The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə55/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   51   52   53   54   55   56   57   58   ...   129

- 113 - 

 

 

 

 

 



НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 

 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

SƏDAQƏT HƏSƏNOVA 

Naxçıvan Müəllimlər  İnstitutu 

sedaqet_57@mail.ru 

UOT:81 

İLYAS  ƏFƏNDİYEV  VƏ ƏDƏBİ DİLİMİZ 

 

 

Açar  sözlər: ədəbi dil, üslub xüsusiyyətləri, elmi-nəzəri  fikirlər, əsaslandırmaq. 

 

Key  words:  literaru  language,  stylistic  features,  scientific-  theoretical  view  points,  to 

ground. 

 

Ключевые  слова:  литературный  язык,  стилевые  особенности,  научно-

теоретические мысли, обосновывать. 

 

 

1930-1990-cı  illər  Azərbaycan  bədii  nəsrinin  inkişafında  qabiliyyətli  qələmi,  isti  ürəyi  ilə 



fəal  iştirak  edən  sənətkarlardan  biri  də  İlyas  Əfəndiyev  olmuşdur.  Onun  Azərbaycan  ədəbiyyatının 

bədii-obrazlı  fikir  tarixində  öz  yeri  və  bu  fikrin  zənginləşməsində  öz  payı  və  xaslığı  vardır. 

Yazıçının  nəsri  süjet  sahilləri  bəlli  olmayan  böyük  və  nəhayətsiz  bir  ümman  kimi  diqqəti  çəkir  və 

burada  hər  şey  ölçülü-biçilidir,  hər  şey  qaydasındadır.  Amma  ürəyin,  hissin,  duyğunun  qaydasından 

başqa,  burada  həyatın  öz  qanunauyğunluqları  və  reallıqları  da  mövcuddur.  Onun  yaradıcılığında 

bütün  hadisə  və  əhvalatlar  ürəyin  işığı  və  istisində  yazıldığından  səmimidir,  onlar  daha  çox  həyat 

faktlarına  söykəndiyindən  gerçəkliklərdən  ibarətdir.  Onun  yaradıcılığı  maraqlı  nitq  materialları, 

monoloq,  dialoq  və  poliloqlarla  zəngindir.  Bəzən  bunların  heç  birinə  yer  verilməsə  belə,  orada 

sözlər  danışır,  dillər  danışır,  ürəklər,  hisslər,  duyğular  dilə  gəlib  dialoqa  girir.  Və  bu,  poetik 

dilçiliyimizə  yeni-yeni  töhfələr  verir. 

 

Üslublar  içərisində  qədimliyi  və  fəallığı  ilə  seçilən  bədii  üslub  digər  üslublara  da 



əhəmiyyətli  dərəcədə  təsir  edir.  Bu  proses  üslubların  bir-birinə  yaxınlaşması  və  birləşməsinə  səbəb 

olur.  Belə  ki,  ədəbiyyatımızda  elə  əsərlər  vardır  ki,  onların  üslubunu  ilk  baxışda  müəyyən  etmək 

olmur,  belə  ki,  onlarda  üslubların  sintezi  özünü  göstərir.  İlyas  Əfəndiyevin  əsərlərində  isə  ədəbi 

növlər  birləşir,  lirikliklə  epikliyin  sərhədini  ayırd  etmək  çətin  olur.  Əslində,  Azərbaycan 

ədəbiyyatına  nasir  kimi  gələn  İlyas  Əfəndiyevin  yaradıcılığında  şair  və  nasir,  realist  və  romantik 

qələmləri  birləşir.  Hadisələrin  təhkiyəsində  hisslər,  duyğu  və  düşüncələr  önə  keçir.  Bütün  bunlar 

ədəbi-bədii  dilimizə  də  öz    təsirini  göstərir  və  onun  yeni  faktlarla  zənginləşməsində,  inkişafında 

müəyyən  dərəcədə rol oynayır  ki,  bu da bir  sıra  dil  özəlliklərinin  meydana  çıxmasına  səbəb olur.   

 

Sözsüz  ki,  hər  bir  sənətkar  ədəbiyyatda  müəyyən  qədər  rol  oynadığı  kimi,  ədəbi  dilimizdə  də 



öz  sözünü  deyir,  onun  maraqlı,  zəngin  faktlarından  istifadə  prosesində  özü  də  bilərəkdən  və  ya 

bilməyərəkdən  sözü  və  ya  ifadəni  o  vaxta  qədər  bəlli  olmayan  bir  mənasında  işlədir,  yaxud  dil 

faktlarından  elə  məqamlarda  istifadə  edir  ki,  müəyyən  yeniliklərə  səbəb  olur.  Bununla  da,  ədəbi 

dilimizə  xidmət  edir.  Bu anlamda,  İlyas  Əfəndiyevin  dil-üslub  xüsusiyyətləri  diqqəti  çəkir. 

 

İlyas  Əfəndiyev  təkcə  həyat  gerçəkliklərini  təsvir  etmir,  təkcə  bir  insan  ömrü  boyunca 



gördüklərini,  duyduqlarını  danışmır,  sanki  liriklik  baxımdan,  psixoloji  cəhətdən  onları  təhlil  edir, 

bədii  söz  qalasına  yeni-yeni  daşlar  qoyur,  onu  daha  da  ucaltmağa  çalışır.  Təsadüfi  deyil  ki,  lirik-

psixoloji  üslub  deyəndə,  ilk  olaraq,  İlyas  Əfəndiyev  yada  düşür.  İlyas  Əfəndiyevin  nəsri  mənəvi-

əxlaqi  axtarışlar  ədəbiyyatıdır,  canlılıq,  təbiilik,  reallıq,  güclü  hissiyyat  bu  yaradıcılığın  mayasıdır. 

Ona  görə  də  onun  dil-üslub  keyfiyyətləri  ədəbi  dilimizdə  də  dərin  izlər  buraxmışdır.  Onun  duyğu  və 



- 114 - 

düşüncələrinin    dərinliyini  ifadə  edən  nəsri  hisslərin,  duyğuların  nəsridir,  nəsrin  lirikasıdır,  epik 

növün  lirik  nəğməsidir.  Bu  nəğməni  oxuyan  İlyas  Əfəndiyevin  özü  və  obrazlarıdır,  onların  daxili 

nitqidir,  düşündükləridir,  özünün  özü  ilə  danışığıdır...və  nəhayət,  tərənnümün  təhlilidir.   

 

İlyas  Əfəndiyevin  dilində  diqqəti  daha  çox  çəkən  bədii  təkrarlardır.  Təkrarlar  obrazlılığın 



göstəricilərindən  biri  kimi  əsərin  bədii  dilinin  qüvvətlənməsində  böyük  rol  oynayır.  Məlumdur  ki, 

təkrarlar  bədii  dilin  obrazlılıq  keyfiyyətinin  fonetik  səviyyədə  göstəricilərindən  biridir.  Onlar  bədii 

dildə  ritmik  ahənglər  yaradaraq  obrazlılığın  səviyyəsinin  yüksəlməsinə  xidmət  edir.  Bədii  üslubun 

əsas  göstəricisi  obrazlılıq  olduğundan,  onu  yaradan  vasitələr  həmişə  ədəbi  simaların  diqqətində 

olmuşdur.  Bu  baxımdan,  İlyas  Əfəndiyevin  dil  və  üslub  keyfiyyətlərindən  danışarkən  təkrarları  da 

vurğulamaq  lazım  gəlir.  Bu  anlamda,  yazıçının  yaradıcılığından  alınmış  aşağıdakı  örnəklər 

maraqlıdır: 

 

Onu  yüz  dəfə  gözümün  qabağına  gətirmişəm,  yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə 



söyləməmişəım (5, 7). 

 

Arxada  qalan  bu  böyük  şəhərə  mən  vaxtilə  necə  səssiz-səmirsiz  gəlmişdimsə,  indi  də  bu 

şəhərdən eləcə səssiz-səmirsiz  çıxıb gedirdim 5(, 9). 

 

Mən istəyirəm ki, yol uzansın, uzansın. Biz  əbədi olaraq elə beləcə gedək...(5, 12). 

 

İlyas  Əfəndiyevin  dil-üslub  faktlarındakı  özəlliklərdən  biri  budur  ki,  o,  əslində,  poeziyaya, 



lirik  növə  məxsus  olan  xüsusiyyətləri  epik  növə  gətirir.  Ona  görə  də  onun  nəsr  dili  təkcə  epik 

xarakter  daşımır,  onun  dilini  lirik-epik  dil  kimi  səciyyələndirmək  daha  düzgün  və  dəqiq  olar.  Bu 

anlamda,  daha  çox  poetik  dilin  özəlliklərindən  biri  olan  təkrarlar  yazıçının  dilindəki  lirizmi 

dərinləşdirir  və onun  təsir  və tərbiyəedici  gücünə  əsaslı  dərəcədə təsir  edir.   



