- 138 -
Muğamda təcəssüm etdirilən bədii obrazların aliliyi emosional məzmunun incəliyi, ucalığı
ilə seçilir. Muğamlarda bir emosional durum uzun müddət ərzində bütün nüansları və inkişafın
xarakterik dinamikası ilə dərin və aydın tərzdə ifadə olunur. Çünki muğam dünyanın vahidliyinin
dərki üzərində qurulmuşdur və mahnı-rəqs janrlarından fərqli olaraq onun funksiyası son dərəcə
bədii estetik mahiyyətlidir.
Qeyd etmək lazımdır ki, başqa xalqlardan fərqli olaraq Azərbaycan muğamlarında
improvizasiya başlanğıcı özünü daha dolğun büruzə verir. İfaçı yüksək yaradıcılıq təşəbbüsü
göstərərək bəzən hətta yeni melodik material da yaratmağa qadirdir. Belə hallarda hər muğam üçün
nəzərdə tutulmuş qanun çərçivəsində ifaçının qabiliyyəti və istedadından, eləcə də zövqü və
fantaziyasından asılı olaraq, ifa etdiyi muğamlara yeni keçidlər, modulyasiyalar, yeni variantlar,
formalar, üsullar tətbiq edilir. Məhz buna görə də daha artıq yaradıcılıq təşəbbüsünə malik muğam
ifaçıları, eyni zamanda, bu janrın yaradıcıları da hesab olunurlar.
Muğamların
mövzu dairəsi əsasən lirik-məhəbbət, fəlsəfi, xəyalpərəst mövzularla
müəyyənləşir. Məhz bu səbəbdən Şərq ədəbiyyatı klassiklərinin – Nizami, Füzuli, Nəsimi, Xaqani,
Vidadi, Vaqif, Səməd Vurğun, Əliağa Vahidin və başqalarının qəzəlləri muğamların poetik mətnini
təşkil edir.
İlk baxışdan mahnı-rəqs janrları kimi muğamlar da şifahi ənənəsi çərçivəsində qalaraq bütün
xalq musiqi ilə vəhdət təşkil edir. Lakin muğamlar ladın daha yüksək səviyyədə təşkilinə və
melodiyanın inkişafına malik olduqları üçün daha böyük ifaçılıq vərdişləri və mədəniyyəti tələb
edirlər.
Aşıq yaradıcılığı kimi muğamlar da geniş tamaşaçı kütləsi qarşısında xüsusi ifa üçün
nəzərdə tutulduğundan mahnı və rəqsdən fərqlənirlər. Muğam üslubu üçün xarakterik olan
konsertlik xüsusiyyəti onu folklor janrlarından fərqləndirir.
Şifahi ənənəyə əsaslanan Azərbaycan professional musiqisinin müəyyən bir qismini “Zərbi-
muğamlar” adlanan instrumental-vokal muğamlar təşkil edir. Vokal partiyasının improvizasiyalı
hissəsinin dəqiq metrik ritmlə müşayiəti – “Zərbi-muğam”ların fərqləndirici xüsusiyyətlərindəndir.
Bu zaman xanəndə müşayiət edən ansambllarda başqa alətlərə nisbətən zərb alətlərinə, dəf və
nağaraya üstünlük verilir.
Zərbi-muğamlar sayca çox deyildir. Bunlar “Heyratı”, “Kərəmi”, “Ovşarı”, “Mənsuriyyə”,
“Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi şəms”dir. “Qarabağ şikəstəsi” xüsusi
populyarlıq qazanmışdır.
Zərbi-muğamların vokal partiyaları üçün reçitativin əksər hallarda yüksək reqistrdə
başlanan zəngin ornamentli oxunaqlı melodiyalarla növbələşməsi səciyyəvidir. Xanəndənin
metrritm baxımından sərbəst muğam partiyası, əsasən 2 vəznli, dəqiq metroritmə malik cəld
müşayiətin fonunda səslənir. Müşaiətin mühüm faktoru, bir qayda olaraq, ostinat ritm formulanın
metroritmik sabitliyidir.
Zərbi-muğamlarda tez-tez polifoniya elementlərinə rast gəlmək olar. Bu da müşayiətdəki
səslərin metroritmik sərbəstliyindən irəli gəlir. Belə ki, xanəndəni müşayiət edən ansamblda
alətlərdən biri digərlərindən ayrılaraq, gah vokal partiyasının kiçik hissələrini təqlid edir, gah da
unison şəklində ümumi səslənməyə qarışır və müşayiətlə təzadlıq yaradır. Məhz bununla əlaqədar,
ansambl alətləri arasında təzadlı polifoniyaya malik hissələr yaranır.
Azərbaycan qədim və son dərəcə zəngin folklor ənənəsi, şifahi xalq yaradıcılığı olan bir
ölkədir.
ƏDƏBİYYAT
1. İsmayılov M.S. Azərbaycan xalq musiqisinin janrları. Bakı, 1960
2.
Qasımova S. Azərbaycan musiqi ədəbiyyatı. “Adiloğlu”, Bakı, I hissə, 2009, s. 46-50
3.
Zöhrabov R. Muğam. Bakı, 1991.
4. Babayev E. Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri. Bakı, 1998,
səh. 5.
3.
Амиров Ф. В мире музыки. Баку, 1983
- 139 -
4. Абасова Э. А. Азербайджанская музыка // Музыкальная энциклопедия / Под ред. Ю.
В. Келдыша. — Москва: Советская энциклопедия, 1973—1982.
5. Беляев В.М. О музыкальном фольклоре и древней письменности. М.: Советский
композитор, 1971, с. 108-162
6. Энциклопедия азербайджанского мугама. Баку: Фонд Гейдара Алиева, 2012, 264 с.
7. Аббасов А. Дж. Мугам // Музыкальная энциклопедия / Под ред. Ю. В. Келдыша.
Москва: Советская энциклопедия, 1973—1982
ABSTRACT
Valida Huseynova
PROFESSIONAL ORAL GENRES OF MUSIC - MUGHAM
The article refers to professional oral genre of music - about mugham. Mugham or mugham -
one of the major genres of traditional music of Azerbaijan, multipart vocal and instrumental work.
Mugham - it is also a common name frets Azerbaijani music. Mugham characteristic type of
melodic improvisation based deployment certain mugham-fret. Mugham performed as a fully
(destgakh) and in parts singer-soloist (singers) with instrumental accompaniment or as a solo
instrumental works. Azerbaijani mugham is considered a kind of music-making practice, common
in the cultures of the Middle East. In the early periods of mugham was studied as part of a single
musical tradition along with Arabic and Turkish maqam, Persian destgyahom and other local
representatives of the Mugham makamnoy tradition, and was not associated exclusively with the
Azerbaijani culture. However, theoretical and musical works of Azerbaijani mugham masters have
created an opportunity to get acquainted with the Western listener mugham as a part of modern life
of Azerbaijan. In 2008, UNESCO declared the mugham one of the masterpieces of the oral and
intangible heritage of humanity.
РЕЗЮМЕ
Валида Гусейнова
ПРОФЕССИОНАЛЬНЫЙ УСТНЫЙ ЖАНР МУЗЫКИ – МУГАМ
В статье говорится о профессиональном устном жанре музыки – о мугаме. Мугам или
мугамат — один из основных жанров азербайджанской традиционной музыки, многочастное
вокально-инструментальное произведение. Мугам — это также общее название ладов
азербайджанской музыки. Мугаму характерен импровизационный тип мелодического
развертывания на основе определенного мугам-лада. Мугам исполняются как полностью
(дестгях), так и по частям певцом-солистом (ханенде) с инструментальным сопровождением
или в виде сольных инструментальных произведений. Мугам считается азербайджанской
разновидностью практики музицирования, распространенной в культурах Ближнего и
Среднего Востока. В ранние периоды мугам изучался в качестве составляющей единой
музыкальной традиции наряду с арабским и турецким макамом, персидским дестгяхом и
другими локальными представителями мугамо-макамной традиции, и не ассоциировался
исключительно с азербайджанской культурой. Однако теоретические и музыкальные труды
азербайджанских
мастеров
мугама
создали
возможность западному слушателю
познакомиться с мугамом, как с частью современной жизни Азербайджана. В 2008 году
ЮНЕСКО объявило мугам одним из шедевров устного и нематериального культурного
наследия человечества.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İ.Məhərrəmova