixi  məlumatlar,  həm  də  enrjidən  istifadə,  emissiya  və  xərclərin 
proqnozu  verilmişdir.  Hər  bir  modeldə  tarixi  dövr  əldə  olan  tarixi  məlumatlar,  milli  enerji 
balansı  və  yanacaq  qiymətlərinə  dair  məlumatlar  əsasında  müəyyən  edilmişdir.  TY  üçün 
Aralıq  Hesabatda  toplanmış  məlumatların  növü  və  məlumatların  toplanması  üçün  tətbiq 
olunan  prosedurlar  öz  əksini  tapmışdır.
19
 Modellərin  işlənib  hazırlanması  üçün  istifadə 
olunaan  bütün  məlumatlar  və  mülahizələr  mili  modellərin  yekun  versiyasında 
sənədləşdirilmişdir.  Yekun  Model  AİB-in  veb  saytında    və  Azərbaycan,  Qazaxıstan  və 
Özbəkistanda  İqlim  Dəyişmələri
:
Enerji  və  Nəqliyyat  Sektorlarında  İEYQ  emissiyasının 
azaldılmasının İqtisadi Aspektlərinə dair TY-nin Hesabatında
20
 dərc ediləcəkdir. 
59. Bütün modellərdə proqnozlar 2050-ci ilə qədər olan dövrü əhatə edir. Cədvəl 14 –də hər 
üç LEAP modelində tarixi və proqnozlaşdırılan dövrlər müəyyən edilir. 
Cədvəl 14
: Model illəri 
Ölk
ə
Tarixi dövrl
ə
r
Proqnozlar
Azərbaycan 
2000–2010 
2011–2050 
Qazaxıstan 
2000–2012 
2013–2050 
Özbəkistan 
1995–2011 
2012–2050 
Mənbə:  Abt  Associates,  Stokholm  Ətraf  Mühit  İnstitutu,  Nazar  Biznes  və  Texnologiya  MMC 
(2015b).
b. 
Dolayı Qarşılıqlı Faydaları  
60.  Azaldılma  tədbirlərinin  qarşılıqlı  faydaların  təhlili  zamanı  əsas  diqqət  havanın 
çirklənməsinin  azaldılmasına,  insan  sağlamlığının  yüksəldilməsi  və  enerji  təhlükəsizliyi 
vəziyyətinin  yaxşılaşdırılmasına  verimişdir,  çünki  bu  elə  göstəricilərdir  ki,  onların  təsirlərini 
hesabalamaq üçün məlumatlar mövcuddur. 
61.  İnsan  sağlamlığının  qiymətləndirilməsi  zamanı  əsas  elektrik  generasiyaı  və  nəqliyyat  
sektorunda  emissiyaların  azaldılmasına  gətirib  çıxaran  azaldılma  variantlarının  faydalarına 
verilir. Burada istilik enerjisi emissiyasını azaldan azaldılma tədbirləri əhatə olunmur. Elektrik 
enerjisi və nəqliyyat hava çirləndiriciləri və sağlamlıqla bağlı ümumi faydalar, məsələn ölüm 
hallarının  azaldılması  arasında  ölçülə  bilən  (kəmiyyət)  münasibətlərinin  yaradılması  üçün 
kifayət qədər məlumat və metodların mövcud olduğu alt-sektorlardır. 
62.  İnsan  sağlamlığı  üçün  faydaların  təhlili  zamanı  əsas  diqqət  xırda  bərk  hissəciklərin 
(PM
2.5
) emissiyasına yönəlmişdir, çünki bu çirkləndiricilə ABŞ və dünyanın digər ölkələrində 
hava  çirklənmələrinin  azaldılmasına  dair  təhlillərdə  üstünlük  təşkil  etmişdir  (ABŞ.  EPA, 
2011). Aydindir ki, PM
2.5
  çirkləndiricisinin  ihalyasiya  edilməsinin  (tənəffüs  vasitəsilə 
udulması)  insan  sağlamlığı  üçün  mənfi  təsirləri  vardır.  Bu  çirkləndiricilər  vaxtından  əvvəl 
18
 İqtisadi  dəyişənlər,  o  cümlədən  ÜDM,  əlavə  dəyər,  və  yanacaq  qiymətləri  modellərdə  real  ifadə  ilə  ifadə 
olunub.
19
Abt Associates, 2014c.
RDTA–8119 REG: Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişmələrinin İqtsadi Aspektləri—
Təsirlərin Azaldılması Komponenti. Aralıq Hesabatı
. Bethesda, 2014.
20
 AİB.  Dərci  gözlənilir.  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanın  enerji  və  nəqliyyat  sektorlkarında  İEYQ-ların 
emissiyasının azaldılmasının iqtisadi aspektləri: Variantlar və Xərclər. Manila: AİB. 


22
ölüm  hallarına  yol  aça  bilər.
21
 Bu  təhlillər  zamanı  əsas  diqqəti  ölüm  hallarının  qarşısının 
alınmasına  yönəltməklə  PM
2.5,
SO
2
,  və  NO
x
,  çirkləndiricilərinin  azaldılmasının  nəticəsi  olan 
qarşılıqlı faydalar müəyyən edilmişdir. 
63.  Məsləhətçilər  bu  layihə  çərçivəsində  təklif  olunan  azaldılma  tədbirlərinin  enerji 
təhlükəsizliyi  baxımından  faydalarını  da  hesablamışdır.  Enerji  təhlükəsizliyinin  artırılması 
dedikdə enerji sisteminin daha dayanıqlı olması və zərbələrə davam gətirə bilməsi nəzərdə 
tutulur. Bu hesabatda Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji baxımından daha çox 
və  ya  daha  az  təhlükəsiz  olub-olmadığını  təhlil  etməj  üçün  bir  neçə    meyarlar  tətbiq 
edilmişdir. Bu meyarlar aşağıdakılardır: 
(i)  Enerji intensivliyi (ÜDM-in bir vahidinə görə enerji istehlakı) 
(ii)  Karbon intensivliyi (ÜDM-in bir vahidinə görə CO
2
 emissiyası) 
(iii) Ümumi enerji təchizatında idxalın faiz nisbətilə payı 
(iv) Enerji təchizatında bərpaolunan enerjinin faiz nisbətilə payı 
2. 
Emissiya Ssenariləri 
64.  Ssenarilərin  qiymətləndirilməsi  azaldılma  tədbirlərin  təhlilinin  əsas  xarakterik 
xüsusiyyətidir.  Ssenari  dedikdə  daxilən  davamlı,  fiziki  olaraq  aydın  plan  (sxem)  nəzərdə 
tutulur. Ssenari iqtisadiyyatın, enerji və nəqliyyat sistemlərinin, çirkləndirici emissiyaların və 
xərclərin  zamanla  necə  inkişaf  etdiyini  təsvir  edir.  Bura  mülahizələr  əsasında  hesablanan 
ekzgen məlumatlar və ya mülahizələr, eləcə də modelləşdirmə nəticələri daxildir. 
65. Bu TY üçün təhlilə aşağıdakı dörd növ ssenari daxildir:  
(4)
Hər hansı tədbirin keçirilməsini nəzərdə tutmayan (no action) ssenari  Bu ssenariyə 
əsasən  tarixi  tendensiya  gələcəkdə  olduğu  kimi  davam  edir  və  heç  bir  azaldılma 
tədbiri  görülmür.  Hər  hansı  tədbirin  keçirilməsini  nəzərdə  tutmayan  (no  action) 
ssenarisi əsasında 2050-ci ilə emissiyaları proqnozlaşdırılır;  
(5)  Texniki  təsirazaltma  mini-ssenarisi  –  bu  ssenaridə  hər  hansı  tədbirin  keçirilməsini 
nəzərdə  tutmayan  (no  action)  ssenari  ilə  müqayisədə  bir  təsirazaltma  variantı  fərdi 
qaydada  təhlil  olunur,  məsələn  texnologiyanın  tətbiqində  dəyişiklik,  resursların 
diferensial  idarəçiliyi praktikası, və s.;  
(6)  Təsirlərin  azaldılmasının  qiymətləndirilməsi  mini  ssenarisi  –  bu  ssenaridə  hər  hansı 
tədbirin  keçirilməsini  nəzərdə  tutmayan  (no  action)  ssenari  ilə  müqayisədə  bir 
təsirazaltma  variantının  ayrıca  olaraq  qiymətlər  nəzərə  alınmaqla  təhlili  nəzərdə 
tutulur, məsələn yanacaq və karbon qiymətlərində dəyişiklik; və  
(7)  Bir  ssenaridə  birləşdirilmiş  təsirazaltma  variantları.  Bu,  bir  və  ya  daha  çox  texniki 
təsirazaltma mini-ssenarilərinin portfeli deməkdir.   
66. Bu TY-da hər bir təsir azaltma variantlarının (Təsirlərin azaldılması texniki mini-ssenarisi 
və  təsirlərlərin  azaldılmasının  qiymətləndirilməsi  mini-ssenarisi)  təsirləri  ayrılıqda  təhlil 
olunur,  eləcə  də  bir  neçə  azaldılma  variantları  eyni  zamanda  (birləşdirilmiş  təsir  azaltma 
ssenariləri)  həyata  keçirilir.  Bu  yanaşma  müəyyən  azaldılma  variantının  və  təsir  azaltma 
texnologiya və praktikaları arasında potensial qarşılıqlı əlaqəninin təhlilini asanlaşdırır. 
a. 
Hər hansı tədbirin keçirilməsini nəzərdə tutmayan (no action) 
ssenari
67.  Bu  tədiqatda  baza  ssenarisi  İşlərin  Hər  hansı  tədbirin  görülməsini  nəzərdə  tutmayan 
Ssenaridir (No Action).  Müvafiq milli tərəflərlə əməkdaşlıq şəraitində tərtib olunan bu ssenari 
heç  bir  yeni  ciddi  azaldılma  siyasətlərin  qəbul  edilmədiyi  və  enerjidən  istifadə  və 
21
 Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə