- 111 -
Qrammatik qaydaya uyğun olaraq mübtədadan sonra vergül qoyulmur.Lakin məna və
intonasiyaya
görə
müəyyən
hallarda
mübtədadan
sonra
vergüldən
istifadəyə
ehtiyac
duyulur.Aşağıdakı
cümlələrdə
mübtədadan
sonra
vergülün
hansı
məqsədlərlə
işləndiyini
müəyyənləşdirin.
1.
Şair, Vurğundan söz saldı.
2.
Nigar, Əlizadənin yanına gələn xəstələri çox səmimiyyətlə qarşıladı.
3.
Bu, balıq tutmaq üçün deyil.
4.
Siz, gələcəyin əsl qurucuları, hər bir işdə fəal olmalısınız.
Tamamliq Qrupu
Təqdim olunan cümlələrə lazım olan durğu işarələrini artırın və onlardan nə məqsədlə
istifadə edildiyini söyləyin.
1.
Almanı, armudu, narı, heyvanı – meyvələri səbətə yığ.
2.Özünün səhvlərini görmək çox böyük keyfiyyətdir, amma bu keyfiyyət də hamıda olmur.
3.Onu bilirəm ki, sizin əlinizdən heç bir şey gəlmir, vəssalam.
4.O, ata nəvazişinə də, ana qayğısına da həmişə möhtacdır.
Mübtəda qrupunun cavabi:
1. Birinci cümlədə doğma kəndimizə birləşməsi buraya zərfliyinin əlavəsi kimi işləndiyindən
hər iki tərəfdən vergüllə ayrılmışdır.
2. İkinci cümlədə həm Zəka sözü xitab yerində işləndiyi üçün, həm də
xahiş, əzizləmə mənası bildirən qadan alım ifadəsini cümlədən
ayırmaq, fərqləndirmək məqsədi ilə vergül işarəsindən
istifadə olunmuşdur.
3. Üçüncü cümlədə yoruldum, yoruldum sözləri təkrarlandığı üçün onlar vergül işarəsi ilə
ayrılmışdır.
4. Dördüncü cümlədə isə xüsusiləşmiş üzv olduğu üçün o, əsas cümlədən vergüllə ayrılmışdır.
Xəbər qrupunun cavabi:
1. Birinci cümlədə şair mübtədasının özündən sonra işlənən Vurğundan tamamlığının təyini
olmadığını bildirməsi üçün vergül işarəsindən istifadə edilmşdir.Şifahi nitqdə isə mübtəda özündən
sonrakı cümlə üzvündən fasilə ilə ayrılır.
2 . İkinci cümlə isə xüsusi isimlə ifadə olunmuş mübtədanın (Nigar) ondan sonra gələn soyadla
(Əlizadənin) fərqləndiyini, başqa bir şəxsə aid olduğunu bildirmək üçün vergül işarəsi ilə
ayrılmışdır.Əgər adla soyad arasında vergül işarəsi olmasa idi Nigar Əlizadə ayrıca bir şəxsin adı və
soyadı kimi başa düşülərdi.
3.Üçüncü cümlədə bu əvəzliyi mübtəda yerində işləndiyi və ondan sonra fasilə edildiyi üçün
vergül işarəsi ilə fərqləndirilmişdir.Əgər vergül işarəsi olmasa idi , bu əvəzliyi təyin vəzifəsində
çıxış edərdi.
4.Dördüncü cümlədə isə vergül işarəsi sizə aid olan əlavəni (gələcəyin əsl qurucuları)
fərqləndirmək üçün istifadə edilib.Cümlənin xəbəri bu əlavə ilə şəxsə görə uzlaşmır.
Tamamliq qrupunun cavabi
1.
İlk cümlə həmcins üzüvlü olduğu üçün həmcins üzvlər arasında vergül işarəsi qoyulmuş və
ümumiləşdirici söz olan meyvələri sözü onlardan tire ilə ayrılmışdır.
2.
İkinci cümlədə bir-birinə zidd olan sadə cümlələri bir-birinə bağlayan amma qarşılaşdırma
bağlayıcısından əvvəl vergül işarəsi qoyulmuşdur.
- 112 -
3.
Üçüncü cümlədə ki tabelilik bağlayıcısından sonra və əmr bildirən vəssalam sözündən əvvəl
vergül işarəsi işlədilmişdir.
4.
Dördüncü cümlədə isə o əvəzliyi mübtəda yerində işləndiyindən və ondan sonra gələn
tamamlığın təyini olmadığını fərqləndirmək üçün vergül işarəsindən istifadə edilmişdir.
Cavablar şagirdlərin fəal iştirakı ilə müzakirə edilir, daha da dəqiqləşdirilir və birgə şəkildə
qiymətləndirilir.
Tədris zamanı, sinifdənkənar tədbirlərdə yaxud dərnəklərdə durğu işarələri ilə bağlı işlər
müntəzəm davam etdirilməli, müxtəlif iş formaları ilə şagirdlərin şifahi və yazılı nitqinə tətbiq
olunmalıdır. Dil müəllimlərinə kömək məqsədi ilə hazırladığım “Durğu işarələri” adlı birpərdəli
səhnəciyin də şagirdlər üçün maraqlı olacağına inanıram. Yaradıcı müəllimlər hər bir durğu
işarəsinə aid mətn üzərində məqsəddən asılı olaraq müxtəlif işlərin aparılmasını da təşkil edə bilər.
ƏDƏBİYYAT
1. Abdullayev N. Ə., Məmmədov Z. T. “Nitq mədəniyyətinin əsasları”,
Bakı, ADPU, 2010.
2.Maqsudov E.S. Poetik-praktik Azərbaycan dili. Bakı ,“Nurlan”, 2011.
3. Babayev A. M.,. İsmayılzadə C. B, “Azərbaycan klassik ədəbiyyatında
işlədilən ərəb və fars sözləri lüğəti”, Bakı, “Maarif”, 1981.
4.Budaqova Z.İ. Durğu işarələri yazılı nitqin açarıdır.”Dil mədəniyyəti”,
Bakı, “Elm” nəşriyyatı, 1972, s.25-31.
5.Durğu işarələrinin işlədilməsi qaydaları (metodik vəsait).Tərtib edəni
M.R.Həsənov,Bakı,1969.
6.Əliyev H.Q.,Kazımov A.S. Durğu işarələrinin işlədilməsi qaydaları.
Bakı, ADPU-nun nəşriyyatı,2011.
7.Rozental D.E. Spravoçnik po pravopisaniyu i literaturnoy pravke, Moskva, “Kniqa”,1985.
ABSTRACT
Maqsudov Elbeyi
On ways and methods of using punctuation marks in teaching the Azerbaijan language
The article explains the importance and role of punctuation marks in the written and oral
speech
and studies the ways of teaching them in literary samples It also reflects the methods of
removing difficulties related to punctuation marks in teaching process.lt is stated that punctuation
marks make our speech clearer and more understandable.
РЕЗЮМЕ
Магсудов Эльбеи
О путях и методах организации работы, связанной с пунктуацией, в прочессе
преподавания родного языка
В статье говорится о значении и роли пунктуации не толыко в писменной, но и
устной речи , исследуются возможности их совместного
обучения , а также нашла отражение
методика организации работы по их обучению.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)