- 99 -
KİV-in bir ictimai institut olaraq rolu vətəndaşları obyektiv informasiya ilə təmin etməkdən
və eyni zamanda ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Vətəndaşlardan ibarət çoxluq dövlət
hakimiyyəti orqanlarının fəaliyyətini məhz KİV-dəki informasiyalar vasitəsilə müşahidə edir. KİV
eyni zamanda cəmiyyətin siyasi institutu olaraq əhaliyə siyasi proseslərdə fəal iştirak etmək imkanı
təklif edir.
Bəzən mətbuatın nəzarətçi və tənqidçi roluna əsaslanaraq, onu “dördüncü hakimiyyət” də
adlandırırlar. Bu halda mətbuat ictimaiyyətə səmərəli təsir etməyi bacarmalıdır.
Hakimiyyətlə və idarəetmə ilə bağlı siyasi funksiyalardan başqa, KİV əyləncəli və rekreativ
funksiyaları da icra edir.
KİV eyni zamanda əyləncəli xüsusiyyəti ilə sosial gərginliyin aradan qalxmasına kömək edir,
insanlara istirahət edərək öz qüvvəsini bərpa etmək imkanı verir. Lakin heç də bütün filmlər və
verilişlər müsbət emosiyaların inkişafına kömək etmir. Bəzən zorakılıq, tamahkarlıq və qəddarlığın
təbliğatı neqativ axına səbəb olur, ona görə də əyləncəli materialların düzgün seçimi zəruridir.
Əyləncəli materiallarda ideoloji məqamı da fərqləndirmək lazımdır.
Müasir şəraitdə televiziya, radio və mətbuatın məhsulları insan düşüncəsində dəqiq əks
olunur. Dünya və ətraf mühit haqqında hansısa məlumatın olmaması məhz biliksizlik kimi
qiymətləndirilir. KİV təfəkkürün xarakterinə təsir edir, bununla da onu dəyişdirir və tamamlayır.
İnformasiyanın məzmununu istehlak etmək adi zərurətə çevrilir.
Beləliklə də, informasiya cəmiyyəti sivilizasiyasının inkişafı şəraitində informasiyanın çox
böyük əhəmiyyəti var və cəmiyyətin mükəmməl inkişafı üçün informasiya mübadiləsi zəruridir.
Hazırda KİV qlobal dəyişikliklərə məruz qalır və yeni informasiya texnologiyalarından istifadə
olunması əsasında intensiv inkişaf etməkdədir və bu halda onun üçün kəmiyyət deyil, keyfiyyət
göstəriciləri vacibdir.
Lakin siyasi sahədə icazə verilənlərin sərhədlərini cəmiyyət müəyyən edir. Mühüm siyasi mə-
sələlər üzrə informasiya əldə etmək üçün KİV aparıcı dövlət və siyasi xadimlərə yetişə bilməkdə
maraqlıdır. Onlarla əlaqə bir çox kanallarla gerçəkləşdirilir. Siyasi xadimlərlə mətbuat
nümayəndələri arasındakı qarşılıqlı münasibətlərdə mətbuat konfransları institutu və ictimaiyyətlə
əlaqələr üzrə xidmətlər əhəmiyyətli rol oynayır.
KİV-in
cəmiyyətdə
və
dövlətdə
yerinə
yetirdikləri
funksiyalar
ictimaiyyətlə
kommunikasiyalaşması növlərindən asılıdır. Nəzəri tədqiqatlarda bu rol və funksiyalar U.Lippman,
Q.Tard, H.Lassuel, Q.Blumer tərəfindən verilmiş “kütlə” və “xalq” anlayışlarının dərk edilməsi ilə
müəyyən olunur. Bu anlayışlardan asılı olaraq, ictimai rəy passiv manipulyasiya obyekti və ya
siyasi münasibətlərin aktiv subyekti kimi təyin edilir.
Beləliklə, kütləvi kommunikasiyaların rolunu və funksiyalarını nəzərdən keçirən tədqiqatlar
KİV-i digər resurs növlərinə konvertasiya olunmuş hakimiyyət resursu kimi müəyyənləşdirən və
aktiv siyasi institut kimi təyin edən nəzəriyyələrə bölünür.
Hakimiyyət “piramidası”nın əsasını dövlət institutları təşkil edir. Dövlət hakimiyyəti
ümumidir, onun qərarları mütləq icra edilir. Qeyri-dövlət institutlarının hakimiyyəti isə rəhbərlik və
nəzarətin daha geniş və daha az formal sahəsidir. Əvvəla, onun məhdud fəaliyyət sahəsi var.
İkincisi, “zəifdir” – inam, nüfuzlu söz, əqidə, təhlil və s. ilə möhkəmləndirilməyə ehtiyac duyur.
Qeyri-formal təsir – qeyri-institusional hakimiyyət – “biliklərin avtoriteti”, “sözün gücü” və
“nümunənin gücü” kimi ortaya çıxan hakimiyyət, ictimai rəy hakimiyyəti (ümumiyyətlə, mənəvi
hakimiyyət) daha geniş yayılmışdır. Beləliklə, cəmiyyətdə hakimiyyətlər üç və ya dörd deyil, daha
çoxdur. KİV-in nə məcburiyyət gücü, nə də iqtisadi təzyiq imkanları vardır. Qeyri-rəsmi olan bu
hakimiyyət həyatın bütün sahələrinə ciddi təzyiq göstərir, özü də bu təzyiq iqtisadi və siyasi
hakimiyyətin təzyiqindən heç də az deyil. Belə olan halda KİV-in kimin iradəsini reallaşdırması,
kimin hakimiyyəti olması maraq doğurur. Əgər bu, həqiqətən də “xalq hakimiyyəti”dirsə, onda bu,
xalq jurnalistikasıdır. Ona görə də KİV insanları ayıran deyil, birləşdirən materiallar dərc etməlidir.
Bu səbəbdən də kütləvi informasiya vasitələri xalqın maraqları çərçivəsində, onun iqtisadi, siyasi,
sosial, mədəni ehtiyacları naminə fəaliyyət göstərən birləşdirici qüvvədir. Əgər demokratik
cəmiyyətlərdə nümayəndəli hakimiyyət seçkilər vasitəsilə legitim xarakter əldə edirsə, KİV
- 100 -
hakimiyyəti isə bu cür legitimlik formasına malik deyil. Kütləvi informasiya vasitələrinin
“dördüncü hakimiyyət” kimi xüsusiyyəti də buradandır.
KİV – birbaşa demokratiya institutlarından biridir, onun legitimlik ölçüsü də onun
mühakimələrinin, hökmlərinin, təkliflərinin dəstəklənməsində ortaya çıxan auditoriyanın ona inam
dərəcəsindən asılıdır. İctimai orqanizmin normal funksiya göstərməsi şəraitində üç dövlət
hakimiyyətinin və “dördüncü” hakimiyyətin münasibətləri bir-birini tamamlayır və ancaq bu,
tərəfdaşlıq şəklində ola bilər. Hər şeydən öncə, jurnalistika öz təbiətinə görə həyatın bütün
sahələrində hərtərəfli monitorinq aparır, cəmiyyətə mövzular, problemlər, mühakimələr külliyyatı
təqdim edir, başqa sözlə, gerçəklikdə aktual görünən hər bir şeyin hərtərəfli informasiya
mənzərəsini yaradır. Həyat təzahürlərini təqdim və müzakirə edən jurnalistlər aşkar və ya gizli
şəkildə ictimai ekspert rolunda çıxış edir, münasibət, təqdimat, rəy, baxış və cəhd formalaşdırırlar.
Bununla belə, jurnalistika vətəndaşların informasiya hüququnun reallaşması naminə geniş məsələlər
dairəsi üzrə ən müxtəlif fikirlərin tribunası rolunu oynayır.
Beləliklə, aydın olur ki, jurnalistika öz mahiyyətinə uyğun olaraq, “hakimiyyət
səlahiyyətləri”nin çoxşaxəli sisteminə malikdir. Bu isə onun barəsində həqiqətən də “dördüncü
hakimiyyət” kimi danışmağa əsas verir. Jurnalistikanın mahiyyətinin maksimum dəqiq olaraq
“dördüncü hakimiyyət” kimi başa düşülməsi birbaşa KİV-in fəaliyyətinin elə bir qaydasının
müəyyənləşməsi vəzifəsinə gətirib çıxarır ki, bu vəzifənin də reallaşması jurnalistikaya öz
vəzifələrini fəal şəkildə yerinə yetirmək imkanı verir.
ƏDƏBİYYAT
1.
Гаджиев
К.С.
Введение
в
политическую
науку.
М.:
Корпорация
Логос, 1997, 554 с.
2. Əliyev İ. "Mən jurnalistləri vətənpərvərliyə çağırıram”. Bakı, “Apostrof” Çap evi, 2010,
271 s.
3. Василенко И.А. Информационная революция и формирование новой
постклассической картины мира XXI века // Василенко И.А. политическая философия. М.,
2004,420 c.
4. Neumann, E. N. “Suskunluk Sarmalı Kuramının Medyayı Anlamaya Katkısı”, Medya,
Kültür, Siyaset (Der.) S. İrvan. Ark Yayınları, Ankara, 1997
5. Терин В.П. Массовая коммуникация. Социокультурные аспекты политического
воздействия. Исследование опыта Запада. - М.: Изд-во Института социологии РАН, 1999,
220 с.
6. Altshull J.H. Agents of the Power; the role of the news media in human affairs. New York
and London, Longman, 1984, p. 369
7. Erdoğan, İrfan. Kapitalizm, Modernleşme, Postmodernizm ve İletişim, Erk Yayınları,
Ankara,2000
ABSTRACT
Rahimzade Vugar
The functions of the mass media as the “Fourth Power”
The mass media have a great influence on socio-political processes. It is a fact that in
each
organizational
governance
socio-political
power
directly
or
indirectly
influences
informational environment via the mass media and strives for being involved in this environment.
As an important political institute of modern society, the feature of the mass media to highlight
main political events comes from its close relation with the political life of society.
The mass media are a socio-political institute as they express the interests of society and its
fundamental influential power is public opinion. In democratic societies, the media maintain the