The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə53/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   49   50   51   52   53   54   55   56   ...   129

- 109 - 

Бу нюгтя нифрят олса, 

                       дяниз тяки кцкряйиб 

                       юз сащилини ашар. 

Суалда, йа нидада, 

                        арзу адлы дцнйада 

Нюгтя олмур  олмасын. 

Севянлярин кюнлцня, 

Ширин инсан юмрцня 

             сон нюгтя гойулмасын. 

Улу Танрым, гцввят вер   

Тцрк гайытсын юзцня. 

         Нюгтя гойулсун  анcаг, 

                        «Мцщарибя»  сюзцня, 

                             Гачгынлыьа. 

                                  Ясарятя. 

                                       Дюзцмя. ( 2,s.133)

 

Durğu  işarələri,  işləndiyi  yerlər  və  nitqdə  əhəmiyyətinin  müxtəlif  yönlərdən  öyrədilməsi  şagirdlərdə 



təlimə  marağı  artırmaqla  yanaşı,  onların  daha  uğurlu  təlim  nəticələrinə  istiqamətləndirilməsini  

təmin  edir. 

    

İşlənmə  yerinin  zənginliyinə,  mənanı  və  fikri  dəqiqləşdirməkdə  oynadığı  rola,  cümlədaxili 



fasilələrin  tənzimlənməsindəki  xidmətlərinə,  işlənmə  tezliyinə  görə  vergül  digər  durğu  işarələrinin 

önündə  dayanır.Bu  fikir  durğu  işarələri  ilə  bağlı  bir  çox  mənbələrdə  də  təsdiq  olunur  (4;5;6;7).  Kaş 

cəmiyyətin  hər  bir  üzvü  vergülün  dilimizə,  yazımıza  xidmət  etdiyi  qədər  öz  elinə,  obasına,  vətəninə 

xidmət  edə biləydi:

 

Sual  işarəsi,  nida,  nöqtələr, 



Sizi  görməyəndə  qəlbən  yanaram. 

Dilə  xidmət  etsəm  bir  vergül  qədər, 

Dünyada  özümü  xoşbəxt  sanaram.  (2.s.132)

 

Ayrı-ayrı  ədəbiyyatlarda  vergülün  işlənmə  məqamları  geniş  şərh  olunsa  da,  dərslik  və  metodik 



ədəbiyyatda  vergüllə  bağlı  işin  təşkili  metodikası  məsələsinə  çox  az  rast  gəlinir.  Yalnız  bu  işarə  ilə 

bağlı  nəzəri  biliklərin  verilməsi  ilə  kifayətlənmək    olmaz,  ondan  istifadənin  əhəmiyyəti  müxtəlif  iş 

formaları,ayrı-ayrı  metod  və yollarla  təhsil  alanlara  öyrədilməlidir.   

Dilin  bütün  vasitələri  ilə  birlikdə  durğu  işarələri  də  yazı

 

zamanı  fikrin  düzgün,  dəqiq,  təsirli    ifadə 



edilməsində  bir  yardımçı  vasitə  rolunu  oynayır.  Durğu  işarələrinin  “canlı  həyatı”  əsasən  yazı 

meydanında  özünü  göstərir.  Yazı  zamanı  durğu  işarələri  ilə  bağlı  səhvlər,  əsasən,  aşağıdakı  

səbəblərdən  özünü  göstərə  bilir: 

a)

 



öyrənilmiş  nəzəri  material  və  qrammatik  qaydaya  uyğun  olaraq  durğu  işarələrinin  təcrübədə 

düzgün  tətbiq  edilməməsi; 

b)

 

diqqətsizlik  üzündən  durğu  işarələrindən   istifadə  olunmaması; 



c)

 

hansı  durğu  işarəsindən  istifadə  olunacağının  dəqiqləşdirilməsindəki  çətinlik; 



d)

 

durğu  işarələrinin  vacib  və gərəkli  olmasına  əhəmiyyət  verilməməsi  və s. 



 

  

Yazı  zamanı  durğu  işarələri  yanaşı,  qoşa  şəkildə  də  istifadə  oluna  bilir.  Onların  birgə 



işlənməsi  anları  çox  olmas  da,  yeri  gəldikcə  bu  məqamlara  da  diqqət  yetirmək,  lazım  olarsa  şərhlər 

vermək  gərəklidir.  Məsələn;   

   Nə üçün  siz  həqiqəti  istehza  kimi  başa düşürsünüz?!   (İ.Əfəndiyev) 

Sual  mənası  hiss  -  həyacanlı  münasibətdən  qabarıq  ifadə  edildikdə,  əvvəl  sual,  sonra  nida  işarəsi 

qoyulur. 

   Gör məni  kimə  oxşatdılar!?  Ax,  bu uşaqlar  necə  bəzzaddılar!?  (M.Ə.Sabir). 

Hiss-həyəcanlı  münasibət  suala  nisbətən  daha  qabarıq  ifadə  edildikdə  əvvəl  !  ,sonra  isə  ? 

işarəsi  qoyulur. 




- 110 - 

Nöqtəli  vergül  –  nöqtə  ilə  vergülün  birləşməsindən  düzəlmişdir.Bu  işarə  nöqtədən  az,  vergüldən  isə 

bir  qədər  çox  fasilə  tələb  edir.Ondan  həmcins  üzvləri  qruplaşdırılan  sadə  cümlələrdə,  bağlayıcısız 

bağlanan  tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələri  arasında  və  bir  çox  digər  hallarda  istifadə 

olunur. 

 

Tədris  zamanı    durğu  işarələri  ilə  bağlı  qarşıya  çıxan  çətinliklərdən    biri  də  onların  yanaşı 



işlədilməsi  ilə  bağlıdır.  Bu  durğu  işarələrinin  vergül  və  tire,  nida  və  üç  nöqtə,    sual  və  üç  nöqtə  ilə   

qoşa, yanaşı  işləndiyi  hallar  mövcuddur  . 

  

Həm  də  durğu  işarələrindən  üçünün  və  ya  dördünün    yanaşı  işlənə  bildiyini  də  şagirdlərə  



xatırlatmaq  olar.  Məsələn,   

“Bu  Qarabağ məsələsi  çoxmu  çəkəcək?!”-deyə   Polad  içdən  gələn  bir  hayqırtı  ilə  səsləndi. 

 

Verilmiş  cümlələrdə  sual,  nida,  dırnaq  və  tire  işarələri  yan-yana  işlənmişdir.  Bu  işarələrin 



hər  birinin  işlənmə  məqsədi  şagird  tərəfindən  izah  olunub  şərh  edilə  bilirsə,  demək  müəllim  şagirdin 

süurli  mənimsədiyini  yəqinləşdirir.   

 

Ev  tapşırığı  kimi  şagirdlərə      yanaşı  işlənən  durğu  işarələrinə  aid  müxtəlif  bədii    nümunələr 



seçib  yazmağı  da tapşırmaq  olar.   

 

Cümlədəki  daxili  bölgünü  müəyyənləşdirmək,  həmcins  üzvləri,  əlavəni,  xitabları,  vasitəsiz 



nitqi,  sitatı  və  s.  dəqiqləşdirməkdə  durğu  işarələri  əvəzsiz  rol  oynayır.Yalnız  bu  işarələr  ilə 

cümlənin  məqsəd    və  intonasiyaya  görə  növlərini  müəyyənləşdirmək  mümkündür.  İnsan  durğu 

işarəsinin    əhəmiyyəti  və  onun  gərəkli  olduğunu  dərk  etdikcə,  həyatı  mənalandırmağı  və  duymağı 

də bacarır. 

Durğu  işarələri  olmasaydı  nəinki  yazımız,  hətta  insan  həyatı  da  mənasız    və  cansıxıcı  olardı.  İnsan   

nitqində  nə  fasilə  edər,  nə  sual  verər,  nə  həyəcanlanar,  nə  də  fikirlərinin  sərhəddini  müəyyənləşdirə 

bilərdi.Biz  yazımızda  durğu  işarələrindən  yerli-yerində  istifadə  etməyi  öyrənməklə  yanaşı,  onun 

həyati  bir  ehtiyac  və  zərurət  olduğunu    dərk  etdirməyi  də  bacarmalıyıq.  Durğu  işarələrindən  istifadə 

etməmək,  ona  biganə  olmaq  insan  həyatını  mənasızlaşdırmaqla  yanaşı,  həm  də  onu  məhvə  doğru  

apara bilər: 

“Bir  gün  insan  “vergül”ü  itirdi.  Artıq  mürəkkəb  cümlələrdən  qorxmağa  başladı.Bəsit,  sadə 

ifadələrə  üstünlük  verdi.Cümlələri  bəsitləşdikcə,  fikirləri  də bəsitləşdi... 

  Bir  gün  də  insan  “nidan”ı  itirdi.Artıq    yavaş  səslə  danışmağa  başladı.İndi  o,  nə  kədərlənir,  nə 

də sevinirdi.Üstəlik  həyəcan  nə olduğunu  da unutmuşdu... 

  Bir  qədər  sonra  “sual”  da  itirildi.  Daha  o    sual  da  verə  bilmədi,  soruşmağı  da  bacarmadı.  İndi 

heç bir  şey onu  maraqlandırmırdı.Nə  kainat,  nə dünya,  nə  də insan... 

    Bir  gün  də  insan  “iki  nöqtə”ni  itirdi.Kiməsə,  nəyisə  izah    etməyə  yadırğadı.Ömrünün  sonuna 

yaxın  isə  “dırnaq”  işarəsini    itirdi.  İndi  onun  öz  fikri  yox  idi.  Ancaq  başqalarının  fikrini 

təkrarlayırdı.  “Nöqtə”-  yə çatanda  isə  artıq  düşünə  də bilmirdi.”                 

 

 



Sinifdəki  şagirdlərin  sayından  asılı  olaraq  onları  müxtəlif  qruplara  ayırıb  durğu  işarələri  ilə 

bağlı  tapşırıqlar  da  vermək  olar.  Şagirdlər  “Mübtəda”,  “Xəbər”,  “Tamamlıq”  və  s.  adlar  qrupunda 

birgə  düşünür,  fikirlərini  bölüşür  və  müəyyən  nəticəyə  gəlirlər.  Qruplara  ayrı-ayrılıqda  aşağıdakı 

şəkildə  tapşırıqlar  verilir: 

                   

Mübtəda Qrupu 

 

           Verilmiş  cümlələrdə  durğu  işarələrinin  yerini  müəyyənləşdirin  və onların  nə məqsədlə 

işləndiyini  şərh edin. 

1.

 



Məni  buraya  doğma  məktəbimizə  müəllim  təyin  ediblər   

2.

 



Zəka qadan alım  bir bura  gəl  görüm   

3.

 



Yoruldum  yoruldum   deyə Turqut  sakitcə  dilləndi   

4.

 



Biz  müəllimlərimizi  xüsusilə  Əziz  müəllimi  daha çox sevirik 

Xəbər Qrupu 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə