The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə52/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   48   49   50   51   52   53   54   55   ...   129

- 107 - 

 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

DİLÇİLİK 

ELBƏYİ   MAQSUDOV 

Naxçıvan Dövət Universiteti 

UOT:81.1 

 

DURĞU İŞARƏLƏRİ İLƏ  BAĞLI İŞİN DÜZGÜN  TƏŞKİLİ,  ANA DİLİ DƏRSLƏRİNİN 

ƏSAS TƏLƏBLƏRİNDƏN BİRİ KİMİ 

 

    Açar  sözlər:  Azərbaycan dili, durğu işarələri,  mübtəda, tamamlıq 



    Key words:   Azerbaijan language, punctuation marks, subject, perfection 

  

Ключевые слова:  Азербайджанский язык,знаки  препинание, подложащее, сказуемое 

      

 

Ana  dili  dərslərində  ibtidai  siniflərdən  başlayaraq  tam  orta  məktəbin  axırıncı  sinfinə  qədər 



durğu  işarələri  ilə  bağlı  ardıcıl  olaraq  müəyyən  işlər  aparılır.Bu  işarələrin  öyrədilməsi  üçün  proqram 

və  dərsliklərdə  xüsusi  dərs  saatı  nəzərdə  tutulmamışdır.  Morfologiya  bəhsində      durğu  işarələri  ilə 

bağlı,  yeri  gəldikcə,  müəyyən  məsələlərə  toxunulsa  da,  sintaksis  bölməsində  bu  işarələrlə  bağlı  işin 

təşkilinə  daha çox  ehtiyac  duyulur. 

Hətta      durğu  işarələri  ilə  bağlı  əvvəllər  öyrənilmiş  məqamlar  tədris  zamanı  lazım  gəldikcə 

xatırladılır,  təkrarlanır,  daha  da  möhkəmləndirilir  və  yeni  qaydanı  öyrənmək  üçün  müəyyən  zəmin 

hazırlanır.Şagirdlərin,  bəzən  müəllimlərin  durğu  işarələrinə  o  qədər  də  əhəmiyyət  verməməsi,  bu 

işarələrə  laqeyd  yanaşması  təlimin  stimullaşdırılmasını  aşağıladığı  kimi,  dilimizin  qayda  – 

qanunlarını  mükəmməl  mənimsəməkdə  də  çətinlik  törədir.   

“Bu  işarələr  o  zaman  böyük  əhəmiyyət  kəsb  edir  ki,  bütün  yazanlar  və  oxuyanlar  hər  bir  durğu 

işarəsinin  mənasını,  vəzifəsini  eyni  dərəcədə  başa  düşsünlər,  durğu  işarələrinin  işlənməsinə  dair 

vahid,  dəqiq qaydalara  əsaslanmış  olsunlar.”(1,  s. 163). 

 Qrammatik  materialların  tərkib  hissələrindən  biri  olan  durğu  işarələri  üzərində  işə  biganə  olmaq, 

onun  haqqında  şərhlər  vermək  əvəzinə  susmaq,   dili  müəyyən  mənada  şikəst  olmağa  sürükləyir. 

Ana  dilimizdə  hər  bir  hərf,  söz,  qrammatik  qayda-qanun,  ayrı-ayrı  dil  bölmələri  bizə  nə 

qədər  əzizidirsə,  durğu  işarələri  də  yazılı  və  şifahi  nitqimizin  tənzimləyicisi  kimi  bir  o  qədər  vacib 

və  gərəklidır.  Orta  məktəb  proqram  və  dərsliklərində  hər  bir  sinif  üçün  durğu  işarələri  ilə  bağlı  

ayrıca  dərs  saatının  nəzərədə  tutulması  çox  yaxşı  olardı.  Həmin    saatda  müəllim  qrammatik 

materiallarla  bağlı  görəcəyi  işi  əvvəlcədən  konkretləşdirir,  şagirdlərin  bu  işarələrlə  bağlı 

öyrəndiklərini  yada  salmağa,müəyyən  tədqiqatlar  aparmağa,  düşünməyə,  axtarıcılığa  hazırlayır, 

onları  bu işarələri  şüurlu  dərk etmək  üçün  səfərbər  edir. 

İlk  dəfə  Finikiyada,Yunanistanda  istifadə  olunmuş      durğu  işarələrindən  Azərbaycan  yazısında 

XX əsrin  əvvəllərindən  daha  geniş  şəkildə    istifadə  olunmağa  başlanmışdır. 

Durğu  işarələri  yazılı  nitqin  əsas  işarələri  olmaqla  yanaşı,  həm  də  şifahi  nitqdə  intonasiya, 

fasilə,  ritm  və emosianallığın  əsas tənzimləyicisi  sayılır..             

 

        Дурьу  ишаряси йазылы нитгдя 



Мянаны горуйан бир йараглыдыр. 

Истяр дилчиликдя, истяр мянтигдя  

Онларла ишлямяк  чох мараглыдыр. 

 

 



Дурьу  ишаряси – Оьуз елиндя 


- 108 - 

Щяр  сюзцн, ъцмлянин сярщядчисидир. 

Дурьу  ишаряси ана дилиндя 

Сярраст дейимлярин бялядчисидир. (2, s.131)

 

 

 Şagirdlərə  bildirilir  ki,  durğu    işarələrindən    bəhs    edən  dil  bölməsi    punktuasiya    adlanır.Nöqtə 



mənasını  bildirən  bu söz latın  dilindən  götürülmüşdür. 

Durğu  işarələri      həm  yazılı,  həm  də  şifahi  nitqdə  şagirdlərin,  müəllimlərin,  ümumiyyətlə, 

ziyalıların  savadlılıq  dərəcəsinin  bir  göstəricisidir.Bu  işarələr  birbaşa  yazılı  nitqin  aydın,  anlaşıqlı, 

dəqiq  başa  düşülməsinə  xidmət  edir.Lazım  olan  qrafik  işarələrin  hər  hansı  biri  yerli-yerində 

işlədilməsə,  ifadə  olunan  fikir  də  olduğu  kimi  dərk  olunmayacaq,  müəyyən  anlaşılmazlıqlar 

yaradacaqdır. 

      

Yazı  aləmində  durğu  işarələri  iki  əsas  vəzifəni  yerinə  yetirir.Elə  bu  xüsusiyyətlərinə  görə 



onlar  iki  yerə ayrılırlar: 

a)

 



ayırıcı  durğu  işarələri  – nöqtə, sual,  nida,qoşa  nöqtə,nöqtəli  vergül,  çox nöqtə; 

b)

 



fərqələndirici  durğu  işarələri  – iki  vergül,  iki  tire,  mötərizələr  və dırnaqlar. 

 

Ayırıcı  durğu  işarələri  cümləni,  cümlədə  həmcins  üzvləri,  mürəkkəb  cümlənin  tərkib 



hissələrini  ayırırsa,  fərqləndirici  durğu  işarələri  vasitəsiz  nitqi,  sitatları,  ara  cümlələri,xitabları  və  s. 

ayırır. 


Bu  durğu  işarələri  işləklik  dərəcəsinə  görə  qruplaşdırılsa  idi  onda  fərqləndirici  durğu  işarələrini 

ikinci  qrupa  daxil  etmək  olardı.  Çünki  birinci  qrupla    müqayisədə  onların  işlənmə  tezliyi  və 

məqamları  bir  qədər  azdır.  Bəlkə  elə  ona  görədir  ki,  tədrisdə

 

müəllimlər      vergül,  nöqtə,  nida  kimi 



işarələrə  daha  çox    diqqət  yönəldirlər.  Digər  durğu  işarələri  isə  bir  növ  diqqətdən  kənarda  saxlanılır. 

Mötərizə,  qoşa  nöqtə,  nöqtəli  vergül,  çox  nöqtə,  tire  və  s.  işarələrə  uşaqların  diqqəti  çox  az 

yönəldilir  ki,  bu  da  praktik  iş  zamanı  müəyən  çətinliklər  yaradır.  Şagirdlər  mürəkkəb  cümlələrdə 

həmin  işarələrdən  istifadə  edərkən  çətinlik,  çaşqınlıq  qarşısında  qalırlar.  Halbuki,  hər  bir  durğu 

işarəsi  haqqında  tədris  zamanı    geniş    şərhlər  vermək  imkanları  vardır.  Məsələn  ,  nöqtə  haqqında 

söz  açılarkən  qeyd  edilir  ki,  “nöqtə”  -  ərəb  mənşəli    sözdür.  Onun    hərfi  mənası    “son”,”ayıran”,  

“sərhədi  müəyyən  edən”  (3,  səh.175)deməkdirsə,    lüğəvi  mənası    mövqe,  məhəllə,  məntəqə  mənası 

bildirir.  Nöqtənin  ilk    vəzifəsi    də    sözlərin  sərhəddini  müəyyən  etmək,  onların  mövqeyini,  aid 

olduğu  məntəqəni  ayırmaqdır.     

Müəyyən  vaxtdan  sonra    nöqtədən  müxtəlif  məqsədlər  üçün  istifadə  olunmuşdur.    Qədim 

dövrlərdə    nöqtə  işarəsi      böyük  və    kiçik  fasiləni  bildirmək  üçün    istifadə    edilmişdir.        Hal-hazırda  

nöqtə  böyük    fasiləli  ayırmanı  bildirir  və  cümlələri  bir-birindən  ayırmağa  xidmət  edən  sərhədçi 

rolunu  oynayır.  Nöqtənin  yazımızda,  insan  həyatında  və  cəmiyyətdə  yerini,  vəzifəsini  göstrəmək 

üçün  bədii  parçalardan  istifadə  etmək  də  dərsin  səmərəli  olmasını    təmin  edir.    Həmçinin  

şagirdlərin  əqli    fəallığı  izlənilir,  maraq  və  tələbatları  ödənilir,  istedad  və  qabiliyyətlərinin,  potensial 

imkanlarının  inkişafına  şərait  yaradılır. 

НЮГТЯ

 

          



Ъцмляляр арасына чякилян сярщяд, 

Узун сющбятлярдя  ян сонунъу щядд. 

Бириня А. сюйляйиб, Бириня Н. dейян, 

Адлары эизлядиб, сиррини вермяйян 

Кичик бир ишарядир 

                   йазыда нюгтя. 

Севиб, шярт  кясянлярин, 

                    севмяйиб кцсянлярин 

Мящяббят  дастанына ахырынъы зярбядир. 

Инсана цмид верян 

                     ян кичик бир зяррядир. 

Црякдя  биръя нюгтя мящяббят  оду варса, 

                      шюляляниб алышар. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə