The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə63/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   59   60   61   62   63   64   65   66   ...   129

- 129 - 

 

 



        

 



- 130 - 

         

 

 

Rəngarəng  tembr  başlanğıcı  obrazların  xarakteristikasında  da  böyük  rol  oynayır.  Bəstəkar 



orkestrdə  meşə  səltənətinin  sakinlərinin  –  heyvanların  səslərini  ustalıqla  imitasiya  edir.  Orkestrdə 

rəngarəng  təsviri  effektlər  səslənir.   

Operanın  qəhrəmanlarının  musiqi  xasiyyətnamələrində  əsərin  qəhrəmanlarına  xas  olan 

insani  keyfiyyətlər  açılır.  Bununla  əlaqədar  bəstəkar  iştirakçıları  iki  əks  düşərgəyə  bölərək 

səciyyələndirir.  Quşlar  məkanının  sakinləri  xeyirxah  keyfiyyətlərlə  təcəssüm  olunur,  Canavar  və 

Tülkü  isə  şər  qüvvələri  təmsil  edir.  Вəstəkar  onların  ariyalarını  musiqi  məzmununa  daxil  edir: 

qəhrəman  döyüşçü  kimi  təqdim  olunan  Alabaşın  ariyası,  Tülkünün  ariya-rəqsi  və s..  

Operanın  qəhrəmanı  – Alabaş  Xeyiri  təmsil  edir.  




- 131 - 

Operanın  əvvəlində  Alabaş  monoloqla  xarakterizə  olunur;  o,  ağıllı,  təmkinli,  etibarlı 

xilaskardır. 

Alabaşın  ikinci  pərdədəki  ariyası  onun  döyüşçü  xüsusiyyətlərini  daha  parlaq  şəkildə 

təcəssüm  etdirir.  Qəhrəmanın  xarakteri  səlis  ritmli,  sıçrayışlı,  deklamasiyalı  musiqi  ilə  təqdim 

olunur.    

Şər  qüvvələrin  təmsilçisi  olan  Tülkünün  partiyası  –  leytmotivi  tonallıq  baxımından  qeyri-

sabitdir,  sanki  ehtiyatlı  hiyləgər  addımları  canlandırır,  dayaq  pillələrini  xromatik  tərzdə  sürünən 

oynaq  intonasiya  çalarları  özünü  göstərir.  Leytmotivin  ritmi  valsvaridir  (6/8  ölçüsünə  əsaslanır),  bu 

da  xalq  musiqisi  üçün  səciyyəvi  cəhətdir.  Valsın  rəvanlığı,  axıcılığı  hiyləgər  Tülkünün  hərəkətlərini, 

çevikliyi  təsvir  edir.  

Səciyyəvi  haldır  ki,  Tülkünün  partiyasında  bəstəkar  muğam  intonasiyalarından  geniş  istifadə 

edir.  Lakin  çox  zaman  Tülkünün  hiyləgər  niyyətlərini  ifşa  etmək  üçün  bu  intonasiyalar  təhrifə 

uğramış  şəkildə  səslənir.    

Tülkünün  ikinci  pərdədən  ariyası  onun  xarakteristikasında  kulminasiya  təşkil  edir.  Burada 

Tülkü  özünü  meşənin  hökmdarı  hesab  edərək sevincini  ifadə  edir.    

 

 

       



 

             

 



- 132 - 

              

 

 

Operanın  III  pərdəsində  Tülkünün  partiyasında  həmçinin,  “Qıtqılıda”  rəqs  melodiyası  da 



dəyişilmiş  şəkildə  öz əksini  tapmışdır.   

 

 



 

Operada  Canavar  harmonik  orkestr  ifadə  vasitələri  ilə  xarakterizə  olunur.  Onun  vəhşi 

hərəkətlərini,  gizli  addımlarını  əks  etdirmək  üçün  bəstəkar  bu  partiyada  dissonans  intonasiyalardan, 

əksildilmiş  və  artırılmış  akkordlardan  istifadə  edir  ki,  bu  komplekslər  də  orkestrdə  xromatik 

gedişlərlə  müşayiət  olunaraq  Canavarın  hərəkətlərini  qabarıq  surətdə  canlandırır.    

Xoruzun  instrumental  leytmotivi  surdinalı  trubalarda  tonika  üçsəsliyinin  səsləndirilməsinə 

əsaslanır.  Qırt  toyuq  isə  polifonik  quruluşlu  oxunaqlı  melodiya  ilə  xarakterizə  olunur.  Bu  mövzu 

işıqlı,  həyatsevər  səslənməsi  ilə  diqqəti  cəlb  edir.  Finalda  xorun  fuqatosu  da  bu  mövzu  əsasında 

verilir. 



- 133 - 

      


                           

           

 

 



- 134 - 

 

Beləliklə,  İ.Məmmədovun  “Tülkü  və  Alabaş”  operası  xalq  nağılları  və  təmsilləri  əsasında 



alleqorik  operaların  yaranmasına  müəyyən  təkan  vermişdir.  Bu  növ  operaların  müəyyən  janr 

xüsusiyyətlərinin  formalaşmasında  operanın  əhəmiyyətini  qeyd etmək  lazımdır.   

Eyni  zamanda  xalq  nağıl  və  təmsillərinin  qəhrəmanlarını,  heyvanlar  aləmini  canlandıran 

operaların  uşaq  operaları  kimi  xarakterizə  olunması  ənənəsi  özünü  göstərir.  Azərbaycan 

musiqisində  çox  sayda  uşaq  operaları  yaranmışdır.  Bunlardan  bəzisi  peşəkar  ifaçılar  üçün,  bəzisi  isə 

uşaqların  ifası  üçün  nəzərdə  tutulmuşdur.  Bir  sıra  operalarda  isə  peşəkar  ifaçılarla  yanaşı,  uşaqlar  da 

iştirakçılar  sırasına  daxil  edilir.   

  Bu  operaların  səciyyəvi  cəhəti  kimi  onlarda  alleqorik  ifadə  vasitələrindən  istifadə  edilməsi 

qeyd olunmalıdır.   

ƏDƏBİYYAT 

 

1.

 



С.Касимова.  Из  истории  азербайджанской  оперы  и  балета  (1908-1988гг.).    Баку, 

Адильоглы, 2006, 231 c. 

2.Асафьев  Б.В. Опера  // Советская опера, Москва, Музгиз,  1953, 71 с. 

      3. Мазель Л.А. Вопросы анализа музыки. Опыт сближения теоретического   

         музыкознания  и эстетики. М.: Советский композитор, 1978. 352с. 



- 135 - 

ABSTRACT 

                                    Inara  Maharramova 

C

HARACTERIS TICFEATURES  OF  THE  OPERA

-

ALLEGORIA 

 



FOX  AND  GUN  DOG



  OF  I

.

MAMADOV

          This  article  deals  with  an  opera  entitled  “Fox  and  Gun  Dog”  that  is  new  for  Azerbaijani  opera 

for  its  genre  features.  The  article  draws  attention  to  the  characteristic  features  of  the  opera  entitled 

“Fox  and  Gun  Dog,”  and  notes  that  this  opera  has  influence  on  the  formation  of  certain  genre 

features  in  the  new type  of operas.   

  

  



РЕЗЮМЕ 

Инара  Магеррамова 

Характерные особенности аллегорической оперы «лиса и волкодав» и.мамедова. 

В  представленной  к  вниманию  статье  рассказывается  об  опере  «Лиса  и  Волкодав», 

созданной  композитором  И.Мамедовым,  и  явившейся  новой  по  своей  жанровой 

принадлежности для азербайджанского оперного искусства. 

В  статье  выявляются  характерные  особенности  оперы,  отмечается  роль  этого 

произведения в формировании определенных жанровых особенностей опер нового типа.    

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə