The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə54/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   50   51   52   53   54   55   56   57   ...   129

- 111 - 

 

Qrammatik  qaydaya  uyğun  olaraq  mübtədadan  sonra  vergül  qoyulmur.Lakin  məna  və 



intonasiyaya 

görə 


müəyyən 

hallarda 

mübtədadan 

sonra 


vergüldən 

istifadəyə 

ehtiyac 

duyulur.Aşağıdakı 

cümlələrdə 

mübtədadan 

sonra 

vergülün 



hansı 

məqsədlərlə 

işləndiyini 

müəyyənləşdirin. 

1.

 

Şair,  Vurğundan  söz saldı. 



2.

 

Nigar,  Əlizadənin  yanına  gələn  xəstələri  çox səmimiyyətlə  qarşıladı. 



3.

 

Bu,  balıq  tutmaq  üçün  deyil. 



4.

 

Siz,  gələcəyin  əsl  qurucuları,  hər  bir  işdə fəal  olmalısınız. 



 

 Tamamliq  Qrupu 

 

 



Təqdim  olunan  cümlələrə  lazım  olan  durğu  işarələrini  artırın  və  onlardan  nə  məqsədlə 

istifadə  edildiyini  söyləyin. 

1.

 

Almanı,  armudu,  narı,  heyvanı  – meyvələri  səbətə yığ. 



2.Özünün  səhvlərini  görmək  çox böyük  keyfiyyətdir,  amma  bu keyfiyyət  də hamıda  olmur. 

3.Onu  bilirəm  ki, sizin  əlinizdən  heç bir  şey  gəlmir,  vəssalam. 

4.O, ata nəvazişinə  də, ana qayğısına  da həmişə  möhtacdır. 

 

Mübtəda qrupunun  cavabi: 

 

1.  Birinci  cümlədə  doğma  kəndimizə  birləşməsi    buraya    zərfliyinin  əlavəsi  kimi  işləndiyindən 



hər iki  tərəfdən  vergüllə  ayrılmışdır.   

      2.  İkinci  cümlədə  həm  Zəka sözü  xitab  yerində  işləndiyi  üçün,  həm  də 

          xahiş,  əzizləmə  mənası  bildirən  qadan alım  ifadəsini  cümlədən   

          ayırmaq,  fərqləndirmək  məqsədi  ilə   vergül  işarəsindən   

          istifadə    olunmuşdur. 

3.  Üçüncü  cümlədə    yoruldum,  yoruldum  sözləri  təkrarlandığı  üçün  onlar  vergül  işarəsi  ilə 

ayrılmışdır.   

4. Dördüncü  cümlədə  isə  xüsusiləşmiş  üzv  olduğu  üçün  o, əsas cümlədən  vergüllə  ayrılmışdır.   

  

Xəbər qrupunun  cavabi: 

 

1.  Birinci  cümlədə  şair  mübtədasının  özündən  sonra  işlənən  Vurğundan  tamamlığının  təyini 



olmadığını  bildirməsi  üçün  vergül  işarəsindən  istifadə  edilmşdir.Şifahi  nitqdə  isə  mübtəda  özündən 

sonrakı  cümlə  üzvündən  fasilə  ilə  ayrılır. 

2  .  İkinci  cümlə  isə  xüsusi  isimlə  ifadə  olunmuş  mübtədanın  (Nigar)  ondan  sonra  gələn  soyadla 

(Əlizadənin)  fərqləndiyini,  başqa  bir  şəxsə  aid  olduğunu  bildirmək  üçün  vergül  işarəsi  ilə 

ayrılmışdır.Əgər  adla  soyad  arasında  vergül  işarəsi  olmasa  idi  Nigar  Əlizadə  ayrıca  bir  şəxsin  adı  və 

soyadı  kimi  başa düşülərdi. 

3.Üçüncü  cümlədə    bu    əvəzliyi  mübtəda  yerində  işləndiyi  və  ondan  sonra  fasilə  edildiyi  üçün 

vergül  işarəsi  ilə  fərqləndirilmişdir.Əgər  vergül  işarəsi  olmasa  idi  ,  bu    əvəzliyi  təyin  vəzifəsində 

çıxış  edərdi. 

4.Dördüncü  cümlədə  isə  vergül  işarəsi  sizə  aid  olan  əlavəni  (gələcəyin  əsl  qurucuları) 

fərqləndirmək  üçün  istifadə  edilib.Cümlənin  xəbəri  bu əlavə  ilə  şəxsə  görə uzlaşmır. 

                       

 

Tamamliq  qrupunun  cavabi 

 

1.

 



İlk  cümlə  həmcins  üzüvlü  olduğu  üçün  həmcins  üzvlər  arasında  vergül  işarəsi  qoyulmuş  və 

ümumiləşdirici   söz  olan   meyvələri  sözü  onlardan  tire  ilə  ayrılmışdır. 

2.

 

 İkinci  cümlədə  bir-birinə  zidd  olan  sadə  cümlələri  bir-birinə  bağlayan  amma    qarşılaşdırma 



bağlayıcısından  əvvəl  vergül  işarəsi  qoyulmuşdur. 


- 112 - 

3.

 



Üçüncü  cümlədə  ki  tabelilik  bağlayıcısından  sonra  və  əmr  bildirən  vəssalam  sözündən  əvvəl 

vergül  işarəsi  işlədilmişdir. 

4.

 

Dördüncü  cümlədə  isə  o  əvəzliyi  mübtəda  yerində  işləndiyindən  və  ondan  sonra  gələn 



tamamlığın  təyini  olmadığını  fərqləndirmək  üçün  vergül  işarəsindən  istifadə  edilmişdir. 

Cavablar    şagirdlərin  fəal  iştirakı  ilə  müzakirə  edilir,  daha  da  dəqiqləşdirilir  və  birgə  şəkildə  

qiymətləndirilir. 

 

Tədris  zamanı,  sinifdənkənar  tədbirlərdə  yaxud  dərnəklərdə  durğu  işarələri  ilə  bağlı  işlər 



müntəzəm  davam  etdirilməli,  müxtəlif    iş  formaları  ilə  şagirdlərin  şifahi  və  yazılı  nitqinə  tətbiq 

olunmalıdır.  Dil  müəllimlərinə  kömək  məqsədi  ilə  hazırladığım  “Durğu  işarələri”  adlı  birpərdəli 

səhnəciyin  də  şagirdlər  üçün  maraqlı  olacağına  inanıram.  Yaradıcı  müəllimlər  hər  bir  durğu 

işarəsinə  aid  mətn  üzərində  məqsəddən  asılı  olaraq  müxtəlif  işlərin  aparılmasını  da təşkil  edə bilər. 

                            

ƏDƏBİYYAT 

 

1. Abdullayev  N. Ə., Məmmədov  Z. T.  “Nitq  mədəniyyətinin  əsasları”,   



    Bakı,  ADPU,  2010. 

2.Maqsudov  E.S. Poetik-praktik  Azərbaycan  dili.  Bakı  ,“Nurlan”,  2011. 

3. Babayev  A. M.,. İsmayılzadə  C. B,  “Azərbaycan  klassik  ədəbiyyatında   

   işlədilən  ərəb və  fars  sözləri  lüğəti”,  Bakı,  “Maarif”,  1981. 

4.Budaqova  Z.İ. Durğu  işarələri  yazılı  nitqin  açarıdır.”Dil  mədəniyyəti”, 

   Bakı,  “Elm”  nəşriyyatı,  1972, s.25-31. 

5.Durğu  işarələrinin  işlədilməsi  qaydaları   (metodik  vəsait).Tərtib  edəni 

   M.R.Həsənov,Bakı,1969. 

6.Əliyev  H.Q.,Kazımov  A.S. Durğu  işarələrinin  işlədilməsi  qaydaları.   

   Bakı,  ADPU-nun  nəşriyyatı,2011. 

7.Rozental  D.E. Spravoçnik  po pravopisaniyu  i literaturnoy  pravke,  Moskva, “Kniqa”,1985.

 

 



  

ABSTRACT 

Maqsudov Elbeyi   

On ways and  methods  of using  punctuation  marks  in teaching  the Azerbaijan   language  

 

The  article  explains  the  importance  and role  of punctuation  marks  in  the  written  and oral 



speech

   


and studies  the  ways  of teaching  them  in  literary  samples   It also  reflects  the  methods  of 

removing  difficulties  related  to punctuation  marks  in  teaching  process.lt  is  stated that  punctuation 

marks  make  our speech  clearer  and more  understandable. 

 

  



РЕЗЮМЕ 

Магсудов Эльбеи 

О путях и методах организации  работы, связанной с пунктуацией, в прочессе 

преподавания родного  языка 

 

В статье говорится о значении  и роли пунктуации не толыко в писменной, но и 



устной речи , исследуются возможности их совместного обучения , а также нашла  отражение 

методика организации работы по их обучению. 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

        

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə