www.kitabxana.net
– Milli Virtual Kitabxana
27
Şəfi dözməyib Cəbrayıldan soruşdu:
- Məgər rəis olsaydı, bizi evə buraxmayacaqdılar?
- Rəis olsaydı iclas adıyla yarım saat da saxlayacaqdı, - Cəbrayıl izah etdi.
- Niyə?
- Niyəsini Əliməmməddən soruşarsan.
Dəmir qapılar şaq-şaraqla açılıb örtüldü. Növbə ilə çölə çıx-dılar.
Şəfiyə elə gəldi ki, yüklənmədən, təzyiqli sahədən çıxıb, yün-güllük, çəkisizlik şəraitinə düşdü. Sanki, hava
başqa cür idi. Daha təmiz idi. Havadan insanın iliklərinə qədər yayılan azadlıq ətri gəlirdi. Ömrün-də birinci dəfə, on
saatdan çox qapalı müəssisədə olduğundan, ona bu gün həyatının qurtarmaq bilməyən ən uzun günü kimi görsəndi.
Nəha-yət, ağır yükə bənzər iş günü geridə - dəmir qapıların o tayında qaldı.
Hava yavaş-yavaş qaralır, axşam düşürdü. Yanan işıqların sayı artdıqca, hamı evinə tələsirdi.
“Azadlıq həyatın ən şirin nemətidir.” Adını unutduğu böyük filosofun kəlamını Şəfi bu gün tam mənası
ilə dərk etmişdi: torpaq, od, hava, su qədər insana gərək olan, məhrum edilməyənədək qədri-qiyməti bilinməyən
azadlıq...
İnsan niyə belə olur, - o, yolboyu düşündü, - pisi görməsə yaxşını ayırd edə bilmir…
II
Sonrakı üç gün demək olar ki, ilk günün təkrarı kimi keçdi. Bəzi diqqətəlayiq olmayan hadisələr istisna
olmaqla müəssisədə həyat hər gün eyni ssenari üzrə davam edirdi. Belə həyat kənardan nə qədər yek-nəsaq görünsə
də, bütün işçilərin məqsədi baş verəcək hadisələrin axarını ssenaridən kənara çıxmasının qarşısını almaqdan ibarət
idi.
Beşinci gün nahar yeməyindən sonra müəssisənin daxili radiosundan - səsucaldandan Şəfinin heç vaxt
eşitmədiyi elan verildi:
- Dəstə rəisi, Şəfi müəllim, təcili zampalitin otağına gəl.
Elan bir neçə dəfə təkrar olundu. İlk dəfə radioda onun adının belə dəbdəbəli elan olunması Şəfini
həyacanlandırdı, həm də ürəyini narahatlıq bürüdü: “Görəsən niyə çağırır?” Narahatlıq Cəbrayıla da sirayət etdi:
- Allah xeyir eyləsin, get gör nə istəyir.
İkinci mərtəbənin dəhlizinin girəcəyində onu zampalitin yeməyini, çayını hazırlayan, dnevalnı deyilən
məhkum qarşıladı.
- Otağında kənar adam var? - Şəfi soruşdu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
28
- Xeyr, sizi gözləyir, - dnevalnı cavab verdi.
Şəfi qapını döydü:
- Bəhram müəllim, gəlmək olar?
- Gəl, gəl, - o, yaxınlığındakı televizorda göstərilən mənzərə-lərdən gözünü ayırıb qapıya tərəf baxdı, -
gəl əyləş.
Şəfi yaxın stullardan birinə əyləşdi. Zampalit televizorun səsini aldı:
- Hə, necəsən? İşə alışa bilirsən?
- Sağ olun, yaxşıyam, belə də, xırda-xırda.
- Cəbrayıl sənə işi öyrədə bilibmi?
- Öyrədib. Sənədlərin aparılma qaydalarını hesab edirəm ki, bili-rəm.
- Lap yaxşı, elə də olmalıdır. Sən savadlı oğlansan. Bəzi girdirmə diplomlular kimi deyilsən, bum-bum. Sənə
bir dəfə izah olundu, özün öz işini biləcəksən. Keçək əsas mətləbə. Rəislə məsləhətləşmişik ki, sənə hələlik
səkkizinci dəstəni verək. Bilirsən, savadın olsa da, hələ təcrübən yoxdur. Dəfələrlə həbs olunan, anasını, bacısını
tanımayan canavarlarla işləmək sənə asan gəlməsin. Səkkizinci dəstədə iki briqada var. Biri cəza müddəti beş ilədək
olanlardı. Hamısı sözəba-xandı, bir sözünü iki edən olmayacaq. O biri briqada petuxlardı, yəni üzdəniraqlar. Onların
briqadiri Topuşu tanıyırsan? Nə sözün var Topuşa deyərsən. O, hamısını idarə edir. Daha sənə başqa üzdənirağa
nəsə deməyə ehtiyac olmayacaq. Üç-dörd ay işlə, işi öyrən, sonra yer olar, başqa dəstəni götürərsən.
- Mən etiraz etmirəm. Üzdəniraq söhbəti bir az xoşagələn deyil.
- Boş şeydir. Hamı işi belə öyrənir, asandan çətinə. Üzdəniraq insan deyil? Burda ayırd olunur, bəs çöldə?
Məgər çöldə onlarla rast-laşmırıq, görüşmürük? Gizli mavilər azdımı? Qısası, mənasız sözlərə fikir vermə, işində
möhkəm ol. Axşam yoxlamasında get, dayan dəs-tənin qabağında, nəzarətçi kartoçkanı oxuduqca, məhkumlara fikir
ver. Başla yavaş-yavaş tanımağa. On günə hamısını üzdən tanıyacaqsan, çətin deyil. Kamilə deyərəm, altıncı
dəstənin rəisinə, - səkkizə də o baxır, əvvəllər səkkizin rəisi idi, - kabinetin açarını, olan dəftər-kitabı sənə təhfil
verər. Günü sabahdan otur kabinetində, məhkumları bir-bir çağır, söhbət elə, tanış ol, dəftərləri, planları, protokolları
qaydasına sal. Yeməkxananın yaxınlığında uzun korpus var ha, bir tərəfi üzdəniraq-lardı, o biri tərəfi mujiklər, hə
ora sənlikdir. Gündə bir neçə dəfə obxod edərsən, nəzarətdə saxlayarsan. Yenə deyirəm, işlə bağlı nə sözün,
çətinliyin olsa çəkinmədən həmin an gəl, mənə müraciət elə. Çalış, rəisə özünü yaxşı işçi kimi tanıt. Sənə uğurlar,
gedə bilərsən.
- Sağ olun, - Şəfi ayağa durub, kabinetdən çıxdı.
***
- Nə oldu, nə deyir? - Cəbrayıl otağa qayıdan Şəfidən soruşdu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
29
- Səkkizinci dəstəni verdilər.
- Əla, əla, yarısı “qızdı”, yarısı oğlan. Bir-iki ay işləyərsən, elə ki, işi tam mənimsədin Əliməmmədlə
danışıb, dəstəni dəyişdirər-sən. Rahat dəstədir, başlanğıc üçün pis deyil. Uğurlar...
- Bir şey pisdir ki, ola bilsin bəzi ağzıgöyçəklər, mənə arxam-ca “petuxların nəçənniyi” adı verəcək.
- Qələt edəcəklər. Nəinki məhkumların, hətta bizim işçilərin arasında da, inan Allaha elələri var ki, özün
də tanıyacaqsan, üzdən-iraq onların yanında toya getməlidir. İşini bərk tut, elə şeylərə fikir vermə. Sən otur
dincəl, mən barakı aylanım.
- Cəbrayıl, qardaş, sən yorulmursan maşallah, neçə dəfə ob-xod edirsən?
- Atalar məsəli var, onu bilirsən, gəzən ayağa nə dəyər?
- Daş?..
- Xeyr, əzizim, “konfet kağızı”, - cibindəki pula işarə etdi.
- Halaldı sənə, - Şəfi əlini Cəbrayılın uzanmış əlinə şappıl-datdı.
***
Həmin gün axşam yoxlamasından başlayaraq, sıra düzülüşü zamanı Şəfi dəstə rəisi kimi səkkizinci
dəstənin qarşısında dayanırdı.
Səhəri gün dəstə rəisi Kamildən açarı alıb, kabineti hesab edilən otağı açdı. Neçə vaxt bağlı qaldığından, otaq
pis vəziyyətdə idi. Təcili süpürülüb təmizlənməliydi. Topuşsuz keçinmək çətin olacaqdı. O, məh-kumlardan birinə
Topuşu yanına çağırmasını göstəriş verdi.
Az keçmişdi, Topuş gəlib çıxdı. O, Əliməmmədin müstəsna hüquqlar verdiyi beş məhkumdan biriydi.
Arıq, qısaboy, iyirmi beş-iyirmi səkkiz yaşlarında olan Topuş müəssisənin ərköyünü idi. Başında azacıq saçı
vardı. Məhkum dünyasının hər əllaməliyindən xəbəri olan xırda gözləri sanki, işıldayırdı. Əyninə qəhvəyi məx-
mərdən gödəkcə, cins sayağı göyümtül şalvar, ayağına isə bəzəkli səndəllər geymişdi. Şəfi bu neçə gündə onun
yoxlamada dayandığını deyil, yalnız zonun həyətində o baş-bu başa tələsdiyini görmüşdü.
- Sabahınız xeyir, naçalnik, - Topuş içəri daxil olmayıb, qapı-nın ağzında dayandı.
- Sabahın xeyir, gəl içəri, - Şəfi onu otağına dəvət etdi.
Topuş açıq qapıdan içəri daxil olub, Şəfinin bir neçə metr-liyində ayaq saxladı:
- Nə lazımdır, naçalnik?
- Topuş, əvvəldən bilməmiş olmazsan. Rəisin sərancamı ilə mən sizin dəstə rəisiyəm. Odur ki, “qız”larla
bağlı müəyyən məsələ-lərin həllində mənə kömək etməli olacaqsan. Bəhram müəllim də belə deyir. Bu bir.
İkincisi, otağın vəziyyətini necə pis gündə olduğu-nu görürsən. İki nəfər göndər tez gəlib otağı səliqəyə
Dostları ilə paylaş: |