238
G.İbrahimova
layihələrinə daxil
edilməsi; gender üzrə təşkil edilmiş statistik məlumatlar və
informasiyanın hazırlanması və yayılması.
Komitənin qarşısında duran vəzifələr isə: qadınların sosial problemlərinin həlli,
onların hüquqlarının qorunması, müxtəlif peşələrə yiyələnməsi, yenidən ha- zırlıq keçməsi
və ixtisaslarının artırılması, iş yerləri ilə təmin edilməsi üçün müvafıq dövlət və ictimai
təşkilatlarla birlikdə tədbirlərin görülməsi; qadınların beynəlxalq hüquq sənədlərində əks
olunmuş hüquqlarını müdafıə etmək üçün
tədbirlərin həyata keçirilməsi; qadın təşkilatları,
federasiyalar və birliklərin fəaliyyətinin əlaqələndirilməsi; dövlət strukturları və qadın qeyri-
hökumət təşkilatları, habelə beynəlxalq qadın təşkilatları arasında qarşılıqlı əlaqələri inkişaf
etdirmək üçün tədbirlərin görülməsi; qaçqın və məcburi köçkün qadınların, habelə imkansız
ailələrdən olan qadınların sosial problemlərinin öyrənilməsi və onların həlli üçün müvafıq
dövlət orqanlarına müraciət edilməsi; qadınlarla bağlı dövlət siyasətinin əsas istiqamətləri
üzrə təkliflərin hazırlanmasından ibarət idi.
1998-ci il sentyabrın 14-15-də Azərbaycan qadınlarının I qurultayı keçirildi.
Qurultay qadınların fəallığı və onların həll edilməmiş problemlərinin təhlili baxıınından
mühüm hadisə olmuşdur. Qurultayda Azərbaycan qadınlarının Milli Şurası yaradıldı.Dövlət
başçısı Heydər Əliyev Azərbaycan qadınlarının I qurultayında Pekin konfransında qəbul
edilmiş 12 strategiyadan biri olan gənc qızların problemlərinə toxunaraq, xüsusi konfrans
keçirilməsini təklif etdi və bu konfrans 1998-ci il dekabrın 15-də keçirildi. Konfransda 22
maddədən ibarət qərar qəbul edildi.
1999-cu ilin yanvarında BMTİP-nın Azərbaycanda «Gender İnkişaf layi- həsi» II
mərhələsinə qədəm qoydu. Onun əsas fəaliyyət istiqaməti respublikada
gender mərkəzinin
yaradılması, gender araşdırmalarında təşəbbüskarlıq və yardım göstərilməsi, maarifləndirici
gender kurslarının təşkili və QPDK-ya texniki yardım göstərməkdən ibarət idi. İlk dəfə
olaraq ölkənin əsas problemlərindən olan məcburi köçkünlərlə, qadın və uşaqlarla bağlı
statistik məlumat toplusu hazırlanıb nəşr edildi.
Azərbaycan qadınlarının fəallığının artması istiqamətində önəmli hadisə olan AR
Qadınlarının II qurultayı 2003-cü il sentyabrın 27-də Respublika Sarayında keçirilmişdir.
Qurultayda başqa məsələlərlə yanaşı, koordinatorların fəaliyyəti qiymətləndirilmiş,
nailiyyətlərlə yanaşı çatışmazlıqlar da müəyyən edilmiş və gələcək inkişaf perspektivlərinin
ilkin konturları dəqiqləşdirilmişdir.
Qadınlar arasında narkomanlığın mövcudluğu, narkotik
vasitələrin qanunsuz
dövriyyəsində qadınların iştirakı və bu cinayətlərə təhrik olunma hallarının qarşısının
alınması məqsədi iləPrezident Heydər Əliyev qeyd edirdi ki, «Səhiyyə, təbliğat orqanları
narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu
hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidir” [6].
Prezident Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsinə
diqqət
göstərərək,onların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda
geniş təmsil olunmasına çalışmışdır. AR Konstitusiyasının 55-56-cı maddələrində qadınlar
da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit
edilir [4, 18]. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyri-şərtsiz
iştirak etmək hüququna malikdirlər.
«Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi
haqqında» 6 mart 2000-ci il tarixli Fərmanı ilə AR-nın bütün dövlət qurumlarında fəaliyyət
növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması,
Dövlət Statistika Komitəsinə QPDK ilə birlikdə standartlara cavab verən statistik məlumatın
hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar
çərçivəsində həyata
keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər
239
G.İbrahimova
imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi
üçün onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi,
qadınların hüquqlarının müdafıəsinin gücləndirilməsi məqsədi ilə AR-nın qanunlarında
dəyişikliklər və əlavələr edilməsi barəsində təkliflərin irəli sürülməsi haqqında tapşırıqların
verilməsi ölkə Prezidentinin respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara
böyük diqqəti idi.
2000-ci ilin ilk aylarında AR-da Nazirlər Kabineti tərəfındən Qadın Problemləri üzrə
Milli Fəaliyyət Planı (MFP) hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu
«Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiya və
Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud
vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir.
Plan problemlərin beynəlxalq
standartlara uyğun şəkildəhəllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq
təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə
yönəldilmiş dövlət sənədidir. «Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli
Fəaliyyət Planı (2000-2005)» adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti
6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq etmişdir»[8, 355-382].
Sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar
konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Milli Fəaliyyət Planında
qadınlara qarşı zorakılığın bütün formalarının, qadın
ticarətinin, istismarının, fahişəliyinin
qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilmişdir. Sənəddə qadın
hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada
məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafıq ölçülərin götürülməsi nəzərdə tutulur.
MFP-ni həyata keçirmək və gender tarazlığına nail olmaq üçün QPDK-də
İdarələrarası Şura təsis edilmişdir. Dövlət idarələrinin nümayəndələri və qadın QHT-
lərindən ibarət olan Şura koordinasiya funksiyasını yerinə yetirir.
MFP-də qadınların hakimiyyət orqanlarında və qərar qəbul edilməsi proseslərində
iştirakı üçün IV Ümumdünya Qadınlar Konfransının Pekin Fəaliyyət Platformasına
əsaslanaraq Ədliyyə Nazirliyi və Elmlər Akademiyası tərəfındən «Qadın və hakimiyyət» və
ya «Qadın və İdarəetmə» Proqraınının hazırlanması, müvafıq icra orqanları və QPDK
tərəfındən hakimiyyət orqanlarında və qərarların qəbul edilməsi işində qadınların kişilərlə
bərabər təmsil olunması ilə bağlı tədbirlərin
görülməsi, cavabdeh orqanlar tərəfındən
qadınların seçkilərdə, siyasi və ictimai həyatda iştirakının fəallaşdırılması və s. tədbirlər
nəzərdə tutulur. MFP həmçinin məhkəmə sistemində, prokurorluq orqanlarına gender
bərabərliyinə nail olmağa və qadın zorakılıq problemlərinə qarşı diqqəti artırmağa imkan
verdi» [8, 380-381]. AR-nın Əmək Məcəlləsinin 16-cı maddəsindəki müddəalara əsasən,
əmək münasibətlərində cinsi mənsubiyyətinə və digər amillərə görə işçilər arasında hər
hansı ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fıziki şəxs qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müvafıq məsuliyyət daşıyır.
Məhz elə bu
siyasətin nəticəsidir ki, Heydər Əliyevin apardığı məqsədyönlü tədbirlər
nəticəsində həmin illər ərzində bütün sahələrdə - siyasi, iqtisadi, sosial və digər hüquqların
müdafıəsi sahəsində dövlət strukturlarında və QHT-lərində rəhbər vəzifələrdə çalışan
qadınların sayının çox olmasıdır. Qadınların cəmiyyətdə artan fəallığı, idarəetməyə doğru
irəliləyişləri bizə gələcəyə nikbin baxmağa əsas verir.
AR-nın bütün Qanunları və normativ hüquqi aktlarında qadınların bərabər
hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır. Bu qanunlarda qadınlara qarşı
ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi
mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi
mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların