The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə58/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   54   55   56   57   58   59   60   61   ...   129

- 119 - 

Altruizm  [fr.]  Başqasının  naminə,  təmənnasız  olaraq,  öz  mənafeyini  qurban  verməkdən 

ibarət  əxlaqi  prinsip. 



Asketizm  [  yun.askeo-cəhd  edirəm]  Əxlaqi  və  yaxud  dini  ideala  çatmaq  məqsədilə  Yer 

üzərindəki  nemətlərdən  son  dərəcə  imtina  edilməsi  ilə  səciyyələnən  davranış  prinsipi  və  həyat  tərzi 

[1]. 

Dördcildlik  izahlı  lüğətdə  etnoqrafizm  kimi  göstərilən  sözlər  yalnız  toy  mərasimi  ilə  bağlı 



mənalar  ifadə  edən  leksemlərin  təqdimi  ilə  kifayətlənilmişdir.  Halbuki  leksikoqrafik  baxımından 

hər  bir  etnoqrafizm  növünün  (bunlarsa  çoxçeşidlidir:  geyim  və    yemək  adları,  bütün  mərasimlərə 

aid  söz  və  terminlər  və  s.)  aid  olduğu  üsluba  uyğun  işarələrlə  lüğətdə  göstərilərsə,  daha 

məqsədəuyğun  olardı.  Yəni  toy  leksikası  toy,  yas  leksikası  yas,  mifoloji  leksika  mif.,  dini  sözlər  din 

və  s.  Etnoqrafiyaya  aid  elmi  terminlər  aid  olduğu  elmi  sahəni  göstərmək  məqsədilə  yalnız  etnoqr. 

üslubi  işarəsi  ilə  verilə  bilər. 



3)  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  bəzən  sözlərin  etimologiyasının  verilməsində 

vahid  prinsipə  əməl  olunmamışdır.  Məsələn,  arfa  leksik  vahidi  alman  mənşəli  göstərilmişdir: 

Arfa  [alm.]  mus.  Üzərinə  simlər  çəkilmiş  böyük  üçbucaq  çərçivə  şəkilli  barmaqla  (misrabsız) 

çalınan  musiqi  aləti”.  Halbuki  arfa  sözünün  yunan  mənşəli  olması  açıq-aydın  bir  həqiqətdir.  Bunu 

mübahisəsiz  qəbul  etmək  gərəkdir. 

İzahlı  lüğətdə  ballada  musiqi  termininin  fransız  mənşəli  olduğu  bildirilir:  “Ballada  [fr.]  2. 

mus.  Əsasən,  rəvayət  mahiyyətində  olan  oxunulan,  ya  çalınan  musiqi  əsəri  növü.  Keçmiş  bir 

hadisəni  kiçik  bir  hekayə  şəklində  nəql  edən  musiqi  əsərlərinə  “ballada”  deyilir.  Ə.Bədəlbəyli”. 

Əslində  leksik  vahid  Fransanın  cənubunda,  İtalya  və  İspaniyanın  müəyyən  əyalətlərində  yayılmış, 

etnik  azlıq  hesab  edilən,  hind-Avropa  dillərinin  roman  qrupuna  aid  olan  oksitan  dilindən 

götürülmüşdür.  M.Fasmer  öz  lüğətində  bu  leksemin  əvvəl  balad  şəklində  olduğunun  və  alman 

dilindən  fransız  dilinə  keçdiyini  göstərir  [2,  s.117].  V.Dal  isə  bu  sözün  Şotlandiya  mənşəliyini 

bildirir. 

İzahlı  lüğətdə  aerologiya  termini  rus  mənşəli  kimi  göstərilir:  “Aerologiya  [rus.]  Havanın  üst 

təbəqələrinin  fiziki,  kimyəvi  və  başqa  xassələrini  tədqiq  edən  elm”.  Dağçılıq  termini  olan  bu  söz 

yunan  mənşəli  aer  –  “hava”  və  logos  –  “söz,  təlim  (a.  miningaerology;  n.  Aerologieim  Bergbau;  f. 



aerologiedesmines;  i.  Aerologna  de  minas)  sözlərinin  birləşməsi  olub  “hava  haqqında  elm” 

deməkdir  [3,  s.  65].  Bu  elmi  sahə  mədən  və  karxanaların  atmosfer  xüsusiyyətlərini,  dağ 

mədənlərində,  karxanadaxili  məkanda  və  ona  bitişik  ərazidə  havanın  hərəkət  qanunauyğunluqlarını, 

qaz qarışıqlarını,  toz və istinin  yerdəyişməsini  öyrənir  [4]. 

Beləcə,  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  aeronavt,  aerostat    kimi  yunan  mənşəli 

mürəkkəb  sözlər  də  nədənsə,  rus  mənşəli  olaraq  verilmişdir.  Aeronavtaer  –  “hava”  və  nautes  – 

“üzən”  sözlərinin  birləşməsindən  yaranıb,  hərfi  tərcüməsi  havada  üzən  deməkdir.  Aerostat  isə  aer  – 

“hava”  və  states – “dayanan”  havada  uçan  aparat;  hava  şarı”  [5]. 

Daha  sonra  lüğətimizdə  verilən  “klapan”  sözü  barədə  də  bir  neçə  kəlmə  demək  istərdik. 

Texniki  termin  olan  klapan  alman  mənşəli  klappe  sözündən  alinmadır  [3].  “Azərbaycan  dilinin 

izahlı  lüğəti”ndə  bu leksemin  etimologiyası   

verilməmişdir:  “Klapan  is. Maşın  motorunun  hissələrindən  biri”. 



4)  Leksik  vahidlərdəki  semantik  dəyişikliklərin  lüğət  məqalələrində  çoxmənalılıq 

ardıcıllığı  ilə  əks  etdirilməsi.  XX  əsrin  60-cı  illərinə  qədərki  lüğət  fondunun  təzahürü  olan, 

dövrünün  ən  samballı  və  ilk  izahlı  lüğəti  olan  dördcildlik  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə 

yaşadığımız  XXI  əsrin  ikinci  onilliyində  zamanın  tələblərindən  doğan  dəyişikliklərin  aparılması 

zərurəti  qaçılmaz  bir  həqiqət  kimi  leksikoqraflarımızın  qarşısında  durur.  Dilin  təbii  inkişafı  nəinki 

yeni  sözlərin  yaranması  və  alınması  prosesinin  müşayiəti  ilə  baş  verir,  eyni  zamanda  artıq  mövcud 

sözlərimizin  denotat,  siqnifiqat  və  konnotasiyalarında  baş  verən  müxtəlif  dərəcəli  dəyişikliklərlə 

xarakterizə  olunur.  Bu  həm  omonimik,  həm  də  polisemik  planda  baş  verə  bilir.  Məsələn,  adapter 

lekseminin  izahlı  lüğətdə  bu  gün  qüvvədə  olan  müasir  anlamı  deyil,  texniki  termin  kimi  dövrümüz 

üçün  aktual  olmayan  mənası  verilmişdir:  “Qrammofon  (patefon)  valının  səsini  reproduktor 

vasitəsilə  vermək  üçün  elektromaqnitli  cihaz.”  Adapto  latın  sözündən  olub,  ingilis  dilində  “adapter 




- 120 - 

–  qururam,  düzəldirəm”  mənalarını  və  “qurğuları  birləşdirən  alət”  anlamını  daşıyır.  Müasir  dövrdə 

adapter  sözünün  işlənmə  sahəsi  isə olduqca  genişdir: 

Şəbəkə  adapteri  =  şəbəkə kartı  (kompüterdəki  interfeyslərin  genişləndirilməsi); 

Elektrik  adapteri,  qida  adapteri  –  qida  bloku  (bir  qurğudan  digərinə  elektrik  enerjisini  təchiz 

edən elektrik  cihazı);  elektrik  enerjisi  yükləyicisi. 



Fotoaparata  əlavə  kaset  olan  adapter  (onun  köməy  ilə  işığahəssas  materiallardan  istifadə 

etmək  mümkündür); 



Keçid  adapteri  (müxtəlif  standartlı  birləşdirmə  başlığı  olan,  iki  optik  cihazı  birləşdirmək 

üçün  lazım  olan  keçid  vtulka,  halqa  və  ya  flans).  Məsələn,  fotoaparatı  teleskopa  və  ya  mikroskopa 

birləşdirən  adapter  və s. 

Zənnimizcə,  adapter  sözünün  semantik  paradiqmi  izahlı  lüğətdə  aşağıdakı  şəkildə  əks 

olunmalıdır: 

Adapteris.  [lat]  inf.tex.    1.  Bir  qurğudan  digərinə  elektrik  enerjisini  təchiz  edən  elektrik 

cihaz.  Elektrik  adapteri,  qida  adapteri,  qida  bloku.  2.  Kompüterdəki  interfeyslərin  genişləndirilməsi 



şəbəkə  adapteri,  şəbəkə  kartı.  3.  Fotoaparata  əlavə  kaset  olan  adapter  (onun  köməyi  ilə  işığahəssas 

materiallardan  istifadə  etmək  mümkündür).  4.  Keçid  adapteri  (müxtəlif  standartlı  birləşdirmə  başlığı 

olan,  iki  optik  cihazı  birləşdirmək  üçün  lazım  olan  keçid  vtulka,  halqa  və  ya  flans).  Məsələn, 

fotoaparatı  teleskopa  və  ya  mikroskopa  birləşdirən  adapter  və  s.  5.  köhn.  Qrammofon  (patefon) 

valının  səsini  reproduktor  vasitəsilə  vermək  üçün  elektromaqnitli  cihaz. 

“Azərbaycan  dilinin  izahlı  lüğəti”  möhtəşəm  bir  dil  abidəsidir.  Onu  tam  mənada  yenidən 

yaratmaq,  ən  azından,  təkmilləşdirmək,  zənginləşdirərək  gələcək  nəsillərə  çatdırmaq  ağır  və  gərgin 

zəhmət  tələb  edir.  Bunun  üçün  lüğətçilər  ordusu  bütün  səy,  bacarıq  və  gərgin  əməklərini  sərf 

etməlidir.  Bu  söylədiklərimiz  isə  qarşıda  duran  məsələlərin  heç  də  hamısı  deyil,  müəyyən  bir 

hissəsidir. 

Biz  belə  bir  qənaətdəyik  ki,  “Azərbaycan  dilinin  izahlı  lüğəti”nin  təkmilləşdirilməsi  həm 

qrafik,  həm  leksik,  həm  də  semantik  planda  baş  verməli,  yeni  dövrün  tələblərinə  bütünlüklə 

uyğunlaşdırılmalıdır. 

ƏDƏBİYYAT 

 

1.Azərbaycan  dilinin  izahlı  lüğəti.  Dördcildlik.  Bakı,  “Şərq-Qərb”  nəşriyyatı,  2006. 

2.Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti.  Bakı,  2004, 2013. 

3.Bədəlbəyli  Ə. İzahlı  monoqrafik  musiqi  lüğəti  . “Elm”  nəşriyyatı,  Bakı,  1969. 

4.Даль  В.  Толковый  словарь  живого  великорусского  языка.  –  т.  1,  Москва,  ОЛМА-

ПРЕС, 2002. 

5.Фасмер М. Этимологический словарь русского  языка.  –Москва, Прогресс, 1986. 

 

 



ABSTRACT 

Gurban  Gurbanly 

Some views on the latest publication   of the Azerbaijani  explanatory  dictionary 

The  article  looks  through  the  latest  publication  of  the  Azerbaijani  explanatory  dictionary  and 

analyzes  general  structure  and  principles  of  compiling.  The  author  puts  forward  some 

considerations  and  proposals  for  the improvement  of this  explanatory  dictionary. 



 

РЕЗЮМЕ 

Г.Гурбанлы 

Некоторые соображения о последнем издании Толкового словаря азербайджанского 

языка 

В  статье  рассматривается  последнее  издание  «Толкового  словаря  азербайджанского 

языка», анализируются его общая структура и принципы составления. В ней обосновывается 

ряд  соображений  и  предложений  автора  в  отношении  дальнейшего  совершенствования 

рассматриваемого словаря азербайджанского языка. 

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə