Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə16/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   12   13   14   15   16   17   18   19   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

74

təsəvvüf bəstələri – aşiq musiqisinə bəxş etdiyi musiqi bəstələ-



ri – «Baş (Şah) divani», «Ayaq divani», «İsmayili», «Sultani», 

«İbrahimi», «Heydəri», «Şah qalxdi», «Şah İsmayil gəraylisi», 

«Şah sarayi», «Şahsevəni»,  «Miskini», «Abdali», «Sənubəri», 

«Hüseyni», «Dərbəndi», «Göyçə gözəlləməsi», «Göyçə çuxu-

ru»,  «Göyçə  döndərməsi»,  «Göyçə  şikəstəsi»,  «Göyçə  gülü», 

«Atlandirma», «Paşa köçdü», «Misri», «Oxşari», «Yedəkləmə», 

«Dərvişi» və sair havalari onun Azərbaycan və bütövlükdə Türk 

musiqi dünyasina, aşiq yaradiciliğina verdiyi misilsiz bəstəkar-

liq  töhfələri  olmaqla  aşiq  yaradiciliğini,  musiqisini  zirvələrə 

 qaldirmişdir. 

Göyçə  Türkün  mədəniyyət  beşiyi  olan  məkanlardandir. 

Sözün, sazin ruhunun göyərdiyi, boy göstərdiyi ocaqlardandir. 

Milli-mənəvi  yaddaşimizin  qaynaqlarindan  biri  olaraq  zəngin 

məişəti, maddi və mənəvi abidələri ilə həmişə geniş marağa sə-

bəb olmuş və araşdirmalara imkan yaratmişdir. Ozan Cəlil, Ozan 

Heydər, Ozan İbrahim, Miskin Abdal, Ağ Aşiq, Aşiq Ali, Aşiq 

Ələsgər, Şişqayali Aydin, Şair Məmmədhüseyn, Mirzə Bəylər, 

Haci Əliş ağa, Usta Abdulla, Aşiq Məhəmməd, Daşkəndli Aşiq 

Nəcəf, Ağkilsəli Aşiq Nəcəf, Növrəs İman, Şair Əbdüləzim və 

onlarla digər ustad sənətkarlar Göyçə mühitini bir mədəniyyət 

ocaği kimi Azərbaycana, Türk dünyasina tanitmişlar. Tofiq Hü-

seynzadə  də  bu  ocağin  layiqli  və  sanballi  nümayəndəsi  kimi 

sözlə, sənətlə yaşamiş və ona böyük dəyər vermişdir. 

Tofiq müəllimin gördüyü işlər, öz ata-babalarindan, el ağ-

saqqallarindan, yaddaş adamlarindan, şəcərə ilə daşinanlardan 

çixiş  etməklə  Miskin Abdal  kimi  böyük  övliya  haqqinda  mə-

lumatlarimizi xeyli dərəcədə zənginləşdirmişdi. Əlbəttə, tarixi 

proses, müharibələr, təbii fəlakətlər maddi, mənəvi mədəniyyət 

abidələrimizin, ədəbiyyat və incəsənət nümunələrimizin itkisinə 



Xəyal cığırı – I cı̇ld

75

gətirib çixarmişdi. Bəzən, tariximizin ayri-ayri dövrləri, böyük 



sənətkarlarimizin  yaradiciliği  haqqinda  əsasli  mənbələrə  rast 

gəlməyin çətinliyini yaşayiriq. Məxəzlər, təzkirə və cünglər bizə 

çox az informasiyalari gətirib çatdirir. Miskin Abdal kimi böyük 

şəxsiyyətimiz də eyni aqibətlə üzləşmişdir. Məlum olduğu kimi, 

XVI əsr Azərbaycan xalqinin ictimai, siyasi, mədəni həyatinda 

mühüm mərhələdir. Bu dövrü M.Füzuli, Ş.İ.Xətai, Qurbani əsri 

kimi də səciyyələndirənlər vardir. Hətta, Azərbaycan intibahinin 

yeni mərhələsi olaraq da mənbələrdə özünə yer tapir. Təbiidir, 

çünki bu əsrin verdiyi töhfələr əvəzsizliklədir. Sonraki yüzillik-

lər, daha çox bu əsrin ənənələri üzərində pərvəriş tapir. Məhz 

XVI əsri zinətləndirənlər içərisində mühüm rol oynayanlardan 

biri  də  Miskin Abdal  olmuşdur.  Xalqimizin,  ədəbiyyatimizin, 

mənəvi  düşüncəmizin  yaddaşinda  Miskin Abdal  adi  bir  milli 

mənsubluq hadisəsi kimi daşlaşmişdir. Tofiq Hüseynzadə də bu 

ocağin nümayəndəsi, Miskin Abdalin genetikasi və mənəviyya-

tinin, ruhunun daşiyicisi, nəslinin davamçisi, vətənpərvər, təəs-

sübkeş Azərbaycan  vətəndaşi  olaraq  həmişə  ideallara  sədaqət 

göstərmiş,  elmimizin,  ədəbiyyatimizin  keşiyində  mərdliklə 

 dayanmişdir. 

Miskin Abdalla bağli tarixi fakt, məlumat və rəvayətlər, həm-

çinin onun zəngin ədəbi yaradiciliq nümunələri: yaratdiği çoxlu 

sufi-təsəvvüf məqam və hallarini rəmzləşdirən bəstələri, sonra-

ki adi ilə «aşiq-musiqi» havalari, özünün yaratdiği və haqqinda 

sağliğinda və ya vəfatindan sonra yaradilmiş dastanlar, özünün 

yazdiği müxtəlif janrda çoxsayli şeirləri – zəngin ədəbi irsinin 

toplanilib, nəşr edilməsi nə qədər məsuliyyətli və ağir zəhmət 

tələb edən iş idisə, Tofiq Hüseynzadə bu işi çox böyük həvəs 

və peşəkarliqla yerinə yetirərək, öz ulu babasi və Azərbaycan 

tarixi, ədəbiyyati qarşisinda misilsiz xidmətlər göstərmişdir. 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

76

Tofiq Hüseynzadənin ulu babasi Miskin Abdalla bağli araş-



dirmalari, gərgin  zəhməti onun  zəngin  irsinin  toplanilmasi və 

onunla  bağli  əsl  həqiqətlərin  üzə  çixmasinda  misilsiz  rol  oy-

namişdir. Tofiq Hüseynzadə ilə bağli kitab və jurnallarda nəşr 

olunmuş  aşağidaki  fikirləri  oxuculara  çatdirmaği  özümə  borc 

bilirəm:

Hüseyn İsmayılov (Azərbaycan Milli Elmlər Akademiyasi-

nin Folklor İnstitutunun sabiq direktoru, filologiya elmləri dok-

toru): «Böyük el sənətkari ilə bağli ən böyük həqiqətlərin yeganə 

qaynaği və ünvani əsrlərdən bəri göyçəlilərin müqəddəs ziyarət-

gahi, iman, güman yeri olan Miskin Abdal ocağidir, Göyçənin 

Sariyaqub  kəndində  Miskin  Abdalin  doğulduğu,  övladlarinin 

1988-ci ilin məlum hadisələrinə qədər yaşayib-yaratdiği doğma 

ocaqdir. Məhz bu səbəbdəndir ki, Miskin Abdal nəslinin həqiqi 

varislərindən olan Tofiq Hüseynzadənin öz ulu babasi ilə bağli 

son illərdə apardiği axtarişlar diqqəti daha çox cəlb etməkdədir. 

O, Sariyaqub kəndinin dünya yorub, yola salmiş nurani, pirani 

ağsaqqal və ağbirçəklərinin dillərindən düşməyən əfsanələri, rə-

vayətləri, şeir və dastanlari, «Ocağa» sahiblik edən qohum-əqrə-

balarinin Miskin Abdalla bağli zaman-zaman, nəsillərdən-nəsil-

lərə ötürdükləri ölməz həqiqətləri böyük məhəbbətlə toplayib, 

bir araya gətirmiş, bir çox qaranliq mətləblərin obyektiv elmi 

şərhinə gözəl imkanlar yaratmişdir. Sənətkarla bağli söylənilən 

fikirlərin,  mübahisəli  məqamlarin  dürüstləşdirilməsində  onun 

apardiği  axtarişlarin  mühüm  əhəmiyyəti  vardir».  (Azərbaycan 

Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Elmi Şu-

rasının qərarı ilə 1999-cu ildə çap olunmuş «Azərbaycan şifahi 

xalq ədəbiyyatına dair tədqiqlər» kitabındakı (VIII cild, s.104) 

«Miskin  Abdalın  şəxsiyyəti  və  taleyi  (uydurmalar,  həqiqətlər) 

başlıqlı elmi-tədqiqat yazısından).



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə