The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   44   45   46   47   48   49   50   51   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
119 
 
- Bilməsələr, biz rəisə şikayət edəcəyik. 
- Öz işinizdir. İstəyirsiniz gedin şikayət edin. 
Şəfi onları yola salmışdı ki, daha bir məhkum gəldi. 
-  Şəfi  müəllim,  eşitdim  mənim  dəftərlərimi  siz  götürmüsünüz.  Yaxınlarda  görüşə  çıxacağam,  ailə 
üzvlərimə  hədiyyə  hazırlamışdım.  Nə  olar,  qaytarın,  mən  sizin  üçün  təzələrini  hazırlaram.  Şəxsən  hə-diyyə 
edərəm. 
-  Heç  baxmamışam,  görüm?  -  Şəfi  kənarda  qoyulmuş  dolabın  üstündəki  dörd  kitab  formalı  dəftəri 
vərəqlədi. Üçünə hədiyyə olun-malı adamın adı yazılmışdı, biri təmiz idi. 
- Ad yazılanları götür, o birisi mənim. 
- Çox sağ ol. Heyf, bilsəydim ona da ad yazardım. 
- Get Allahına şükr elə, naşükür olma. Mənə hədiyyə edənə bax, neçə vaxtdır yadına düşmürdüm, indi 
dil-dil ötürsən. Pisliyə o qədər vərdiş etmisiz ki, onu görməmiş yaxşılıq əlinizdən gəlmir. Xoş getdin… 
Şəfi qapını örtüb dincini almaq üçün çarpayıya uzandı. Nə qədər əhəmiyyət vermək istəməsə də, Fazilin 
kinayəli sözləri fikrin-dən çıxmırdı: “...işləməyi bacarmırsan!..” 
 
*** 
 
Əməliyyat-rejim  şöbəsinin  yeni  rəisi  Nüsrət  ilk  günlərdən  fə-allıq  göstərməyə  başladı.  Görüşdən 
başlayaraq  cərimə  təcridxanası-nadək  zonun  bütün  sahələrinə  nəzarəti  artırdı.  Aylarla  qarşısı  alınma-yan  bəzi 
gizlinlər  üzə  çıxdı.  “Stukaç”ların  sayı  artmışdı.  İstər  paqonlu,  istər  məhkum  olsun  -  hamının  fikri,  hərəkəti 
izlənilirdi. Görüşə artı-rılan diqqətin nəticəsində bir dəfə mürəbbə balonunun içindən salafanda araq tutuldu. Daha 
bir  dəfə  siqaret  blokunda  nəşə  doldu-rulmuş  gilizlər  aşkar  olundu.  İçəri  keçən  hər  əşya  hərtərəfli  yoxlanılırdı. 
Müxtəlif sahələrdə mütəmadi axtarışlar aparılırdı. Rejim qaydalarını pozanlara, günahkarlara güzəşt olunmurdu, 
cəzanın  ağır  formaları  tətbiq  olunurdu.  Rəis  Nüsrətə  öz  yerini  tutmaq  üçün  imkanlarını  müvəqqəti 
genişləndirmişdi. Odur ki, Nüsrət verən qərara, kəsən başa sorğu-sual  yox idi. Onun fəallığı sanki, mürgüləyən 
zonu ayıltmış, canlandırmışdı. Bu fəallıqdan qəmginləşən, yerləri daralan məhkum-lar, “adətdi, təzə süpürgə yaxşı 
süpürər, bir qədər işləsin baxarıq”, - deyirdilər. Lakin, günlər, həftələr ötdükcə, belə düşünənlər yanıldıqlarını başa 
düşdülər. Xüsusilə gecələrin birində, heç kimin gözləmə-diyi, ağlına sığışdırmadığı halda, əyninə məhkum paltarı 
geyib, bütün atasları - gözətçiləri keçib qumarın qaynar vaxtı oyuna girişməsi və nəhayət özünü tanıdıb kartları 
tələb  etməsi,  oynayanların  şok  vəziy-yətinə  düşməsi,  zonda  “bomba  partlayışı”  effekti  yaratmışdı.  Səhəri  günü 
hamı heyranlıqla Nüsrətin qabiliyyətindən, əsl əməliy-yatçı olma-sından danışırdı. 
Amma, əvvəlki şöbə rəisi Əhmədlə işləyənlərin dediklərinə görə, Nüsrətin nə qədər qabiliyyəti olsa belə
Əhmədin  yerini  verə  bilməzdi.  Əhmədin  tələbkarlığı,  qəddar  prinsipiallığı,  məhkumların  gözünün  odunu  o 
dərəcədə  almışdı  ki,  rəisdən  çox  ondan  çəkinib  qor-xublarmış.  Hətta  katyolda  da  rəisdən  çox  Əhmədi 
eşidiblərmiş. Bəlkə elə buna görə də, rəis onun yetişdiyini görüb nazirlikdəki yaxın-larının köməyi ilə Əhmədə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
120 
 
başqa müəssisədə vəzifə verib buradan uzaqlaşdırmışdı. 
Vaxtı  ilə  Əhmədin  əzab,  zülm  verdiyi  məhkumlar  həmin  anları  xoş  xatirə  kimi  danışırdılar.  Qərəzli 
deyil, təqsirli olduqlarına görə, aldıqları cəza üçün də Əhmədi hörmətlə xatırlayırdılar. 
İnsan  qəribə  məxluqdur.  Həmişə  zülmə,  zülmkara  fərqli  sim-patiyası  olur.  Zülmsüz  həyat  maraqsız, 
mənasız görünür. Zülmsüz sevgi şirin olmur. Allahı - Ulu Tanrını zülmü qədərindən çox artıra-cağından qorxub 
sevirik.  Deməli,  “insan  zülm  üçün  yaranıb”  sözündə  həqiqət  varmış.  Əsas  məsələ  onun  həddini  təyin  etməyi 
bacarmaqdır. Bunu təyin etmək elə də asan deyil ki, İlahidən gələn qüvvənin kö-məyi olmadan kimsə müəyyən 
edə  bilsin.  Çünki  insanlar  oxşar  olsa  da,  eyni  deyil,  hərənin  öz  fərdi  xüsusiyyəti  var.  Əslində  insan  özü  tam 
öyrənilməyən, öyrənilməsi nəhayətsiz olan mürəkkəb varlıqdır. 
Müxtəlif  səbəblər  üzündən  cəmiyyətin  qayda-qanunlarına  uyğunlaşa  bilməyib  həyatın  dibinə  düşən  - 
həbsə alınan bu mürəkkəb varlıqları yalnız cəzalandırmaq yox, islah etmək, zərərsizləşdirib ca-nidən şəxsiyyətə 
çevirmək yolu təkcə zülm verməkdən ibarət idimi? Bu sual onu daim düşündürürdü. Şəfinin işə belə yanaşma 
tərzi  ətra-fındakı  yoldaşlarının  əksəriyyətinin  xoşuna  gəlmirdi.  Ona  öz  aləmlə-rində  iş  yerinə  uyğun  olmayan 
adam gözü ilə baxırdılar. Şəfini təəc-cübləndirən əməkdaşlarla yanaşı, zülmə vərdiş etmiş məhkumların da bu 
sayaq fikirləşməsi idi. 
Bir gün Nüsrət Şəfini otağına çağırıb korpusda keçiriləcək növbədənkənar axtarış tədbiri ilə bağlı söhbət 
etdikdən sonra soruşdu: 
- Neçə aydır işləyirsən? 
- Yarım ili ötüb. 
- Həftədə neçə məhkumunu cazalandırmısan? Şizoya salmanı soruşuram. 
- Bəzən bir nəfər olur. Ayda üç-dörd nəfər. 
- Niyə belə az? Yoxsa dəstəndə çoxusu islah olunub? 
-  Bilirsiz,  mən  məhkuma  səhvini  düzəltməyə  imkan  yaradı-ram,  cəzalandırmağa  tələsmirəm.  Birinci 
dəfə bağışlayıram, ikinci dəfə xəbərdarlıq edirəm, üçüncü olanda tədbir görürəm. 
Nüsrət Şəfinin izahatını təbəssümlə dinlədi: 
-  Cənab  leytenant,  mən  bura  gələn  gündən  səni  müşahidə  etmişəm.  Sənin  barəndə  əməkdaşların 
münasibətlərini öyrənmişəm. Yaxşı oğlansan, savadlısan, söz başa düşənsən. Bir məsələdə zəifsən: xasiyyətcə 
yumşaqsan. Belə yaramaz, sərt olmağı öyrən. Nə qədər sərt olsan, səndən bir o qədər çəkinib hörmət edərlər. 
Sən  elə  danışır-san  ki,  guya  bura  birinci  sinfə  gəliblər,  sən  də  onları  başa  salıb  tərbiyə  edirsən.  Yüz  oyundan 
çıxıb cinayət etmişi, sözlə tərbiyə vaxtı keçib, cəza ilə tərbiyələndirmək lazımdır. İşində dönüş yarat. 
Ürəyində razılaşmasa da, Şəfi: 
- Baş üstə, cənab mayor, - deyərək, kabinetdən çıxıb, Nüsrə-tin sözlərini götür-qoy edə-edə öz otağına 
doğru addımladı. 
- Osmanlı... 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə