Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə11/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   7   8   9   10   11   12   13   14   ...   209

14        

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN ƏSASLARI 

 

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN 

ƏSASLARI 

Müqəddəs İslam dininin üç əsas sütunu vardır: 

1. Tövhid (Allah təkdir). 

2. Nübüvvət (Peyğəmbərlik). 

3. Məad (ölümdən sonra dirilmək). 

Bu  üç  əsli  və  əqidəni  bütün  müsəlmanlar  qəbul  edirlər. 

Bunlara  üsulid-din  deyilir.  Amma  İmamiyyə  məzhəbinin 

bunlardan əlavə iki əsl əqidəsi də vardır. 

1. Ədl (Allah ədalətlidir). 

2. İmamət (on iki imamın imamlığı). 

Deməli, dinin və şiə məzhəbinin beş əsas prinsipi (üsulid-dini) 

var. 


BİRİNCİ ƏSAS: ALLAH TƏKDİR 

Bu  bəhsdə  məqsəd,  bütün  varlıq  aləminin  xaliqinin  Allah 

olması və Onun tək olub, şəriki olmamasıdır.  

Bu  bütün  İlahi  dinlərin  əsasıdır.  Əgər  bəzi  dinlərdə  bunun 

əksini  görürüksə,  o  sonradan  yalnış  fikirli  insanlar  tərəfindən 

yaranmışdır.  

Bu əslin iki əsası vardır: 

1. Bu dünyanın Allahı var, onu yaradıb və idarə edir. 

2. Allah yeganədir, şəriki və oxşarı yoxdur.  

Birinci dəlil: 

Allahı  və  dünyanın  yaradanının  olmasını  tanımaq  üçün  ən 

gözəl yol, varlığa və Allahın qüdrətinə baxmaq lazımdır. Onlara 

baxmaqla insan başa düşür bunların qüdrətli və hikmətli yaradanı 

vardır. Allah-taala Qurani-kərimdə belə buyurur: 



İzahlı şəriət hökmləri

       15 

 

 

َ



و  ّض

ْ

ر



َ ْ

لْا 


َ

و  ّتا


َ

وا

َ



م

َّ

سلا  ّق



ْ

ل

َ



خ  ّىف 

َّ

ن ّإ



  ّف

َ

لا ّت



ْ

خا 


ا

 ّل


ْي

َّ

ل



 

َّ

هنلا 



َ

و 

  ٍتا



َ

ي

َ



لا  ّرا

 ّ

ه



لْ

با َب


ْ

ل

َ ْ



لْا  ّىل

ْ

و



 

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün 

bir-birini  əvəz  etməsində  (bir-birinin  ardınca  gəlib-getməsində) 

ağıl  sahibləri  üçün  (Allahın  varlığını,  qüdrətini,  kamalını  və 

əzəmətini sübut edən açıq) dəlillər vardır.

1

 

Hər  bir  düşüncəli  insan  gözəl  başa  düşür  ki,  bu  geniş  dünya, 

dənizlər,  okeyanlar  ulduzlar,  ay,  günəş,  planetlər,  təəccüb 

doğuran  heyvanlar,  ağaclar,  növbə-növ  bitkilər  öz-özünə 

yaranmayıb  və  bunları  yaradan  vardır.  Bunları  yaradana  Allah 

deyirik. 

İkinci dəlil: 

Allah təkdir və şəriki yoxdur. Burada iki dəlil qeyd edirik: 

1-  Aləmdəki  nizam-intizam;  əgər  varlığın  yaradılışında  bir 

neçə  tanrı  fərz  olunub  hər  birisi  digərindən  ehtiyacsız  təsəvvür 

olunsaydı sözsüz ki, onların məqsədləri və iradələri bəzi yerlərdə 

bir-birinin  ziddinə  olardı.  Bununlada  kainatın  nizam-intizamı 

pozular, yer və göylərdə fitnə-fəsad olardı. Bu barədə Allah-taala 

Qurani-kərimdə buyurur:  

 

ْ

و



َ

ل

 



 

َ

ن



َ

اك

 



 ّهلا َءا

َ

م ّهي ّف



 

 

ة



 

 

ُ َّ



للها

َّ

لا ّإ



 

ا

َ



ت

َ

د



َ

س

َ



ف

َ

ل



 

 ْب


ُ

س

َ



ف

 

َ



نا

َ

ح



 

 ّ

َّ



للها

 

  هب



َ

ر

 



 ّش

ْ

ر



َ

ع

ْ



لا

 

ا



َّ

م

َ



ع

 

 



َ

نو

ُ



ف ّص

َ

ي



 



Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların 

ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan 

Allah  (müşriklərin  Ona)  aid  etdikləri  sifətlərdən  tamamilə 

uzaqdır!

”.

2

 

Bu dəlilin geniş şəkildə izahı vardır və etiqadi kitablarda qeyd 

olunmuşdur.  

                                              

1

Ali İmran surəsi, ayə 190. 



2

Ənbiya surəsi, ayə 22. 




16        

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN ƏSASLARI 

 

2-  Ən  gözəl  və  sadə  dəlil  həzrət  Əlinin 



(ələyhis-səlam)

  imam 

Həsənə 


(ələyhis-səlam) 

vəsiyyətidir. O həzrət belə buyurur:  

 راثآ تیأرلو هلسر کتتلْ کیرش کبرل ناک ول هنا ینب ای ملعاو

 امک دحاو هلا هنکلو هتافصو هلاعفا تفرعلو هناطلسو هکلم

هسفن فصو

 

Oğlum! bil ki, Allahının şəriki olsaydı onun elçiləri sənin yanına 



gələrdi onun mülk və qüdrətinin əlamətlərini görərdin, feillərini 

və  sifətlərini  tanıyardın.  Amma  O  özünü  vəsf  etdiyi  kimi  tək  və 

şəriksiz olan Allahdır.

1

 



ALLAH-TAALANIN SİFƏTLƏRİ 

Allah-taalanın sifətləri iki hissədən ibarətdir: 

1-Subutiyyə sifətləri (Sifati subutiyyə); 

2-Səlbiyyə sifətləri (Sifati səlbiyyə); 



SUBUTİYYƏ SİFƏTLƏRİ 

Subutiyyə  sifətləri  (Sifati  subutiyyə)  də  öz  növbəsində  iki 

hissəyə bölünür: 

1. Zati sifətlər;  

Zati sifətlər; Allah-taala bu sifətlərlə vəsf olunur və bu sifətlər 

Allah-taalanın  zatının  özüdür  və  onun  vücudundan  ayrılmırlar. 

Onların hamısının mənşəyi beş sifətdir: 

Qüdrət; 

Elm; 


Həyat; 

Əzəli olması; 

Əbədi olması; 

                                              

1

Nəhcul-bəlağə, 31-ci məktub. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə