The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə68/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   64   65   66   67   68   69   70   71   ...   129

- 145 - 

Foto 5. 1.Şəki  Xan sarayının  aynalı  eyvanı və 2.Sarayın  daxili  divarında  qoyulmuş  buxarı 

 

Yalnız  bəzi  elementlərin  ortasına  tünd  terrakota  rəngi  daxil  edilib.  Bu  növ  rəngli  əlavələr 

ümumi  monoxrom  çərçivəyə    əlavə  edilmiş  rəngli  daşlardan  yaranan    tək-tək    calaq  kimi 

görünür.   

Sarayın  cənub  tərəfə  baxan  fasadı  tərəfindən  birinci  mərtəbədə    əsas  otaqlara  giriş  iki 

binanın  eninə  yerləşən  iki  koridora  bənzəyən  otaqdan  mümkündür.  Onların  qapıları    arkın  

konfiqurasiyasının  arasına    salınmış  sıyırma  açılan  şəbəkədən    ibarətdir.  Həmin    giriş  

kompozisiyası   ikinci   mərtəbənin   səviyyəsində  də  təkrar  olunur.   

Lakin  burada    bu  artıq    giriş  deyil,  kiçik,  nisbətən    sadə  taxta    məhəccərlə    çəpərlənmiş 

lociyadır.  Bu  lociyanın  yarımgünbəzinin  stalaktitləri  güzgülərlə  örtülüb,  və  bu  da  bütövlükdə  

kiçik  olan  portal  elementinin    görünüşünə    xüsusi  yaraşıq    verir.    Birinci    yarusun    arkında 

(lociyanın  altında)  stalaktitlər    güzgü  parçaları    ilə      üzlənməyib.  Odur    ki,  onlar  sadədir,    lakin  

adi    yaşayış  evlərində  yaxud    şəhərin    başqa    tikililərində    işlənən    oxşar  detallarla    müqayisədə 

daha  mürəkkəbdir.  Stalaktitin  hər    zehinin    səthi  oxra  rəngində    gil  kütləsi    ilə      xüsusi  səliqə  ilə  

suvaqlanıb.    Detalların      tinlərinin      konturları    saf  ağ  rəngdə  ensiz    lent  ilə    haşiyələnib.  

Uzaqdan      bu  ağ  rəng    parlaq    ajur  tor  kimi  görünür  və  yuxarı  stalaktit  güzgü  günbəzlə  çox 

orijinal  bir  ahəng   yaradır.   

 

    



 

Foto 5. 1.Şəki  Xan sarayının  daxili  divar  rəsimləri 

 

 Planın  eyni  simmetrik  quruluşunu  əks  edən  fasadın  simmetrik    kompozisiyasında  

göstərilən   lociya  və  girişlərin  detalları  da, artıq  qeyd  olunduqu  kimi  iki  dəfə  təkrar  olunur.   

Onu  da  qeyd  etmək  lazımdır  ki,    adı  çəkilən  koridorlar,  zallardan    və  yan  otaqlardan 

fərqli  olaraq    özünün  əsas    uzununa

   


yerləşən

 

divarlarında    və  şimala  baxan 



 

bayır


 

  tərəfdə    heç 

bir    bədii  tərtibata    malik  deyil.    Ola  bilsin  ki,    binanın    tərtibatı    axıra  yetirilməmişdi,  ya  da    bu  

tərtibat  bilərəkdən,  müəyyən  bir  məqsədlə  yarımçıq  qoyulub.  Həmin  məqsəd  də,  saraya    gəlib 

baxan    insanların    həyətdən  əvvəlcə  ara  otaqlara  və  tədricən  sarayın  əsas  zallarına    keçdikcə, 

onun  təsuratının    sadə  tərtibatın    təmtəraqlı  tərtibatla    növbələşməsi  üzərində  yaranmasından 

ibarət  idi. 

Həqiqətən,    tamaşaşı,  hətta  saraya  ötəri  baxandan  sonra,  onu  yaradan  ustaların  

fantaziyasının  zənginliyinə,  incə  zövqünə  heyran  qalır.  Burada  müxtəlif  rənglərə,    qızıl  suya  , 

güzgülərə,  vitraja,    xalq  memarlıqı  və  xalq  tətbiqi  sənətinin      o  dövr  üçün    xarakterik  olan  bir 

çox    başqa  elementlərinə  böyük  yer  ayrılır.  Bununla  yanaşı,  bu  cah-cəlal  özünün    müxtəlif 

dekorativ  üsulların  rəngarəngliyi  ilə    insanı  sıxmır,  təzyiq  etmir.  Əksinə,  bütün  otaqların  

yaruslara    eyni    şəkildə  bölünməsi,  iki  yuxarı  yarusun  isə  öz  növbəsində    pannolara  bölünməsi 

çox  nadir  və  gözəl  mənzərə  yaradır.  Pannolar    orta  yarusda    tamamilə      divar  naxışları  ilə  

bəzənmiş    taxçalarla    növbələşir.  Daha  sonra      stalaktit  keçidin      divar  naxışları    ilə  örtülmüş 

tavanın  bütöv  ornamentləşməsi  də  diqqəti  cəlb  edir  (6,səh.242-245).  Bütöv  bu  mənzərədə  hər 

detal,  xüsusən  də  ornamentlər,  onların  düzülüşü,  yerləşdirilməsi  və  rəngləri  də  diqqətə  və  təsvir  

olunmaqa   layiqdir. 




- 146 - 

ƏDƏBİYYAT 

 

1.

 



Şəki  xan  sarayı  250  il.  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi,  Şəki 

şəhər  İcra Hakimiyyəti,  Şəki, 2013, 12 s. 

2.

 

Salamzadə  Ə., Məmmədzadə  K. Şəkinin  memarlıq  abidələri.  Bakı,  ELM, 1987, 136 s. 



3.

 

İradə  Rövşən.Şəki  yaşayış  evlərinin  interyeri  (XVIII  ə.sonu-XX  ə.əvvəlləri).  Bakı,  ELM, 



2008, 152 s. 

4.

 



Celal  Esad Arseven.  Türk  Sanatı.  İstanbul  Murat  Matbuaacılıq,  1970, 182 s. 

5.

 



Salamzadə  Ə.,  Məmmədzadə  K.  İsmayılov  M.  Şəki.Tarixi  Memarlıq  oçerki.  Bakı,  ELM, 

1988, 238 s. 

6.

 

Azərbaycan  İncəsənəti.  X.Azərbaycan  SSR  Milli  Elmlər  Akademiyası  nəşriyyatı.  Bakı, 



1964,164 s. 

ABSTRACT 

Gulnara  Kanbarova 

Serap Bulat 

Architecture  Sheki Khan's  Palace 

           Article  is  devoted  to  the  history  of  building  and  architecture  of  the  Khan's  palace  in  Shaki, 

located  in  the  northeastern  part  of  Sheki,  which  was  built  during  the  reign  of  Mohammed  Hussein 

Khan  in  1758-1780,  Has  conducted  an  analysis  of  patterns  of  internal  and  external  walls  of  the 

Khan's  Palace  of Shaki. 

РЕЗЮМЕ 

Гюльнара  Ганбарова 

Серап Булат 

Архитектура  ханского дворца г.Шеки 

         Статья  посвящена  истории  строительства  и  архитектуре  Ханского  дворца  г.  Шеки, 

расположенного  в  северо-восточной  части  г.Шеки,  возведенного  во  время  правления 

Мухаммед Гусейн-хана в 1758-1780 г. Проводится анализ орнаментов внутренних и внешних 

стен Ханского дворца г. Шеки. 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə