- 117 -
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
QURBAN QURBANLI
Naxçıvan Dövlət Universiteti
UOT:81
“AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ”NİN SON NƏŞRİ BARƏDƏ
BƏZİ MÜLAHİZƏLƏR
Açar sözlər: Azərbaycan dili, izahlı lüğət, son nəşr, təkmilləşdirilməsi üçün təkliflər, tərtib
prinsipləri, lüğət məqalə
Key words: Azerbaijan language, explanatory dictionary, the latest publication, proposals
for improvement, principles of compiling, dictionary article
Ключевые слова: азербайджанский язык, толковый словарь, последнее издание,
принципы составления, словарная статья, предложения по совершенствованию.
XXI yüzilliyin ikinci onilliyini yaşadığımız bir zamanda, Azərbaycan lüğətcilik elminin
intensiv inkişafı dönəmində leksikoqrafiyanın nəzəriyyəsinə və təcrübəsinə yeni baxışdan yanaşmaq
zərurəti olduqca labüddür. Əslində yeni bir əlamətdar tarixi dövrə, müstəqilliyə qədəm
qoyduğumuzdan sonra Azərbaycan Respublikası hüquqi-demokratik bir dövlət kimi formalaşıb
durmadan irəliləyişlərə nail olduğundan, iqtisadiyyat, sənaye və istehsalın, habelə mədəniyyət və
elmin böyük dönüşlərə çatdığı bir dönəmdə hər bir sahədə olduğu kimi, xüsusən də dilçilik elmində
təxirəsalınmaz yeni-yeni problem və vəzifələr öz həllini gözləməkdədir.
Yüzilliklər
boyu
xalqımızın
yaddaşında,
adət-ənənələrində,
milli
mənsubiyyətində
formalaşan, nəsillərdən nəsillərə ötürülən dəyərli söz xəzinəmizin, mənəvi yatırlarımızın toplanılıb
lüğətlər şəklində gələcək nəsillərə olduğu kimi qorunub çatdırılması bu gün də çağdaş dövrümüzün
ən aktual və vacib vəzifələrindəndir. Dördcildlik “Azərbaycan dilinin izahlı lügəti”nin işıq üzü
görməsindən keçən müddətdə Azərbaycan ədəbi dilinin respublikamızın ictimai-siyasi, elmi-ədəbi,
iqtisadi və mədəni həyatında şahidi olduğumuz məlum köklü-köməcli dəyişikliklərlə bağlı çoxlu
miqdarda yeni söz, mürəkkəb adlar və ifadələr əmələ gəlmişdir. Onlar bu gün artıq həyatımıza
möhkəm daxil olmuş, dilimizin lüğət tərkibində geniş işləklik kəsb etmiş, vətəndaşlıq hüququ
qazanmış,
elmi
ədəbiyyatda,
habelə
kütləvi
informasiya
vasitələrində
intensiv
istifadə
olunmaqdadır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, son dövrlərdə Azərbaycan dilində elmin ən
yeni prioritet və habelə klassik sahələri üzrə çoxsaylı tədqiqat əsərləri, dərsliklər və başqa vəsaitlər
yazılıb nəşr edilmiş, alimlər tərəfindən bir sıra terminoloji lüğətlər tərtib olunmuş və elmi
leksikoqrafiya yaradılmış, Azərbaycan dili sözlərinin böyük bir hissəsi elmi terminologiya
səviyyəsinə qaldırılmışdır və bu gün terminoloji fondu təşkil edir.
Bəllidir ki, “Azərbaycan dilinin izahlı lüğəti” ilk dəfə 1966, 1980, 1983 və 1987-ci illərdə
dördcilddə nəşr olunmuşdur. Sonra isə Azərbaycanda latınqrafikalı əlifbaya da keçilərkən (2001-ci
ildə) bütün ədəbi-bədi ədəbiyyat, elmi-siyasi ədəbiyyat, lüğətlər, dərsliklər, klassiklərin bədii irsləri
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hissə-hissə yeni
Azərbaycan əlifbasında nəşr olunmağa başlanıldı. Ana dilimizin izahlı lüğəti də 2006-cı ildə yeni
əlifba ilə nəşr edildi, bu nəşrdə qismən düzəlişlər, təkmilləşdirmələr aparıldı. Amma müşahidələr,
- 118 -
araşdırmalar göstərir ki, xalqımızın, dilimizin bu əvəzsiz mənəvi xəzinəsi bu günümüzün,
zamanımızın tələblərinə bütövlükdə, tam mənada cavab vermir, bu lüğət həcm və sözlükdəki lüğət
məqalələrinin sayı etibarilə lüğət fondundakı söz və ifadələri tamamilə və dolğun əks etdirmir. Daha
sonra buradakı (2006-cı ilin nəşri nəzərdə tutulur) sözlərin məna tutumu və rəngarənglikləri bütöv
halda hazırki zəmanəmizin ruhunu əhatə etmir, günümüzlə səsləşmir, yenilik baxımından tələblərə
uyğun deyil, həllini gözləyən bir sıra problemlər doğurur:
1.Lüğət məqalələrində müasir Azərbaycan ədəbi dilinin orfoqrafiya normalarına və qrafik
dəyişmələrə uyğun təkmilləşmələr aparılmalıdır. Bəllidir ki, 2004-cü ildə nəşr olunmuş
Azərbaycan dilinin orfoqrafiya lüğətində Azərbaycan dilinin orfoqrafiya qaydalarından fərqli olaraq
bəzi sözlərin (feil, feili, şeiriyyət, cəfəngiyyat, cisim, əsginas, anticisim, nəqərat, münacat, təbaşir,
qığırdaqvarı, üzükvarı, zəncirvarı, alqı-satqı və b.) yazılışı fel, feli, şeriyyət, cəfəngiyat, cism,
əsginaz, anticism, nəqarət, minacat (həm də münacat kimi iki variantda getmişdir), tabaşir,
qığırdaqvari, üzükvari, zəncirvari, alğı-satqı şəklində orfoqrafiya normalarına uyğun olmadan
verilmişdir. Bu lüğətin 2013-cü il 6-cı nəşrində artıq bu sözlərin düzgün yazılışı bərpa olunmuşdur.
Əfsuslar olsun ki, “Azərbaycan dilinin izahlı lüğəti” haqqında bu sözləri demək mümkün deyil.
Çünki son nəşr, qeyd edildiyi kimi, 2006-cı ilə aiddir.
2) Azərbaycan filoloji lüğətləri üzərindəki müşahidələr göstərir ki, bir çox terminlərin
üslubi baxımdan hansı elm sahəsinə aid olmasının verilməsi, nədənsə, unudulmuş, yaxud da
göstərilməsi lazım bilinməmişdir. Konkret olaraq “Azərbaycan dilinin izahlı lüğəti”nin təhlili
göstərir ki, burada verilən termin səciyyəli sözlərin nəinki heç də hamısında onların hansı elm
sahəsinə mənsubluğu verilməmiş, eyni zamanda onlardan bəzilərinin bir neçə elm sahəsinə aid
olanları da göstərilməmişdir. Təbiidir ki, bu səbəbdən izahlarına da rast gəlmədik. Faktlara diqqət
edək: Məsələn, “Affekt” termini barədə oxuyuruq:
Affekt (lat. affectus – ruhi həyəcan) İnsanın əhvaldan və ehtirasdan fərqli olaraq güclü,
coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affektin
aradan qladırılması xeyli dərəcədə iradə gücü tələb edir ( ADİL. I c, 2006 səh.51).
Bu termin hazırda nisbətən geniş və daha dəqiq şəkildə işlənməkdədir:
Affekt.is.psix (lat. Affectus – ruhi həyəcan, çılğınlıq) bəzi insanlarda qəflətən yaranan,
nisbətən qısamüddətli, güclü və coşqun emosional vəziyyət. Psixologiya elmi affekt vəziyyətini
zorakılıq, ağır təhqir, qanunsuzluq, əxlaqsızlıq və dözülməz psixi şərait nəticəsində qəflətən baş
verən güclü ruhi həyəcan kimi müəyyən edir. Affekt vəziyyətə düşmək.
Göründüyü kimi, ADİL-in 2006-cı il nəşrində affekt termini haqqında verilən izahla bizim
verdiyimiz şərh arasında xeyli fərq var, sonrakı açıqlama həm həcmcə, məzmunca dolğundur, həm
də terminin tətbiq sahəsi müəyyənləşdirilmişdir.
ADİL-də verilmiş “abolisionizm” termini haqqında izaha da nəzər salmaqla dildə müasir
dövrdə işləndiyi məzmunu qarşılaşdıraq:
ADİL, səh.30: Abolisionizm is (lat.) ABŞ-da XVIII-XIX əsrlərdə zənciləri köləlikdən azad
etmək hərəkatı.
Bugünkü dövrün mahiyyətinə uyğun olaraq “abolisionizm” sözü barədə aşağıdakı məlumatı
çatdırmağı məqsədə müvafiq hesab etmək olar. Abolisionizm (lat.abolotio-məhvetmə, ləğvetmə).
1) Hər hansı hədsiz məhdudlaşdırıcı qanunun ləğvinə çalışan ictimai hərəkat. Abolisionizim
hərəkatı. 2) XVII-XIX əsrlərdə ABŞ-da, sonralar isə İngiltərə, Fransa və Avropanın başqa
ölkələrində köləliyin ləğvi uğrunda gedən mübarizə. Abolisionizim dalğası. Bu leksik vahidə
verilən izahın geniş və səhih olmasını hamı təsdiqləyə bilər.
Bəllidir ki, izahlı lüğətlər hazırlanarkən onlara müəyyən prinsiplər üzrə yanaşılır; belə ki,
terminlərin hansı elm sahəsinə aidliyi göstərilir (buna bənzər orfoqrafiya lüğətlərində də əməl
olunur), sözün, terminin hansı dilə mənsubluğu və mənası verilir, bu, daha dəqiq izahlara əməl
olunmaq xatirinə edilir. Təəssüf ki, Azərbaycan dilinin izahlı lüğətində gedən məqalələrin yalnız bir
qismində bu şərt yerinə yetirilir. Ümumən leksikoqrafiya təcrübəsində məqbul sayılan, qəbul olunan
qaydalar əsasən diqqət mərkəzində saxlanılır. Bu aspektən daha bir neçə nümunəyə nəzər salaq:
Aqreqat
2
is. [lat.] Maddənin üç halının – bərk, duru və qaz hallarının ümumi adı.