The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə47/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   43   44   45   46   47   48   49   50   ...   129

- 97 - 

Yuxarıda  qeyd  olunanlara  əsaslanaraq,  müasir  KİV-lər  belə  xarakterizə  edilə  bilər:  müasir 

cəmiyyətin  vacib  siyasi  institutu  kimi  mühüm  siyasi  hadisələri  işıqlandırır,  ictimai  rəy  formalaşdırır 

və siyasi  informasiya  vermək  məqsədi  daşıyır. 

KİV-in  müasir  cəmiyyətin  vacib  siyasi  institutu  kimi  mühüm  siyasi  hadisələri  işıqlandırma 

xüsusiyyəti    cəmiyyətin  siyasi  həyatı  ilə  sıx  bağlılığından  irəli  gəlir.  KİV-in  icra  etdiyi  bütün 

funksiyalar  sırasında  cəmiyyətin  siyasi  sistemi  ilə  birbaşa  bağlı  olan  səciyyəvi  və  siyasi  xarakter 

daşıyan  əsas  təşkilati  idarəetmə,  tənqid  və  nəzarət,  inteqrasiya,  siyasi  sosiallaşmadır  (əyləncəli  və 

rekreativ  kimi  ümumi  funksiyalar  da bu prosesdə iştirak  edir). 

Siyasət  sahəsində  KİV-in  siyasi  sosiallaşma  funksiyasını  izah  etməzdən  əvvəl  siyasi 

sosiallaşmaya  aydınlıq  gətirək.  Siyasi  sosiallaşma,  fərdin  ictimailəşməsi  prosesinin  bir  hissəsidir. 

İctimailəşmənin  sayəsində    fərd  aid  olduğu  qrupun  mədəniyyətini  bu  iki  mərhələdə  əldə  edir:  ilk 

olaraq  cəmiyyət  tərəfindən    qəbul  edilən  ənənəvi  rol  təsnifini  anlayıb,  özünü  tanımağı  və  ictimai 

quruluş  içində  digər  fərdlər  arasında  əldə  edə  biləcəyi  yeri  anlamasını  təmin  edir.  İkinci  olaraq  da, 

sahib  olduğu  rolun  vəzifələrini  və davranışlarını  hissləri  ilə  əlaqələndirməyi  öyrənir. 

Siyasi  sosiallaşma,  siyasi  mədəniyyətin  davamlılığını  və  dəyişməsini  təmin  edən  bir  öyrənmə 

prosesidir.  Siyasi  partiyaların,  seçki  kampaniyaları  əsnasında  KİV  kanalı  ilə  apardıqları  danışıqlar, 

fərdləri  siyasi  iştiraka  və  siyasi  sistemlə  güclü  və  davamlı  bir  əlaqə  qurmağa  yönəldir.  Bu  zaman 

mətbuat  namizədlərin  siyasi  mübarizə  kürsüsünə  və  əsas  meydanına  çevrilir.  KİV  namizədin 

seçicilərlə  birbaşa  ünsiyyətini  nəzərdə  tutan  bu  və  ya  digər  tədbirlərin  təşkil  olunması  qanunlarını 

diktə  edir.  Bu  və  ya  digər  siyasətçinin  nə  qədər  parlaq,  dəvətli  təqdim  olunması,  namizədin  özünü 

reklam  etməsi  üçün  televiziyada  ona  nə  qədər  vaxt  ayrılması,  həmin  şəxsin  seçki  kampaniyasını 

hansı  məlumatların  müşayiət  etməsi  seçkilərin  nəticələrinə  də  təsir  göstərir.  Bu  əlaqə  ilə  reallaşan 

qarşılıqlı  təsirlənmə  nəticəsində  yeni  mövqe  və  inanclar  inkişaf  edir,  ya  da  mövcud  olan  inanclar 

gücləndirilir. 

Siyasət  sahəsində  KİV-in  siyasi  sosiallaşma  funksiyası  aşağıdakı  proses  zamanı  yaranır. 

Müəyyən  elitanın  fəaliyyətini  qiymətləndirə  və  siyasətçilərin  hərəkətlərinin  uzaqgörənliyi  və 

əsaslılığı  haqqında  mühakimə  yürüdə  bilməsi  üçün  insanlar  müəyyən  bacarığa  malik  olmalıdırlar. 

Bu  isə  biliklərin  və  informasiya  tutumunun  mövcudluğu,  habelə  vətəndaşlarda  ölkədəki  vəziyyət 

barədə  tam  məlumatın  olduğu  hallarda  mümkündür.  Siyasi  sosiallaşma  ikitərəfli  prosesdən 

ibarətdir.  O,  bir  tərəfdən,  fərdə  siyasi  informasiya,  bilik  verilməsini,  onun  mövcud  siyasi  dəyər  və 

oriyentirlərə  qoşulmasını,  sosial  təcrübə  qazanmasını  ehtiva  edir.  Digər  tərəfdən  isə,  bu,  sadəcə 

ictimai  münasibətlərin  təkrarlanması  deyil,  həm  də  insanın  aktiv  fəaliyyəti  hesabına  ictimai 

münasibətlərin  mövcud  sisteminin  insan  tərəfindən  sonrakı  inkişafıdır.  Fərd  anadan  olandan  malik 

olmadığı  siyasi  dəyər  mühakimələrini,  inanclarını  və  mövqelərini  davamlı  öyrənmə  prosesi  ərzində 

inkişaf  etdirir.  Bu  vəziyyətə  siyasi  sistemlər  yanaşmasından  baxıldıqda,  sistemlərin  öz  düşüncə, 

dəyər  mühakimələri  və  mövqelərini  cəmiyyətdə  yaymaq  və  fərdlərə  qəbul  etdirmələrini  onların  

mövcudluqlarını  davam  etdirə  bilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Ona  görə  də  siyasi  sosiallaşma 

insanın  ictimai-siyasi  və  sosial  fəallığı  yolu  ilə  onun  siyasi  əlaqələr  sisteminə  daxil  olmasına  kömək 

edir.   Bunu  reallaşdırmaq  üçün  KİV-dən sıx  istifadə  edilməkdədir. 

Siyasət  media  vasitəsilə  cəmiyyətə  təlqin  olunaraq  davam  etdirilir.  Siyasi  partiyalar  bu  işləri 

müxtəlif  KİV  vasitəsilə  həyata  keçirir.  Bu  işlər  üçün  elektron  media  (televiziya,  radio),  çap  media 

(qəzetlər,  jurnallar),  göstərici  mediası  (bilboardlar,  işarələr,  plakatlar),  fərdi  təmaslar  və  digər 

vasitələrdən  (poçt, telefon)  geniş  şəkildə  istifadə  edilir  . 

Hal-hazırda  KİV,  fərdin  təsirli  olaraq  siyasi  sistemə  bağlı  inanc,  dəyər  və  məlumatları 

öyrənməsi  və  mənimsəməsi  ilə  siyasi-ideoloji  şəxsiyyətin  formalaşması  məzmununda  ən  təsirli 

vasitələrdəndir.  KİV-in    təsirli  bir  siyasi  sosiallaşma  vasitəsinə  çevrilməsi  ilə  birlikdə  siyasətin 

düşüncə  və  qəbuletmə  formaları,  əlaqələri,  aktorları  və  institutları    dəyişikliyə  məruz  qalmışdır. 

Siyasi  porseslər  çərçivəsində  mətbuat  siyasi  aktorların  nümayiş  edildiyi,  təqdim  edildiyi,  yaşadığı, 

sığındığı,  mübarizə  etdiyi  və  qorunduğu  arenaya  çevrilmişdir.  Beləliklə,  siyasi  ünsiyyət  prob-

lemlərin  ictimai  sahədə  müzakirəsindən  siyasi  aktor,  proses,  fakt,  hadisə,  mövzu  və  mətbuatda 

əyləncə  məqsədli  jurnal  formatında  təqdimatına  keçmişdir  (4, səh. 1-2). 




- 98 - 

Məkan  və  zaman  etibarilə  geniş  təsir  imkanına  malik  olan  KİV  eyni  zamanda  bu  vasitələrin 

yanlış  əllərdə  səhv  olaraq  istifadə  edilmə  təhlükəsini  də  yaratmışdır.  Xalq  üçün  indiyə  qədər  məqbul 

hesab  olunan  qaydalara  görə  edilən  təqdimatların,  eləcə  də  siyasət  və  müharibə  ilə  bağlı  xəbərlərin 

daha  çox  auditoriya  qazanmaq  adına  şou  halına  salınaraq  kompyuter  oyunları  və  filmlərdə  istifadə 

olunan  dramatizm  nümunələrinin  onlarda  tətbiqi  halları  geniş  yayılmışdır. 

KİV-in  sosial-siyasi  proseslərə  təsiri  vasitəsilə  siyasi  təfəkkürə  və  ictimai  şüura  ideoloji  təsir 

etmək,  “səssizlik  spiralı”nı,  gündəmi  yaratmaq  və  ictimai  rəyi  formalaşdırmaq  mümkündür.  Siyasi 

təfəkkür  KİV-in  başlıca  təsir  obyektidir.  Onun  formalaşması  müxtəlif  -  sosial  gerçəkliyin  praktik 

anlamı,  insanların  duyğu  təsəvvürlərinin  tədrici  rasionallaşması,  onlarda  olan  informasiyanın 

ümumiləşməsi,  siyasi  hərəkatların  məqsədlərinin  dərk  edilməsi,  siyasi  davranış  norma  və 

dəyərlərinə,  ədalət  və  siyasi  ideallara  inama  yaxınlaşma  yolları  ilə  baş  verir.  KİV  fəaliyyəti  ilə 

insanlara  siyasi  hadisələr  haqqında  obyektiv  və  adekvat  mühakimə  yürütmək,  aldıqları  məlumatları 

mənimsəmək  və  mürəkkəb,  ziddiyyətli  informasiya  axınında  düzgün  istiqamətlənmək  imkanı  verir. 

Lakin  əgər  siyasi  təhsil  sistemli  bilik  qazanılmasını  nəzərdə  tutursa,  həmçinin  şəxsiyyətin  idraki  və 

dəyər  imkanlarını  genişləndirirsə,  siyasi  sosiallaşma  beynəlmiləşməni,  insanlar  tərəfindən  siyasi 

norma,  dəyər  və  davranış  nümunələrinin  mənimsənilməsini  bildirir.  O,  şəxsiyyətin  sosial  gerçəkliyə 

uyğunlaşmasına  imkan  verir. 

İnsanların  ictimai  şüuruna  ideoloji  təsir  zamanı  isə  KİV  gerçəkliyə  hərtərəfli  is-

tiqamətləndirmə  yolu  ilə  kütlələrin  təfəkkürünün  yüksəlişi  və  inkişafına  səbəb  olur.  Bəzən  kütlələrin 

məqsədyönlü  təbliğatı  və  təşviqatı  üçün  onlardan  istifadə  edilir,  bu  zaman  KİV  ideoloji  təsir  vasitəsi 

kimi  çıxış  edir.  Ona  görə  də  mətbuatın  funksiyaları  arasında  çox  zaman  ideoloji  funksiya  fərq-

ləndirilir.  O,  KİV-in  maarifləndirici,  inteqrasiya  və  idarəçilik  fəaliyyətinin  üzvi  hissəsidir  və  eyni 

zamanda,  siyasi  sosiallaşma  funksiyası  ilə  uyğun  gəlir. 

KİV  cəmiyyətin  maraqlarını  ifadə  etdiyindən  ictimai  və  siyasi  institutdur  və  onun  başlıca  təsir 

gücü  ictimai  rəydir.  Demokratik  cəmiyyətlərdə  mətbuat  ictimai  nəzarət  funksiyasını  yerinə  yetirir, 

baş  verən  və  olub  keçmiş  hadisələrə  təkcə  hüquqi  deyil,  həmçinin  əxlaqi  qiymət  verir.  İctimai  rəy, 

müəyyən  bir  zamanda,  müəyyən  bir  mübahisəli  problem  qarşısında,  bu  problemlə  maraqlanan 

insanlar  qrupuna  və  ya  qruplarına  hakim  olan  qənaətdir  və  XX  yüzildə  ictimai  rəy  siyasi  təbliğat  və 

kütlələrin  idarə  vasitəsi  kimi  göstərilir..  ". (5, səh. 34). 

1990-cı  illərdə  şüur  və  siyasi  idarəçilik  siyasətində  qanuni  olmayanı  qanuni  göstərmək  və 

müəyyən  maraq  qruplarının  xeyrinə  olan  qərar  və  addımları  hamıya  şamil  etmə  vasitəsi  olaraq  sıx 

bir  şəkildə  "ictimai  rəy"  anlayışı  işlənməyə  başlanmışdır. 

KİV-in  ictimai  rəyi  yaratmaq  və  əks  etdirmək  kimi  iki  əhəmiyyətli  funksiyası  vardır.  KİV-lər 

verdikləri  xəbərlər,  etdikləri  şərhlərlə  əldə  olunan  qənaətlərin  açıqlanmasına  köməkçi  olur,  insanları 

və  cəmiyyəti  inandırma  və  səfərbəretmə  vəzifələrini  daşıyırlar.  KİV  cəmiyyətdəki  prosesləri 

əlaqələndirir,  ictimaiyyəti  düşünməyə  sövq  edir,  obyektiv    məlumat  axınını  təmin  edərək    sağlam 

bir  ictimai  rəyin   meydana  gəlməsində  böyük  rol  oynayırlar. 

KİV  gündəmin  qurulmasında  mühüm  rola  malikdir.  Belə  ki,    KİV  məlumatları  aktuallığına 

görə  sistemləşdirir,  cəmiyyət  üçün  lazım  olan  informasiyanın  mühümlüyünə  qərar  verir.  KİV-in 

gündəmi  nəzərə  alaraq  verdiyi  xəbərlər  cəmiyyət  tərəfindən  əhəmiyyətli,  digər  mövzular  isə 

əhəmiyyətsiz  hesab  edilir.  İnsanlar  KİV-dəki    xəbərləri  oxuyaraq    dünyada  nələr  baş  verdiyini 

anlayırlar.  Mövzuların  sistemləşdirilməsi  KİV-in  o  mövzulara,  harada,  nə  qədər  və  necə  yer  verdiyi 

ilə  müəyyənləşdirilir.  Aktual  məsələlər  isə  ictimaiyyət  tərəfindən    prioritet  mövzu  olaraq  qəbul 

edilir  . 

KİV-in  təsiri  vasitəsilə  bağlı  digər  bir  məsələ  “Səssizlik  spiralı  (Spiral  of  Silence) 

nəzəriyyəsidir.  1974-cü ildə  Elizabet  Noel-Noyman  tərəfindən  irəli  sürülmüşdür.  (6. səh. 266-267) 

 Bu  nəzəriyyəyə  görə  insanlar,  cəmiyyətin  təzyiqlərindən    qorxaraq    fikirlərini  aşkar 

etməkdən  çəkinirlər.  Bu  səbəblə    KİV-dən  istifadə  edirlər.  KİV      fərdin  müxalif  fikirlərini 

açıqlamaqda  səssiz  qalır.  Bunun  səbəbi  ictimai  qınaq  qorxusudur  (7,  səh.  102-103).  Bu  qaydaya 

görə,  cəmiyyətin  təzyiqindən  uzaqlaşmaq  üçün  fərdin  cəmiyyətlə  və  digər  fərdlərlə  inteqrasiya 

olunmaq  zərurəti  meydana  çıxır.  Buna  görə  də  cəmiyyətdə  KİV  tərəfindən  ifadə  edilən  fikirlər 

dolğun  və  əhatəli   olaraq  qəbul  edilir. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə