The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə5/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   2   3   4   5   6   7   8   9   ...   129

- 12 - 

Əbdülhəqq  Hamidin  yeri  başqadır”.  Məqalənin  sonunda  Ə.Qərib  yazıçılığın,    ədəbi  tənqidin  şərəf 

və    məsuliyyətini  bir  daha  vurğulayaraq  məşhur  tənqidçiləri  yada  salır,  fikrini  belə  ümumiləşdirirdi: 

“Əgər  hər  yoldan  keçən  münəqqid  olsa,  Hüseyn  Cahid,  Süleyman  Nəzif,  Belinski,  Dobrolyubovlar 

kimi  böyük  münəqqidlərin  ruhları  inciyərlər”. 

1920-ci  illərdə  Ələkbər  Qərib  bədii  tərcümə  ilə  də  müntəzəm  məşğul  olmuşdur.  O  hələ  1912-ci  ildə 

rus  sentimentalist  yazıçısı  N.  M.  Karamzinin  “Bədbəxt  Liza”  əsərini  qısa  ixtisarla  dilimizə  çevirmiş, 

həmin  tərcümə  Bakıda  “Məktəb”  jurnalının  vəsaiti  ilə  ayrıca  kitab  kimi  çap  olunmuşdur.1920-ci 

illərdə  Ə.  Qəribin  rus  ədəbiyyatından  bir  çox  tərcümələr  etməsi  faktları  bəllidir  (N.  Lyaşko  “Domna 

ocağı”,  M.  Y.  Lermontov  “Zəmanəmizin  qəhrəmanı”  və  s.).O  həmçinin  Qərbi  Avropa  ədəbiyya-

tından  da  bir  çox  tərcümələr  etmişdir.  Onun  tərcümələri  həmin  illərdə  ədəbiyyatşünaslar  Məmməd 

Arif  (“Fira”  imzası  ilə  yazdığı  resenziyada),  Mikayıl  Rəfili  (“Jurnalist”  imzası  ilə  çap  etdirdiyi 

resenziyada)  və  digərləri  tərəfindən  yüksək  qiymətləndirilmişdir  (bax:  2;3).  1920-ci  illərin  sonu, 

1930-cu  illərin  əvvəllərində  E.  Zolya,  C.  London,  A.Barbüs,  A.  S.  Puşkin,  M.  Y.  Lermontov,  N.  V. 

Qoqol,  İ.  S.  Turgenev,  A.  P.  Çexov,  M.  Qorki  və  digər  dünya  klassiklərinin  müxtəlif  əsərlərinin 

dilimizə  tərcüməsinin  Bakıda  Azərnəşr  tərəfindən  məhz  Ə.  Qəribin  redaktorluğu  ilə  çap  edilməsi  də 

onun  nüfuzlu  qələm  sahibi,  yetkin  ədib,  tərcümə  sahəsində  kamil  mütəxəssis  olmasından  soraq  ve-

rir.  Buraya  Ə.Q.  Naxçıvanlının  lüğətçiliklə  bağlı  işlərini,  rusca-Azərbaycanca  lüğətlərin  hazırlan-

masında  yaxından  iştirakını  da əlavə  etmək  yerinə  düşər.   

 

Ə.  Naxçıvanlının  yaradıcılılq  fəaliyyətinin  mühüm  bir  qolunu  da  bədii  nəsr  təşkil  edir. 



Ə.Qərib  hələ  1910-cu  illərdə  Bakıdan  nəşr  olunan  “Məktəb”,  “İşıq”,  İqbal”  və  s.  mətbuat 

orqanlarının  səhifələrində  maraqlı  hekayələr  dərc  etdirmişdir.  Bu  baxımdan  onun  “Məktəb” 

jurnalında  çıxmış  “Bacı  və  qardaş”,  “İşıq”  qəzetində  dərc  olunmuş  “Zavallı  Leyla  xala”  kimi 

hekayələrini  göstərə  bilərik.  1914-cü  ildə  Bakıda  çapdan  çıxmış  “Haqq  divanı”  adlı  hekayələr  kitabı 

gənc  yazıçının  bu  sahədəki  istedadının  yeni  imkanlarını  nümayiş  etdirmişdir.  Yazıçının  1912-ci  ildə 

Bakıda  çap  olunmuş  “Qəlbimin  sultanı”  adlı  povesti  Azərbaycan  sentimentalist  nəsrinin  diqqətə-

layiq  nümunələri  sırasındadır.  Ə.  Qərib  yaradıcılıq  axtarışlarını  davam  etdirərək  əsərdən  əsərə 

püxtələşmiş,  sovet  dövründə  də  bir  sıra  oxunaqlı,  ideya-bədii  mükəmməlliyə  malik  hekayələr 

yazmışdır.  1920-ci  illərin  sonu,  1930-cu  illərin  əvvəllərində  Ə.  Qərib  “Azadlıq  bahası”  adlı  roman 

üzərində  işləmiş,  ondan  bəzi  parçaları  Tiflisin  Azərbaycandilli  mətbuatında  dərc  etdirmişdir.  Onun 

1920-ci  illərdəki  nəsr  yaradıcılığının  ən  uğurlu  nümunələrindən  biri    “Əfi  ilan”  hekayəsidir.  Həmin 

əsər  “Dan  yıldızı”  jurnalının  1926-cı  ildəki  1-ci  və  2-ci  saylarında  dərc  olunmuşdur  (5).  Ədəbiyyat-

şünas  Razim  Məmmədli  bu  hekayəni  təhlilə  cəlb  etməsə  də,  onun  adını  “ədəbiyyatımızın  nəsr 

qolunun  inkişafında  mühüm  rolu  olan”  əsərlər  sırasında  çəkmişdir  (6, s. 47).  

          “Əfi  ilan”  hekayəsi  bir  sıra  xüsusiyyətlərinə  (həcminə,  obrazlar  sisteminə,  hadisələrin 

əhatəsinə,  çoxplanlılığına  və  s.)  görə  hətta  janrın  hüdudlarını  bir  qədər  aşaraq  müəyyən  mənada 

povestə  də  yaxınlaşır.  Bu  əsər  özünün  ictimai-siyasi  mündəricəsi  ilə  də  diqqətəlayiqdir.  Sovet 

hakimiyyəti  ərəfəsində  və  bolşevik  inqilabının  ilk  illərində  baş  verən  mürəkkəb  hadisələrə  aydın, 

bəzək-düzəksiz  münasibət  ilk  baxışdan  oxucunun  diqqətini  çəkir.  Əsərdəki  hadisələrin  mərkəzində 

Mürsəl  bəy  surəti  dayanır.  Təhkiyədən  öyrənirik  ki,  o,  Axısxa  qəzasının  tanınmış  bəylərindəndir, 

külli  miqdarda  sərvətə  malikdir.  Bolluca  torpaq  və  meşə  sahələri,  dəyirmanı,  taxta  zavodu,  at 

ilxıları,  inək  sürüləri  var.  Mürsəl  bəy  zahirdə  özünü  kəndlilərin  himayədarı,  qayğıkeşi  kimi  göstərsə 

də,  necə  deyərlər,  pambıqla  baş  kəsir,  hər  vasitə  ilə  kəndliləri  istismar  edir.  Bu  xasiyyətinə  görə 

kəndlilər  onu  öz  aralarında  “Əfi  ilan”  adlandırırlar.    Təhkiyənin  növbəti  səhifələrində  1917-ci  ilin 

fevral  inqilabından  sonrakı  şərait  təsvir  olunur:  “Nikalayın  taxtdan  dəvrildiyini  eşidən  vaxt  Mürsəl 

bəyin  yürəyi  qırt  düşdü,  rəngi  saraldı,  dodaqları  titrədi.  O,  öylə  fikir  etdi  ki,  bəylərin,  mülkədar  və 

kınyazların  dövranı  bu  gündən  qurtardı;  o  adamcıl  inqilabçılar  gəlib  bunu  da  başqa  bəylər  kibi 

“dəmə”  qoyacaqlar,  var-yoxunu  da talıyacaqlar”. 

            Müəllifin  təsvirlərindəki  təbiilik  və  yumor  qatı  da  diqqəti  çəkir.      O  da  nəzərdən  qaçmır  ki, 

yazıçı  o  illərin  ictimai-siyasi  mühitini,  cəmiyyətdəki  burulğanları,  çaxnaşmaları  böyük  ustalıqla 

ədəbi  müstəviyə  gətirmiş,  səciyyəvi  detallar  vasitəsi  ilə  oxucularda  dolğun  təəssürat  oyada 

bilmişdir.  Bəllidir  ki,  1917-ci  ilin  fevral  inqilabından  sonra  müəyyən  hərc-mərclik,  başıpozuqluq 

yaranmış,  müxtəlif  qüvvələr  baş  qaldırmış,  hakimiyyət    və  nüfuz  dairəsi  uğrunda  mübarizələr  qüv-



- 13 - 

vətlənmişdi.  İctimai-siyasi  mübarizələr  kəskin  xarakter  almışdı.  O  illərdə  Tiflisdə  yaşayan  Ələkbər 

Qərib  bütün  bu  hadisələrin  şahidi  olmuş,  bir  müddət  sonra  yazdığı    “Əfi  ilan”  hekayəsində  həmin 

müşahidələrini  bədii  sənət  dili  ilə  canlandırmışdı.  Məsələn,  1917-ci  ilin  fevral  inqilabından  sonrakı 

aylarda  Tiflisdə  keçirilən  mitinqləri  yazıçı  belə  təsvir  etmişdir  : 

           “Şəhərin  bir  çok  ...  yerlərində  toplanan  qələbəlik,  hay-küylü  mitinklərin  heç  birini  Mürsəl 

bəy  burakmırdı...  Ha  gözlüyürdü  ki,  bəylərin  asılıb  kəsilməsi  haqqında  bir  şey  eşidəcək,  amma 

eşitmirdi.  Natiklərin  hamısı  keçmiş  zamanı  ad  edir,  Nikalayı,  onun  vəzirlərini,  pristavları, 

qaradavoyları  və  jandarmaları  söyürdülər  və  axırda  “Yaşasın  inqilab!”,  “Yaşasın  cümhuriyyət!”, 

“Yaşasın  azadəlik!”  deyə  ciddi  tövr  ilə  ətrafa,  insan  dəryasının  başı  üzərinə  baxmır  və  məğrur  bir 

tərzdə  kürsüdən  düşürdülər.  Haman  sahat  cəmaət  sürükü  alkışlar  çalır,  “Ura!”   çığırırdı”. 

         Həmin  mitinklərin  boş  danışıqlardan  ibarət  olması,  hər  hansı  bir  konkret  məqsədə  xidmət 

etməməsi  də  yazıçının  diqqətindən  yayınmamış,  mənalı  detallarla  təsvir  olunmuşdur.  Hekayədə  bu 

barədə oxuyuruq: 

           Mitinklər  çox  vaxt  sahatlarla  uzanırdı.  Üç-dört  sahat  sonra  sədr  bir  uzun  kağız  əlində  kürsüyə 

çıxıb  : 

          -  Mitink  çok  uzandı,  daha  yetmiş  adam  danışmaq  üçün  siyahıya  yazılıb,  yığıncağa  davam 

edəkmi,  ya  sabaha  qalsın?  –  deyə  sorur  və  simasından  da  son  dərəcəyə  varmış  bir  yorğunluq 

yağırdı.  Cəmaət  hərə  bir  söz  deyir;  hər  deyilən  sözü  də  cəmaət  “Ura!”,  “Yaşasın!”  sədası  və  alqışlar 

gurultusu  içində  boğurdu.  Bir  şey  anlamaq  mümkün  olmurdu.  Axırda  sədr  ümidsizcəsinə  cəmaəti 

işarə  ilə  sükuta  dəvət  edərək, yenə  natikləri  kürsüyə  çıkarırdı”. 

           Müəllif  əhalinin  əslində    ayrı-ayrı  siyasi  firqələrin  mövqeyinin  mahiyyətinə  o  qədər  də 

varmadığını  da  vurğulamışdır:  “Bu  günlər  hər  yerindən  çıkan  inqilabçı  olmuşdu,  danışmaq  və 

cəmaətin  avıclarını  alqış  vasitəsilə  qıpqırmızı  qızartmaq  iştiyaqı  hamıda  güclü  idi.  Cəmaət  seçmirdi 

ki,  danışan  kimdir  və  danışılan  nədir:  Federalistmi,  Es-ermi,  Daşnakmı,  Menşevikmi,  ya  təsadüfən 

yoldan  keçənmi,  kim  olursa,  olsun  – hamını  alqışlayırdı”. 

           Belə  bir  mürəkkəb  şəraitdə  Mürsəl  bəy  hadisələrin  mərkəzinə  düşməyi,  nəzəri  cəlb  etməyi 

məqsədəuyğun  saymır,  Tiflis  otellərində  xəlvətə  çəkilib  öz  eyş-işrətinə  məşğul  olur.  Lakin  Axısxa 

qəzasının  naçalnikindən  gələn  teleqram  onun  geri  qayıtması  ilə  nəticələnir.  Teleqramda  bildirilir  ki,  

Mürsəl  bəy  həmin  qəzanın  rayonlarından  birinə  komissar  təyin  edilib.  Kefi  kökəlmiş  bəy  Axısxa 

qəzasına  dönərək  vəzifəsinin  icrasına  başlayır,  inqilab  xofu  da  canından  çıxır.  Bəy  yenə  köhnə 

qayda  ilə  sərvət  toplamağa,  hər  vəchlə  sərvətini  artırmağa  davam  edir.  Hətta  o  dərəcəyə  qədər  ki, 

otlaq  sahəsinə  təsadüfən  keçmiş  inəyi,  ya  qoyunu  bir  müddət  saxlatdırıb  südünü  sağdırır,  sonra  isə 

sahibindən  cərimə  də  alaraq  heyvanı  yiyəsinə  qaytarır.  Kəndlilərə  qışda  baha  qiymətlə  satılan  taxıl, 

kartof,  yüksək  faizlə  verilən  borc,  qeyri-qanuni  yollarla  doğranıb  satılan  meşələr  və  s.  də  bəyin 

doymaq  bilməyən  tamahına  xidmət  edir.  Hekayənin  növbəti  səhifələrində  Mürsəl  bəyin  əxlaqca 

düşkün  olması  barədə  yeni  informasiyalar  da  bədii  müstəviyə  gətirilir.  Bəlli  olur  ki,  bəy  Rüxsarə 

xanım  adlı  çirkin  bir  qadınla  ailə  qurmuşdur  -    onun  sərvətindən  paya  yiyələnmək  məqsədi  ilə.  La-

kin  bəy  Rüxsarə  xanıma  gün  vermir,  onu  adam  yerinə  qoymur,  eyni  zamanda,  öz  kefindən  də 

qalmır.  Tiflisdə  olduğu  kimi,  Axısxa  qəzasında  da  bu  cür  şərəfsiz  əməllərini  davam  etdirir.Bu 

məqsədlə  hər  cür hoqqalara  əl  atır.   

           Bəyin  bir  obraz  olaraq  iç  üzünü  açmaq  məqsədilə  müəllifin  təsvir  etdiyi  müxtəlif  epizod  və 

detallar  da  bu  baxımdan  səciyyəvidir.  Məsələn,  bəy  sarayında  qurduğu  məclisdən  sonra  ova 

çıxmağa  hazırlaşarkən  ona  iki  dəstə  kəndlinin  şikayətə  gəldiyi  bildirilir.  Əlacsız  qalan  Mürsəl  bəy 

tələsik  də  olsa  ,  onların  şikayətlərini  dinləyir.  Bəlli  olur  ki,  Dursun  kişi  qardaşı  qızı  yetim 

Məkbuləni  çoxlu  para  müqabilində  Bəkir  ağanın  oğlu  Məhəmmədə  vermişdir.  Qız  isə  qonşu 

kənddən  Osmanla  sevişir.  Toy  günü  fürsət  tapan  qız  Osmana  qoşulub  qaçır.  Uzun  axtarışdan  sonra 

onları  tapırlar.  Lakin  qız  kəbininin  kəsildiyi  Məhəmmədin  evinə  getmək  istəmir,  Osmanla  ailə  qura-

cağını,  onunla  yaşayacağını  bildirir.  Osmanın  və  Məhəmmədin  adamları  da    məsələni  həll  etmək 

üçün  şikayətə  gəlmişlər.  Bu  məqamda  Məkbulənin  Mürsəl  bəyə  dediyi  sözlər  qanunsuzluğun  hökm 

sürdüyü  cəmiyyətə  ittiham  hökmü,  qadın  hüquqsuzluğuna  kəskin  etiraz  kimi  səslənir: 

         “Bir  dəqiqə tərəddüddən  sonra  qız  titrək  səslə  : 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə