The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
37 
 
unutmamışdım,  amma,  üzüm  yox  idi,  üzünə  çıxmağa,  ürəyim  istəsə  də,  heç  bilmirdim  necə  görüşüm.  Sən 
haqlısan, mən vəfasız çıxdım, mən bədbəxtəm, - bu dəfə hönkürtüsü-nü saxlaya bidmədi. Zinyətin kövrək səsi 
Əzizi mütəəssir etmişdi. O, Zinyəti nə qınağa çəkmək, nə də könlünü almaq istəyirdi. Ürəyindən gələn hiss o 
oldu ki, Zinyət əvvəlki olmadığı kimi, ona qarşı sevgisi də əvvəlki səviyyədə deyildi, dəyişilmişdi, adiləşmişdi. 
Zinyət danış-dıqca, sanki, nə vaxtsa tanış olan kənar adamın hekayətinə qulaq asırdı... 
Əziz  həbs  olunandan  iki  il  keçmiş  Zinyət  üçün  bibisi  nəvə-sigil  elçi  gəlmişdilər.  Atasının  ağır  xəstə 
yatan  vaxtı  idi.  Ürəyi  yola  getmirdi,  ikinci  dəfə  infarkt  keçirmişdi.  Həkimlər  yaşamasına  bir  il  müddət 
qoymuşdular. Belə vaxtda elçilərin qapını döyməsi, ailə üçün göydəndüşmə oldu. Atasının sağlığında ikən onu 
köçürüb, başdan etmək istəyirdilər. O vaxtdan Zinyətin qara günləri başladı. Onun eti-razlarını heç kim eşitmək 
istəmirdi.  Nəhayət,  məcbur  olub  ürəyini  anasına  açdı.  Əzizi  sevdiyini,  ona  söz  verdiyini  bildirdi.  Anası,  “indi 
biz  gözləyək  Əziz  haçan  türmədən  çıxacaq?  Bəlkə  elə  türmədə  qala-caq,  sən  də  evdə  qalacaqsan?  Elə  şey 
yoxdur”, - deyə razılaşmamışdı. 
Bir axşam atası xəstə yatdığı otağına, yanına çağırdı: 
- Qızım, sən mənim ölümümü tezləşdirmək istəyirsən? 
- Yox, ay ata, Allah eləməsin... 
- Bəs nə söz-söhbətdir evdə? 
Zinyət başını aşağı saldı. Demək istədikləri ilişib boğazında qaldı. 
- Tərslik eləmə. Tərslik eləsən məndən başlamış xoşbəxtliyi-nəcən hər şeyi itirəcəksən. İstəmirsən sənin 
toyunu görəm? Balam-san, qoyma dünyadan nisgilli köçəm. 
Zinyətin  boğazı  qurumuşdu.  Gücü  yalnız  göz  yaşlarına  çatdı.  Səsini  çıxarmadan,  gözünün  yaşını  silə-silə 
otaqdan çıxdı. Canı qədər istədiyi atasının xatirinə bir daha dillənmədi. Düzünə qalsa, o, qorxurdu. Dünyanın işini 
bilmək olmaz. Cəzasını çəkib qurtarandan sonra, bəlkə Əziz heç onu istəməyəcəkdi? Çox olub, söz verib aldadanlar. 
Ya da atasının xəstəliyi onun etirazına görə ağırlaşardısa, onda gərək Zinyət bu evdə yaşamayaydı. Hər tərəfə ölçüb 
biçdi, ürəyincə heç nə tapmadı. Susmaqdan başqa çarəsi yox idi. 
Toyda  hamı  sevindi,  təkcə  ondan  savayı.  Evlərindən  çıxanda  özünü  saxlaya  bilməyib,  için-için  ağladı. 
Qolundan tutub hara aparır-dılar? Sevmədiyin insanla necə xoşbəxt olmaq olar? Toy günü xoş-bəxt görünmək 
üçün özünü rol aparan aktrisa kimi aparmaqdan başqa yolu qalmamışdı. 
Zinyət o gündən özünü rolda hiss edirdi. Yoldaşı Araz əvvəl-lər əhəmiyyət vermədisə də, illər keçdikcə 
Zinyətin soyuqluğu ona  da təsirini göstərdi, günü-gündən kobudlaşdı. Olan  iki  qız da onun donuşunu açmadı. 
Xaricən  kənardan  hər  şey  yerli  yerində  idi.  Kasıb-yana  olsa  da  ev-eşik,  iki  qız  balası,  şəxsən  özünün  bildiyi 
kəm-kəsirləri olan, çox fərli olmasa da hərgah əri sayılan ömür-gün yol-daşı, orta səviyyəli gün-güzəranı vardı. 
Yaşamaq  olardı.  Təkcə  ürə-yində  Əzizlə  bağlı  xatirələri  ona  əziyyət  verirdi.  Əzizi  unuda  bilmir-di.  Başa 
düşürdü  ki,  Əzizi  unuda  bilməməsi  mənasızdır.  Əziz  onu  bağışlamayacaqdı.  Lap  bağışlasaydı,  nə  fərqi,  gec 
deyildimi? 
Əzizin  türmədən  çıxmasını,  onun  bacısından  öyrənmişdi.  Ürəyi  istəsə  də  necə  görüşəcəyini  təsəvvür  edə 
bilmirdi.  Yaxşısı  görüşməmək  idi.  Lakin,  Əzizi  dayanacaqda  görəndə  sanki,  içində  nəsə  qırıldı.  Qarşı-sında 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
38 
 
günahkar olması azmış, ona qarşı saymazlıq etməyi Zinyət özünə heç vaxt bağışlamazdı. 
Qırılan,  beş  ildən  çox  köksünə  dolan  nisgildən  yaranmış  buz  layı  idi.  Əridikcə  gözünün  yaşı  qurumaq 
bilmirdi. Ürəyini boşaltdıq-ca yüngülləşirdi. 
Axşam  düşdükcə  hava  qaralırdı.  Ayrılmaq  vaxtı  idi.  Bir  neçə  saatın  içində  beş  illik  sıxıntıdan  azad 
olmuşdular.  Əzizin  fikrincə  tale  ilə  barışmaq,  dost  kimi  ayrılmaq  vaxtı  çatmışdı.  Bayaqdan  ağlayan  Zinyətin 
gözləri  durulub,  gözəlləşmişdi,  xoş  parıltılar  görsənirdi,  qız-lığında  olduğu  kimi.  Çoxdan  belə  sevinməmişdi. 
Ayrılanda uşaqsa-yağı yalvardı: 
- Qurban olum sənə, başıva dönüm, vaxtın olanda yenə görü-şək. 
- Zinyət, görən-bilən olar, yaxşı çıxmaz, qınayarlar... 
- Qınayan mənim günümə düşsün, çox demirəm. Yazığın gəl-sin mənə. Sənə ehtiyacım var. Nə qədər ki, 
səni görmürdüm, unuda bilmirdim. Unutmağımı istəyirsənsə gəl. Hər şey olmayanda qiymət-lənir, göz önündə 
olanda adiləşir. 
Altı gün keçmiş görüşdülər. Sonra mütəmadi, hər həftə. Zin-yət evlərinə dəymək bəhanəsiylə şəhərin o 
başından bu başına, baharın gəlişini duyan kəpənək təki, uça-uça Əzizin qarşısına gəlirdi. Zinyət əvvəlki Zinyət 
deyildi. Beş-altı ildə xeyli dəyişmişdi. Sözə, hərəkətə fəhmi artmışdı. Qadınlaşmış, gözəlləşmişdi. 
Hər  görüşdən  sonra,  Əziz  özündə  beş  il  əvvəlki  vəziyyətinə  qayıdış  hiss  edirdi.  Birinci,  ikinci  dəfə 
Zinyətin xatirinə  görüşə  get-mişdisə, sonrakı dəfələr özünün də  ehtiyacı  olduğunu duyub,  Zinyətin  yalvarışını 
gözləmədən  görüşməyi  davam  etdirirdi.  Deyə-sən,  o,  yenə  əvvəlki  kimi  Zinyəti  sevməyə  başlayırdı. 
Baxmayaraq ki, Zinyət əvvəlki deyildi. Qız vaxtı o Zinyəti ağıldan çıxarmışdısa, indi əksinə idi, günü-gündən 
Zinyət onu sehrləyirdi. Ürəyinə dam-mışdı ki, görüşlər uzun çəkə bilməz, axırı pis qurtaracaq. 
Üç ay beləcə ötdü. Hər şeyin sonu olduğu kimi, gizlin görüş-lərin də axırı olmalı idi. Başları ağrımamış 
aralarındakı  münasibətləri  yekunlaşdırmalı  idilər.  Müxtəlif  yerlərdə  görüşdükləri  vaxt,  onları  hər  an  camaat 
içində xar olmaq təhlükəsi gözləyirdi. Bir dəfə Zinyət maşından düşüb yolu keçərkən, yaxın qohumunun onları 
aralıdan seyr etdiyini görüb özünü görməməzliyə vurmuşdu. 
Növbəti görüşdə Əziz münasibətlərinin davamının təhlükəli olduğunu Zinyətə anlatmağa çalışdı. Zinyət 
hər dəfə Əzizdən az təşviş keçirmirdi. Amma, son üç ayda - Əzizi görən gündən qönçə kimi pöhrələnmişdi. Beş 
il  donuq,  tutqun  olan  gözləri  işıqlaşmış,  bom-boş  qalan  qəlbinə  yaşamaq,  sevmək  eşqi  dolmuşdu.  Yenidən 
tənhalığa  yuvarlanmaq,  ürəyində  gizlin cücərtdiyi laləzarı, qumsallıq tikanına  -  Araza dəyişmək  istəmirdi. Bir 
də ki, o niyə qorxmalıydı? Məgər onun sevməyə, sevdiyi ilə görüşməyə haqqı yox idi. Bu, necə cəmiyyət, necə 
yaşayış idi? 
Ürəyindən bir istək keçdi. Onu birdən-birə açıqlamağa çəkin-di, diqqətlə Əzizin gözlərinə baxdı: 
- Yadındadı, məni necə sevərdin? 
- Yadımdadı... 
- Bəs indi necə, sevmirsən? 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə