- 125 -
yeniləşdirilən sözlər dilin tarixi gəlişi ─ axarından doğmalıdır. Belə sözlərin kiçik, böyük, aydın və
dumanlı qaynaqları dilin semantik əhatə dairəsində, lüğət imkanlarında olmalıdır”(8 .-49).
Rəsul Rzanın söz dünyası ucsuz-bucaqsız bir aləmə bənzəyir, bu aləm oxucunu əsrarəngiz,
sehrli şerlərin qanadında zaman və məkan xaricində səyahətə aparır. Dalğalar bizi keçmişə,
gələcəyə, göylərə, ülvi təmizliyə qaldırır. Biz ”insan xəritəsi”ndəki acı izlərlə tanış oluruq,
“nəhayətsiz boşluqda, kiçik bir insan adası”nda insanın qüdrətini görürük, ümid, şübhə və kədərlə
söhbət edirik, hər canlının“yarpaq tökümünü”,“işıqların üşüməsini”görürük... Şairin poeziyamıza
gətirdiyi yeni sözlərin çoxu milli sözlərimizin əsasında yaradılmışdır:
Planşetdən çıxarır
məhkumların sadalağını (3.173)
Ağır çəkilim yolu
başladı yığın-yığın insanın (7,39)
Dolaşıq düşüb duyum yolları (7,19)
Poladı çilik-çilik sındırar
güclü
basım (7,46)
Rəsul Rza söz yaradıcılığında milli sözlərdən əlavə alınma sözlərə də müraciət etmişdir.
”Şairin yaratdığı sözlərin bir qisminin əsasında alınma sözlər durur:
Cazibə ─ çəkim; vaxt ─ vaxtdaş; dünya ─ dünyadaş; zaman ─ zamandaş;
həmkar ─ işdaş.
İkinci qrupa isə “əynəm” (trafeytoriya), “duyumönü” (intuisiya) sözlərini göstərmək olar”
(2,71).
Söz yaradıcılığının qayda-qanunlarına gözəl bələd olan şair, sözlərin sadəliyinə,
yığcamlığına, dilə uyumluluğuna xüsusi diqqət göstərirdi. Yalnız bu qəlibdən olan sözlər geniş
oxucu kütləsi tərəfindən qəbul olunub, təsdiqlənərdi. “Yeni kəlmə, tərkiblərin işlənməsində yaradıcı
prinsip olmalıdır. Dilə gərək olan, uyar olan, dilin qəhətliyini doldura bilən sözlər qalacaq,
olmayanlar lazımsız bir şey kimi sıradan çıxacaq. Belinskinin sözləri ilə desək, “...dilin dühası
yazıçılardan daha ağıllıdır. Nəyi saxlamaq, nəyi tullamaq lazım olduğunu bilir” (8, 49).
Rəsul Rza morfoloji yolla söz yaradıcılığında -daş, -çı,- ın, -lıq və s. şəkilçilərdən istifadə
edərək dilimizdə ehtiyac duyulan yeni söz variantlarının yaradılmasına nail olmuşdur:
Nə cavabçı olacaq,
nə də yetim (7, 50).
o vaxtın gündaşı ,ildaşı
Bu günün gərəkli vətəndaşı! (7, 92)
Göyün üzü ulduzluqdur,
dənizin üzü
ulduzluq (7, 51).
Ətrafım qalabalıq-
xatirə,
gözləm, bilik (4, 162).
Aşağıda nümunə gətirəcəyimiz bədii parçalarda şair dilimizdəki bəzi sözlərin antonimini
yaratmaq üçün yeni sözlərə müraciət edir. Sözsüz ki, bu qəbildən olan sözlərin bəziləri sırf fərdi
üslubiyyatdan doğan söz ehtiyacından qaynaqlanır:
İnsan da var-çalışır
yoxaltsın bu dünyadan
qara günlərin
- 126 -
matəmli sərgisini. (4,.124).
Topalaşırdı könüldaşlar
bu “
Antiqeybətliyə"(7,8).
Sənətkarın özünün də qeyd etdiyi kimi, məhz yaradıcı prinsipin əsasında sözlər ifadə etdiyi
mənanın hüdudunu aşaraq, eyni məfhumla bağlı bizim görə bilməyəcəyimiz incə və gizli məqamları
işıqlandırır, fərqli fəlsəfi-poetik təəssüratlar yaradır:
Paslı qan yerə hopur;
əyri-dolay sızqovlarla
qar üstündə
yazıb, qaynar döyüşün
saatlığını, dəqiqəliyini.(7,50)
Rəsul Rza sintaktik yolla söz yaradıcılığının imkanlarından da səmərəli bəhrələnmişdir. Bu
qəbildən olan sözlərin yaradılmasında əşya və ya hadisələr arasında olan oxşarlıq, müəyyən
əlamətlər, onların daşıdığı rol, məna və s. əsas götürülsə də, bu işdə yaradıcı təxəyyülün də yeri
əvəzedilməzdir. Yaradıcı təxəyyülün, insan fantaziyasının, dünyabaxışının inkişafı nəticəsində
sözlər öz ibtidai qəlibindən çıxaraq, mürəkkəbləşməyə və məcazlaşmağa başlayır, əks halda,
mürəkkəb sözlər adi birləşmədən başqa bir şey olmazdı. Rəsul Rzanın yaradıcılığında da mürəkkəb
sözlər standart çərçivələrin hüdudunu aşır:
Ondördlük Ay
girdi bulud dalına,
paraböyür göründü (3,3).
“Pərvanəbel təyyarə” endi,endi,
qondu polad meydançanın ortasına (3,25).
Rəsul Rzanın dilimizə gətirdiyi yeni ifadələr də maraq doğuran məsələlərdəndir. “Rəsul Rza
məna tutumu ilə diqqəti çəkən maraqlı ifadə yaradıcılarından biri kimi dilimizin sintaksisinə də
qayğılı münasibət bəsləmiş,onu söz birləşmələri ilə zənginləşdirmişdir. Şairin yaratdığı birləşmələri
yalnız sintaktik baxımdan qiymətləndirmək düzgün olmaz. Onlar həm də dilimizin üslubiyyatına
xidmət etməkdə dəyərlidir. Rəsul Rza dilimizin bilicisi və sevəni kimi ifadə sənatkarlığında da
gözəl bir məqsəd daşımış, dilimizin gözəlliyini bildirməyi bacarmayan alınma ifadələrin millilərlə
əvəzlənməsini təmin etmişdir” (1,147).
ömrü gödəltməsəydi
maşın adamlar.(3,10)
Müasir
sivilizasiyanın və iş həyatının“proqlamlaşdırdığı”duyğusuz insanlara müracətlə
”maşın adamlar”, eləcə də,”ağıllı qapılar”,”ağıllı maşınlar” ifadəsi poeziyamızda bir yenilikdir.
Şairin yaradıcı təfəkkürü zamanın halqasını qıraraq, bu tipli cəsarətli ifadələrlə insanlara gələcəyi
göstərir. Aşağıdakı ifadələr də Rəsul Rzanın dilinə məxsusdur: qara buludların qarmağı,
Yaponiyanın ildırım qarğaları, pəncərəsində günəşin yaylığı , yarım dost, çörək dostu, göynək
pəncərəsi , küləyin dodağı, alnında ağır günlərin naxışı,vaxtın damlaları yığılır, zaman gölü olur,
kosmik buludların mavi dumanı, vaxt axarının geri yönü, səbpərə fənərin korgöz işıltısı, sərhədlə
kilidlənmiş ölkələr, istək dustaqlığı, imkan dustaqlığı ,dərya-dərya imkanlardan verilən nemət
cirəsi, pay qaşığı, çinar çadırları,”poeziya qartalı”, duman duvağı, Məcnun saçlı budaqlar, insan
sürücülü polad ley ,matəmli sərgi,od qamçılar, göy qırmanclı dalğalar, nikotinli can yağıları,
ruhumda fanar yandırdı, barmaqucu yaddaş, insanlıq duzu, bərabərlik duzu, dil dustağı, göz
dustağı, fikir dustağı ,beynimin qarışıq dalğaları, ən yaxın dəqiqənin qarşı sahili , pasportsuz
kədər, əriyir gündüzün rəngi, tarixin körpüsüz yolları, həyatla döyüşən duyğuların qırğını ,paxıllıq
da qocalır, dodaqlar çırmanır, qəliblənmiş səadət, icazəli cəsarət, qanun adlı qəlib ,təəssüf rəngli
gözlər, ildırım çıraqları, ümid qırığı, fikrin haçalanması, ümid toranı,rənglərin qarışıq quraması,
görüm dünyasının payıza bükülməsi, beynin ekranı,yetimlik rəngi , ömrün dəqiqələrini, saatlarını
qoparan kəlbətin günlər, xatirə dalğası, ümidlərin nigaran ölkəsi, imkansızlıq hasarı, intizar rəngi,