Xəyal cığırı – I cı̇ld
13
Təsəvvüfdə Sufinin Qəbz (İlyas) halindan Bast (Xizir) halina
keçməsinə «Şad» deyilir. Bast hali – Xiziri, Qəbz hali – İlyasi
tərənnüm edir. Xizir, Hz.Musa zamaninda yaşamiş, Vəli və ya
Peyğəmbər olmasi bilinməyən mübarək Zatdir. «Abi-həyat» de-
yilən əbədilik suyunu Hz.İlyas ilə tapib içdiyi üçün hər ikisinin
qiyamətə qədər diri olduqlarina inanilir.
Təsəvvüfdə «Bast» halina Xizir, «Qəbz» halina İlyas deyi-
lir. «Qəbz» – «bir şeyi barmaq uclari ilə tutub almaq» mənasini
verir. «Qəbz» hali Allaha qovuşmaq yolunda sufini çətin vəziy-
yətə salir, qəlbində sixinti hiss etdirir, lakin bunun səbəbinin nə
olduğu bilinməz. Sufilər bu hala tabe olmaq lazim gəldiyini söy-
ləyərlər. Çünki zamanin hökmünə boyun əyən, səbr edən sixin-
tidan, «Qəbz»dən qisa müddətdə qurtulur. «Bast» isə – «yay-
maq, sərmək, döşəmək» mənalarini verir, təsəvvüfdə «Həvf»,
«Qəca» və «Qəbz» hallarindan sonra gəlir, «Qəbz» halindan
daha şiddətlidir, «Qəbz» halinda döş qəfəsinin sixişdirildiği və
daraldiği hiss edildiyi halda, «Bast» hali bunlardan «qurtuluş,
açilma və həfifləmə, yüngülləşmə» halidir. Təsəvvüf kitablari
Həqiqət əhlinin «Qəbz» və «Bast» hallarindan Allaha siğindiq-
larini ifadə edirlər. Zamanin Qütbünə həm də «Xiziri-Vaxt» adi
verilir.
Göründüyü kimi, böyük Təsəvvüf Şeyxi ilk övladini sufilik
yolunda əldə etdiyi böyük uğurun, yəni sufiliyin ən keşməkeşli,
əzabli mənəvi yolçuluğunu qət edərək, ən şərəfli sayilan mər-
hələsinə qədəm qoymasi – Xizir, yəni əbədi diri olmaq halina
keçməyi münasibəti ilə «Şadman» adlandirmişdir, yeni doğulan
oğluna da Xizir məqamina yüksəlməyi, Haqqin dərgahinda əbə-
di var olmaği arzulamişdir. «Şadman», bu mənada «Şad adam»
mənasini daşimaqla, «Şad» – «şadliq», «Man» isə qədim Türk
dillərində «Mən», «Man» variantlarinda mənsubiyyət, həmçinin
Tofiq Məhəmməd oğlu Hüseynzadə
14
«şəxs, adam» mənalarinda işlənilmiş və əksər linqvistlərin qə-
naətlərinə görə, qərb dillərinə də bu söz, «Man» olaraq məhz
Türk dillərindən keçmişdir. Xalq arasinda «Ruhu Şad olsun!»
deyimi də, bəsit mənada ruhun «şadliği»ni, «şənliyini» deyil,
əslində ruhun təsəvvüfdə qəbul olunduğu kimi, çətinlikdən, ağ-
ri-əzablardan qurtularaq «Şad» mərhələsinə, yüngüllüyə, yəni
Xizir məqamina, həmişə diri olmaq məqamina, başqa sözlə,
əbədiyyətə qovuşmasinin arzu olunmasini ifadə edir.
Miskin Abdal, həmçinin digər övladlarina da təsəvvüfdə
yüksək mənəvi mənalar ifadə edən adlar qoymuş – ikinci oğ-
luna, İslam təsəvvüfündə «Şahi-Mərdan», «Şahi-Nəcəf», «Şa-
hi-Vilayət», «Sultanül-Övliya», «Qurani-Natiq» (Danişan Qu-
ran), «Əsədulla» (Allahin aslani), «Şiri-Yəzdan», «Seyfulla»,
«Heydəri-Kərrar», «Murtaza», «Əmirəl-Möminin» kimi uca
adlari olan, 10 yaşinda İslami qəbul edən İmam Əlinin, digə-
rinə isə onun sevimli oğlu Həsənin adini qoymuşdur. Tarixdən
məlumdur ki, Əlinin Hz.Fatimədən üç oğlu: Həsən, Hüseyin
və Möhsün (hər üç ad «hüsn» sözündəndir, mənasi hərfi olaraq
«gözəl» mənasini verir) və iki qizi: Zeynəb və Ümmü Gülsüm
olmuşdur. Hz.Əlinin künyələrindən biri də «Əbu Həsən» olmuş,
yəni «Həsənin atasi» kimi taninmişdir. Miskin Abdal qizinin
adini isə Allahin yaratdiği ən pak məxluq, ucaliq, safliq, ülvilik
rəmzi olan varliğin şərəfinə Məleykə qoymuşdur. Təsəvvüfdə
Şadman, Əli, Həsən və Məleykə adlari çox yüksək ideallari sim-
volizə edir.
Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə
diplomatik missiyasini başa vurub geri qayidarkən Dağistan
dağlarinda ailəsi ilə birlikdə güclü borana düşür. Boranda
özü, arvadi Həlimə, böyük oğlu Şadman, qizi Məleykə xi-
las olsalar da, kiçik yaşli oğlanlari Həsən və Əli bu köçün
Xəyal cığırı – I cı̇ld
15
qurbani olurlar. Bu barədə o, məşhur «Dağlar» və «Dünya,
səndə nəyim qaldi» adli şerlərində həmin bədbəxt hadisəni
də qələmə almişdir:
«Nəs illərdən satın aldın pis günü,
Çağırıb dumanı, tökdun çiskini,
Gözü yaşlı qoydun Cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.»;
«Ərşə-gürşə bəlli əslim,
Yaradana ollam təslim,
Adnan, sannan olan nəslim,
Bir oğlum, bir qızım qaldı.
Şadman könlüm tari-mardır,
Şanda balım zəhrü-mardır,
Günüm, gecəm ahu-zardır,
Şirin-şirin sözüm qaldı».
Miskin Abdal 1514-cü ilə qədər Azərbaycanla qonşu olan
dövlətlərdə diplomatik missiyasini ləyaqətlə yerinə yetirir,
yüksək səfirlik məharəti göstərir. Uzaq məmləkətlərdə oldu-
ğu müddətlərdə Göyçə həsrəti onun qəlbini qübar etmiş, tez-
tez şeirlərində bu həsrəti nəzmə çəkmişdir:
«Qürbət eldə yanar ömür sürənlər,
Yasa batdı bu halımı görənlər.»;
«Həsrət qaldım Göyçə kimi elimə,
Əl uzatdım, əl çatmadı əlimə.»;
Tofiq Məhəmməd oğlu Hüseynzadə
16
«Ya Rəbb, görən, kimlər yetər dadıma!?
Həsrət qaldım ocağıma, oduma,
Miskinəm, ərənlər düşdü yadıma,
Didəm yaşı selə döndü, ağlaram».
Miskin Abdal 1514-cü ildə Cənubi Azərbaycanin Maku
şəhəri yaxinliğinda Osmanlilarla Səfəvilər arasinda baş vermiş
«Çaldiran döyüşü»ndə bir sərkərdə kimi iştirak etmiş və bu
barədə şeirlərində göstərmişdir:
«Qoymaynan, Miskin Abdal qəzada həlak olacaq,
Ey könül, gəl düş havadan, axırın xak olacaq!»;
«İslam bada gedir cəllad əlində,
Paşam, mürvət eylə, belə kar olmaz».
1515-ci ildə Səfəvilər şahi I Şah İsmayil Xətai Miskin Ab-
dalin adina, onun məhz «Ricalül-qeyb»ə (Qeyb ərənləri) daxil
olan müqəddəs Abdal – Övliya, Haqqdan kəramət, fəzilət, hik-
mət verilmiş şəxs olmasi kimi xüsusiyyətlərini ehtiva edən fər-
man imzalamişdir. Fərmanin məzmunu belədir: «Ey mömin in-
sanlar, Miskin Abdal mötəbər şəxsdir, ona sidq ürəklə inanin, nə
mətləbiniz varsa ondan diləyin!». Bu fərmanda, Abdallarin «Ri-
calül-qeyb» iyerarxiyasinda malik olduğu kəramət, ilahi hikmət,
mistik qüvvə, metafizik xüsusiyyətlər – «Abdallarin Allahdan
nə istəsələr, Allahin onu yerinə yetirəcəyi, onlarin yer yüzündə
Allahin sevimli bəndələri və peyğəmbərlərin xələfi olmasi və
sair möcüzələrə sahib olmasi»na dair inamlarin nə qədər təsirli
olduğu özünü göstərir. Həmin fərman adi bir fərman deyildi. Bu,
Dostları ilə paylaş: |