Birdən  bu  kiçik  hadisə  nə  üçünsə  xəyalımı  çəkib  insanların  hələ  Yer  üzündə  yaşamadığı 

zamanlara  apardı.  Bu  geniş  çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də 

var(5, 10). 

Mənə  elə  gəlirdi  ki,  dünyada  zaman,  məkan  deyilən  şey  yoxdur,  bizim  ağlımızın  dərk  edə 

bilməyəcəyi  əbədi bir boşluq, bir intəhasızlıq  var (5, 10). 

Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir 

zaman özümü indiki kimi yalqız hiss etməmişdim (5, 8-9). 

Örnəklərdən  göründüyü  kimi,  belə  təkrar  söz  və  ifadələr  sənətkarın  dil-üslub  özəlliklərinə 

xidmət  edən  faktlardandır. 

Azərbaycan  ədəbiyyatında  bədii  üslubda  yazan  sənətkarlar  çoxdur.  “İstər  tarixən  qədimliyi, 

istərsə  də  müasir  mərhələdəki  inkişafı  baxımından  bədii  üslub  ədəbi  dilin  digər  funksional 

üslublarından  seçilir.    Azərbaycan  yazılı  ədəbi  dilinin  təxminən  minillik  tarixi,  müəyyən  mənada, 

bədii  üslubun  inkişaf  tarixi  deməkdir  (2,  253).  Buna  görə  də  bədii  üslubun  ədəbi  dil  tarixində 

aparıcı  mövqe  tutması  realdır  və təbii  proseslərdən  biridir. 

İlyas  Əfəndiyev  əsərləri  ilə  yalnız  ədəbiyyatımıza  xidmət  etməmişdir,  o,  eyni  zamanda, 

dilimizin  də  qayğısına  qalmış,  ona  yaradıcı  münasibət  bəsləmişdir.  “Bədii  dilin  gözəlliyi  üçün  ilkin 

şərtlərdən  biri  onun  yaradıcılıq  məhsulu  olmasıdır.  Gözəl  bədii  dil  ustasının  səsi  gərək  min  şairin, 

min  nasirin  səsinin  içində  seçilsin”  (1,  21).  İlyas  Əfəndiyev  belə  sənətkarlardandır.  Onun  elə  bir 

əsəri  yoxdur  ki,  dil-üslub  xüsusiyyətləri  baxımından  diqqəti  çəkməsin.  Bu  keyfiyyət  onun  əsərlərini 

bir  əsrə  yaxındır  ki,  oxunaqlı  edib,  bu  əsərlər  müxtəlif  məclislərin  müzakirə  obyektinə  çevrilib. 

Sənətkar  çoxları  tərəfindən  mənfi  hesab  edilən  obrazların  müsbət  olduğunu  qəbul  edib  və  oxucunu 

buna  inandırıb.  Sözsüz  ki,  bu prosesdə dilimizin  zənginlikləri  onun  köməyinə  gəlib. 

İlyas  Əfəndiyevin  dilində  işlənmə  fəallığını  itirmiş  sözlərdən  –  arxaizmlərdən  də  istifadə 

edilmişdir: 



Mənim  gəlişim  kimsəni  maraqlandırmadığı  kimi,  gedişim  də  qoca  Ələsgər  dayı  ilə  Güllü 

xaladan başqa heç kəsi mükəddər etmədi (5, 9). 

XX  yüzilin  1930-1990-cı  illərində  ədəbi  dilimizin  normalarını  müəyyənləşdirmək  üçün  İlyas 

Əfəndiyevin  yaradıcılıq  örnəkləri  müəyyən  qədər  material  verir.  Sözsüz  ki,  “dil  normasız 

informasiya  mənbəyinə  çevrilə  bilməz”  (7, 3). 

Böyük  sənətkarların  hamısı  dilə  xüsusi  önəm  vermişlər.  “Dil  bir  xalqın  mənəvi 

birləşməsində,  həyat  və  mübarizəsini  təşkil  etməsində  qüdrətli  bir  vasitə  və  silahdır.  Ta  qədim 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə