- 101 -
function of social control and evaluate ongoing and past events not only from a juridical point of
view, but also from a moral point of view.3
РЕЗЮМЕ
Рагимзаде Вугар
Функции СМИ в качестве «четвертой власти»
У СМИ есть очень широкие возможности влияния на социально-политические
процессы. То есть каждая социально-политическая сила в организационном управлении,
оказывая посредством СМИ прямое или косвенное влияние на информационную среду,
стремится участвовать в этой среде. Особенность СМИ, как важного политического
института современного общества, освещать значимые политические события вытекает из их
тесной привязанности к политической жизни общества. Ввиду того, что СМИ выражают
интересы общества, они являются общественным и политическим институтом, а их главной
силой воздействия служит общественное мнение. В демократических обществах печать
выполняет функцию общественного контроля, дает происходящим и произошедшим
событиям не только правовую, но и нравственную оценку.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
- 102 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
XUMAR MƏMMƏDOVA
Naxçıvan Dövlət Universiteti
xrmemmedova@mail.ru
UOT:398
YAPON M İFOLOGİYASINDAN YAPON TEATRINADƏK
Açar sözlər: Azərbaycan, Yaponiya, samuray, mifologiya, teatr, ədəbi əlaqə
Key words: Azerbaijan, Japan, samurai, mythology, theatre, literary relation
Ключевые
слова:
Азербайджан,
Япония, самурай, мифология, театр,
литературный отношение
Müasir dövrdə Azərbaycan – Yaponiya əlaqələrinin bütün sahələrdə genişlənməsi qarşılıqlı
əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinə gətirib çıxarmışdır.
Qeyd edək ki, diplomatik
əlaqələr sistemində mədəni əməkdaşlığın da xüsusi yeri vardır.
Qədim mədəniyyət ölkəsi olan
Yaponiyaya müasir dövrdə inkişaf etmiş elm və texnologiya ölkəsi kimi də maraq böyükdür.
Ölkəmizdə Yaponiya ilə bağlı müxtəlif araşdırmalar aparılmış, Gündoğar ölkənin
iqtisadiyyatı, elmi, mədəniyyəti, incəsənəti haqqında maraqlı nəticələr əldə edilmişdir. Bu sahədə
ilk tədqiqatlardan biri kimi çıxmış Rza Talıbovun “Azərbaycan – Yaponiya əməkdaşlığı”
monoqrafiyası ölkələrimiz arasındakı çoxcəhətli əlaqələrin geniş mənzərəsini real şəkildə
canlandıran qiymətli elmi mənbədir. Rza Talıbov bu münasibətlə qeyd edir: “Müstəqillik illərində
Azərbaycanla Yaponiya arasındakı cəmiyyət həyatının əksər sahələrində əlaqələrin yaranıb
genişlənməsi fonunda ölkələrimizdə ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün münasib
imkan yaranmışdır. Hazırda Azərbaycanda Gündoğar ölkəyə artan maraq Yaponiya ilə ədəbi
əlaqələrin artmasına və genişlənməsinə ciddi surətdə təkan verir” (1, s.31). Bundan başqa Rza
Talıbovun “Asiya ölkələri” kitabının bir fəsli bütövlükdə Azərbaycan – Yaponiya məsələlərinə həsr
edilmişdir. Kitabın “Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi maraqlı mövzular üzrə təqdim
olunur. Burada dünya syasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR,
Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi
Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə də ətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə
siyasi-diplomatik əlaqələri, təhsil sahəsində əməkdaşlığı, turizm, səhiyyə, idman, eləcə də mədəni
və ədəbi əlaqələrindən ətraflı bəhs edir (2).
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Yaponiyanın bugünkü inkişafında milli təhsilin
böyük rolu vardır. Xüsusilə litsey təhsili xalqın ədəbi zövq və şüurunu çox inkişaf etdirmişdir. Qeyd
edək ki, müasirləşmə Yaponiyanı irəli aparan başlıca amillərdən biridir.
Müasir yapon ədəbiyyatının inkişafında yapon mifologiyasının xüsusi yeri və rolu vardır. Bu
baxımdan yapon mifologiyası ilə bağlı bir sıra məqamlara nəzər salmaq məqsədəuyğundur.
Yapon ədəbiyyatının və yapon mifologiyasnın inkişafında Kintaronun özünəməxsus rolu
vardır. Kintaro (金太郎) ənənəvi yapon mifologiyasında olan bir qəhrəman adıdır. Dilimizdə
mənası “qızıl uşaq” deməkdir. Haqqında çoxlu rəvayətlər mövcuddur. Rəvayətə görə o, 956 – cı ilin
mayında Kyotoda ailə quran saray məmuru Sakata no Kurando ilə evlənən oyma ustası Jübeinin
qızı Yaeqirinin oğludur. Yaeqiri Kintaroyu dünyaya gətirmək üçün Saqami əyalətinə ailəsinin
yanına gəlmişdir. Bu vaxt onun atası Kurando Kyotoda vəfat etdiyinə görə Kintaronun uşaqlığı
Saqami əyalətində Aşiqara dağının ətəklərində keçmişdir. Təxminən 976 – cı ilin 28 aprelində
Aşiqara keçidinə gələn Minamoto no Yorimitsu ilə tanış olmuş və onun dostlarından birinə
çevrilmişdir. Sakato no Kintoki olaraq adını dəyişdirən Kintaro Vatanabe no Tsuna, Urabe no
Suetake və Usui Sadamitsu ilə birlikdə Raikonun Şitenno (mənası “öndə gələn dördlük” – X.M.)
birliyini yaratmışdır. 990 – cı ilin 28 aprelində Tanba əyalətində yerləşən Oe dağında yaşayan Şüten
Dojiyə qalib gəlmiş, 1012 – ci ilin 11 yanvarında Kyüşünü fəth etmək üçün yola çıxarkən Mimaska