536
HEYVANLARIN BAŞINI KƏSMƏYİN ...
deyil. Amma ölü çəyirtkə kafirin əlində olsa və onu diri tutub-
tutmaması məlum olmasa, hətta “diri tutmuşam” desə də, halal
deyil.
Məsələ 2632: Qanadı çıxmayan və uça bilməyən çəyirtkəni
yemək haramdır.
İzahlı şəriət
hökmləri
537
YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN
HÖKMLƏRİ
Məsələ 2633: Ev toyuqu, göyərçin və sərçənin növləri
halaldır. Bülbül sərçənin növüdür. Gecə quşu, tovuz quşu və
qarğanın növləri, şahin və qartal kimi caynaqlı quşların ətinin
yeyilməsi haramdır. Qaranquş və şanapipikin ətini yemək
məkruhdur. Uçduğu zaman qanad çalması, havada qanad
saxlayıb süzməsindən çox olan hər bir quş və ya pətənəsi yaxud
çinədan ya da ayaqının arxasında caynağı olan quşların əti
halaldır.
Məsələ 2634: Əgər ruhlu bir hissəni diri bir heyvandan
ayırsalar, məsələn: qoyun diri olduğu halda onun quyruğunu və
ya ətinin bir miqdarını kəssələr, (o kəsilmiş tikə) nəcis və
haramdır.
Məsələ 2635: Əti halal olan heyvanların üzvlərin on dördü
haramdır:
1-Qan.
2-Fəzlə.
3-Erkəklik; cinsiyyət üzvü.
4-Fərc (cinsiyyət orqanı).
5-Balalıq.
6-“Duşul” adlanan vəzlər; (artıq ətlər.)
7-Erkəklik yumurtaları, (xayalar.)
8-Kəllədə yerləşən, beyndə noxud şəkilli bir hissə.
9-Onurğa sütunun içində olan haram ilik.
10-Onurğa sütunun iki tərəfində olan piy.
11-Öd kisəsi.
12-Dalaq.
13-Sidik kisəsi.
14-Gözlərin bəbəyi.
538
YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ
Zahirən quşlarda fəzlə, qan, öd kisəsi, dalağ və xayalardan
başqa bu qeyd olunanlar yoxdur.
Məsələ 2636: Heyvanın peyini, bövl, burnunun suyunu və
insanın təbiətcə nifrət etdiyiyi sair iyrənc şeyləri yemək
haramdır. Amma pak olsa və onun bir miqdarı camaatın
nəzərində aradan getmiş sayılan tərzdə halal olan şeylərlə
qarışsa, yeyilməsinin eybi yoxdur. Həmçinin dəvə və qoyunun
sidiyini müalicə üçün içməyin eybi yoxdur.
Məsələ 2637: Torpaq yemək haramdır. Amma Həzrəti
Seyyidü-Şühəda İmam Hüseynin
(ələyhis-salam)
türbətini şəfa
üçün az miqdarda yeməyin eybi yoxdur. Dağıstan və İrəvan
gilini müalicə üçün yeməyin eybi yoxdur. Daha yaxşı olar türbəti
suda həll etdikdən sonra içsinlər.
Məsələ 2638: Ağıza gələn burun suyunu və bəlğəmi udmaq
haram deyil. Həmçinin, dişlərin dibini təmizləyən zaman oradan
çıxan yemək qalıqlarını udmağın, eybi yoxdur.
Məsələ 2639: İnsana zərəri olan və insanın bədən üzvünün
bəzilərini sıradan çıxaran şeyləri yemək haramdır.
Məsələ 2640: At, qatır və ulaq ətinin yeyilməsi məkruhdur,
Əgər bir şəxs onlarla vəty (yaxınlıq) edərsə, ətinin yeyilməsi
haram olur və gərək onları şəhərdən çıxarıb başqa bir yerdə
satsınlar.
Məsələ 2641: Əgər (inək və qoyun kimi) əti halal olan
heyvanla yaxınlıq edilərsə onun idrar və peyini nəcis olur,
onların südünü içmək də haramdır. Gərək o heyvanı dərhal
öldürüb yandırsınlar, eləcədə vəty edən şəxs, o heyvanın plunu
sahibinə ödəməlidir.
Məsələ 2642: Şərab içmək, haramdır. Bəzi rəvayətlərdə ən
böyük günah sayılmışdır. Hər şəxs onu halal hesab etsə kafirdir.
İmam Cəfər Sadiq
(ələyhis-salam)
buyurub: Şərab pisliklərin kökü,
günahların mənşəyidir. Şərab içən kəs öz əqlini əldən verir və o
vaxtda Allahı tanımır. Heç bir günahdan qorxusu olmur. Heç
İzahlı şəriət hökmləri
539
kəsin hörmətini saxlamır. Yaxın qohumlarının haqqına riayət
etmir. Çirkinliklərdən çəkinmir. İman və tovhid ruhu bədənindən
çıxır. Naqis və xəbis, Allahın rəhmətindən uzaq olan bir ruh
onda qalır. Allah, mələklər, peyğəmbərlər və möminlər ona lənət
edir, 40 gün namazı qəbul olmur. Qiyamət günü onun üzü qara,
dili ağzından çölə çıxmış, ağzının suyu sinəsinə axan halda
susuzluqdan nalə edəcəkdir.
Məsələ 2643: Şərab içilən süfrənin başında oturmaq
nəticəsində, onlardan sayılarsa, o süfrədə oturmaq haramdır.
Onların süfrəsindən bir şey yemək də haramdır.
Məsələ 2644: Kafir ölkələrindən gətirilən ətlər, onların halal
olmaları şəriət baxımdan sübut olmasa, nəcis yeyilməsi isə
haramdır. Onların alqı-satqısı da icazəli deyil. Etibarsız və
tanınmaz insanların sözlərinin və yazılarının heç bir etibarı
yoxdur.
YEMƏK YEYƏNDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR
Məsələ 2645: Yemək yeyən vaxt bir neçə şey müstəhəbdir:
1. Yeməkdən əvvəl hər iki əlləri yumaq.
2. Yeməkdən sonra əlləri yuyub dəsmalla qurlamaq.
3. Qonaqı olan hamıdan əvvəl yeməyə başlasın və hamıdan
sonra əlini yeməkdən çəksin. Ev sahibi yeməzdən əvvəl, birinci
əlini yusun, sonra da onun sağ tərəfində olan şəxsdən başlayaraq
sol tərəfində oturan şəxsədək, əllərini yusunlar. Yeməkdən sonra
ev sahibinin sol tərəfində oturan birinci əlini yusun və nəhayətdə
əl yumaq növbəsi ev sahibinin sağ tərəfində olan şəxsə, sonrada
ev sahibinə çatsın.
4. Yeməyə bismillah-la başlamaq. Əgər süfrədə müxtəlif
yeməklər olsa, onların hər birini yeyərkən bismillah demək
müstəhəbidir.
5. Yemək sağ əllə yeyilsin.