Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

Füzuli BAYAT
TÜRK MIFOLOJİ SİSTEMİNDƏ MƏDƏNİ QƏHRƏ
TÜRK MIFOLOJİ SİSTEMİNDƏ MƏDƏNİ QƏHRƏ
-
-
MANLIQ FUNKSİYASI BAXIMINDAN YARA
MANLIQ FUNKSİYASI BAXIMINDAN YARA
ÇEÇEN/ÇIÇEN VƏ YA EREN ÇIÇEN/ŞEŞEN/ŞİŞEN
ÇEÇEN/ÇIÇEN VƏ YA EREN ÇIÇEN/ŞEŞEN/ŞİŞEN
XÜLASƏ
Əski  türklərin  qədər,  tale,  alın  yazısı  hamisi  olan  Yara  Çeçen/Şişen,  həm  də  ailə
düzəninin  qurucusu  funksiyasını  yerinə  yetirən  mifolojik  obrazdır.  Yara  Çeçenin  bu
funksiyaları ilə bərabər onun müdriklik statusu daşıdığı, türk mifologiyasında və epik
ənənəsində  vəzir  funksiyasını  yerinə  yetirən  ağsaqqal  obrazları  ilə  (Irkıl  Xoca,  Dədə
Qorqud,  Uluq  Türk)  yaxınlğı  onun  Tanrıoğlu  statusunda  durduğunu  isbatlayır.
Yaradılışda mühim rol oynayan Tanrıoğlu Baba Tanrıdan bütün canlıların ömürünü təyin
etmək və ailənin təməlini qurmaq kimi mühim bir missiya almışdır. 
Bu  yazıda  türk  mifologiyasında  bugünə  qədər  diqqətdən  kənarda  qalan,  araşdırıl-
mayan qədərin, alın yazısının hamisi Yara Çeçen adlı mifoloji obrazın struktur semantik
funksiyası və statusu araşdırılacqdır. 
Açar sözlər: Tanrıoğlu, alın yazısı, müdrik, ağsaqqal
ACCORDING TO THE FUNCTION OF CULTURED HEROISM YARA
ACCORDING TO THE FUNCTION OF CULTURED HEROISM YARA
CHECHEN ⁄ CHICHEN OR EREN CHICHEN ⁄ SHESHEN ⁄SHISHEN IN
CHECHEN ⁄ CHICHEN OR EREN CHICHEN ⁄ SHESHEN ⁄SHISHEN IN
TURKIC MYTHOLOGY
TURKIC MYTHOLOGY
SYSTEM
SYSTEM
SUMMARY
Yara Chechen ⁄Shishen who is considering the guardian of fortune, fate, destiny of
the ancient turkics is the mythology image, who fulfils the founder function of family
system. Together with these functions Yara Chechen and his carrying the status of wis-
dom and closing with the grey-beard images (Irkil Khoja, Dede Gorgud, Ulug Turk) who
fulfils the function of vezir in Turkic mythology and epic tradition is the proof that he
stands in the status of Tanrioghlu (the son of God). Tanrioghlu (the son of God) who
plays a main role in the formation got an important mission from God Grandfather with
the determining of human life and founding a family base.
In this text  the structural-semantic  function and  status of mythological  image, the
guardian of fate, fortune Yara Chechen who was not revealed and was not in the focus
of attention till nowadays in Turkic mythology will be investigated.
Key words: Tanrioghlu (the son of God), fate, wise, grey-beard
ЯРА ЧЕЧЕН/ЧИЧЕН ИЛИ ЭРЕН ЧИЧЕН/ШЕШЕН/ШИШЕН С
ЯРА ЧЕЧЕН/ЧИЧЕН ИЛИ ЭРЕН ЧИЧЕН/ШЕШЕН/ШИШЕН С
ТОЧКИ ЗРЕНИЯ ФУНКЦИИ КУЛЬТУРНОГО ГЕРОЯ В ТЮРКСКОЙ
ТОЧКИ ЗРЕНИЯ ФУНКЦИИ КУЛЬТУРНОГО ГЕРОЯ В ТЮРКСКОЙ
МИФОЛОГИЧЕСКОЙ СИСТЕМЕ
МИФОЛОГИЧЕСКОЙ СИСТЕМЕ
РЕЗЮМЕ
Олицетворяющий  судьбу,  участь,  рок  у  древних  тюрков  Яра  Чечен/Шишен
является  мифологическим  образом,  выполняющим  также  функцию  создателя
семейного  порядка.  Наряду  с  этими  функциями  статус  мудреца  и  близость  Яра
2011/
IV
52
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Чечена  к  образам  старейшины,  выполняющего  функцию  везиря  (Ыркыл  Ходжа,
Деде Коркуд, Улуг Тюрк) в тюркской мифологии и эпической традиции, подтверж -
дает его позицию в статусе Танрыоглу. Танрыоглу, исполняющий главную роль в
сотворении, перенял такую важную миссию от Всевышнего Отца как определение
жизни всех живых творений и создание основы семьи.
В статье исследуется до сегодняшнего дня оставшаяся без внимания в тюрк -
ской  мифологии  структурно-семантическая  функция  и  статус  мифологического
образа Яра Чечен, олицетворяющий судьбу, участь и рок.  
Ключевые слова: Танрыоглу, судьба, мудрец, старейшина
İşin  elmi  yeniliyi.  Türk  mifoloji  sistemində  qədərin,  taleyin,  ömrün
tə`yin edici iyəsi Yara Çeçen bu günə qədər mifoloji obraz kimi araş dı -
rılmamışdır. Məqalədə bu mifoloji varlığın müdriklik statusu da daxil ol -
maq la bütün funksiyası, semantik rolunun üzə çıxarılması əsas yenilik dir.
a) Müdriklik Statusu
Türk mifologiyasında qədərin, taleyin hamisi və insan ömrünün biçim-
cisi olan Yara Çeçen və ya Eren Şişen əslində müdrikliyin, hazırcavab -
lılığın,  natıqliyin  simvoludur.  Həm  miflərdə,  həm  də  folklor  material-
larında Yara Çeçen və ya folklor janrlarında olduğu kimi Eren Şişen mür -
dik qoca kimi təsvir edilir. O, qırğız nağıllarında Canibek xanın müdrik
vəziridir. Əslində adında çeçen/çiçen və ya şişen/şeşen olmayan bə'zi mi -
foloji qəhrəmanlar da, məsələn, Oğuz Kağan dastanında Uluq Türk, Dədə
Qorqud oğuznamələrində Dədə Qorqud bu tip müdrik qocalar silsiləsinə
daxildir. Uluq Türkün/Türükün oğuz elinin idarəetmə və inzibati struktu-
runu təyin etməsi, Oğuz Kağana dövləti yönətməkdə yardım etməsi Dədə
Qorqudda oğuz elinin bilicisi olmağa, qaibdən dürlü-dürlü xəbərlər ver-
məyə transformasiya edilmişdir. Buryat folklorunda müdrik vəzir rolunda
olan  Qurqul  tipi  Türk  epik  ənənəsində  Cırkıl  və  ya  İrkıl  Xoca  adı  ilə
məşhurdur. Türkcədə ırk sözü fal, gələcəyi görmə mə'nasında işlədilmiş
olub bu baxımdan çiçen/şeşen/cişen variantlarında dəyişən sözün anlam
eyniliyindən başqa bir şey deyildir. 
Altay Türkcəsində  çeçen, qırğızlarda  şeşen,  monqollarda  sesen,  bur-
yatlarda sısın kimi variasiya olunan bu söz müdrik, hər şey bilən, natiq
kimi tərcümə edilir. Bundan başqa çiçen və ya şişen kəliməsi Altay türk-
lərində  də  ağsaqqal,  hər  şeyi  bilən  insan  anlamındadır.  Eren  Çiçen,
Cirenşe Şeşen, Yara Çeçen/Çiçen eyni mifoloji obrazın, bəlkə də hər şeyi
bilən, hər şeyi öncədən görən müdrik qocanın müxtəlif vriantlarıdır. Hətta
buryatlar  şamana  zarin  deyirlər  ki,  bu  sözün  də  çiçen,  şeşen,  ciren  sö -
zünün bir variantı olduğu düşünülür. Qırğız, altay, qazax, özbək nağıl və
2011/
IV
53
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə