Xəyal cığırı – I cı̇ld
29
Məleykənin törəmələri, yəni hər iki – nəslinin ata evləri qon-
şuluqda yerləşməklə ailələr də qonşuluqda yaşamişlar. Miskin
Abdal və oğlu Şadmanin yaşadiği ev 1988-ci ilədək Tofiq Hü-
seynzadənin ailəsi tərəfindən «Ev dami» adi ilə qorunub saxla-
nilirdi və zəruri əşyalarin saxlanilmasi məqsədilə istifadə olu-
nurdu. Həmin «Ev dami»nin yaninda Tofiq Hüseynzadənin atasi
Məhəmməd tərəfindən ona bitişik tikilmiş müasir evdə də Tofiq
Hüseynzadənin ailəsi 1988-ci ilin dekabr ayinadək yaşamişdir.
Qeyd etdiyimiz kimi, Miskin Abdalin vəfatindan sonra ye-
ganə oğlu Şadman, atasinin vəsiyyətinə uyğun olaraq atasindan
qalan dəyərli əşya və sənədləri qorunub-saxlanilmasi üçün ba-
cisi Məleykəyə (həm də onun həyat yoldaşi olan əmisi oğlu-
na) verir. Bu səbəbdən ona məxsus əşya və sənədlər indiyədək
«Miskin ocaği» adi ilə qorunduğu «Ocaqli» tayfasina məxsus,
Miskin Abdalin qiz nəslindən – Məleykədən olan törəmələrində
saxlanilir və «Miskin ocaği» kimi ziyarət edilir. Bununla bağ-
li baş vermiş, dildən-dilə keçib, bu günədək xalqin yaddaşinda
qalan çox maraqli möcüzə fakti – Şadmanin «Ocağ»i bacisina
verərkən atasinin burum əsasinin evdə qalmasi, qalan əşya və
sənədləri verməsi, həmin gecə «Ocaq»daki əşya və sənədlərin
qeybdən Məleykənin evindən, taxçada qoyduğu yerdən qeyb
olmasi, yəni Şadmanin evinə qayitmasi, Şadmanin «Ocağ»i
qaytarsa da, yenə də bir neçə gün həmin halin təkrarlanmasi,
sonradan, Şadmanin yuxusuna atasi Miskin Abdalin girməsi,
Şadmana, evində atasindan yadigar saxladiği, «harma»ya tax-
diği burum əsasini da həmin «Ocağ»in içərisinə qoyub bacisi-
na qaytarmasini bildirməsi və Şadmanin onun sözlərinə əməl
edərək atasinin əsasini «Ocağ»in içinə qoyub bacisina vermə-
si, bundan sonra bir daha «Ocağ»in geri qayitmamasina dair
Tofiq Məhəmməd
oğlu Hüseynzadə
30
rəvayət barədə Tofiq Hüseynzadənin «Səfəvilərin böyük övliya-
si – Miskin Abdal» (Baki 2005) kitabinda ətrafli məlumat veril-
miş, onun «Şadman» poemasinda da bu fakt nəzmə çəkilmişdir.
Bundan sonra Miskin Abdalin oğul nəsli Şadmanli, qizi
Məleykənin nəsli isə Miskin Abdala məxsus əşya və sənədlərin
saxlanildiği, xalqin ziyarətinə çevrilmiş «Miskin Ocaği» kimi
«Ocaqli» tayfasi adlanmişdir. İndinin özündə də həmin nəslin
nümayəndələri «Şadmanli» və «Ocaqli» tayfalari kimi taninir.
Miskin Abdal «Dünya səndə nəyim qaldi» adli çox məşhur
şeirində bu barədə deyir:
«Ərşə-gürşə bəlli əslim,
Yaradana ollam təslim,
Adla-sanla olan nəslim,
Bir oğlum, bir qızım qaldı.
Bir şəcərəm, bir kəşkülüm,
Gur ocağım, odum, külüm,
Yığın-yığın varım, mülküm,
Al qumaşım, bezim qaldı».
1988-ci ilin məlum hadisələrindən sonra tarixi Azərbay-
can torpaqlarinda yaradilmiş «Ermənistan» adlanan qondarma
dövlətin apardiği soyqirim siyasəti nəticəsində Azərbaycanlilar
tarixi yurdlarindan növbəti dəfə kütləvi surətdə qovuldu. Kənd
əhalisi kimi, Miskin Abdalin qiz nəslindən olan həmin ailə də
Goranboy rayonunun Qaradağli kəndində məskunlaşdi. Mis-
kin Abdala məxsus çox dəyərli tarixi əşya və sənədlər, həmçi-
nin 1515-ci ildə Səfəvilər şahi I Şah İsmayil Xətai tərəfindən
Miskin Abdala verilmiş, «Ey mömin insanlar, Miskin Abdal
Xəyal cığırı – I cı̇ld
31
mötəbər şəxsdir, ona sidq ürəklə inanin, nə mətləbiniz varsa
ondan diləyin!» məzmunlu fərman da orada saxlanilir və qəlbi
Allaha imanla dolu insanlar tərəfindən tarixi-dini abidə kimi zi-
yarət edilir.
Miskin Abdalin «Ocağindaki» əşyalar və sənədlər bunlardir:
1515-ci ildə Şah İsmayil Xətai tərəfindən Miskin Abdalin adina
verilmiş fərman, üzərində ay və səkkizguşəli ulduz təsviri olan
möhür daşi, «Haçadil» atinin bədnəzər duasi, əl əsasi, canamazi,
qələmdani və qələmləri, çuxasi, sənədləri saxlamaq üçün taxta
mücrü, müxtəlif tarixi və adi sənədlər, sənədlərin Səfəviyyə təs-
diqləməsi, xörək yediyi taxta qab, ağacdan düzəldilmiş kiçik təh-
nə, İrəvan xanliği qazisinin şəhadətnaməsi, «Qurani-Kərim»dən
müxtəlif xətt üslublari ilə yazilmiş dualar, müxtəlif zamanlarda
Məkkədən, Mədinədən və Məşhəddən qiymətli və əziz xatirə
kimi gətirilən müxtəlif dini hədiyyələr və digər müxtəlif əşyalar.
Bu kitabin III cildinə daxil edilmiş, Tofiq Hüseynzadənin
«Miskin Abdal – Qeyb Ərəni, Təsəvüf Piri» adli elmi-tədqiqat
əsərində Miskin Abdalla bağli son dərəcə dəyərli, obyektiv ta-
rixi, elmi məlumatlar verilmişdir.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
32
Miskin Abdal
(Tofiq Hüseynzadənin ulu babası)
(1430 – 1535)