The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə8/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   4   5   6   7   8   9   10   11   ...   119

20

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

ması üçün insan məskənlərinin mümkün ərazilərinin

təyin  edilməsi  idi.  Xəzər  dənizinin  toxunulmamış

transqressiv zirvələrində Paleolitin inkişaf dövrünə

aid ərazilərdə kəşfiyyat işləri aparılmışdır. Məlum ol-

duğu kimi, insan təkamülünün bütün mərhələlərində

həm insanlar, həm də onların əcdadları – hominidlər

çaykənarı  ərazilərdə  məskunlaşmışdırlar.  Yaşayış

yerlərinin yaxınlığında çayın mövcud olması içməli

su mənbəyi olmaqla yanaşı, ərazidə heyvan aləminin

zənginliyi orada yaşayış və ovçuluq üçün şərait ya-

radırdı.  Buna  görə  də,  qazıntı  aparmaq  üçün  Pale-

olit  dövrü  düşərgələrinin  tapılması  ehtimal  olunan

qədim çay terraslarına daha çox diqqət yetirilirdi.

Ərazidə kəşfiyyat işləri iki mərhələdə aparıldı:

Birinci  mərhələ  Baş  Qafqazın  cənub  ya-



maclarını-  Şəki-Zaqatala  rayonlarından  başlamış

Mingəçevir su anbarına kimi əraziləri əhatə edirdi.

İkinci  mərhələ  Böyük  Qafqazın  şimal-şərq



yamaclarını- Quba-Xaçmaz zonalarını əhatə edirdi.

Qəbələ  arxeoloji  ekspedisiyasının  regional  xa-

rakterini  nəzərə  alaraq,  2011-2012-ci  il  hesaba-

tında  paleolit  dəstəsinin  qarşıya  qoyduğu  məqsəd

və  vəzifələrindən  danışarkən,  Qəbələ  rayonu

ərazisində əldə etdiyimiz əsas nəticələrin təsviri ilə

məhdudlaşacağıq.

Tədqiqatlar  Vəndam  kəndindən  cənub-qərbə  -

Mingəçevir  su  anbarınadək  əraziləri  əhatə  edirdi.

Ekspedisiyanın aparılma marşrutu aşağıdakı yaşayış

məntəqələrindən  keçirdi:  Vəndam  kəndi  -  Böyük

Əmili kəndi - Savalan kəndi (Qəbələ rayonu) - Ağ-

daş şəhəri (Ağdaş rayonu) - Xaldan kəndi (Yevlax ra-

yonu) - Mingəçevir şəhəri (Mingəçevir su anbarının

sahilləri) - Xanabad kəndi (Yevlax rayonu) - Çayqa-

raqoyunlu  kəndi  (Şəki  rayonu)  - Yaqublu    kəndi  -

Kərimli kəndi (Oğuz rayonu) - Vəndam kəndi.

Böyük  Əmili  kəndinin  çıxışından  Savalan

kəndinə  gedən  yolda  dağ  yamaclarını  araşdırarkən

3 artefakt - üzərində çatlar olan iki çaydaşı və ça-

pacaq tapılmışdır. Tünd boz rəngli daşlı qumluqdan

tapılmış birinci çaydaşı girdə cizgilərə malik olub,

bir üzündə aydın olmayan orta dərəcəli iki neqativ

vardır (şək.20.1). Boz alevrolit növə aid olan ikinci

çaydaşının  üzərində  çətinliklə  oxunan  və  uzununa

itiləşdirici  ikitərəfli  çat  neqativləri  var  (şək.21.1).

determine potential regions of possible human habi-

tat  in  the  Paleolithic  period  for  further  sustainable

study. Exploration work was carried out on heights of

intact transgressions of the Caspian Sea in the period

of the evolution of Paleolithic culture. As we know,

in each period of human evolution, both humans and

their predecessors - hominids - inhabited the vicini-

ties of rivers. Having a river nearby affords certain

advantages, such as providing a source of drinking

water, as well as attracting animals and thereby pro-

viding the opportunity to inhabit and hunt. That is

why  special  attention  is  given  to  ancient  river  ter-

races where the possibility of finding Paleolithic sta-

tions is much higher.

The field exploration work was divided into two

stages:


-

The first stage covered the southern slopes

of the Greater Caucasus ridge – the Shaki-Zagatala

zones through to the Mingachevir reservoir.

-

The  second  stage  covered  the  north-east-



ern  slopes  of  the  Greater  Caucasus  –  the  Guba-

Khachmaz zones.

Taking into account the regional character of the

Gabala archaeological expedition, the purposes and

tasks of the Paleolithic team of this expedition, we

will confine this report to a description of the main

results from Gabala region.

The investigations covered the south-western di-

rection from Vendam village, i.e. to the Mingachevir

reservoir.   The  itinerary  of  the  expedition  covered

the following settlements: Vandam village - Boyuk

Amili  village  -  Savalan  village  (Gabala  region)  -

Agdash  city  (Agdash  region)  -  Khaldan  village

(Yevlakh region) - Mingachevir city (bank of Min-

gachevir  reservoir)  -  Khanabad  (yevlakh  region)  -

Chaygaragoyunlu village (Shaki region) - Yagublu

village - Kerimli village (Oghuz region) - Vendam

village.

Three  artifacts  –  two  pebbles  with  splits  and

a  chopper  -  were  found  during  exploration  of  the

mountain slopes at the exit of Boyuk Amili village on

the way to Savalan village. The first pebble, round in

shape and made from dark-gray gravelly sandstone,

has two indistinct negative bulbs on one of its flat

2011-2012-ci illərdə Qəbələ rayonunda   

Paleolit dövrünə aid arxeoloji kəşfiyyat işləri haqqında hesabat

Report on the Paleolithic archaeological exploratory excavations 

in Gabala region in 2011-2012

SEBA



21

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

Daşın digərinin iti ucu külüngü xatırladır. Belə ki,

həmin  predmetdən  nəyisə  çapmaq,  qırmaq  üçün

istifadə  olunduğunu  istisna  etmək  olmaz.  Adları-

nı  qeyd  etdiyimiz  hər  iki  predmetin  səthi  yüksək

dərəcədə  hamarlanmışdır.  Çapacağın  hazırlanması

üçün xammal olaraq boz rəngli şistdən istifadə olun-

muşdur (şək.19.1).

Sarısu  çayının  sağ  sahilində  Savalan  kəndinə

gedən yolda - Qaraçay axını ilə Sarısu çayı üzərindəki

körpüdə  (şək.2)  üçbucaqşəkilli,  Orta  Paleolitə  aid

itiuclu tapılmışdır (şək.19.2). Xammalı boz damar-

lı  qara  rəngli  daşdır.  Daşın  forması  üçbucaqşəkilli

olub, səthində aşınma əlamətləri yoxdur.

Savalan  kəndinin  girəcəyində  (şək.3-4)  -

qəbiristanlıqla  üzbəüz  ərazidə  Orta  əsrlərə  aid  gil

fraqmentlər  və  iki  daş  toxa  tapılmışdır.  Həmçinin

preformaya bənzər daha bir əşya da tapılmışdır. Arte-

fakt yumru, yastı formalı çaydaşıdır. Predmetin səthi

yüngül  dərəcədə  hamarlanmış  olub,  bəzi  yerlərində

ərp saxlanmışdır. Burada həmçinin təsadüfi xarakter

daşıyan iki xırda çat neqativi də var.

Axtarışların  digər  marşrutu  aşağıdakı  yaşayış

məntəqələrindən  keçirdi:  Vəndam  kəndi  -  Qəbələ

rayonu - Mirzəbəyli kəndi - Bum kəndi - Qəmərvan

kəndi və geriyə Mirzəbəyli kəndi - Nic kəndi (Qəbələ

rayonu)  -  Sincan  kəndi  -  Xaçmaz  kəndi  və  geriyə

Sincan kəndi - Kərimli kəndi (Oğuz rayonu)- Aşağı

Küngüt kəndi - Təpə Cənnət kəndi - Cəyirli kəndi -

Şəki - Sucma (Şəki rayonu) - Acınohur şorlu gölü

ətrafından  onun  şərq  sərhədlərinə  qədər  Acınohur

gölü və geriyə Sucma kəndi - Böyük Daxna kəndi -

Cəfərabad kəndi - Şəki şəhəri - Vəndam kəndi.

Axtarışların  Böyük  Qafqazın  cənub-qərb

ətəklərindən,  Qəbələ-Şəki  asfalt  yolu  boyun-

ca  başlanmasına  qərar  verildi.  Bu  asfalt  boyunca

irəlilədikcə ekspedisiya bir neçə dəfə əraziyə baxış

keçirmək  üçün  şimala  tərəf  istiqamətləndi. Axtarış

qrupu istiqamətini Mirzəbəyli kəndinə çatmamış şi-

mala - Bum kəndinə tərəf dəyişmişdir. Daha sonra

Qəbələ rayonunun Qəmərvan kəndinə qədər çatmış-

lar.  Mirzəbəylidən  Qəmərvana  kimi  yol  boyunca

həm qədim, həm də müasir sel axınlarının qalıqları

izlənir.  Bütün  yol  və  əkin  tarlaları  boyunca  çınqıl

daşları vardır. Qəmərvan kəndi dik dağ yamacında

faces (Fig.20.1). The second pebble, from gray silt-

stone, has negatives of the indistinct and sharp two-

sided splits one the lengthwise side (Fig.21.1). The

lengthwise side of the other stone can be considered

a natural bulb. Non-exceptionally, this find could be

used for chopping-scrapping purposes. The surface

of the observed finds is highly smooth. The raw ma-

terial for the chopper was a type of gray-coloured

slate (Fig.19.1).

A point of a Middle Paleolithic style (Fig.19.2)

was found on the Sarisu bridge on the way to the vil-

lage of Savalan on the right bank of the Sarisu River

(Fig.2), a tributary of the Garachay River. The initial

raw material is grey-grained black gravel stone. The

surface of the item has no signs of weathering.

Ceramic fragments belonging to the early medi-

eval centuries and two stone hoes were found at the

exit of savalan village (Fig.3-4) behind the grave-

yard. An item which is interpreted as preform was

also found. The artifact is round and has a flat peb-

ble. The surface of the item has medium smoothness

and there is incrustation in some of its places. There

are two negative bulb tiny splits which may be ac-

cidental.

The other itinerary took the following direction:

Vendam  village  -  Gabala  city  -  Mirzabayli  vil-

lage - Bum village - Gamarvan village and back to

Mirzabayli  village  -  Nij  village  (Gabala  region)  -

Sinjan village - Khachmaz village and back to Sinjan

village - Kerimli village (Oghuz region) - Ashaghi

Kungut village - Tepe Jannat village - Jayirli village

- Shaki - Sujma (Sheki region) - Ajinohur Steppe

through Ajinohur Lake up to its eastern borders and

back to Sujma village - Boyuk Dahna village - Ja-

farabad village - Shaki city- Vendam village.

It was decided to start searches from the south-

western slopes of the Greater Caucasus, through the

Gabala-Shaki route. Moving along this route, the ex-

pedition turned north several times to observe settle-

ments.  Stopping  short  of  Mirzabayli  village,  they

turned north to Bum village. Further, the excavation

group reached Gamarvan village of Gabala region.

Along the way from Mirzabayli to Gamarvan were

the remains of ancient and modern rivers. The whole

2011-2012-ci illərdə Qəbələ rayonunda   

Paleolit dövrünə aid arxeoloji kəşfiyyat işləri haqqında hesabat

Report on the Paleolithic archaeological exploratory excavations 

in Gabala region in 2011-2012

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə