Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   47   48   49   50   51   52   53   54   55

Qardaş türk folkloru
İSTANBULDA SUYUN TARİXÇƏSİ
İSTANBULDA SUYUN TARİXÇƏSİ
Qədim dövrlərdə İstanbula su gətirmək ciddi problem olmuşdur, çünki
İstanbul dadlı su qaynaqlarından xeyli uzaqdadır. Buna görə də İstanbula
şəhərin  kənarından  su  gətirilməsi  vacib  idi.  Buraya  su  gətirmək  üçün
«kəmər»  adlanan  çox  böyük  su  yolları  tikilmişdir.  Romalılar  İstanbula
çoxqatlı kəmərlərlə su gətirmişdilər. İmperator Adrian İstanbulda öz adını
daşıyan su kəmərini inşa etdirmişdi.
Osmanlı  dövründə  1453-cü  ildə  İstanbulun  fəthindən  sonra  Fateh
Sultan  Məhməd  şəhərin  qədim  su  yollarının  təmir  edilməsini  və  yeni
çeşmələr yaradılmasını əmr etmişdir. Sultan Süleyman Qanuni şəhərə su
çəkilməsi  üçün  Memar  Sinanı  təhkim  etmişdir.  Memar  Sinan  Belqrad
meşələrindən  İstanbula  su  gətirmək  üçün  «Qırxçeşmə  təsisləri»ni  tik-
mişdir.  Dünyanın  ən  əhəmiyyətli  su  daşıma  sistemlərindən  biri  olan
«Qırxçeşmə təsisləri» çox uzun kəmərlərin bir-birinə bağlanmasıyla inşa
edilmişdir. Bu dövrdə idarəçilər və yardımsevərlər meydanlara və kü çə -
lərə ayrı-ayrılıqda hər biri sənət əsəri olan çeşmələr tikdirmişlər.
E.ə. 658-ci ildə Sarayburnu və ətrafında qurulan və dünyanın ən qədim
şəhərlərindən biri olan İstanbul geosiyasi baxımdan çox əhəmiyyətli məs -
kunlaşma  mərkəzlərdən  biridir.  Asiya  ilə  Avropanı  birləşdirən  təbiət
mö`cüzələri – Boğazı, Altınbuynuz adıyla məşhur olan Xalici, şəhəri hər
tərəfdən əhatə edən  dənizləri,  burada yaşayan müxtəlif mədəniyyətlərlə
İstanbul əsrlər boyu siyasi, hərbi və ticari mərkəzə çevrilmişdir.
VII  əsrdən  etibarən  tarix  səhnəsində  yer  alan  İslam  mədəniyyətinin
banisi Hz.Məhəmməd (s.ə.s.) hələ o zamanlardan bu şəhərin əhəmiyyəti-
ni və dünyada hökmranlıq edəcəyini duymuşdur. İstanbul bir neçə dəfə
müxtəlif  komandanlar  tərəfindən  mühasirəyə  salınmış,  ancaq  şəhəri  al -
maq mümkün olmamışdır. 1453-cü ildə Osmanlı padşahı Sultan II Məh -
mət bu çətin işin öhdəsindən gələrək İstanbulu fəth etmişdir. 
Quruluş dövründə şəhərin su ehtiyacı yeraltı qaynaqlar vasitəsilə təmin
olunurdu.  İlk  əhəmiyyətli  su  təsisləri  Roma  imperatorlarının  dövründə
inşa edilmişdir. İmperator Adrian (117-138) tərəfindən qala divarlarından
kənarda yerləşən bir qaynaqdan Xalicin kənar məhəllələrinə qədər su yolu
çəkdirmişdir.  Ardından  imperator  Valens  (364-378)  Halqalının  yaxın-
lığından Bəyazidə qədər su çəkdirmiş və bu su yolu üçün Mazul kəməri
ilə bu gün Bozdoğan kəməri kimi tanıdığımız Valens kəmərini inşa et dir -
2011/
IV
151
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


mişdir. Yenə imperator Valensin dövründə Belqrad meşələrində bir bənd
tikdirilmiş, Kağızxana dərəsinin suları hovuzlarda toplanaraq şəhərə gəti -
rilmişdir.
Teodos  (378-395)  Mazul  və  Valens  kəmərlərindən  istifadə  edərək
üçüncü  yol  ilə  şəhərə  su  gətirmiş,  eyni  zamanda  Belqrad  meşələrindən
Sultan  Əhməd  məscidinə  qədər  uzanan  dördüncü  su  yolunu  da  inşa
etdirmişdir.  Roma  və  Şərqi  Roma  imperatorları  quraqlıq  və  müharibə
ehtimalını nəzərə alaraq şəhərin içində üstüaçıq (Çuxurbostan) və qapalı
yeraltı su hövzələri  də  tikdirmişdir. Üstüaçıq su  xəzinələrinin  ən  yarar-
lıları Aetius (bugünkü Vəfa stadionu, «Bonus yeraltı su hövzəsi» olaraq
da  tanınır), Aspar  (Sultan  Səlim  məscidindəki  bu  xəzinənin  yerində  bu
gün  Çuxurbostan  səmti  mövcuddur)  və  Hagios  Mocius  (Altınmərmər
səmtində) su anbarlarıdır. Üstü bağlı xəzinələrin ən məşhurları isə 336 sü -
tunlu Basilika yeraltı su hövzəsidir (Yerəbatan sarayı), 224 sütunlu Phi lo -
xenus yeraltı su hövzəsi (Min bir dirək) və Acıkran yeraltı su hövzəsidir. 
Roma imperatorlarının dövründə inşa edilən su təsisləri Bizans imper-
atorları tərəfindən müəyyən qədər təmir edilmiş və qorunmuşsa da, Bi -
zansın son dövrlərində bunlar yararsız hala və tamamiylə yoxolma sə viy -
yəsinə gəlib çatmışdır.
Bu  təsislərdən  hələ  də  mövcud  olan  Mazul  və  Valens  (Bozdoğan)
kəmərləri Osmanlılar tərəfindən mütəmadi olaraq təmir edilmiş və heç bir
zaman dağılma təhlükəsi qarşısında qalmamışdır. 
İstanbulda XX əsrin ortalarına qədər hər birinin dadı müxtəlif olan qırx
məşhur çeşmə suyu mövcud idi.
Türkiyə  folklorundan  təqdim  etdiyimiz  bu  material  İstanbulun  tarixi
əsərlərində  adı  dönə-dönə  çəkilən  Memar  Sinandan  bəhs  olunur.  Qeyd
edək ki, dünyanın ən böyük memarlarından olan Memar Sinanın müəlli-
mi azərbaycanlı Memar Əcəm Əli olmuşdur.
Memar Sinan  Kayserinin Ağırnas  kəndində  dünyaya  gəlmiş,  17 iyul
1588-ci ildə İstanbulda vəfat etmişdir. Doğum tarixi dəqiq deyildir. 
Mənbələrə görə, Sinan I Səlim (Yavuz) sultan olduqdan sonra baş la nı -
lan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sü -
rən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirilmişdir. Or duya əs -
gər hazırlayan Əcəmi Oğlanlar Ocağına verilmiş, 1514-cü ildə Çaldıran
döyüşündə,  1516-1520-ci  illər  arasında  da  Misir  səfərlərində  iş tirak
etmişdir. İstanbula qayıtdıqdan sonra Yeniçəri Ocağına qəbul olunmuşdur.
I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos
2011/
IV
152
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç
səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529-1532-ci illər
arasında  Almaniya,  1532-1535-ci  illər  arasında  da  İraq,  Bağdad,  Təbriz
səfərlərində iştirak etmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatılmışdır. 1538-
ci  ildə  iştirak  etdiyi  Karabuğdan  (Moldova)  səfəri  ərəfsində  Prut  çayı
üstündə inşa etdiyi bir körpü ilə hamının diqqətini öz üzə rinə çəkdi. Bir il
sonra Əcəm Əlinin ölümündən sonra onun yerinə, sa rayın baş memarı
ol-muş dur. Ömrünün sonuna qədər bu vəzifədə ça lış mış dır.
Memar  Sinan  Osmanlı imperatorluğunun ən güclü  olduğu dövrdə  ya -
şamışdır. I Süleyman (Qanuni), II Səlim və III Murad kimi üç böyük sultan
zamanında  baş  memar  olmuş,  imperatorluğunun  gücünü  simvolizə  edən
şah  əsərlərinin  layihələşdirilib  tikilməsində  əsas  rol  oynamışdır.  Sə nət də
tə`siri ölümündən sonra da qalmış, hər zaman hörmətlə qarşılanmış dır.
1982-ci ildə İstanbuldakı Dövlət İncəsənət Akademiyasının bazasında
qurulan yeni universitetə onun adı verilmişdir. 
Mənbələrə görə, Sinan 136 məscid, 7 məktəb, 22 türbə, 20 imarət, 7 su
kəməri,  8  körpü,  20  karvansaray,  35  köşk  və  saray,  6  anbar  və  yeraltı
anbar, 48 hamam və s. üç yüz əllidən çox memarlıq əsərləri yaratmışdır.
Sinan baş memar olmazdan öncə də qeyri-hərbi tikililər layihələndirmiş
və tikmişdir. Amma ilk əhəmiyyətli memarlıq əsəri İstanbuldakı Şahzadə
(Mehmed)  Camisidir.  Sinanın  mühəndislik  qabiliyyəti  su  kəmərləriylə
körpülərin  inşasında  ortaya  çıxır.  Bu  işlərində  zamanında  mövcud  olan
bütün mühəndislik təcrübələrini tətbiq etmiş, hətta bəzən də onları arxada
qoyacaq  layihələr  həyata  keçirmişdir.  İstanbulun  su  problemini  həll  et -
məklə vəzifələndirilmiş, bəndləriylə, tunelləriylə, su kanalları və su kə -
mər ləriylə, yığma və paylama xüsusiyyətləriylə uzunluğu 50 km-i keçən
və Qırxçeşmə adıyla tanınan su anbarlarının tikintisini həyata keçirmişdir.
Süleymaniyyə külliyyəsinə 53 milyon axça xərcləndiyi halda Qırxçeşmə
anbarlarına  43  milyon  axça  xərclənməsi  də  dövründə  bunlara  verilən
əhəmiyyətin  başqa  bir  nümunəsidir.  Sinan  körpülərinə  də  ən  azı  digər
işləri  qədər  qiymət  vermiş,  cəmi  uzunluğu  635,5  m-ə  çatan  Böyük çək -
məcə körpüsü ilə gözəl olan bir memarlıq abidəsi yaratmışdır.
Memar Sinanın sənəti inşaatla əlaqəli digər sənətlərə də tə`sir etmiş, im -
pe ratorluğun hər yerindəki tikinti fəaliyyətləri üçün yol göstərici ol muş  dur.
Qumru ŞƏHRİYAR
2011/
IV
153
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə