Xəyal cığırı – I cı̇ld
5
ÖN SÖZ
Miskin Abdal –
Tofiq Hüseynzadənin ulu babası
Tofiq Hüseynzadənin ulu babası Miskin Abdal: həyatı
və Qeyb Ərəni (Ricalül-qeyb) Abdalı, Pir, Övliya, «Ocaq»
sahibi, filosof, sufi şair, Haqq aşiqi, Səfəvilərin dövlət xa-
dimi, diplomat, sərkərdə kimi fəaliyyəti barədə qısa mə-
lumat (Tofiq Hüseynzadənin bu kitabın III cildinə daxil edil-
miş «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» elmi-tədqiqat
əsərindən)
Tofiq Hüseynzadənin ulu babasi – böyük dövlət xadimi,
filosof, diplomat, sərkərdə, sufi şair, Azərbaycan aşiq, saz-
söz dünyasinin ilkin mahir ustadi, müqəddəs «Ocaq» sahibi,
maarifçi insan, gözəl müəllim, müdrik el ağsaqqali, övliya
Seyyid Miskin Abdal (əsl adi Hüseyn Məhəmmədoğludur)
təxminən 1430-cu ildə qədim Göyçə mahalinin (Basarkeçər
rayonunun) keçmiş Zərgərli, sonralar Sariyaqub adlanan
kəndində «Zərgərli» tayfasinin adli-sanli nümayəndəsi Cəfər
oğlu Məhəmmədin ailəsində doğulmuşdur. Zərgərli kəndi
Çar Rusiyasi dövründə XIX əsrdə Miskin Abdalin şəcərə-
sindən olan «Sari» ləqəbli Yaqub Ağanin şərəfinə Sariyaqub
adlanmişdir.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
6
Miskin Abdalin ulu babasi Yaqub, Səfəvilərin ulu babasi
Şeyx Səfiəddinlə yaxin dostluq, pir-murşid əlaqəsi, təsəv-
vüf-sufilik ideyasina, «Abdal konsepsiyasi»nin bir qolu olan
«Səfəviyyə» təriqətinə mənsubluq və həmin təriqətin ya-
yilmasi ilə bağli six münasibətlərdə olduğundan bu dostluq
ənənələri nəslin sonraki nümayəndələri tərəfindən də uğurla
davam etdirilmişdir.
Miskin Abdal özünün şeirlərində Seyyid olduğunu ifadə et-
mişdir. Məlum olduğu kimi, «Seyyid» ərəbcə «ağa, bəy» demək-
dir, Məhəmməd Peyğəmbərin nəvələri, İmam Əlinin övladlari:
Hüseynin nəslindən olanlara Seyyid, digər nəvəsi Həsənin nəs-
lindən olanlara isə Şərif deyilmişdir. Miskin Abdal şeirlərində
«Seyyid» olduğunu göstərərək, Məhəmməd Peyğəmbərin Əh-
li-Beyti olan Hüseynin nəslindən olduğuna işarə etmişdir:
«Seyyid Miskin Abbal mənəm, söz mənim, meydan mənim,
Qoruyanım, özün qoru, xain dostlardan məni».
Digər bir şeirində isə o, yuxuda İmam Əlini gördüyünü,
Haqqdan ona kəramət «Pir», «Seyyid» olduğunun sorağinin ve-
rildiyini, müjdələndiyini göstərir:
«Bu gecə vayğamda gördüm Əlini,
«Səni pir sahibi görürəm» – dedi.
Gülüb, kürəyimə vurdu əlini,
«Ömrünə bir çələng hörürəm» – dedi.
«Allahın şiriyəm, bir bax, didəmə,
Qoru din-məzhəbi, olmaz sədəmə,
Dolan bu dünyanı, yoruldum, demə,
Dalında dağ kimi dururam» – dedi.
Xəyal cığırı – I cı̇ld
7
«Sərində ağıl var, qüvvət qolunda,
Mələklər qoruyur sağı-solunda,
Seyyidsən, dərvişsən Haqqın yolunda,
Abdala Haqq payı verirəm» – dedi».
Digər bir «Əlif-Lam» adli şeirində isə özünün təmiz, pak
nəsildən olduğunu belə ifadə etmişdir:
«Təmiz əkilmişəm, pak doğulmuşam,
Atadan-anadan lütfi-halalam.
Dərsimi Haqq verib, ağdan almışam,
Dilimdə əzbərdi doxsan min kəlam».
Miskin Abdalin özündən əvvəlki nəsil şəcərəsində, bizə,
XIII əsrdə yaşamiş, Şah İsmayil Xətainin babasi Şeyx Sə-
fiəddinin müasiri olmuş Yaqub adli babasinin və ondan son-
raki oğul, nəvə-nəticələrinin adlari məlumdur. Miskin Abdal-
dan əvvəlki nəsil şəcərəsi belədir: ulu babasi Yaqub, onun
oğlu İbrahim, onun oğlu İsmayil – XIII əsrdə; İsmayilin oğlu
Əli, onun oğlu Cəfər, onun oğlu Məhəmməd (Miskin Abdalin
atasi) – XIV-XV əsrlərdə yaşamişlar. Miskin Abdal özü isə
1430-1535-ci illərdə – XV-XVI əsrlərdə yaşamişdir.
Miskin Abdalin yeganə oğlu Şadmanin (digər iki oğlu
Əli və Həsən Dağistan dağlarinda həlak olmuşlar) nəsil şə-
cərəsi barəsində əldə edilmiş məlumatlar belədir: Şadman
XV-XVI əsrlərdə yaşamişdir. Şadmanin oğlu Qənbər, onun
oğlu Yağnali, onun oğlu Yaqub XVI əsrdə, Yaqubun oğlu Hü-
seyn, onun oğlu İsmayil, onun oğlu Məhəmməd XVII əsrdə,
Məhəmmədin oğlu Yafəs, onun oğlu Haci Mehdi, onun oğlu
Kərbalayi Qənbər XVIII əsrdə, Kərbalayi Qənbərin oğlu
Tofiq Məhəmməd oğlu Hüseynzadə
8
Məşədi Hasan, onun oğlu Hüseyn, onun oğlu Paşa Həsənov
XIX əsrdə (Hüseyn və oğlu Paşa həmçinin, XX əsrdə), Paşa
Həsənovun oğlu Məhəmməd Hüseynov (red. Tofiq və Rafiq
Hüseynzadələrin atasi) isə XX əsrdə yaşamişlar.
Yaxin dostluq və təriqət qardaşliği münasibətləri çərçivə-
sində Miskin Abdalin atasi Məhəmməd Cəfər oğlunun Şeyx
Heydərlə yaxinliği və qarşiliqli etimadi sayəsində Şeyx Hey-
dərin oğlu İsmayilin hələ uşaq olarkən düşmənləri tərəfindən
təqib edildiyi illərdə məhz Göyçədə ən çox etibar etdiyi Hü-
seyn Məhəmməd oğlu – Miskin Abdal və atasi Məhəmməd
Cəfər oğlu tərəfindən Göyçə gölündəki Ağdamar adasinda
yerləşən Ağdamar qalasinda təqiblərdən gizlədilərək mü-
hafizə edilməsi, ilk tərbiyəsini də Miskin Abdaldan almasi
barədə qaynaqlar mövcuddur. Ona görə də bu münasibətlər
qardaşliq-ailə münasibətləri qədər səmimi, yaxin və etibarli
olmuşdur.
Hüseyn (Miskin Abdal) atasi Məhəmmədin yaxindan
qayğisi sayəsində kiçik yaşlarindan o dövrün ədəbi və rəs-
mi dövlət həyati üçün zəruri sayilan ərəb və fars dillərinə
mükəmməl yiyələnmiş, cəng oyunlarini mənimsəmiş, Göy-
çə ozan, qopuz mühitinin sirlərinə yaxindan bələd olmuş,
çox erkən yaşlarindan İslam dininin, o cümlədən, «Quran»in
incəliklərini dərindən öyrənərək, «Abdalliq nəzəriyyəsi»
və onun əsasinda yaranmiş, Səfəvilərin ideya məsləki olan
«Səfəviyyə» sufilik təriqətinin geniş təbliğinə başlamiş, çox
qisa zamanda yüksək ad-san qazanmişdir. Təsadüfi deyildir
ki, Miskin Abdal şeirlərində İslamda ən müqəddəs məkanlar-
dan olan Türkiyənin Cizrə şəhərində Nuh Peyğəmbərin qəbri
üzərində türbəsi (və yaninda böyük cami) olan «Günbəz-əl Ciz-
rə» və tarixi Fələstin torpaqlarinda – Qüds şəhərinin şərqində
Dostları ilə paylaş: |