The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə50/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   46   47   48   49   50   51   52   53   ...   129

- 103 - 

əyalətinin  Katsuta  ərazisində  qızdırma  xəstəliyindən  vəfat  etmişdir  (3).  

Başqa  bir  rəvayətdə  isə  deyilir  ki,  fövqəladə  gücə,  qeyri  –  adi  qüvvəyə  malik  olan  bu  gənc 

dağda  yaşayan  bir  div  tərəfindən  Aşiqara  dağına  gətirilib  buraya  atılmışdır.  Kintaro  zaman  keçdikcə 

dağda yaşayan  heyvanlarla  dost olmuş,  bir  – birlərini  müəyyən  səslər  çıxarmaqla  başa düşmüşlər.   

Yapon  foklorunda  maraqlı  mənbələrdən  biri  “Minomato  Yoşitsune  və  Tenqu”  rəvayətidir 

(3).  Tenqu  qədim  yapon  folklrunda  yarı  insan,  yarı  quş  formasında  olan  ruh  kimi  təqdim  olunur. 

Onun  şəkli  divə  bənzədilmiş,  ancaq  əsrlər  keçdikcə  son  dərəcə  böyük  olan  insan  burnu  şəklini 

almışdır.  Rəsmi  çəkilərkən  insan  kimi  əzələləri,  bədən  orqanları  və  böyük  qanadları  da  təsvir 

edilmişdir.  Minomato  Yoşitsune  14  –  cü  yüzillikdə  yaşamış  və  samuray  sinfinə  mənsub  olmuşdur. 

Balaca  ikən  atasına  rəqib  bir  klan  tərəfindən  sui-qəsd  olmuş,  ancaq  keşişlik  etməsi  üçün  buddist 

iqamətgahına  göndərilmişdir.  Balaca  Yoşitomo  böyümüş  və  babasının  intiqamını  aldığı  gün  gəlib 

çatmışdır.  Ancaq  o,  klanlara  qarşı  təkbaşına  mübarizə  apara  bilməzdi.  Bu  mübarizədə  Yoşitomo 

Tenqu  ilə  qarşılaşır.  Tenqu  buddistlər  arasında  dağların,  meşələrin  qoruyucusu  kimi  şöhrət 

qazanmışdı.  Yoşitomonun  onunla  görüşməkdə  məqsədi  qılınc  oynatmaq,  yaxşı  döyüşməyi 

öyrənmək  idi.  Əslində  Tenqu  buddistlər  arasında  əvvəllər  iblis  sifətilə  tanınmış,  zaman  keçdikcə  öz 

xeyirxahlığı  ilə  əhalinin  rəğbətini  qazanmışdır.  İnsanlar  Tenqunun  Yoşitomoya  olan  köməyini 

Yaponiyanı  müharibəyə  sürükləmək  kimi  başa  düşürdülər.  Ancaq  zaman  keçdikcə  Yoşitomonun 

gücü  və  iradəsi  əfsanəvi  hal  almış  və  Tenqunun  əhali  arasında  etibarı  yüksəlmişdi.  Bu  səbəbdən  də 

onların  hər  ikisi  insanların  dərin  məhəbbətini  qazanmışlar.   

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  yapon  mifologiyasında  xalqın  dərin  rəğbət  bəslədiyi 

bir  sıra  əfsanələşdirilmiş  obrazlar  var.  Bunlar  aşağıdakılardır:  Azukiaray,  Baku,  Byakko, 

Xoxinobake,  Futakuçi-onna,  Qaşadokuro,  Genbu,  Hannya,  Hitodama,  İnuqami,  İttan-momen, 

Jikininki,  Jinmenju,  Kappa,  Kasa-obake,  Kitsune,  Kuçisake-onna,  Mokumokuren,  Noppera-bo, 

Nue,  Raiju,  Rokurokubi,  Seiryu,  Şiniqami,  Suzaku,  Tanuki,  Tenqu,  Tsurube-otoşi,  Umibozi,  Uşi-

oni,  Uvan,  Vanyudo,  Yama-uba,  Yamato  no Oroçi,  Yuki-onna,  Yüreu  (4).  

Yapon  mifologiyasında  Yüreu  ruhları  ilə  bağlı  olan  bir  sıra  rəvayətlərə  nəzər  salaq.   

Yüreu  əfsanələrindəki  inanca  görə  hər  insanın  daxilində  “reikon”  deyilən  bir  ruh  vardır. 

İnsan  öldüyündə  reikon  bədəni  tərk  edir  və  onun  ruhu  dünyadan  köçmüş  atalarının  ruhlarına  qarışır. 

Əgər  həmin  insana  sui  –  qəsd  edilmiş  və  ya  intihar  etmişsə,  onda  onun  bədəni  ruhunu  rahat  təslim 

edə  bilməz.  Düşmənlərdən  intiqam  almaq  üçün  nifrətlə  dolu  olan  bir  kabusa  (və  ya  ruha)  çevrilər. 

Qədim  yapon  inancına  görə  belə  ruhlar  kişilərdən  deyil,  daha  çox  qadınlardan  ibarət  olur. 

Ümumiyyətlə,  yaponlar  fərz  edirlər  ki,  insan  öldükdən  sonra  onun  ruhu  dini  ayinlərdə,  rahatlıq 

tapmazsa,  onda  bu  dünyanı  tərk  etməz,  öz  yaşadığı  torpaqlara,  tanıdığı  insanların  arasına  qayıdar. 

Ölən  insanın  ruhu  din  xadimləri  və  ya  yaxın  qohumları  tərəfindən  tamamilə  rahat  buraxılmazsa 

onda  o,  ruh  olaraq  bu  dünyada  qalar  və  insanları  rahat  buraxmaz.  Həm  də  özü  daim  əzab  -  əziyyət 

içərisində  olar.  Əgər  ölünün  ruhu  tamamilə  pisliklərdən  hifz  olunub  rahatlıq  taparsa,  yalnız  o  zaman 

əbədiyyətə  qovuşar,  öz dünyasında  rahat  yaşayar  (4).  

Əfsanə  və  rəvayətlərdən  götürülən  məlumatlara  görə  794  və  1185  –  ci  illər  arasında  Heyan 

dövründə  bu  dünyanı  tərk  etməkdə  çətinlik  çəkən  ruhlar  havada  uçuşaraq  aclıq,  yolxucu  xəstəliklər, 

pisliklər  yayaraq  insanları  rahat  yaşamağa  qoymamışlar.   

1185  –  1333  –  cü  illərdə  Kamakura  dövründə  isə    guya  bu  ruhlar  müəyyən  kiçik  heyvanların 

(məs.  tülkü-  X.M.) cildinə  girərək  insanları  yoldan  çıxarmışlar  (4).  

1336  –  1533  –  cü  illərdə  Muromaçi  dövründə  insanlar  arasında  qiymətli  və  yüzillik  tarixə 

malik  olan  əşyaların  fövqəladə  güclər  tərəfindən  idarə  olunduğu  inancı  hakim  idi.  Bu  insanları  bir 

az da qorxu  içərisində  yaşadırdı.  Bu da insanların  bütlərə  dərin  sitayişi  ilə  bağlı  idi. 

1573  –  1600  –cü  illər  arasında  Momoyama,  1603  –  1868  –  ci  illəri  əhatə  edən  Edo 

dövründəki  inanca  görə  isə  bir  kişinin  əzabla  hər  hansı  xəstəlikdən  ölümündən  sonra  onun  ruhu 

nəhəng  bir  şeytana  çevrilmiş  və  insanları  daim  qorxu  içərisində  saxlamışdır.  Məhz  Edo  dövründə 

insanlar  arasında  ruhlarla  bağlı  geniş  yayılan  fikirlər  tənqid  olunmuş,  hökumət  qorxulu  ruh 

oyunlarını  əks  etdirən  tamaşalara  qadağa  qoymuşdur.  Qeyd  edək  ki,  insanlar  arasında  qorxu, 

həyəcan  yaradan  ruhların  əksəri  əslində  bu  dünyada  yaşadıqları  vaxt  zavallı,  heç  kimlə  işi  olmayan 

sakit  qadınlardan  ibarət  idi.  O  dövrdə  qadınlara  qarşı  olan  qəddarlıq  və  öldükdən  sonra  onların 



- 104 - 

ruhunun  insanlara  fəlakət  gətirməsi  məsələsi  ədəbiyyatda  geniş  şəkildə  öz  əksini  tapmışdı  və  hətta 

həddindən  artıq  aktual  mövzuya  çevrilmişdi.  Təxminən  1700  –  cü  ildən  başlayaraq  bu  mövzu  kukla 

teatrlarında  göstərilməyə  başlamış  və  tezliklə  Yaponiyanın  dörd  bir  yanında  geniş  vüsət  almışdır. 

Bu  tamaşalar  daha çox Osaka və Edoda (Tokionun  qədim  adı  – X.M.) oynanılmlşdır  (5).  

Qeyd  etmək  lazımdır  ki,  18  yüzilliyin  sonlarında  yaponların  ənənəvi  kabuki  teatrlarında  bu 

mövzu  üsünlük  təşkil  etmişdir.  Ümumiyyətlə,  kabuki  teatrı  öz  heyrətamiz  rəqsləri,  oxunan 

nəğmələri,  şuxluğu  ilə  şöhrət  qazanmışdı.  Ruhlarla  bağlı  mövzunun  bu  teatra  yol  tapması  insanlar 

arasında  qorxu,  həyəcan,  təşviş  yaratışdı  ki,  bu  da  teatra  gələn  insanların  sayını  zaman  keçdikcə 

azaltmağa  başlamışdır.  Buradakı  yüreilər  ənənəvi  olaraq  “katabira”  deyilən,  qədim  zamanlarda 

ölülərə  geydirilən,  ayaqları  görünməyən    kimono  geyinmişlər.  Alınlarına  üçbucaq  şəklində  kağız  və 

ya  parça  salmışlar.  Yüreuların  oyunları  ilə  bağlı  qorxulu  tabloları  yapon  rəssamları  böyük  məharətlə 

işləmişlər  (5).  

Ümumiyyətlə,  yüreu  əfsanələri  yaponlar  arasında  maraqla  qarşılanmışdır.  Bir  yüreu 

əfsanəsinə  nəzər  salaq. 

Qədim  zamanlarda  Tessan  Aoyama  adlı  bir  samuray  varmış.  Onun  əl  işlərinə,  çini  qablara, 

fincanlara,  xüsusi  hazırlanmış  boşqablara,  yemək  dəstlərinə    marağı  həddindən  artıq  imiş.  Onun 

yanında  işləyən  Okiku  adlı  qulluqçu  qızın  vəzifəsi  yalnız  bu  qabları  hər  gün  silib  təmizləməkdən 

ibarət  idi.  Bir  gün  qız  işini  görərkən  qablardan  birini  salıb  qırdı.  O,  çox  qorxdu,  amma  olan 

olmuşdu.  Başqa  çarə  yox  idi.  Samuray  bu  xəbəri  eşitdiyində  o  qədər  qəzəbləndi  ki,  qılıncını  çıkib 

qızı  həmin  dəqiqə  öldürdü  və  əmr  etdi  ki,  qulluqçunun  cəsədini  evin  yanındakı  quyuya  salsınlar.  Bu 

hadisədən  sonra  hər  gecə  quyudan  boşqabları  sayan  Okikunun  ağlaması,  qəlbləri  parçalayan 

hıçqırıqlı  yalvarışları  eşidilməyə  başladı.  Qızın  ruhu  hər  gecə  ətrafı  dolaşırdı.  Bu  dəhşətli  hadisədən 

sonra  samuray  vicdan  əzabı  çəkməyə  başladı.  Hər  gecə  Okikunun  başqabları  sayması  samuray 

Tessanın  qulaqlarında  cingildəyirdi.  Axırda  samurayın  dəli  olması  ilə  qızın  ruhu  intiqamını  aldı. 

Yaponlar  arasında  bu  əfsanənin  reallıqla  əlaqəsi  olduğu  söylənilir.  Deyilənə  görə,  həmin  hadisə 

Himeci  qalasının  yaxınlığında  baş  vermişdir.  Qala  Kobe  şəhərinin  50  kilometrliyinin  qərbində 

yerləşən  Himeci  şəhərindədir.  Bu  qala  400  ildir  ki,  Yaponiyada  mədəni  abidə  kimi  qorunmaqdadır 

(4).  Məşhur  Hollivud  ulduzu  Tom  Kruzun  baş  rolda  çəkildiyi  “Son  Samuray”  filminin  bəzi 

səhnələri  də bu qalada  çəkilmişdir.   

Tokio  və  Kyoto  şəhərləri  arasında  Tokaido  yolu  üzərində  yerləşən  məşhur  bir  qaya  vardır  ki, 

bunun  da  adı  əfsanə  ilə  bağlıdır.  Bu  yer  “Gecə  ağlayan  daş”  adlı  bir  əfsanə  ilə  səsləşir.  Əfsanə 

belədir:  Həyat  yoldaşı  ilə  görüşmək  istəyən  hamilə  bir  qadın  gecə  yolda  gedərkən  quldurlar 

tərəfindən  amansızlıqla  öldürülür.  Qadın  qətlə  yetirilərkən  onun  qanından  bir  damla  yaxınlıqdakı 

qayaya  sıçrayır.  Həmin  gündən  bu  qayadan  gecələr  qadının  göz  yaşını  xatırladan  su  sızır. 

Yaponların  inancına  görə  bu  gün  də  öldürülən  qadının  ruhu  bu  dünyada  dolaşır.  O,  hər  gecə  qayanın 

üzərində  görünərək  ağlayır.  Bu  gün  belə  qədimdən  gələn  əfsanələrə  inanc  və  onların  qorunub 

mühafizə  edilməsi  yaponların  öz qədim  adət - ənənələrinə  bağlılıqlarını  bir  daha sübuta  yetirir  (4).  

Yaponlar  arasında  “samuray”  kəlməsi  mühüm  əhəmiyyət  daşıyır.  Tarixi  –  mədəni  abidələri, 

bir  –  sıra  ədəbi  mənbələri  əks  etdirmək  baxımından  bu  kəlmə  yüksək  dəyərə  malikdir.  Buşi  (侍) 

sözündən  götürülüb.  Mənası  aristokrat  təbəqəyə  malik  olan  döyüşçü  deməkdir.  Samuray-qədim 

yapon  dilində  “xidmət  etmək”  mənasında  işlənən  “saburay”  kəlməsindən  götürülmüşdür. 

Samuraylar  Yaponiyanın  apardığı  müharibələrdə  fəal  iştirtak  etmişlər.  Ümumiyyətlə,  müharibə 

Yaponiyanın  milli-mədəni  həyatına  yüksək  təsir  etmişdir.  Ölkənin  nüfuzlu  klanları  (qəbilə)  arasında 

həmişə  çəkişmələr  baş  vermişdir.  Yapon  torpaqlarının  sadəcə  20  faizinin  əkin  üçün  yararlı  olması 

bu  çəkişmələrin  illərlə  sürməsinə  səbəb  olmuşdur.  Samuraylar  arasında  “buşido”  kəlməsi  də  tez-tez 

işlənmişdir  ki,  mənası  “döyüşçünün  yolu”  deməkdir.  Buşido  fəlsəfəsinə  görə  insan  heç  bir  şeydən 

qorxmamalıdır  (5).  Bu  fəlsəfədə  “qorxu”  kəlməsi  yoxdur.  Bu  fəlsəfəyə  əminamanlıq  və  sədaqət 

hakimdir.  9  –  12  –  ci  yüzilliklərdə  samuraylar  bir  sinif  halında  formalaşmışlar.  Əsasən  iki  qismə 

bölünmüşlər:  Samuraylar  –  cəngavərlər  və  buşilər  –  döyüşçülər.    Samuraylar  dövlətə  bağlı 

olmuşdular,  xidmətlərinin  əvəzində  ənam  olaraq  rütbə  və torpaqla  mükafatlandırılmışlar.   

Həyatı  və  fəaliyyəti  ilə  bağlı  daha  çox  rəvayətlərə  rast  gəlinən  samuray  Miyamoto  Musaşidir 

(宮本  武蔵,  təxminən  19  may  1584  və  ya  13  iyun  1645).  Görkəmli  qılınc  ustadı  olmuş,  saysız  – 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə